ANA SƏHİFƏ / MÜSAHİBƏ

“Gücümüzü zəiflədəcəklərini düşünənlər yanılırlar” - MÜSAHİBƏ

Cavid Osmanov: “Azərbaycanın AŞPA-dakı fəallığı bir çoxlarının ürəyincə deyil”

33069    |   2017-10-20 17:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Cavid Osmanov adalet.az-a müsahibə verib. Həmin müsahibəni sizə təqdim edirik.

-Cavid müəllim 2017-ci ilin 9 ayı geridə qalıb. Bu dövr ərzində ölkədəki siyasi-iqtisadi mənzərəni necə dəyərləndirərdiniz?

-2017-ci ilin geridə qalan dövrü ölkəmiz üçün uğurlu olub. Həm iqtisadi sahədə əldə olunan nailiyyətlər, həm siyasi arenalarda Azərbaycanın qətiyyətli mövqeyi ölkəmizin müsbət imicinin formalaşmasında önəmli faktorlardan biridir. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı bu yöndə geniş çıxış etdi. Bildirdi ki, Azərbaycanda bütün sosial-iqtisadi məsələlər uğurla öz həllini tapır, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədədir. Azərbaycan bu bölgədə və dünyada sabitlik məkanı kimi tanınır. Bu gün Azərbaycanın yerəşdiyi region beynəlxalq güclərin maraq dairəsindədir. Belə bir vəziyyətdə ölkəmizdə olan əmin-amanlıq, səmərəli iqtisadi mühit və ən əsası yüksək təhlükəsizlik və bu kimi məsələlərin yüksək səviyyədə təşkili məhz Prezident İlham Əliyevin yürütdüyü yorulmaz siyasətin nəticəsində baş verib. Bu siyasət təbii ki, əhalinin sosial rifah halının yüksəldilməsində də özünü göstərib. Bu baxımdan 2017-ci ilin 9 ayının iqtisadi göstəriciləri onu deməyə əsas verir ki, Azərbaycan həm də etibarlı iqtisadi tərəfdaşdır. 2017-ci ildə iqtisadi artımlar qeydə alındı, iqtisadi islahatlar öz bəhrəsini verdi. Bildiyiniz kimi "Əsrin müqaviləsi”nin yeniləndi. Müqavilənin müddəti 2050-ci ilə qədər artırıldı. Bununla yanaşı bu yaxınlard açılışı reallaşdırılacaq Bakı-Tbilisi-Qars dəmir yolunun ölkə iqtisadiyyatında çəkisi olduqca böyük olacaq. Bu dəmir yolunun istifadəyə verilməsinin həm siyasi, həm də iqtisadi əhəmiyyəti var. Faktiki olaraq bu, Avropa ilə Asiyanı birləşdirən körpüdür. Belə böyük layihələrin hazırlanması siyasi baxımdan Azərbaycanın müstəqilliyi üçün böyük əhəmiyyət daşıyır. "Əsrin müqaviləsi”nin uzadılması da vacib məsələdir. Düzdür, müqavilə müddəti 2024-cü ildə bitəcəkdi. Müqavilənin uzadılması Azərbaycana əlavə investisiya qoyuluşuna imkan yaradacaq. Bu müqavilə nəticəsində 40 milyard dollar yaxın investisiya qoyulacaq, Azərbaycan bundan böyük gəlir əldə edəcək. Azərbaycan Dövlət Neft Şirkəti 75 faiz mənfəət götürəcək. Hər halda rəqəmlər bizim xeyrimizədir. Bu layihə də müstəqilliyimiz üçün böyük əhəmiyyət daşıyır.

-Cavid müəllim YAP sıralarından Milli Məclisə seçilən deputatlar arasındasınız və bu il partiyanızın 25 illiyi qeyd olunacaq. İlk öncə sizi təbrik edirik. Bilmək istərdik. YAP sizin üçün nə deməkdir?

-Təmsil olunduğum Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi tarixində özünəməxsus bir cığır açmış bir siyasi təşkilatdır. Bu partiyanın özəlliyi ondadır ki, burada təmsil olunanlar Azərbaycan xalqının milli maraqların müdafiəsi və təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərlər. Sədrimiz cənab prezident İlham Əliyevin ətrafında sıx birləşərək Azərbaycanımızın daha da inkişaf etməsi istiqamətində əlimizdən gələni edirik. İlham Əliyev bütün sahələrdə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu hələ Prezident seçilməmişdən əvvəl də ulu öndərimizin müəllifi olduğu yeni neft strategiyasının həyata keçirilməsinə, Milli Məclisin deputatı və Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri kimi beynəlxalq təşkilatlarla əlaqələrimizin inkişafına, Azərbaycan idmanının yüksəlişinə verdiyi töhfələrlə sübuta yetirmişdir. İlham Əliyev ulu öndər Heydər Əliyevin dövlətçilik irsinə sədaqət andı içərək demişdir: "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm.

- Prezident İlham Əliyevin sərəncamı ilə "Strateji Yol Xəritəsi hazırlanıb. Bilmək istəyərdik ki, bu strategiya ölkəmizin inkişafı baxımından özündə nələri ehtiva edir?

- Öncə qeyd edim ki, "Strateji Yol Xəritə”sinə uyğun olaraq bu il vacib işlər görülür. Düzdür, onun icrasında müəyyən qurumlar tərəfindən nöqsanlar da var. Cənab Prezident də Strateji Yol Xətirələrində göstərilən məqamlara əməl edilməsi barədə müəyyən qurumlara ciddi xəbərdarlıq edib. Azərbaycan dövlət qurumlarında ciddi islahatlar aparılıb. Vətəndaş-məmur münasibətlərində sovet dövründən qalmış streotiplər aradan qalxıb. Bu gün məmur özünü xalqın xidmətçisi, insanlara kömək edən bir şəxs sayır. Çünki ölkə prezidenti özü bildirdi ki, o, xalqın bir nömrəli xidmətçisidir. Belə olan halda məmurların özünü insanlardan üstün tutmağa haqqı yoxdur. "Strateji Yol Xəritə”nin uğurla həyata keçməsi üçün ən vacib olan məsələ məsul şəxslərim işinə ciddi yanaşmasıdır və bu sahədə olan problemlər demək olar ki, aradan qalxmaqdadır.

Hazırda ölkədə makroiqtiqtisadi sabitlik hökm sürür. Bu il ölkədə 220 mindən çox yeni iş yerləri açılıb. Dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına və sənayeçilərə göstərilən dəstək nəticəsində kənd təsürrüfatı istehsalı 2.8%, qeyr-neft sənayesi istehsalı isə 3.1% artıb. Hazırda isə ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb. Ölkəmizdə qeyri-neft sektorunun artım dinamikasında özəl sektorun dəstəklənməsi tədbirlərinin mühüm rolunu xüsusi qeyd etmək lazımdır. Respublikamızda qeyri-neft sektorunda xüsusi çəkiyə malik özəl bölmənin inkişafı məqsədyönlü şəkildə stimullaşdırılır və geniş təşviq olunur. Dövlət bu sahənin inkişafına həm siyasi, həm də maddi dəstək verir. Ölkədə yaranmış hazırkı şəraitdə isə neftdənkənar iqtisadiyyatın, o cümlədən də özəl bölmənin inkişafının təşviq edilməsinə və stimullaşdırılmasına rəvac verən yeni nəsil islahatlar həyata keçirilir. Hazırda Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Sadaladığım və sadalamadığım inkişaf prosesləri, planlaşdırılan layihələr samballı şəkildə işlənib hazırlanaraq "Strateji Yol Xəritəsi”ndə öz əksini tapıb.

- Oktyabrın 11-də AŞPA-da Azərbaycanda demokratiya və insan haqlarının vəziyyətilə bağlı iki qətnamə qəbul olundu. Bununla bağlı mövqeyinizi bilmək maraqlı olardı.

- AŞPA-da müəyyən qüvvələrin, xüsusilə də, erməni lobbisinin təsiri altında olan güclərin Azərbaycana qarşı olan mövqeyi bəllidir. Bu qurum növbəti dəfə ölkəmizə qarşı qərəzli və obyektivlikdən uzaq mövqeyini ortaya qoydu. Xatırladım ki, Azərbaycan AŞPA-ya üzv olan gündən erməni təəssübkeşlərinin, Azərbaycanın inkişafını gözü götürməyənlərin təzyiqi ilə üzləşib. Torbyorn Yaqlandın baş katib olduğu dövrdə bu təzyiqlər daha da kəskinləşib. Ölkəmizə qarşı qəbul olunmuş qətnaməni hazırlayanlardan biri elə həmin Yaqlanddır. Bu da onun Azərbaycana qarşı xüsusi neqativ münasibətindən irəli gələn məsələdir. Milli maraqlarına uyğun müstəqil siyasi kursu olan, prinsipial mövqeyi ilə seçilən Azərbaycanın AŞPA-dakı fəallığı bir çoxlarının ürəyincə deyil. Avropada islamofobiya, ksenofobiya, irqi və dini ayrı-seçkiliyin başa alıb getdiyi, insan hüquqlarının, ifadə azadlığının kobud şəkildə pozulduğu bir zamanda Azərbaycandakı kiçik olayların şişirdilməsi, müzakirəyə çıxarılması çox şeydən xəbər verir. Krım məsələsinə görə Rusiyaya sanksiya tətbiq olunduğu halda, nəyə görə 25 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan Ermənistan barədə ölçü götürülmür? Avropanın fundamental dəyərlərinə bu dərəcədə açıq hörmətsizliyi görməməzlikdən gələn həmən o deputatların qərəzli olduğu açıq-aydın ortadadır. Bu cür sifarişli və qərəzli qətnamələrlə Azərbaycana təzyiq göstərəcəklərini, müstəqilliyimizi və gücümüzü zəiflədəcəklərini düşünənlər yanılırlar.

-Türkiyəli bəzi deputatların AŞPA-da həmin qətnamələrinin qəbuluna səs vermələri sizcə nədən xəbər verir?

- Türkiyəli dövlətinə müxalifətdə olan deputatlarin belə bir addım atması təəssüf hissi oyadır. Ancaq mən bir məsələni vurğulamaq istəyirəm. Bu gün Azərbaycan və türkiyə birliyi dünyaya nümunədir. Hətta bu birliyi qısqanan dövlətlər də var. AŞPA-da da qətnaməyə səs verən deputatlar da bu birliyə qısqanclıqla yanaşırlar. Ancaq onu da deyim ki, bu qüvvələr heç nəyə nail ola bilməyəcəklər.

-Azərbaycanda idmanın inkişafı ilə bağlı görülən işlər sizi qane edirmi?

- Şübhəsiz ki, 2017-ci il Azərbaycanın idman həyatı üçün yaddaqalan hadisələrlə dolu oldu. İdmanın bütün sahələrində ölkəmiz inkişaf etməkdədir. Mən "Qarabağ” futbol klubunun Çempionlar Liqasına çıxmasını və gözəl futbol nümayiş etdirməsini xüsusilə vurğulamaq istəyirəm. Mənə görə, "Qarabağ” uğuru təkcə idman hadisəsi deyil, həm də siyasi baxımdan əhəmiyyətlidir. Artıq bütün dünya Qarabağın Azərbaycana məxsus olduğunu bilir, qəbul edir. Bu, Azərbaycan üçün çox böyük, uğurlu təbliğat vasitəsi oldu. Biz gələcəkdə daha böyük nailiyyətlərə imza atacağıq. Buna şübhəm yoxdur. İstər futbol, istərsə də idmanın ayrı-ayrı sahələri üzrə Azərbaycanın çox böyük potensialı var.


Ədil Ədilzadə




İmza:

“Bizə piylənmiş ictimai-siyasi şişmanlar yox, real siyasi qəhrəmanlar lazımdır”

"Azərbaycan şairlərinin ölkəmizdə çoxlu pərəstişkarı var" - MÜSAHİBƏ

“Prezidentə dedi ki, Ramiz Mehdiyevlə Əli Həsənov mətbuatda məndən yazdırır” - Siyavuş Novruzov

102 illik şərəf salnaməsi

Rasim Müzəffərli: “Pandemiya “Vətən” anlayışını gücləndirir”

Qorxsam da, geri çəkilmədim - MÜSAHİBƏ

“Mavi boyalı ev”-xoşbəxtliyin, ümidin rəngidi - MÜSAHİBƏ

Aqil Abbas: "İtə çölə çıxmağa icazə verirlər, uşağa qadağa qoyurlar…" - MÜSAHİBƏ

"Arzum işğal olunmuş rayonlarımızda müəllimlik etməkdir" - MÜSAHİBƏ

"Arxiv sənədlərini almaq üçün bankdan kredit götürdüm" - MÜSAHİBƏ

Oqtay Qasımovdan Sülhəddin Əkbərə sərt cavab

“SURƏT HÜSEYNOV BU GÜN DƏ BİZƏ HƏDƏ-QORXU GƏLİR...” - Keçmiş baş prokurordan sensasiyalı açıqlamalar

SON XƏBƏRLƏR
2020-07-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.89%)
Pullsuz (11.11%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Siyasətçi ilə dolu bir avtobus seçki kampaniyası üçün kənd-kənd gəzirlərmiş. Avtobus böyük bir fermanın yanından keçərkən avtobus sürücünün diqqətsizliyindən dərəyə aşır.

Fermer qaçaraq gəlir və gecə qurda-quşa yem olmasın deyə cəsədləri basdırmağa başlayır.

Ertəsi gün polis sorğu üçün fermaya gəlir.

Fermerdən soruşur:

- Deməli, avtobusdakı bütün siyasətçiləri basdırdın. Hamısının ölü olduğundan əminsən?

Fermer cavab verir:

- Bəziləri yaşadıqlarını iddia elədilər, amma siyasətçiləri bilirsiniz də, necə yalan danışırlar. Amma məni aldada bilmədilər.




digər lətifələr
ARXİV
FACEBOOK