ANA SƏHİFƏ / YAZARLAR

DEYƏSƏN DEMİŞƏM…

Əbülfət MƏDƏTOĞLU

8541    |   2017-10-06 18:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəlkə heç deməmişəm

Gəlin belə danışaq. Əvvəlcə özümüzü güzgü önundə təsəvvür edək. Düşünək ki, üzbəüz dayandığımız divar güzgüdü. Və bu ağ divara baxa-baxa öncə özümüzə qiymət verək. Kimik, nəçiyik, hansı mənsəbə, hansı əxlaqa və nəhayət, nəyə xidmət edirik, necə xidmət edirik? Bax, bunların cavabını o divara baxa-baxa özümüz-özümüzə verə bilsək, mən yüzə-yüz əminəm ki, bizim hər sözümüz, hər fikrimiz normal qarşılanacaq. Çünki onun mayasında səmimiyyət olacaq və bir də bizə ağız büzənlər özləri bizim kimliyimizin qarşısında cılızlıqlarını görüb susacaqlar, ən azı bir anlıq. Düşünməyin ki, bu ölüm sükutudu, xatirə sükutudu. Xeyr, bu, onların həmin o bir an içərisində həqiqi insan olmaqlarının ölçüsüdü, zamanıdı, yeridi… Görün biz divarla üzbəüz durmaqla nə qədər savab qazanırıq adamları adam mərtəbəsində görüb, adamcığazları adamlığa qaytarırıq…

Fikirlərim sizə qəribə gəlməsin. Çünki bu, fəlsəfi yanaşma kimi görünüb özünü oxucuya sırımaq təsiri də bağışlaya bilər. Və siz də bunu haqlı olaraq qəribə qarşılayarsınız. Amma bir oxucu olaraq məni sözümdən tanıyan hər kəs, eləcə də böyük Allahım şahiddir ki, belə bir fikirdən, iddiadan çox-çox uzağam. Mənim əsas qayəm, başlıca məramım yaşadıqlarımı, içərisində olduqlarımı nöqtə-vergülünə qədər varlığıma hopdurmaqla həm də insanlara çatdırmaqdı. Eşidən, duyan bilsin ki, hər bir Allah bəndəsinin içərisində iynə ucu boyda da olsa işıq var, qor var. Onu üfürüb ocağa, nura da çevirmək olar, onun üstünü örtüb gizlətmək də və yaxud üstünə su töküb söndürmək də. Bax, sonuncudan çəkinmək, sonuncudan uzaq durmaq istəyilə yazıram bu yazını. Axı, mənim həyatımda kifayət qdər işıqlı insanlar var, olublar və yəqin ki, bundan sonra da yaşadığım Tanrı verən ömür çərçivəsində yenə də olacaqlar…

Diqqətli oxucum bilir, son vaxtlar nostalji duyğular məni öz aurasına alıb. Və mən də öz köhnə dostlarımı, iç dünyamın adamlarını təkrar yaddaşımdan mətbuat səhifəsinə gətirmişəm - bir mənəvi rahatlıq üçün, yaşadıqlarımı təkrar yaşamaq üçün. Və bir də həmin o yaşadıqlarımın nədən ibarət olduğunu həm ailəmə, doğmalarıma, həm də oxucularıma çatdırmaq üçün…

İnsan dünyaya mədəsindən baxanda ətraf ona ən yaxşı halda bozbaş kimi görünür. Ətraf ona mətbəx qoxusu çatdırır və onun həmin o mədəsindəki gözləri parıldayır ac canavar gözləri kimi. Ancaq çapmaq, talamaq, parçalamaq və təbii ki, o mədəni doldurmaq istəyilə. Bu da sonda min cürə fəsad törədir, xəstəliklər yaradır. Həmin o fəsadlara, xəstəliklərə də müqavimət gücü olmur ortada. Amma dünyaya, ətrafa mənəviyyatın gözündən baxanda hətta kül altındakı qoru da hiss etmək, görmək olur… gözün işıq axtarır … qulaqların ümidli, xeyir-dualı söz… Təbii ki, bunlar da həyatdakı yerini, bütövlükdə yaşamını rəngarəng edəcək. Hətta kimlər üçünsə, nələr üçünsə darıxacaqsan. Əlini telefona atacaqsan, yolunu həmin o aradığın ünvanlardan salacaqsan, deməli, yaşayacaqsan. Onda yadına xoş anlar düşəcək, xoş xatirələr yapışacaq yaxandan. Və təbii ki, sən o anların içərisində hətta şeir də oxumaq istəyəcəksən. Məsələn, bu kövrək misralar kimi:


Baxıram həsədlə, baxıram lal tək

Odlanan qəlbimin tüstüsü gülür…

Həyatım qaralıb buxaqda xal tək-

Havalı əlimin istisi gülür…


Əriyən günləri sayıb keçirəm

Bu sayı ömrümə yayıb keçirəm…

Hər gün olmasa da, hər an köçürəm -

Arxamca həyatın üst üzü gülür…


Görünür çətindi eşqdə tən olmaq

Dən olmaq, çən olmaq, sən ya mən olmaq…

Həsədli ürəyə son Vətən olmaq -

İstəyin özündə tüstüsü gülür…


***

Arxada qalan həftənin bir məqamını hələ də içimdə daşıyırm, yaddaşımda çözələyirəm. Bu məqam təbiətin şıltaqlığından qaynaqlansa da, sonra onu mən bir dostun timsalında da gördüm, izlədim. Öncə təbiət məqamından başladım. Yadınızdadı… son bir neçə günün fəsil dəyişikliyi aləmi vurdu bir-birinə. Bir günün içərisində yaydan payıza yox, qışa düşdük. Yazın, yayın ovqatı bir anın içərisində sel-suya qərq oldu. Şıdırğı yağan yağış bizi sümüyümüzə qədər islatsa da, bu qorxulu deyil. Qorxulu olan o idi ki, biz bir anın hökmünü unutmuşduq. Və böyük Yaradan təbiətin gücüylə bizə xatırlatdı ki, fəsil bölgüsünü də unutdurmaq olar. Bir anda yaydan qışa da düşmək olar. Necə ki, bir anda zirvədən dərənin dibinə, ya da olumdan ölümə düşmək kimi….

Bax, bu dediyimi bir dostun simasında yaşadım mən. Telefonda danışdıq, vədələşdik, görüşüb müzakirə edəcəyimiz məsələni də dilə gətirdik, hətta harda görüşəcəyimizi müəyyənləşdirdik… Amma bütün bunlar söz olaraq qaldı. Çünki o görüşün diplomatik dildə desək, vizası verilmədi, o görüş baş tutmadı, ölüm nöqtə qoydu bizim istəyimizə. Və mən sevincin, xoş təəssüratın içindən ayrılığa, kədərə düşdüm və susdum. Çünki başqa heç nə etmək mənim gücümdə deyildi. Bu məqam mənə səbrin və dözümün nə demək olduğunu bir də xatırlatdı, bir də diktə etdi. Mən də ancaq gücüm çatan bütün şıltaqlıqlarıma dözən ürəyimə üz tutub öz-özümə pıçıldadım:


Yorub salmışam əldən

Halı yoxdu səslənə…

Sevdiyi də qucaq açmır -

Girib orda bəslənə-

Ürəyim…


Qaranlıqda ulayan

Küləyin səsi kimi…

Özünə ağı deyir

Özünün kəsi kimi -

Ürəyim…


Bu halsız halımda da

Yönü yenə sənədi…

Sevənlərin olmadı

Sevdiyin bir dənədi -

Ürəyim!


Bax, bu cür yükləyib ürəyimi həmin o yaşadığım məqamı unutmaq üçün dörd divar arasından üzü dənizə tərəf çıxıb getməyə qərar verdim. Düzünü deyim ki, dəniz sakit olanda onunla söhbətim tutmur. Elə bil ki, yatmış adamla danışmaq kimi gəlir mənə bu söhbət. Daha çox coşanda, özünü qayalara, sahilə çırpanda baxmağı xoşlayıram dənizə. Səbəbi də bu çırpıntıların, bu şahə qalxmaların vuruş kimi gəlməsidi mənə… döyüş təsiri bağışlamasıdı mənə… Təbii ki, yorulanda dəniz də özünə çəkilir, elə hamı da, o cümlədən mən də. Çəkilib özümüzə, dərin nəfəs alıb elə bilirik ki, bitdi hər şey, son nöqtə qoyuldu. Amma içimizdəki işıq, içimizdəki qor alışanda - onda yenidən başlayır həmin o əvvəlki səhnə. Və mən də baxıb, baxıb sonra öz-özümə deyirəm:


Mən düşünə bilmirəm,

Yorulmuşam, çökmüşəm…

Ürəyimi min yerdən -

İlmə-ilmə sökmüşəm!..


Qaranlığa bürünür

Hər tərəfim anbaan…

Asta-asta sürünür -

Arxamca təklik – ilan…


Özümü toparlamaq

Gücünü hardan alım?

Qarşımda iki sual -

Gedim – ya da ki, qalım?!


Tay düşünə bilmirəm

Çökməyim göz önündə…

Şəklimi də silirəm -

Dincəlsin gözlərin də!..


***

Həyatın elə bir anı olub ki, sonra bu anı xatıralyanda öz-özünə deyirsən:

- Ömrüm tükdən asılıdı…

Bəli, mən də belə anların təkcə müşahidəçisi yox, yaşayanı da olmuşam – istər döyüş bölgəsində, istər düşdüyüm avtomobil qəzasında. Hətta klinik ölümün nə olduğunu da yaxşı bilirəm. O bir anda həyatımı xilas edən əlin, gücün, sözün, daha bilmirəm nəyin təsvirini, şəklini sözlə yarada bilmirəm, ifadə edə bilmirəm. O hər nədisə, onu təkcə xilas edən bilir. Mən isə xilas olduğum həmin o məqamı şükürlərlə, dualarla anıb, kimsəyə arzu etmirəm. Lakin bu şükürlərin, duaların içərisində bir təlaş da var. Həmin məqamın hardasa, nə vaxtsa təkrar olunmaq təlaşı. Axı, tarix təkrar olunur, deyiblər. Və düşünürəm ki, deyilən söz təkcə yadigar olaraq qalmır, o, həm də göyərə bilir. Şair Musa Yaqubun dediyi kimi, qara daşın göyərmədiyi dünayda sözün göyərməsi hər kəsə məlumdur. Ən azından sözün içində olanlar bunu bilirlər. Mən də az-çox sözə yaxın olduğumdan, sözü duyduğumdan bu qənaətə gəlirəm ki, bax, o bir an başımızın üstündəki qılıncdı. Gərək onun varlığını unutmayaq. Əgər unutmasaq, bəlkə də xilasımız daha asan olar. Nə isə…

Bəli, mən yazımın əvvəlində söylədiyim fikirlərə istinad edərək bildirmək istəyirəm ki, üzü divara dayanıb özümüzü dinləyə bilsək, onda gecələr göy üzüylə danışmağın xoş anlarını bir anlıq qatlayıb qoyacağıq kənara. Çünki göy üzündə olan səma cisimləri bizim o söhbətimizə müəyyən nüanslar qatır. Amma üzü divara dayanıb etdiyimiz söhətdə bu nüanslar yoxdu. Söhbətlər necə deyərlər, təkbətəkdi. Bax, mən də həmin o təkbətək söhbətin bin anını misralayıram və deyirəm ki:


İçimdə həyat donubdu

Heç nə isitmir ruhumu…

Ürəyim deyib, durubdu -

Üzü divara yuxumu…


Xəyal qurmaq istəklərim

Köpüklənib üzü günə…

İnanmıram donan ruhun –

Buzu sına, üzü gülə…


Yuvarlanıb dağ aşağı

Ayaq altda qalıb izim…

Yuxardakı, bax aşağı -

Dərddən yerə gəlib dizim!..


Doğrudan da hər anın hökmü olduğu kimi, hər ovqatın da bir yazı variantı var. Onu hər kəs bacardığı kimi yazır. Mən də çalışdım ki, son günlərin mənə verdiyi həyat dərsinin ovqatını sizinlə bölüşüm. Doğrudur, bu bölüşmə prosesi daha çox duyğulu, nostalji, bir az da sızıltılı oldu. Amma neyləyim ki, yaşadığım bu idi… və bir də neyləyim ki, bütün hallarda yaxamı kənara çəkmək istədiyim qayğı və ağrı-acı mənim ətəyimi buraxmır. Elə bil ki, onlar mənsiz, mən də onlarsız yaşaya bilmirəm və hətta öz-özümə deyirəm ki:


Ruhumun diri olduğu

Yadından çıxıb deyəsən…

Bu diri ruhum da səni -

Boğaza yığıb deyəsən!..


Adım bir kəndnən, şəhərnən

Sənlədi axşam, səhərnən…

Bu söz-söhbətim cəhənnəm -

Baxışım sıxıb deyəsən…


Qoy olsun, susub gözlərəm

Özümdən küsüb, gözlərəm…

Sənə sərt üzün göstərən -

Məni də yıxıb deyəsən!..


Hə, bu da mənim etirafım. Amma içərisində bir damcı şübhə olan etiraf. Çünki şeirdə «deyəsən» demişəm. Bəlkə, heç belə deyil...



İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:
- Bu nədi? Sənə nə olub?
- Ana, hər gecə saat 2-də sinif yoldaşlarımdan birinin evinə zəng vurub soruşurdum: "Tapın görüm mən kiməm?"
- Nə olsun ki?
- Heeeç. Bu gün biri tapdı.




digər lətifələr
ARXİV
FACEBOOK