deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | KRALIN QIZIL TRAPI Adalet.az | KRALIN QIZIL TRAPI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

KRALIN QIZIL TRAPI

Mehman CAVADOĞLU

18032    |   2017-10-06 10:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səudiyyə Ərəbistanının kralı Salman əl-Səudun Moskvaya səfəri elə ilk addımdan uğursuzluğa düçar olub. 81 yaşlı kral Vnukova hava limanında təyyarədən düşərkən onun qızıldan düzəldilmiş eskalator trapı xarab olub. Köməkçilər dərhal təşviş içində yerində donub qalan kralın qoluna girərək onu aşağı düşürdüblər. Yəqin, dünyada evsiz-eşiksiz və ac-yalavac müsəlmanların sayı çoxaldıqca dünyanın bu ən zəngin və ən qatı müsəlman ölkəsinin kralının trapında qızılla bərabər bahalı brilyantlar da bərq vurmağa başlayacaq. Sözümüz yox, varlığa nə darlıq? Müsəlmanlardan ötrü də narahat olmağa dəyməz. Nə qədər ki, dünyada Angela Merkellər və Ancolina Colilər var ac müsəlmanlar bir qismət çörək tapacaqlar. Narahatlıq başqa məsələ ilə bağlıdır. Yaxşı trap düzəltmək üçün usta zərgərlərlə yanaşı səriştəli mühəndislər də lazımdır. Beləsini Səudiyyədə tapmaq mümkün deyisə, Avropadan da çağırmaq olardı. Ya da təyyarəni elə qızıl trapla birgə sifariş vermək olardı. Puluna minnət.

Səudiyyə kralı az-az səfərlərə çıxır, amma yaxşı çıxır. Onun səfərlərinin ən çox yaddaqalan məqamları dünyanı bu cür bahalı şoularla mat qoyması, kasıbların ağzının suyunu axıtmasıyla bağlıdır. Məsələn, bu yaxınlarda İnodneziyaya etdiyi səfərində onu 1000-dən çox adam müşayət edib, baqajının ağırlığı 500 ton olub. Yaponiyaya isə 10 təyyarə, 500 limuzin və 2 qızıl eskalator trapla (nədənsə, Moskva səfərində ehtiyat trap götürmək yaddan çıxıb) səfər etmişdi. Mehmanxanada nümayəndə heyəti üçün 1200 bahalı otaq kirayə edilmişdi.

Bu, Səudiyə kralının Rusiya Federasiyasına ilk səfəridir. Ümumiyyətlə, indiyə kimi heç bir Səudiyyə kralı Moskvaya səfər etməmişdi. Rusiya mətbuatının yazdığına görə, paytaxtın «Rits Karlton» mehmanxanası həftənin axırına kimi büsbütün Səudiyyə kralı və onu müşayiət edən heyət üçün bron edilib.

Salman əl-Səudun Rusiya səfəri təkcə öz təmtərağı ilə yox, həm də müzakirə olunan məsələlərin miqyasıyla böyük ictimai diqqət kəsb edir. Xatırladaq ki, bu səfərə düz 2 ildir ki, hazırlıq gedirdi. Görünür, iki ölkə arasındakı münasibətlərdə xeyli ortaq məqamlar tapıldığına görə bu gün gerçəkləşən səfər bir çox rus rəsmilərini sözün həqiqi mənasında vəcdə gətirib. Məsələn, xarici işlər naziri Sergey Lavrov kralın gəlişini həqiqətən cahanşümul hadisə adlandırıb. Federasiya Şurasının spikeri Valentina Matveyenko ona böyük ümidlər bəsləndiyini söyləyib. Çeçenistanın başçısı Ramzan Kadırov isə öz instiqram hesabında bildirib ki, Rusiya və Ərəbistan arasındakı dialoq böyük konfliktlərin həllinə yardımçı olacaq.

Səfər zamanı iki ölkə arasında ticarət, iqtisadiyyyat, investisiyaların qoyuluşu və humanitar sahələrdə əməkdaşlığa dair çox saylı məsələlər müzakirə olunacaq. Dövlət rəhbərlərinin dünya neft bazarındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparacağı da gözlənilir. Kral Putindən başqa ölkənin baş naziri Dmitri Medvedyevlə də görüşəcək. Ümumiyyətlə, 25 adda layihənin həyata keçirilməsi ətrafında danışıqlar aparılması nəzərdə tutulur. Onların arasında Moskvada ilk pullu avtomobil yolunun inşası məsələsi də var.

Ancaq bütün bunlarla yanaşı, dünya mediasında ən çox müzakirə olunan məsələ «Triumf» zenit-raket kompleksi ilə bağlıdır. Masanın üstündə 3 milyard dollarlıq silah sövdələşməsi barədə sənədlərin olduğu deyilir. Ümumiyyətlə, Moskva on illərdir ki, Ər-Riyadın silah bazarına girməyə can atır. Müəyyən vaxtlarda hətta 20 milyard dollarlıq müqavilələrin imzalanması ilə bağlı danışıqlar aparılsa da, bütün bunların nəticəsi olmayıb, heç bir kontrak imzalanmayıb. "Triumf”a gəlincə, Səudiyyə Ərəbistanının bu kompleksə maraq göstərməsi barədə də çoxdan söz-söhbət gedir. Amma Rusiyanın bəzi rəsmilərinin və ekspertlərinin açıq-gizli eyhamlarına görə ər-Riyadın əsas məqsədi həmin kommpleksi əldə etmək yox, Rusiya ilə oyun oynamaqdır. Onlar dəfələrlə Rusiyaya xatırladıblar ki, İrana S-300 sistemləri satmasanız, biz Rusyadan külli miqdarda tank və başqa hərbi texnika ala bilərik.

Hər halda «Kommersant» qəzetinin yazdığına görə, «Triumf” S-400 zenti-raket kompleksinin Səudiyyə Ərəbistanına satılması məsələsi artıq konkret mərhələyə qədəm qoyub və danışıqların gündəliyində əsas yer tutur. Təbii ki, bu səfər çərçivəsində həmin raketlərin satılması ilə bağlı müqavilənin imzalanması gözlənilmir. Əgər qarşılıqlı siyasi anlaşma olsa, konkret danşıqların başlanmasına start verilə bilər. Bundan əlavə, Səudiyyə tərəfi müqavilə çərçivəsində texnologiyanın transfertini istəyirlər ki, bu da danışıqlarda müəyyən problemlər yaradır. "Ancaq hər şey danışıqların gedişindən asılıdır” –deyə məlumatlı mənbə qəzetə bildirib.

Bundan əlavə danışıqlarda yeni investisiya fondlarının yaradılması, informasiya texnologiyaları sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacağı, bu sahələr üzrə konkret müqavilələr imzalanacağı gözlənilir.

Siyasi paketdə də xeyli məsələ var. Xüsusilə, Yəmən, Misir və Suriyadakı mövcud durum ətrafında geniş fikir mübadiləsi aparılacaq. Səudiyə Ərəbistanının müsəlman dünyasındakı ən əsas geopolitik rəqibi İranla münasibətlərin perspektivləri barədə müzakirələr də istisna edilmir. Xatırladaq ki, Suriya məsələsində Moskvayla Tehran arasında qarşılıqlı anlaşma mövcuddur. Səudiyyə Ərəbistanı isə İranı həmin prosesdən kənarlaşdırmağa cəhd edir. Ancaq bu istiqamətdə müəyyən razılığa gəlmək mümkünsüz görünür. Rusiya çətin ki, bir sıra vacib məsələlərdə maraqları üst-üstə düşdüyünə, üstəlik, "düşmənimin düşməni mənim dostumdur” prinsipinə görə uzun illərdir əməkdaşlıq etdiyi öz ənənəvi partnyorunu hələ etibarına o qədər də əmin olmadığı, həm də düşməninin dostu olan bir ölkənin ayağına versin.

İndi bütün dünyanın diqqəti daha çox tərəflərin hərbi-texniki əməkdaşlıq, xüsusilə "Triumf” zenit-raket sistemləri ilə bağlı sövdəşləşmələrin baş tutub-tutmayacağına yönəlib. Bəs, görəsən, bu raketlərin korpusunun, heç olmasa, başlıqlarının örtüyü qızıldan sifariş veriləcək, yoxsa yox. Bax, bu barədə Rusiya, Səudiyyə, bütövlükdə dünya mətbuatı, eləcə də məlumatlı mənbələr hələ ki, tam susqunluq nümayiş etdirirlər.






İmza:

YAZARIN ARXİVİ

2017-11-14 : PULUN ESTETİKASI
2017-10-28 : Doktor Jivaqo
2017-09-19 : BMT PEÇENYESİ
SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK