ANA SƏHİFƏ / YAZARLAR

TELEFONUNU AÇIQ SAXLA, QARDAŞ

Əbülfət MƏDƏTOĞLU

18174    |   2017-09-21 17:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Can dostum Dilavərin ruhuyla söhbətim

Heç kim dünyanı tutub qalası deyil. Və heç kimin də buna gücü çatası da deyil. Əgər Yaradan hər kəsə "ol" və "öl" deyibsə, deməli, bütün məsafələr ömrün uzunluğu bu iki sözün arasındadı. "Ol"la gələn "öl"lə gedir. Belə olan halda olanlara sevinən bizlər ölənlərə nədən üzülürük? Qəribə sualdı, deyilmi? Amma qəribə olduğu qədər də içdən gələndi, düşündürücüdü və bir də barışmadığımız bir haldı, bir məqamdı. Xüsusilə sevdiklərimizi, doğmalarımızı güvəndiklərimizi, özümüzə arxa-dayaq bildiklərimizi, sirr yerimizi, ümid yerimizi itirəndə daha çox üzülürük, daha çox sızıldayırıq və daha çox da barışmırıq. Hətta bəzən içimizdə Yaradana etiraz da baş qaldırır, bir asilik də keçir könlümüzdən. Və əlimizi onun dərgahına açıb həm yalvarıcı, həm üzüntülü, həm də tələb dolu bir səslə soruşuruq:

- Niyə qıydın ona? Niyə öldürdün onu? Niyə aldın əlimizdən?..

Artırmaq olar bu sualları. Çünki o suallar hər kəsin içində bir cür yaranır, hər kəsin dilində bir cür səslənir. Cavab yoxdur! Yox, cavab var. Hamı çox razı bir şəkildə pıçıldayır:

- Özü vermişdi, özü də apardı!

Bəlkə də dünyanın ən ədalətli sözüdü, ən ədalətli qərarıdı, ən ədalətli hökmdü. Belə də yox! Bunu həmin an o sözü deyən, o sözü dilinə gətirən ədalətli kimi qəbul edir, gerçək kimi qəbul eləyir. Amma əzizini itirən bu sözün sahibinə gözünün ucundakı qəzəblə baxır, əsəblə baxır. Sanki demək istəyir ki, itirən mənəm, sən deyilsən ki. Bu sözü demək sənə çox asandı, amma məni dinləmək də zülmdü.

İndi mən elə bir durumdayam, elə bir əhvaldayam ki, gözümün qabağından şəklin çəkilmir, qulağımdan səsin getmir. Elə bil həmişəki təbəssümlə, həmişəki ərklə, həmişəki ağayanalıqla deyirsən ki, ay qağa, hər şeyi niyə ürəyinə salırsan? Başını burax, qoy kim necə istəyir düşünsün, yaşasın. Sən ki, hər şeyi dəyişən deyilsən...

Və mən sənin hər zəngində, hər görüşümüzdə dediyin bu sözün çox vaxt qarşılığında etiraz etmişəm, razılaşmamışam. Demişəm ki, axı susmaq, münasibət bildirməmək olmaz. Sən də başını bulayıb elə həminki səs tonunla:

- Bilirsən nə var, sən heç nəyi dəyişə bilməyəcəksən, heç özün də dəyişməyəcəksən. Gəl gedək oturaq bir tərəfdə unudaq hər şeyi...

Belə də edirdik. Çəkilirdik bir tərəfə. Amma bu boyda Bakıda tərəf qalmamışdı. Harda çəkilib otururduqsa, mütləq səni tanıyan bir nəfər yaxınlaşırdı stolumuza, hal-xoş edirdi, "qulluğunda olum, Dilavər müəllim" - deyirdi. Və doğurdan da qulluğunda olurdu. Mən hələ kiminsə sənin yanından laqeyd keçdiyini görməmişəm. Və mütləq sənin əyləşdiyin süfrəyə kimsə nə isə göndərirdi. Bəzən səndən xəbərsiz kimsə süfrənin hesabını verib gedirdi... Bax, mən onda düşünürdüm ki, yəqin vəzifənə görədi, tutduğun mövqeyə görədi... Amma sonra təqaüdə çıxdın, həmin münasibətlər yenə qaldı. Heç nə dəyişmədi. Yenə masana yaxınlaşdılar, yenə qulluğunuzda olum dedilər. Bax, onda anladım ki, vəzifə səni yox, sən vəzifəni şərəfləndirmisən. Sən oğurluq-doğurluq pul qazanmamısan, hörmət qazanmısan, nüfuz qazanmısan. Hətta mənim adımdan Füzuliyə gələn hər kəsə elə diqqət, elə qayğı göstərmisən ki, indinin özündə də o adamlar sənin sadəliyin, sənin insanlığın önündə heyrətlərini gizlədə bilmirlər. Sən bir kimsəni, hətta bir söz soruşmağa gələni də çaysız-çörəksiz yola salmamısan. İnan, bəlkə də bu sözləri sənin sağlığında demədiyim üçün məni kimsə qınaya bilər. Amma mən onda fikirləşirdim ki, bu qədər bol süfrəli, bol çörəkli bir insan görəsən, nə vaxtsa çörək dərdi, süfrə qayğısı çəkəcəkmi? Onun buna ehtiyacı olacaqmı? Şükürlər olsun ki, son nəfəsinə qədər süfrən çörəkli oldu. Özün də hamı üçün əziz, mənim üçün isə...

Səninlə dostluğumun yaşı 1977-ci ildən başlayır. Və 40 ildə bizim nəyisə bölüşmək barəsində bir kəlmə də olsun söz-söhbətimiz olmayıb. Bu illər ərzində biz doğma qardaşdan da artıq bir-birimizə diqqət göstərmişik. Mən rəhmətlik Vahid Əlifoğlunu itirəndən sonra səndən daha çox sevgi gördüm. Elə bil ki, mənim ona olan sevgim də, sayğım da yetimçilikdən qurtardı. Sən sözü, kitabı yüksək qiymətləndirdiyindən Vahidlə bağlı günlərimi mənə unutdurmaq yox, mənə hopdurmaq üçün hər görüşümüzdə onunla bağlı nəsə bir kəlmə söz söylədin, nəsə bir xatirə çözdün. Onda anladım ki, sən mənim dostumu da mənim qədər çox istəyirmişsən. Və...

Bizim ailəmiz də, övladlarımız da bir-birinə diqqətlə, sayğıyla yanaşıblar. Uşaqlar sənə də, mənə də əmi deyiblər, xüsusilə qızlarımız. Axı, qız uşaqları daha duyğusal olurlar. Sənin mənə olan məhəbbətin, diqqətin, qayğın qızların Vəsiləylə, Vüsalənin mənə olan əmi sevgisini göylərə qaldırmışdı. Mənim qızlarım da səni o cür sevirdilər. Acı xəbəri eşidəndə üzlərindəki təbəssüm dondu, kirpiklərindəki göz yaşı lal çaylar kimi axdı. Və mən anladım ki, təklənirəm. Özü də çox sürətlə təklənirəm...

Təklənmək sözünü işlətməyi mənə qadağan etmişdin. Demişdin ki, çıxart ağlından bu sözü. Çünki mən onu ilk dəfə Vahid Əlifoğlunu itirəndə işlətmişdim. Bir az sərt, bir az incə şəkildə demişdin ki, Vahidin ruhu yanındadı... mən yanındayam... digər dostların yanındadı... övladlar, ailə yanındadı... sevdiklərin yanındadı... işlətmə bu sözü. Başımı aşağı salıb razılaşmışdım səninlə. Amma sonra həyat bu sözü ürəyimdə pıçıldamağa məcbur etdi məni. Rafiq İbrahimovu itirəndə, Vaqif Cəfərlini itirəndə, lap elə bu günlərdə bacım, əzizim Amiləni itirəndə... Anladım ki, qardaşım etiraz etsə də, təklənirəm mən. Ölüm indi daha sürətlə yaxınlaşır mənə. Qol-budağımı doğraya-doğraya, həyatımı hər gün öz istədiyi şəklə sala-sala nəfəsini duydurur mənə... Və bu yerdə rəhmətlik İsmayıl Şıxlının bir bir sözü yadıma düşür. Böyük yazıçı xatirələrinin bir yerində vurğulayr ki, ətrafdan tanış-bilişi aparan Əzrayıl adama yaxınlaşdığını mesaj edir, xatırladır. Demək təklənməyimin yekunu məlumdu, nəticəsi indidən bilinir. Mən heç düşünmədən demək istəyirəm ki, qorxsam da, qorxmasam da qaçılmaz olan bu təklənmənin, bu yaxınlaşmanın bir məqamı ürəyimdə nisgilə çevrilir. O da məndən qopub gedənlərin ruhu qarşısında olan borclarımı tam yerinə yetirə bilməməyimdi. Buna həm maddi, həm də fiziki gücüm imkan vermir. Və mən bu gücsüzlüyün sıxıntısını hardasa yazdığım yazılarla, etdiyim söhbətlərə əritməyə, unutmağa çalışıram. O da alınmır, heç alınmır.

Hə, Dilavər qardaşım, sən Füzulidə, Saracıq kəndində bir ziyalı ailəsində doğulmuşdun. Atan müəllim kimi sayılmışdı, sevilmişdi, sən də maliyyəçi kimi. Ona görə də evdə oxuduğun, gördüyün kitab dünyası sənin həm maliyyəçi kimi, həm də sözü duyan bir insan kimi formalaşmağına müsbət təsir etmişdi. Musiqini də gözəl duyurdun. Məclislərdə çıxış edəndə də, tədbirlərdə danışanda da, elə ürəkdən, elə səmimi sözlər işlədirdin ki, o hamıya təsir edirdi. Çünki sən məclis adamıydın. Sən olan məclis mütləq şən keçməliydi. Özünəməxsus oynamağın, rəqs etməyin var idi. Elə bir dost, elə məclisi yox idi ki, sən orda ətrafındakıları şənləndirməyəsən, məclis sahibiylə qol qaldırıb rəqs etməyəsən. Səndə özünü kənara çəkmək, başqalarından ayırmaq hissi, istəyi yox idi. Sən hamının yanında olmağa üstünlük verirdin. Bir dəfə səndən söhbət düşmüşdü, amma orda sən yox idin. Bu söhbəti ağsaqqal dostum, Füzulinin, Qarabağın dəyərli ziyalısı Nəbi Muxtarov sənin barəndə dedi. Söylədi ki, Dilavər dərrakəli adamdı, möhkəm adamdı, etibarlı adamdı. Və bir də əlavə etdi ki, sənin dostun-qardaşın olduğuna görə demirəm, birlikdə işləmişik. Necə iş bacaran olduğunu özüm görmüşəm, özüm müşahidə etmişəm. Ona bircə kəlmə söz kifayət edirdi...

Bəli, indi səninlə söhbət edirəm. Amma özünlə yox, ruhunla. Və mənə elə gəlir ki, sənin ruhun dediklərimi, ürəyimdən keçənləri, xəyalıma gətirdiklərimin hamısını görür, eşidir. Onları mütləq sənə çatdıracaq. Mən gələn kimi, mən sənlə görüşənə kimi bu söhbəti nöqtəsindən vergülünə qədər biləcəksən. Biləcəksən ki, sən məni qoyub getsən də, mən səndən ayrılmamışam... Sən məni tək buraxsan da mən səni tək buraxmayacam. Gələcəm... görüşəcəyik... həmişəki kimi davam edəcək həyatımız. Və...

İndicə telefonuma zəng gəldi. Bir anlıq çaşdım. Sənin nömrəndən idi. İnana bilmədim. Bir də diqqətlə baxdım. Yox, nömrənin əvvəli fərqli imiş. Amma nə dəxli var ki, sən mənə zəng vurmasan da, mən səni arayacam, telefonunu açıq saxla, qardaş. Ruhun şad olsun, Dilavər Əliyev!





İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK