Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Aqil ABBAS:"OLİMPİYA" "QARABAĞ" ÜÇÜN ÇƏTİN OLA BİLƏR, AMMA… Adalet.az | Aqil ABBAS:"OLİMPİYA" "QARABAĞ" ÜÇÜN ÇƏTİN OLA BİLƏR, AMMA… Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS:"OLİMPİYA" "QARABAĞ" ÜÇÜN ÇƏTİN OLA BİLƏR, AMMA…

14839    |   2017-09-12 09:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Belə razılığa gəlinib ki, «Qarabağ» Çempionlar Liqasının qrup mərhələsindəki ev oyunlarını Olimpiya stadionunda keçirsin. Təbii ki, Olimpiya stadionu bütün beynəlxalq standartlara cavab verir, hətta bir çox öndə gedən ölkələrin stadionlarından da yüksək səviyyədədir. İkinci bir üstünlüyü də odur ki, burda televiziya kameralarının işləməsi üçün çox yüksək texniki şərait yaranıb. Və bunu da həm Avropa oyunları zamanı, həm İslam oyunları zamanı gördük. Və həm də bu stadionun tutumu Tofiq Bəhrəmov adına stadionun tutumundan iki dəfə artıqdır, oturacaqlarına da söz ola bilməz, ot örtüyü də əla vəziyyətdədi.

Elə isə bəs çətinlik nə ola bilər? Bu stadion «Qarabağ» üçün bir az yaddı.

Bilirsiniz ev oyunlarında komandalar niyə güclü olurlar? Adətən də ev oyunlarının 90 faizində yerli komanda qalib gəlir. Deyəcəksiniz, azarkeş dəstəyi. Bəli, azarkeş dəstəyi mühüm rol oynayır, amma təkcə bu deyil. Eyni zamanda torpaq güclüdü. Futbolçu o torpaqdan qüvvət alır.

Anarla Arif Babayevin «Gün keçdi» filmini hamımız dəfələrlə izləmişik. Ordan bir detalı yadınıza salmaq istərdim. Bir kor İçərişəhərdə əl havası ilə hərdən divarlara toxuna-toxuna gedib çıxır evinə. Çünki bu məhlə ona çox doğmadı. O divar daşının həm hərarətindən, həm də bizim eşitmədiyimiz pıçıltısından, havasından evinin yolunu tuta bilər. (Bilmirəm, indi İçərişəhərdə kor gedib evini tapa bilərmi?)

«Qarabağ» da uzun illərdi ev oyunlarını Tofiq Bəhramov stadionunda keçirir. Bu stadion həmin o İçərişəhərdəki məhəllə kimi ona çox doğmadı. Stadionun hər künc-bucağını əzbər bilir. Ot örtüyünü yaxşı hiss edir, məsafəsini düzgün ölçüb-biçir. Yəni belə demək mümkünsə, «Qarabağ» Tofiq Bəhramov stadionunda gözü yumulu da oynaya bilər. Futbolda da belə bir termin var: doğma divarlar. Yəni Tofiq Bəhramov stadionunun divarları da ona doğmadı.

Amma Olimpiya stadionu ona o qədər doğma deyil. Mənim fikrimcə, bu çətinliyi aradan qaldırmaq üçün «Qarabağ» «Roma»nı qəbul edənədək məşqlərini də bu stadionda keçirməlidi. Eləcə də ev oyunlarını da. Futbolçular stadionun ab-havasını öyrənsinlər, bələd olsunlar, stadion «Tofiq Bəhramov» kimi onlara da doğmalaşsın. Özlərini həqiqətən öz evlərində hiss eləsinlər. Hələ vaxt var, gec deyil.

Bu bir təklifdi. Çox istərdim ki, Qurban Qurbanov da, eləcə də AFFA-nın rəhbərliyi bu məsələni bir fikirləşsinlər, götür-qoy eləsinlər. Hər halda «Qarabağ»ın, futbolumuzun xeyrinə olar.





İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK