ANA SƏHİFƏ / YAZARLAR

HƏR BİR ƏSGƏR ÜRƏYİM

30182    |   2017-08-04 12:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu günlərdə "Azərbaycan" qəzetində onun baş redaktoru, millət vəkili, istedadlı publisist və yazar, hörmətli Bəxtiyar Sadıqovun çox maraqlı bir yazısını oxudum. Və yazının da sərlövhəsi belə adlanırdı: "Hər bir əsgər balamdı, hər bir şəhid yaramdı...".

Bu yazını oxuyanda istər-istəməz qəlbimdən və ürəyimdən çox şeylər keçdi. Bir anlıq  əsgər analarının, şəhid valideynlərinin yanında özümü hiss elədim... bir anlıq onların çiynində nə qədər böyük yük olduğunu bir daha dərindən duydum... bir anlıq anladım ki, Azərbaycan əsgərini və Azərbaycan şəhidini sevməmək və hörmət etməmək daşürəkli insanlara məxsusdur!..

İstedadlı qələm sahibi Bəxtiyar Sadıqovun hər bir yazısı orijinallığı, dil və üslub xüsusiyyəti, bədii dəyəri ilə seçilir. Ən azından ona görə ki, Bəxtiyar Sadıqov nə yazırsa, hansı mövzunu qələmə alırsa, onu ürəyinin səsiylə və qəlbinin atəşiylə araya-ərsəyə gətirir. Azərbaycan mətbuatında baş redaktorlar arasında müəllif yazısı qələmə alanlar o qədər də çox deyil. Yəni onları barmaqla saymaq olar. Və "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov da barmaqla sayılası, yazı qələmə alan baş redaktorlardandı. Onlar arasında iki yazarın - millət vəkili Aqil Abbasın və bir də millət vəkili Bəxtiyar Sadıqovun yazılarını böyük həvəslə oxuyuram. O yazıların birinci cümləsi adamı elə bir aləmə aparır ki, bir də gözünü açıb görürsən yazını oxuyub başa çatdırmısan. Bu da hər iki müəllifin böyük istedadından və bədii üslubunun şirinliyindən yaranır...

Elə mənə bu mövzunu da qələmə almağa "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun yuxarıda adını çəkdiyim yazısı ruhlandırdı. Əlbəttə, vətənpərvərlik mövzusunda yazı qələmə almaq, onu araya-ərsəyə gətirmək və oxucuya sevdirmək o qədər də asan deyil. Bunun üçün sənin özünün böyük ürəyin, Vətən sevgin və ən nəhayət, şirin yazı üslubun olmalıdır. Bu mövzuda o qədər yazılar qələmə alınıb ki, saymaqla qurtarmaq olmaz. Ancaq oxunan yazılar və yaddaqalan anlar yəqin ki, o qədər də çox deyil. Hər bir yazı istər-istəməz oxucunun ürəyində bir sevgi, bir məhəbbət və bir istək yaratmalıdı. Əgər bu istək, bu məhəbbət, bu sevgi yaranırsa, deməli, müəllif istəyinə çata bilir...

Bir az yekəlik çıxmasın, deyim ki, Qarabağ müharibəsinin  başladığı ilk günlərdən mən Azərbaycan əsgərinin, döyüşən oğulların, onların səngərdə hansı anlar yaşadığının şahidi olmuşam. Şahidi olmuşam ki, Azərbaycan əsgəri döyüşdə yaralanıb, onu həkimlər xəstəxanada yatandan sonra evə buraxıblar, ancaq o, evə yox, yenidən səngərə və silahdaşların yanına qayıdıb. O, şəhid olub və Azərbaycan tarixinə qızıl hərflərlə adını yazıb!

Biz Azərbaycan yolunda, Qarabağ döyüşlərində, hörmətli Bəxtiyar Sadıqovun  yazısında qeyd edildiyi kimi, 20 mindən çox şəhid vermişik. Və bu şəhidlər bu torpağın, bu yurdun, bu Vətənin hər qarış torpağını döyüşərkən öz qanlarıyla suvarıblar. O yerlərdə bitən lalələr də, güllər də, çiçəklər də şəhid qanından qida alıb və böyüyüb. Və bu lalələr, bu güllər hər an, hər dəqiqə o torpaq uğrunda şəhid olanları bizə xatırladır...

Mən tez-tez doğma yurduma - Füzuliyə gedirəm. Bir ay ora getməyəndə, balalarımı, nəvələrimi görməyəndə ürəyim partlayır: ya onları yuxumda görürəm, ya da hiss edirəm ki, bir az  ləngimişəm. Vaxt tapan kimi yenidən Füzuliyə - Horadizə gedirəm. Horadizlə işğal olunmuş torpaqlarımız arasındakı məsafə o qədər də uzaq deyil. Lələtəpə  Horadizin bir-iki kilometrliyində yerləşir. Və bu gün Lələtəpədə Azərbaycan bayrağı dalğalanır və orada Azərbaycan əsgəri döyüş mövqeyində dayanaraq yaşayış məntəqələrimizi erməni yağılarından qoruyur. Və orda yağı düşməndən qorxmayan şir biləkli, pələng ürəkli Azərbaycan əsgəri dayanır! Və bu Azərbaycan əsgərinin orda olduğunu bilən Horadiz sakinləri və mənim övladlarım çox rahat, çox sakit şəhərdə yaşayır və işləyir. Bu isə o deməkdir ki, Azərbaycan Prezidenti İlham Əliyev cənabları dövlətin və xalqın təhlükəsizliyi üçün bütün təhlükəsizlik tədbirlərini yüksək səviyyədə həyata keçirir və ordumuz da var qüvvəsiylə  insanları,  dövləti yağılardan qoruyur...

Mənim iki nəvəm var: Tunar və Sədaqət. Onlar hər ikisi Horadiz şəhərində və yaxınlıqda xidmət edən "N” saylı hərbi hissənin əsgərlərinə məktub yazıblar. Və o məktubları oxuyanda inanın, mənim tüklərim biz-biz olur. Və sevinirəm ki, indi böyüyən uşaqlar, gələcəkdə həyata qədəm qoyacaq balalarımız Vətəni necə böyük məhəbbətlə sevirlər. Vətənin hər daşı, hər gülü, hər çiçəyi, hər otu onlar üçün çox əzizdir. Əsgərə yazılan məktubdan bir neçə sətri oxucuların diqqətinə çatdırmaq istəyirəm: "...Mənim əsgər qardaşlarım, siz yayın istisində, qışın soyuğunda səngərdə durub bizi qoruyursunuz! Siz olmasanız biz bir saat, bir gün Horadizdə rahat yaşaya bilmərik. Düzdü, hərdən biz güllə, mərmi səsi eşidirik! Amma ürəyimiz buz kimi arxayın olur və o güllə, mərmi səsindən qorxmuruq. Çünki sizin kimi qardaşlarımız bir neçə dəqiqənin içərisində erməniləri susdurur və tam sakitlik yaranır. Bizim əsgər qardaşımız, səni atam qədər, dədəm qədər çox istəyirik. Çünki sən bizə atamız, dədəmiz qədər yaxınsan. Sən bizim yolumuzda hər an döyüşməyə və şəhid olmağa hazırsan! Biz sənin alnından öpürük və "Allah sizin kimi oğulları qorusun!” - deyirik. Biz deyirik ki,  bu cür igid oğulları olan Vətən heç vaxt basılmaz!!!"

Bax, budur vətən sevgisi... bax, budur vətənpərvərlik! Aprel döyüşlərində  mənim hər iki nəvəm Horadizi tərk eləməmişdi və mən də onların yanındaydım. Çünki onlar görürdü ki, ölkə Prezidenti və Azərbaycan Ordusu Horadizdə yaşayan insanların təhlükəsizliyini çox yüksək səviyyədə təmin etmişdilər. Həmin anlarda bir nəfər belə Horadiz sakini şəhərdən çıxmadı və Lələtəpənin azad olunması sevincini yaşadılar!..

Azərbaycan əsgəri gələndə hamımız ayağa qalxmalıyıq! Şəhid Azərbaycan  əsgərinin adını eşidəndə dik durmalıyıq! Onların özlərini və övladlarını sevməliyik ki, bu vətən də bizə arxa olsun! Çünki əsgərsiz və şəhidsiz Vətən tez basılar, tez işğal olunar. Azərbaycan əsgərinə, şəhid ailəsinə kəm gözlə baxanın iki gözünü iki barmağımızla basıb çıxarmalıyıq! Hərçənd ki, bu cür nankor məmurlar da var və bəzən şəhid ailəsi onların yanına gedəndə kobud rəftar edir, hətta utanıb-qızarmadan deyir: "Sizin övladınızı mən göndərmişəm cəbhəyə? Gedin, kim göndərib, o da dərdinizə çarə qılsın...". Bu cür nadürüstlər nə yaxşı ki, tək-tükdü. Və bu cür nadürüstlərə bu Vətəndə yer yoxdu və heç vaxt olmayacaq!

Hörmətli Bəxtiyar müəllim! Sizin o gözəl yazınızdan bəhrələnib bu cızma-qaranı qələmə aldım. Siz Allah, sizdən bəhrələndiyimə görə halallıq verin! Çünki hər şeydə halallıq olanda, sevgi, məhəbbət olanda o, daha gözəl və şirin olur. Düşünürəm ki, bu halallıq varsa, dünyada nizam-tərəzi heç vaxt pozulmur.

Allah-Təala Azərbaycan əsgərini qorusun və bu vətən uğrunda şəhid olan oğullarımızın ruhunu şad eləsin! Bəxtiyar müəllimin təbirincə demiş olsaq, onların qisası tezliklə alınacaq. Buna lap az qalıb!..



İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK