ANA SƏHİFƏ / YAZARLAR

YEDDİ İL BUNDAN ƏVVƏL

Faiq QİSMƏTOĞLU

18496    |   2017-07-19 12:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yaxud çinar ağaclarının pıçıltısı

Dünyada çox gözəl, üca, boylu-buxunlu ağaclar var. Və bu ağaclar öz gözəlliyi, öz böyüklüyü ilə insanlara bir rahatlıq gətirir. Ən böyük uca ağaclardan biri də çinardır. Çinarın vətəni deyilənlərə görə Göyçaydır. Amma Gəncədə də, Şəmkirdə də, lap elə Cəbrayılda da mən çoxlu gövdəli iri çinar ağacları görmüşəm. Elə bizim Bəhmənlidə 20 il bundan əvvəl bir-birinə qovuşan və hündürlüyü 70 metrdən çox olan 6-7 çinar ağacı vardı. Və o çinar ağacları qoyun sürülərinin sidiyindən qurudu. Böyüklərimizin dediyinə görə, həmin çinar ağaclarının 200-dən çox yaşı vardı…

Çinar ağacları qədər ətrafa sərinlik gətirən, kölgəlik salan və isti yay günlərində insanlara əvəzsiz bir rahatlıq bəxş edən ikinci bir ağac tanımıram. Hətta ona təbiətin «kondisioneri» deyirlər. Və bu çinar atacları uca, möhtəşəm olduğu kimi, həm də insanlara çox sədaqətlidilər. Deyilənlərə görə, çinar ağaclarının digər ağaclar kimi odun kimi qırıb yandırmırlar. Çünki bu ağaclara insanlarda bir inanc da var. Bizim kənddə qurumuş və budaqları yerə düşmüş çinar ağacını ancaq Seyid Mənsumə arvad yığıb apararaq yandırardı. Ondan sonra heç kəs cürət eləyib o ağacların qurumuş budaqlarını götürüb yandırmazdı…

7 il bundan əvvəl Füzulidə bütün yol boyu çinar ağacları əkilib. Və 7 il bundan əvvəl Füzuli rayonunun girəcəyindən düz Horadiz şəhərinə qədər respublika əhəmiyyətli avtomobil yolunun sol və sağ hissəsindən çoxlu sayda minlərlə çinar ağacları basdırıldı. Hələ bu da yetərli olmadı. 7 il bundan əvvəl Füzulinin bütün kəndlərində yolun sağ və sol hissəsində çinar ağacları əkildi. İndi Füzulidə elə bir kənd, elə bir qəsəbə, elə bir yer yoxdu ki, yolun kənarında bu çinar ağacları gözə dəyməsin…

Və çinar ağaclarının əkilməsi də rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin təşəbbüsü ilə gerçəkləşdirildi. Çünki Alı müəllim bu təşəbbüsü irəli sürdü və füzulilər də bu təşəbbüsü hamı bir nəfər kimi həyata keçirdi. İnsanlar 7 il bundan əvvəl qolunu çırmayıb Füzulinin bütün kəndlərində yol kənarında çinar ağacları əkdilər və bu çinar ağaclarına elə baxdılar ki, sanki öz övladlarını, balalarını, nəvələrini bəsləyirdilər. Alı Alıyevin çox gözəl bir deyimi var: «Biz Füzulidə əkilmiş hər bir ağacı bəsləmişik. Onu yayın istisində susundan yanmağa qoymamışıq. Bir qayda olaraq mövsümə uyğun o ağacalar becərilib, dibləri boşaldılıb və gövdələri ziyanvericilərdən qorunmaq üçün əhənglənib. Füzuliyə gələn hər bir insan bu gözəlliyə, bu yaşıllığa, bu ağaclara baxanda təbii ki, onu əkənlərə alqış deyir».

Hörmətli icra başçısı Alı Alıyevin bu sözünə qüvvət olaraq demək istəyirik ki, son 7 ildə Füzuli rayonunda on minlərlə küknar, eldar şamı, çinar ağacları əkilib. Və bu ağaclar bu gün hamısı qol-budaq atıb, böyüyüb, ətrafa kölgə salıb.

Bir neçə həftə bundan əvvəl Füzuliyə dünyanın ən gözəl uşağı Zəhra Quliyevanın yas məclisinə getmişdik. İnanın, həmin yas məclisinə getməmişdən öncə rayonun Kərimbəyli kəndindən sağa dönüb yeni salınmış asfalt yolla Zobucuq qəsəbəsinə gedərkən möhtəşəm çinar ağaclarının gözəlliyinə heyran qaldıq. Düz Alxanlı kəndinə qədər yolun sağ və sol hissəsində bu çinar ağacları elə bir gözəllik yaratmışdı ki, adam baxmaqla doymaq istəmirdi. Hansı ki, 10 il bundan qabaq bu yerlərdə ilan mələyərdi. Adamın susuzluqdan dodağı dörd yerdən çatlayardı. İndi böyük beş qəsəbədən ibarət burda yaşayış məntəqəsi salınıb. Sürücümüz Aydın, oğlum Emil və mamam oğlu Tehran bu gözəllik qarşısında məəttəl qalmışdı. Düzdü, yas məclisinin ağırlığı, şəhid balamız Zəhranın kədəri bizim bu sevincimizi bir an içində əritdi. Çünki dünyanın ən gözəl uşağı şəhid olmuşdu. Və dünyanın ən gözəl uşağının yas məclisinə Azərbaycanın hər yerindən insanlar axışırdı. Və bir neçə maşının yolun kənarında saxlayaraq insanların kölgəlikdə dincəldiyini gördük. Geri qayıdanda isə yolun sağında pambıq alağı eləyən qadınlar və qızlar günorta yeməklərini o çinar ağaclarının kölgəsində yeyirdilər. Onların ürəyindən təbii ki, bu sözlər keçirdi: «Kim bu ağacı əkibsə, Allah ona can sağlığı versin və ölənlərinə rəhmət eləsin!»

Kimliyindən asılı olmayaraq, Füzuliyə gedərkən yol kənarında əkilmiş bu çinar ağaclarını görəndə istər-istəməz heyrətlənəcək. Və ən böyük heyrəti həmin insan Füzulinin Horadiz şəhərindəki «Bayraq meydanı»nda keçirəcək. Və bu «Bayraq meydanı», eləcə də on minlərlə əkilmiş ağaclar Füzuli rayon icra hakimiyyəti başçısı Alı Alıyevin yeni yazdığı bir tarixdi. Heç kim vəzifədə əbədi deyil. Amma əbədi olan insanların gördüyü işlərdir. O işlər ki, gələcək nəsil ona baxacaq, «Bayraq meydanı»nı görəcək, çinar ağaclarına tamaşa edəcək və deyəcək ki, kim bunları yaradıbsa, Allah ona can sağlığı versin və ölənlərinə rəhmət eləsin!

Azərbaycanda inşa edilmiş bütün möhtəşəm tikililər, abadlıq və quruculuq işləri Ulu Öndər Heydər Əliyevin və onun bu gün layiqli davamçısı prezident İlham Əliyevin yazdığı yeni tarixdi. Və bu tarix Azərbaycan salnaməsinə qızıl hərflərlə həkk olunacaq. Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev deyir ki, Füzulidə hansı möhtəşəm quruculuq və abadlıq işləri varsa, hamısı Ulu Öndər Heydər Əliyevin və prezident İlham Əliyevin əməyinin bəhrəsidir. Sadəcə olaraq biz verilmiş tapşırıqları icra edirik.

Hər bir ağac, hər bir gözəllik, hər bir tikili yeni bir tarixdi. Yeni bir tarixi isə yaşatmaq və qorumaq hər bir azərbaycanlının, hər bir vətəndaşın borcudu. Çünki bu gözəllik, bu abadlıq və bu ağaclar insanlar üçün yaradılıb. İnsanlar isə onu sevməli və qorumalıdı...




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK