ANA SƏHİFƏ / YAZARLAR

Jannadan Rəqsanəyədək

Nə sözün?

19858    |   2013-03-08 00:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Təqvimdə xanımlar üçün ayrıca bayram günü var. Özü də bir yerə söz qoyubmuşlar kimi, dünyanın o başından bu başınacan çox yerində həmin bayramı qeyd edirlər. Şəxsən mən qısqanıb eləmirəm. 365 günün bircə günü də kişilər üçün nəzərdə tutulmayıbsa durub şuluq salası deyilik ki... Həm də görünür ayrıca bir bayramı haqq etməmişik.

Lap düzünə qalanda bayram, təqvimdəki qırmızı işarə-filan hamısı şərti şeylərdi. Qadınlara xoş söz demək, hədiyyə bağışlamaq üçün hökmən martın 8-ni gözləmək lazımdı? Başqalarını bilmirəm, mənim buna səbrim çatmaz. Sevdiyimiz, hörmət etdiyimiz, dəyər verdiyimiz xanımlar ətrafımızdadırlarsa bu elə bizim üçün bayramdı.

Hər günümüzü bayrama çevirən xanımlara nə qədər xoş sözlər desək, yenə azdı. Klassiklərimiz bu işi yaxşı bacardıqlarından işimiz lap asanlaşıb. Bütün gözəl fikirlər deyilib qurtarıb. Bizə ancaq təkrarlamaq qalıb. Çox təkrarlayanda da adama birtəhər baxırlar. Deyirlər ki, bahalı hədiyyə almadığından evdə xanımından, yaxşı yazı yazmadığı üçün baş redaktorundan qorxur. Adamın adı çıxınca...

Baş redaktorumuzun müavini Məzahir Əhmədoğlu qurduğu dost məclislərinin birində maraqlı bir fikir söylədi. Dedi ki, çox sərkərdələrin adı dünya tarixində qalıb. Amma Qay Yuli Sezar həm də Kleopatranın qəlbini fəth etməyi bacardığına görə adını tarixdə yaşada bilib.

Dünya Kleopatranın zamanındakı dünya deyil, sürətlə dəyişir, özü də qadınların birbaşa iştirak ilə. Dəyişiklik xoşlayan xanımlarımızın dünyanın özünə, onun dəyərlərinə də baxışları dəyişir. İndi çətin ki, xanımlarımızdan kimsə Janna Dark, Zoya Kosmodemiyanskaya, Valentina Tereşkova kimi qəhrəman olmağı arzulasın. Kimdi ilin günün bu zamanında dekabristlərin xanımlarını, Marta Vaşinqtonu, İndira Qandini, Marqaret Tetçeri, Benezir Bhuttonu yada salan? Bugünkü xanımlar heç Elizabet Teyloru, Sofi Lareni, Diananı, Monika Beluççini bəyənmirlər.

Nüşabəni, Sara xatunu, Məshətini, Natəvanı, Nigarı, Həcəri mən özüm bir qədər sonraya saxladım. İndiki xanımlarımız onları yəqin ki, nadir hallarda yada salırlar. Çox nadir.

Bu gün başqaları müsbət qəhrəman kimi təbliğ olunurlar. Aygün Kazımovanın özünü də tanıyırlar, hətta şlyapalarının sayını da əzbər bilirlər. Röyanın sırğaları da özü kimi populyardı. Natəvan Həbibini, heyvanlar üçün konsert vermək üzrə çempion Elzanı, Rəqqasə Fatmanı, rəqs oynayan Oksananı, oxuyan Manananı, Sulini tanımayan yoxdu. Onlar gündə efirdə yemək bişirir, evlərini, bahalı avtomobillərini, it-pişiklərini, alt-üst paltarlarını hamıya göstərir, vaxt qalanda da bir-birləri ilə dalaşırlar. Aradabir fəxri ad da ala bilirlər.

Hələ mən Rəqsanəni demirəm. Həkimlər Rəqsanəni plastik əməliyyat eləməkdən, o da maşınlarını və kişi dostlarını dəyişməkdən yorulmur. Aradabir sponsorları ilə dalaşır, polisə, məhkəməyə düşür, hirslənib bahalı maşınlarını aşırır. Vaxt tapanda da Biləcəridən o tərəfə keçib qonşu ölkələrin kafelərində solo-konsertlər verir.

Nə isə... Bu məsələləri çox qabartmayaq.

Biz ehtiram göstərilməyə, sevilməyə layiq olan xanımlarımıza diqqət ayıraq. Onlar bunu hər gün haqq edirlər. Bəs niyə biz bu diqqət və qayğını hər gün göstərməyək? Xanımlar həyatımızın bir hissəsidi. Ona görə də martın 8-i məsələsinə çox da bənd olmağa dəyməz. Təqvimdə martın 8-dən sonra 9-u gəlir...

Etibar Cəbrayıloğlu



İmza:

YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-17
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK