ANA SƏHİFƏ / YAZARLAR

ZƏHMLİ KİŞİLƏR

Faiq QİSMƏTOĞLU

11359    |   2017-07-14 12:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Əllərini arxasında çarpazlayıb kəndin yuxarı başına doğru gedirdi. Kəndin yuxarı başına gedəndə həmişə ağır oturub batman gələn kişilərlə görüşürdü. O kişilər ki, zəhmlərindən nəinki qadınlar, hətta orta yaşlı cavanlar və eləcə də uşaqlar çəkinərdilər. Və elə bilərdilər ki, bu kişilər Allahdan sonra onların başının üstündə duran çox güclü qüvvədir. Kəndin qadınları, uşaqları, cavanları bu kişiləri görəndə çəkinərdilər, salam verərdilər və hal-əhval tutardılar. Zəhmli kişilər isə onların bu hərəkətindən razı qalardı…

Əsəd kişi bir qədər də kənd yolu ilə gedib «selmax» deyilən yerə yaxınlaşdı. Uzaqdan gördü ki, onun axtardığı dostları dəmir yolunun qırağında, çəpərin yanında əyləşiblər. Bu çəpər elə-belə çəpər deyildi. Və bu çəpər onlar üçün həm də arxaydı, bir sığınacağıydi. Onlar elə bilirdilər ki, bu çəpər uca bir dağdı və uca bir dağın yanına gələndə özlərini çox rahat hiss eləyirdilər. Onlara çatmamış Əsəd kişi bir neçə dəfə bərkdən öskürdü. Heç soyuqlayıb eləməmişdi. Ona görə öskürürdü ki, yəni mən gəlirəm.

… Çəpərin yanında isə Molla oğlu Əliş, Saleh kişi, Abbas kişi, Rzaxan kişi, Sərxan kişi əyləşmişdilər. Onlar qəlyana tütün doldurur, bir qədər qəlyanı sahmanladıqdan sonra kibritlə yandırırdılar. Qəlyan yandıqca qullab vurar, papirosun tüstüsünü ciyərlərinə çəkərdilər. Və heç vaxt qəlyan çəkəndə onun tüstüsünü ətrafa yaymazdılar…

El ağsaqqalı kimi tanınan Əsəd Qəhrəman oğlu çox ağayana bir kişiydi. Onun Bəhmənlidə bir sözünü heç kim iki eləməzdi. Əgər Əsəd Qəhrəman oğlu kiməsə bir acı söz deyirdisə, o dəqiqə həmin adam özünü yığışdırar və işini bilərdi. Və işini bilərdi ki, Əsəd Qəhrəman oğlu sözü heç də elə-belə demir. Bu acı sözü o insana deyirdi ki, o adam olsun, Allahın və haqqın yoluna qayıtsın. O qədər yolunu azmış insanlar Əsəd kişinin acı sözündən sonra düz yola qayıtmışdı ki…

İstedadlı şair və uşaqlıq dostum Vaqif Bəhmənli 40 il bundan qabaq bir şeir qələmə alıb: «Əsəd Qəhrəman oğlu». O şeirin üç misrasını bir daha yada salmaq istəyirəm. Çünki o şeirin üç misrasını yada salanda dünyasını çoxdan dəyişmiş Əsəd kişinin də ruhu şad olar:


O qocaman bir çinar-

Göylərə qanad açan…

Qız-gəlinlər yaşmanar

Məclisə gəlsə haçan,

Əsəd Qəhrəman oğlu.


Baxışı, zəhmi ağır

Qovğası həyat kimi,

Salamını paylayar

Şirin mükafat kimi-

Əsəd Qəhrəman oğlu.


Bu obanın çiynində

O bir şah əbasıdı,

Hamının ağsaqqalı,

Hamının babasıdı-

Əsəd Qəhrəman oğlu.


… Əsəd kişi düz gəlib çatdı ağır oturub batman gələn Molla oğlu Əlişin, Sərxan kişinin, Rzaxan kişinin, Abbas kişinin, Saleh kişinin yanına. O, salam verəndə hamısı ayağa qalxdı və salamını alıb «xoş gördük» dedilər. Onlar «selmax»ın yanına elə-belə yığışmamışdılar. Kənddə bir qan davası vardı onu yatırmağa getməli, odun üstünə su tökməli, iki nəslin arasında o davanı yatırmalıydılar. Birinci, Molla oğlu Əliş dilləndi:

- Əsəd kişi, bəlkə biz o qapıya gedəndən sonra bu davaya son qoyula, onlar barışalar.

Əsəd kişi:

- Bəhmənlidə heç vaxt qan davası olmaz. Əgər bu kənddə sənin kimi və burda əyləşən ağsaqqallar kimi insanlar varsa, hər şey Allahın köməkliyi ilə yoluna qoyulacaq.

… Bir dəliqanlı başqa bir tay-tuşunu söyüş üstündə vurub öldürmüşdü. Və ölü yiyəsi də deyirdi ki, biz heç kəsə pislik eləmək istəmirik. Amma bizim adamı öldürəni biz də öldürəcəyik. Ona görə də kənd ayaqüstə idi. Və o qapıya da kim getmişdi, hamısına ağsaqqalları «yox» demişdi.

Kəndin beş min ildən çox tarixi var. Və o kənddə qan davalarını nə prokuror, nə rəis, nə də məhkəmə həll edib. Və bu kəndə heç vaxt polis də gəlib kiməsə bir söz deməyə cəsarət etməyib. Ancaq ağsaqqalın razılığı olandan sonra hər şey yoluna qoyulub. Yəni bütün qan davasını, narazılıqları kəndin ağsaqqalları həll ediblər.

Bu dəfə də onlar hamısı ayağa qalxdı və yas düşən məclisə sarı üz tutdular. Onları görən ev sahibləri o dəqiqə barmağını dişlədi. Və dedilər ki, bu dağdan ağır kişiləri biz duz-çörəklə qarşılamalıyıq və onların sözünü yerə sala bilmərik. Söhbətə Əsəd kişi başladı. Rəhmətə gedən oğlanın atası bir balaca qurcalandı, amma Molla oğlu Əlişin zəhmli baxışından sonra özünü yığışdırdı. Bu baxış da o demək idi ki, sən otur yerində ağsaqqalına qulaq as! Ağsaqqalın nə desə o da olacaq. Düz 6 saat ağır oturub batman gələn o kişilər yas sahibinin ağsaqqalı ilə söhbət elədilər və axırda da yas sahibinin ağsaqqalı barışığa icazə verdi. Öldürən tərəfin adamı gəlib yasda iştirak elədi və bununla da qan davasının qarşısı alındı. Düzdü, o uşağı öldürən dəliqanlı qanunla cəzasını aldı. Amma el ağsaqqalları sonu görünməycək bu qan davasına imkan vermədi və hər şeyi yoluna qoydu..

… O vaxtdan da Bəhmənlidə dedilər ki, balam, Əsəd kişinin, Molla oğlu Əlişin, Rzaxanın, Abbas kişinin, Saleh kişinin getdiyi qapıdan heç vaxt onları narazı geri qaytarmazlar. Çünki bu kişilər həmişə odun üstünə su töküblər, qan davasını yatırıblar. Bəzən hər hansı bir kişinin iki cavanın bir-birinə qovuşmasına mane olmasına da imkan verməyiblər. Biliblər ki, hər iki cavan bir-birini sevib, amma valideynləri buna razı deyil. İş düyünə düşəndə yenə həmin ağsaqqallar yada düşüb. Əsəd kişi başının dəstəsiylə həmin qapıya gedib və «hə» alıb. Bax, bundan sonra görüblər ki, Bəhmənlidə bu kişilərin çox böyük sambalı, nüfuzu və yeri var.

Əsəd Qəhrəman oğlu 80 ildən çox ömür yaşayıb. Ömrünün 60 ilini mollalıq edib. O, yas məclislərində heç vaxt kimdənsə bir şey ummayıb və Bəhmənlidə heç kim deyə bilməz ki, Əsəd kişinin mollalıq elədiyi bu 60 ildə kimsə ona 10 manat pul verib. Ən yaxşı halda özünün də xəbəri olmadan yas yerinə gətirilən bir neçə kiloqram qənd, çay, düyü pay qoyula bilərdi. Onları da çox vaxt Əsəd kişi götürməzdi.

Nənəm Telli arvad 82 yaşında rəhmətə getmişdi. Atamın da çox yaxşı imkanı vardı. Və Əsəd kişigillə də yaxın qohumuydıq. Belə ki, atamın bacısı qızı Bənövşə Əsəd kişinin böyük oğlu Məhəmmədəlinin həyat yoldaşı idi. Atam nə qədər çalışdı Əsəd kişinin cibinə pul qoya bilmədi. Dedi götür pulunu, bir də belə eləmə! Sənə elə söz deyərəm ki, dəymişin dura-dura kalın yetişər. Atam da istər-istəməz o dəqiqə əlini geri çəkdi və pulunu öz cibinə qoydu. Əsəd kişi gördü ki, atam incidi və o dəqiqə onun qəlbini ələ aldı:

- A Qismət, sənin rəhmətlik anan mənim qohumumdu. Bacın qızı da gəlinimdi. Özün də bilirsən ki, Bəhmənlidə heç kimdən bir manat uman deyiləm. İndi bu yaşımda o pulu götürüb günaha batım?

Əsəd kişinin bu sözlərindən sonra atam bir qədər kövrəldi və dedi ki, sən bizim ağsaqqalımızsan. Və heç vaxt nə sənin, nə Əliş əmimin, nə Abbas əmimin, nə Rzaxan əmimin, nə Saleh əmimin sözündən çıxan deyilik.

Əsəd kişi ehmalca bizdən çıxıb yavaş-yavaş pilləkənlə ikinci mərtəbədən yerə endi. Rəhmətlik nənəmin 40 məclisi idi və bizim evdə də o qədər adam var idi ki, Əsəd kişinin getməyini səbirsizliklə gözləyirdilər. Ona görə yox ki, Əsəd kişinin zəhmindən qorxurdular. Həm də Əsəd kişiyə hamının dünya boyda hörməti vardı. Bir də bizim evə yığışanlar futbol azarkeşləriydi. Onlar gözləyirdilər ki, Əsəd kişi getsin, sonra atam televizoru açsın və onlar futbola baxsın. Çünki o vaxt Bəhmənlidə cəmi iki-üç evdə televizor vardı. Atam da bərk futbol azarkeşi olduğu üçün çoxları istəyirdi ki, elə onun yanında futbola baxsınlar.

Hamı nənəmə «Allah rəhmət eləsin» deyib stolun arxasına keçdilər və televizoru yandırdılar. Futbola elə maraqla baxdılar ki, sanki bir də futbol olmayacaqdı. Onda da «Neftçi» «Dinamo Kiyev»i uddu.

… Kəndimizdə ağır oturub batmaz gələn adını sadaladığımız Əsəd Qəhrəman oğlunun, Molla oğlu Əlişin, Rzaxanın, Saleh kişinin, Sərxan kişinin, Abbas kişinin yeri bu gün də görünür. Və həmişə də yaşlı nəslin nümayəndələri deyirlər ki, tay indi kənddə o cür ağsaqqallar qalmayıb. Düzdür, kənddə elə ağsaqqallar yoxdu. Ancaq onların yerində yenə ağsaqqal var. Yol göstərən, çətin gündə xeyir-şərə yarayan və arxa duran insanlar az deyil. Amma bu o demək deyil ki, onlar Əsəd Qəhrəman oğludu, Molla oğlu Əlişdi, Seyid Rzaxandı, Saleh kişidi, Sərxan kişidi, Abbas kişidi…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-01-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK