ANA SƏHİFƏ / YAZARLAR

İÇİNDƏ TANRI YATAN ŞAİR

Əbülfət MƏDƏTOĞLU

22902    |   2017-07-06 13:32
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir oxucu məktubu

Hardasa bir ay olar görüşdüyümüz. Elə burda, "Azərbaycan" nəşriyyatında, lap dəqiq desəm, nəşriyyatın birinci mərtəbəsindəki yeməkxanada görüşdük. Hətta dostumuz, qardaşımız Faiq Balabəyli bu görüşün fotosunu da çəkdi. Elə həmin gün də internet şəbəkədə paylaşdı özünün duzlu şərhi ilə birlikdə. Bunları, yəni bu xırda detalları elə-belə sözgəlişi xatırlatmıram. İstəyirəm onun da yaddaşında bir balaca od-işıq qalayım. Və həmin o od-işığın şöləsi mənim içimdə artdığı kimi, onun da könül dünyasında arxada qalan illərə nur çiləsin. Və beləcə, biz o nurun içindən keçib gələk. Gələk ki...

Bəli, Əli Hacı artıq imzasını, sözünü göyərtmiş, oxucu tərəfindən çox-çox uzaqlardan görünə biləcək bir boy-buxuna çatdırıbdı. Əgər obrazlı desəm, onun sözləri cücərib, əvvəl yaşıl çubuqlar kimi, sonra da qollu-budaqlı ağaclar kimi ətrafın diqqət mərkəzinə çevrilibdi. Bunu təkcə mən demirəm. Bunu həm də onun barəsində yazanlar, onu oxuyanlar, onu duyanlar, anlayanlar da deyir. Və ən maraqlısı budur ki, özünü heç kimə bəziləri kimi sırımayan, bəziləri kimi zorla sevdirməyən Əli Hacı şeirləri də bir təmkinlə, bir səmimiyyətlə pıçıldayır. Elə bil ki, onun misraları həsrətlə gözlədiyim, təmasına can atdığım xəfif bir nəfəsdi. Sənə toxunanda ruhun təkcə mütəəssir olmur. Həm də isinir. Və yavaş-yavaş bu isinmə alovlanmağa çevrilir...

Bəli, həmin görüşümüzdə Əli mənə avtoqrafsız-filansız son kitabını bağışladı. Düzünü deyim ki, çoxdan gözləyirdim bu kitabı. Çünki yazılı və elektron mediadan bu kitabın nəşr olunması barəsində bilgilər almışdım. Daxilən özümü sıxıb müəllifin yadına nə vaxt düşəcəyimi gözləyirdim. Şükürlər olsun ki, gözləntim çin oldu və Əli Hacı "Tanrı yatıb içimdə" kitabını mənə bağışladı. Və mən də çox xəsisliklə bu kitabın hər gün bir şeirini, hərdən bir də iki şeirini oxumaqla başa çıxdım. Və kitabın sonuncu şeirini oxuyanda istər-istəməz düşündüm. Bilirsiniz nəyi? Əli son şeirində yazır ki:


bənövşəyə kim baxdı,

boynu bükülü qaldı.

ona baxan gözlərin

yaşı tökülü qaldı.


gəldim evim tikməyə,

dərd evini sökməyə.

ona bir baş çəkməyə,

boynum bükülü qaldı.


Bax, bənövşənin duruşu ilə bağlı oxuduğum bu misralar məni düşündürdü. Çünki mən onu gözümün önündə gördüm. Əli Hacının dediyi kimi, boynum bükülü! Çünki o gözəlliyin qarşısında mən ancaq boynu bükülü dura bilərdim. Bunu təkcə mənim yaddaşımda yox, həm də iç dünyamda Əli təzələdi. Və sanki birbaşa dedi ki, təkcə bənövşə boynu bükük deyil. Bizlər də o bənövşələrin qarşısında boynu büküyük.


Çünki onu olduğundan artıq duymağı bacarırıq. Və bu bacarıq da bizim sevgimizi ayağa qaldırır, dipdiri edir, canlı, qanlı!..

Mən də həmin o dipdiri sevgidən üzü geriyə boylanıram. İndiki halda isə kitabın ilk şeirinə qayıdıram. İlk şeir də belədir:


doğan bulud yağginən

yağmağa yer tapılar.

nə tapılmasa... sənə

yerdə bir gor tapılar.


üzünü qoy torpağa

can ver gülə, yarpağa

suladığın ağacda

mənə də bar tapılar.


Yəqin ki, bu misralar da bir poetik rəsm kimi gəlib durur gözlərimizin qarşısında. Elə bil ki, göy üzünün bir topa buludu durub sənlə, mənlə üz-üzə. Və sən çox rahatlıqla o dolan buludu həm vəsf edirsən, həm də onun ağırlıqdan xilas olmasını istəyirsən. Və hətta boşalması üçün bir yerin mütləq mənada olduğunu da diqqətinə çatdırırsan. Təbii ki, bu da bir az rəssamlıqdı, bir az şairlikdi, bir az filosofluqdu, ən vacibi isə Aydın bir insanlıqdı. Yaxşı ki, aramızda Aydınlarımız var. Elə həmin aydınlardan biri olan Əli Hacı pafosdan uzaq özünəməxsus pıçıltı ilə:


məni yazda qurudublar,

içimdə bir az su qalıb.

qanadımı yolsalar da,

yaşamaq arzusu qalıb.


yığıb evimi tikmişəm,

yoluma tökülən daşdan.

söz kimi qalmağım gözəl,

şəklim çəkilən daşdan.


Tanrı yazan o üzü də,

öz adına əzizlədim.

gündüzlərin ləkəsini,

ay üzünə təmizlədim!


Yəqin ki, bu şeirin ilk misrasına diqqət yetirdiniz və gördünüz ki, hardasa məişətdən başlayan ilk pıçıltı sonda Tanrıya qədər yüksəldi. Və beləcə əslində içimdə su qalıb deyən şair oxucusunu "aldadıb” o suyun od olduğunu arxa plana keçirmək istəyir. Amma...

Amma od yandırır axı, qovurur axı. Bax, bu yanma da yavaş-yavaş fikri cilalayır, onu yerdən üzü göyə doğru aparır. Və şairin həmin o yanğısı, əslində o ruhu Tanrı üzünə çıxır.

Mən Əli Hacının bu kitabında tam səmimi bir şəkildə deyim ki, söz oyunu görmədim. Əksinə, sözün cilalandığını gördüm, sözün diriliyini gördüm, sözün nəfəs aldığını gördüm. Və bir də mənim üçün bu kitabda sözlə portretin həmahəngliyi yeni və gözəl oldu. Şeirlərarası təqdim edilən şairin fotoportretlərində sözlə şəklin tamlığı və məhz bu şəklin, bu sözlərin pıçıldamaq gerçəkliyi çox mükəmməl işlənmişdi. Bilmirəm, bu, müəllifin öz yanaşmasıdı, öz seçimidi, yoxsa kitabın redaktorunun, tərtibçisinin. Amma hər nədisə bütün hallarda çox uğurlu dizayndı. Mən də bu qəribəliyin içərisində oxuduğum şeirlərin təsirinə daha çox könül verirdim. Və indinin özündə də, yəni bu fikirləri bilgisayara diqtə edəndə də o təsirdən çıxa bilmirəm. Və:


sən dur toyuna tələs,

mən də durum ölməyə.

sən gəldin dərd verəsən,

mən də dərd öldürməyə.


toyunun xərci olsun,

göndərdim döz daşımı.

su əvəzi dalımca,

səpim bu göz yaşımı.


havasız da oynayan,

əllərini sal yana.

göylər mənimdi, dayan,

ah çəkmə külün yanar.


Düşünürəm ki, Əli Hacının bu nəfis kitabı əslində həm də bir oxucu kimi mənim iç dünyamın həm də nəfəs kitabıdı. Yəni bu şeirlərin nəfəsi mənim nəfəsimi artırır, nəfəsimi təzələyir. Ona görə də Əli bəyə yazdığım bu oxucu məktubunu ona təşəkkürlə başa vururam. Amma kitabla bağlı söz-söhbətimiz hələ çox olacaq. Buna inanıram.




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK