ANA SƏHİFƏ / YAZARLAR

GÖZDƏN YAYINANLAR

Əbülfət MƏDƏTOĞLU

15618    |   2017-06-23 15:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ürəkdə yaşamaq daha gözəldi

Yaxın günlərin söhbətidi. Üstündən cəmi iki gün keçib. Şair Kəramət gəlmişdi iş otağıma. Yanında da bir cavan oğlan. Bizi tanış elədi. Məlum oldu ki, Firuz televiziya işçisidi. Amma nədənsə yollarımız kəsişməyib, görüşməmişik. Bəlkə də elə görüş layihəmiz Tanrı tərəfindən bu günə yazılıbmış. Onu müzakirə eləmək fikrində deyiləm. Əsas odur ki, Kəramət və Firuz gəlmişdilər. Düşdük nəşriyyatın yeməkxanasına. Kəklikotu çayı sifariş verdik və başladıq bildiyimizdən, eşitdiklərimizdən danışmağa. Bunları ona görə xüsusi vurğulayıram ki, mən bu söhbətdə maraqlı bir detalın dinləyicisi oldum. Çünki Kəramət aradabir "gözdən yayınmaq” sözünü işlətdi. Həmin sözə də Firuz hər dəfə qımışmaqla reaksiya verdi. Marağımı görüb o "gözdən yayınmağı" mənə izah etdilər və məlum oldu ki...

Firuz özünəməxsus şəkildə bildirdi ki, onların qonşuluğundakı kəndin bir məktəb direktoru olub. Bu məktəb direktoru da öz bildiyi kimi məktəbi idarə edirmiş. Ona görə də məktəbi bitirənlər ən yaxşı halda ya traktorçu, ya da sürücü olurmuş. İş elə gətirib ki, məktəbin məzunlarından biri tələbə adı qazanır. Olub ali məktəb abituriyenti. Bu xəbəri eşidən direktor özündən narazı halda kollektivi yığıb başına və deyib:

- Bu uşaq gözümüzdən nə təhər yayınıb?!

Bəli, həmin o vaxtdan bütün kənd direktorun "gözümüzdən nə təhər yayınıb" sözünü edib zərbi-məsəl. Yəni atalar sözü. Ona görə də qarşılarına maraqlı bir adam çıxanda və yaxud qeyri-adi nəsə görəndə dərhal soruşurlar ki, bu gözümüzdən nə təhər yayınıb ki, indiyə kimi görməmişik.

Düzünü deyim ki, Firuzun söylədiyi əhvalat əhvalımı 360 dərəcə dəyişdi. Necə deyərlər, içimdəki dilxorçuluğu, sıxıntını müvəqqəti də olsa atdım bir kənara. Və mən də zarafatca Kəramətə dedim ki, bu Firuz gözümüzdən nə təhər yayınıb ki, biz onu indi tanıyırıq. Daha doğrusu, mən onu indi tanımağa başladım...

Bu tanışlığın üstünə 5-6 saat keçəndən sonra elə işıq düşdü ki, mən bir daha yanılmadığıma əmin oldum. Firuzun polimik.az saytında yazdığı "Həmən Aqil Abbas" yazısı mənə onu bir daha tanımaq, ürəyini kitab kimi oxumaq imkanı verdi. Və bu imkanı yaradan Kəramətin də şair ruhuna içimdə bir salavat çevirdim.

Axı şairlər heç vaxt ölmürlər. Onların ruhu həmişə sözün, qələmin yanında olur. Deməli, söz, qələm hardadısa şairlər də ordadı. Və mən bu yazını yazdığım məqamda da təbii ki, Kəramət də yanımda idi, gözümdən yayına bilməmişdi...

İş otağımın pəncərəsi Yasamal qəbiristanlığına baxdığından bütün bu düşündüklərimi, yazdıqlarımı öz-özlüyümdə üzü qəbiristanlığa tərəf pıçıldayıram. Pıçıldadıqca da hiss edirəm ki, məni elə söz adamları və bir də təbii ki, Sən eşidirsən. Sənin eşitdiyini nəzərə alıb heç vaxt ürəyimdən, gözümdən yayınmayan Sənə deyirəm:


Sən işığı söndürüb

Qapını bağlamısan...

Məni bir ömür uzaq -

Bir küncdə saxlamısan...


Hər gün düşüb bir yarpaq

Hər gün ümid gödəlib...

Sən işığa can atan -

Könlümə qəm ödənib!..


Sənə göy üzü bir tac

Mən torpağa çatıram...

Barı nəfəsliyi aç -

Çöldə donur xatirəm!..


***

Adətən deyirlər ki, heç nə itmir, heç nə unudulmur. Olsa-olsa formasını dəyişir. Mahiyyət olduğu kimi qalır. Mən buna son vaxtlar heç inanmıram. Gördüklərim, yaşadıqlarım, hətta eşitdiklərim mənə əsas verir ki, hər şeyin dəyişdiyinə, hər şeyin unudulduğuna daha çox inanım. Siz özünüz də yəqin ki, bu barədə düşünmüsünüz (Əgər düşünməmisinizsə, zaman tapıb düşünərsiniz. Məsləhətim ziyanınıza olmaz - Ə.M.).

İrad tutan hər kəs yəqin ki, burda müəyyən tarazlığın pozulduğunu, bir fərdin fikrinin etalon olmamasını söyləyə bilər. Mən onda da etiraz etmirəm. Lakin hər gün görür və hiss edirəm ki, dünənki adam, dünənki hərəkət, əməl, nəticə bu gün az qala 50-50-yə mahiyyətini də, məzmununu da, bütövlükdə görkəmini də elə dəyişib ki, heç ona tərəf baxmaq istəmirsən, heç onu qavramaq, dərk etmək, lap açığını deyim, özünə yaxın buraxmaq da ağılın ucundan gəlib keçmir. Sadəcə olaraq bir şeyi düşünürsən:

- Görəsən niyə belə olur? Və yaxud niyə belə olmalıdı?

Məhz bu sual məni hər an rahatsız etdiyindən mən də yavaş-yavaş təkcə ətrafımdan yox, elə özümdən də soyuyuram, küsürəm və daha çox da içimə çəkilməyə çalışıram, duyğularım, istəklərimin qabarmasının qarşısını alıram, özümə sərhəd yaradıram, sədd qoyuram. Yeri gəlmişkən onu deyim ki, mənim bu hərəkətim də dostların, doğmaların diqqətindən yayınmır. Görürəm ki, onlar da artıq mənə başqa cür baxırlar. Hətta əl boyda nəvələrim də sanki ürpəşirlər məndən, ehtiyatlanırlar. Amma neyləyim. Hamının günahkar saydığı zaman məni də çilədən çıxarır... məni də sarı simdə kökləyir. Görünür, bu qaçılmaz bir həyat qanunudu. Mən də bu həyatın bir zərrəsi kimi həmin qaçılmaz qanunun icraçısıyam. Özü də ən dəqiq və ən sərt icraçısı. Lakin mənim bu düşüncələrimin alt qatındakı işıq hələlik köməyimə çatır. Məni tam yıxılmaqdan, tam təslim olub ağ bayraq qaldırmaqdan yayındırır...

Burada "ağ bayraq" sözünü fikrin axarında işlətsəm də həmin söz yadıma ərəfəsində olduğumuz bayramın bir məqamını saldı. Oruc tutanlarımız, ibadət edənlərimiz inciməsin, məni üzürlü saysın. Mən də öz durumuma görə yazmışam ki:


Dərdin orucun tutdum -

Duasız iftar açdım...

Özümü ağ bayraq tək -

Təkliyin üstə sancdım!


Yəqin bayram süfrəsinin ovqatı bir az əhval-ruhiyyələrə təbəssüm qatacaq. Buna sevinirəm. Çünki təbəssüm qıtlığı heç də xəsislikdən irəli gəlmir. O həm də parasızlığın, əlin cibdə utanmasının göstəricisidi. Biz də israfçılığa öyrəndiyimizdən, sabahı diqqət mərkəzində saxlamadığımızdan müəyyən mənada özümüz-özümüzə problem yaradırıq. Buna görə də mən həmin o təkliyimi həmsöhbətimə çevirib ona da, elə bütün oxucularıma da üz tuturam.


Gülüm,

təkliyimdən

bezmirəm daha

çünki

sevməklə batmışam

günaha...

cəzam səni düşünərək

ölməkdi! -

qorxma

asi olmayacam

Allaha!..

***

Şəhərimizdə alış-veriş yerləri çoxdu. Və hər kəs də öz cibinə və getmək imkanına uyğun yerlər seçir. Mən də təsadüfdən yolumu (təsadüf deyəndə bir dostun arzusu ilə tanıdım oranı - Ə.M.) "meyvəli" deyilən ünvana saldım. Doğurdan da elə meyvəli, tərəvəzli məkandı. Nə istəsən tapıb almaq mümkündü. Amma buranın bir qəribəliyi var ki, burda daha çox hər şey topdan satılır. Və mən də bu topdan alış-veriş gedən yerdə satıcılarla ayaqüstü söhbət edib anladım ki, bu yer, bu bazar mənlik deyil. Soruşa bilərsiniz ki, niyə? Mən də sizə cavab verirəm ki, burada gözə görünməyən hansısa bir nəsnə qiymətləri elə nizamlayıb ki, ya gərək çənən möhkəm ola, ya da gərək cibin isti. Yoxsa topdan aldığın istənilən meyvəni, yaxud tərəvəzi şəhərdə qapının ağzında aldığından mütləq baha qiymətə sənə sırıyacaqlar. Ona görə də gündəliyini düşünən, necə deyərlər, tərəzi ilə hesablaşmağı üstün tutan alıcının buraya ancaq "turist" kimi getməsi daha münasibdi. Yenə deyirəm, adamın başının üstündə Allah var. Bu "meyvəli” deyilən yerdə bütün meyvələrin və bütün tərəvəzlərin çeşid bolluğu danılmazdı. Elə bu bolluğu seyr edərkən yadıma rəhmətlik Səməd Vurğun düşdü. Xalq şairi deyirdi ki: "Çörək bol olarsa, basılmaz vətən!" indi mən də içimdə təkrarlayıram ki, "meyvəli”də nə qədər bolluq olarsa, şəhərdə tərəzi ilə hesablaşan bizlərin vəziyyəti bir o qədər sevindirici olar. İnanın ki, bu sözü yazıb nöqtəni qoyanda tək səbir gəldi. Daha buradan beləsini özünüz fikirləşin...

Hə, "meyvəli”dən şəhərə qayıdıram. Məni bu səfərə dəvət etmiş dostum öz-özünə mızıldanır. Təbii ki, onun mızıltısının arxasında qiymət məsələləri dayanır. Amma nə deyir, nə danışır heç vecimə də deyil. Çünki o bazardan heç nə almamışam. Nə satan, nə alan kimsə məni aldatmayıb. Cibimdəki əzik manatları məhəllədəki yaşlı, laçınlı qaçqın kişi üçün saxlamışam. Bu insan öz həyətinin məhsullarını elə qapısının ağzındaca vedrələrə yığıb oturub yanında. Hərdən pulu olmayan müştərilərinə də nisyə verir. Bilir ki, beş-üç günə borcunu qaytaracaq. "Meyvəli”də isə kimdi məni tanıyan və nisyə mal verən? Burda onu da vurğulayım ki, mən atalar sözünə əməl etməyi xoşlayıram. Uyğun gəlsə də, gəlməsə də deməliyəm ki, atalar xasiyyətini bilmədiyin adama güvənməyi məsləhət bilmir. Mən də tanımadığım, xasiyyətini bilmədiyim adamlardan həmişə məsafə saxlamağa çalışıram. Bilirəm ki, mənim bu məsafədə itirəcəyim heç nə yoxdu. Bəlkə heç qazancım da mümkün deyil. Lakin...

Bilirəm ki, bu dünyada bütün maddiyyatlar yavaş-yavaş əriyib gedir. Mənəviyyatlar isə... Bax, bu gəlimli-gedimli dünyada bircə istəyim var. O istəyi də üzümü Allaha tutub həmişə səndən diləmişəm. Və yazmışam ki:


Mənə

iynə ucunda

ümid ver -

səpim ürəyimə

çəkim gözümə...

o ümidin içində

ürək ver -

təpim ürəyimə,

əkim gözümə...

verdiyin ümidlə,

ürəklə birgə

sonsuz bir

sevgi ver -

öpüm ürəyimlə,

bükülüm ona,

büküm özümə!..

***

Hər bir görüş, hər bir hadisə müsbət mənada yaddaşa iynə ucu boyda da olsa iz salır. Mən sizinlə etdiyim bu söhbətin mövzusu da iki məqamın ortaya qoyduğu bir mənzərə idi. Birinci məqam Kəramət, Firuz və onlarla birlikdə gələn "gözdən yayınmaq", ikinci də "meyvəli" deyilən ünvan. Mən onların hər ikisini. İlk dəfə görüb, tanıyıb təmas qursam da, izləri qaldı yaddaşımda. Biri gələcək görüşlərin ip ucu kimi, biri isə ötəri meh kimi. Yəni ikinci sadəcə olaraq bir ünvan oldu mənə - tanıdığım ünvan. Amma hər ikisi düşündürdü və yaşatdı... hər ikisi məndə müəyyən fikirlər yaratdı. Hətta birincini gec tanımaqda özümü qınadım. Bu gecikmiş dostluğun dəyərəni dərk etməyə başladım. Eybi yox, gec də olsa hər halda, yaddaşımda və taleyimdə belə anın olması, başlanması yəqin ki, xeyrədi. Və mən xeyri, uğuru, xoş anları hər kəsə diləyirəm. Və hətta sevdiyimə yazıram ki:


Mən daha yoxam, gülüm

Gəzib, yorma özünü...

Mənsizliyi dərd edib -

Dözüb, yorma özünü...


Dərdi gor tək eşirəm,

Ürəyimi deşirəm...

Dərməsən də düşürəm -

Üzüb, yorma özünü...


Can olsa da fərəhim,

Can olmur tay gərəyim!

Yerə gəlir kürəyim -

Küsüb, yorma özünü!


Bəli, bütün bu yazı boyu bir fikir var idi ağlımda, bir yol vardı qarşımda. O da yaxşını, yaddaşa yazılanı yaşatmaq, onu heç olmasa xatırlatmaq və bir də Allahın verdiyi ömrün məqamlarına qarşı təmkinli olmaq. Ona görə ki, Allahdan böyük, Allahdan qüdrətli kimsə yoxdu ki, onun verdiyini dəyişsin. Əgər bu həqiqəti qəbul ediriksə, onda niyə axan suya qarşı üzməliyik? Elə öz gücümüz, öz imkanımız ölçüsündə və bir də xəyallarımızın, arzularımızın gedib çatacağı yerlərə qədər üzsək yaxşı olmazmı?

Bax, bu sual ətrafında imkan olanda siz də azacıq da olsa düşünün. Düşünün yaxşılıqları və yaxşıları.




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK