Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Günay Malikqızı: “Həyat yoldaşım deyir ki, rahat ol” – MÜSAHİBƏ Adalet.az | Günay Malikqızı: “Həyat yoldaşım deyir ki, rahat ol” – MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Günay Malikqızı: “Həyat yoldaşım deyir ki, rahat ol” – MÜSAHİBƏ

“Hər an jurnalistikaya qayıda bilərəm”

59848    |   2017-06-09 17:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Park Bulvar-ın PR meneceri, tanınmış telejurnalist Günay Malikqızının bu gün doğum günüdür. Günay Malikqızı 1978-ci ildə Bakıda anadan olub. Uzun illər televiziya və mətbuat sahəsində aktiv fəaliyyət göstərib.


Modern.az saytı Günay Malikqızından doğum günündə müsahibə alıb.

Adalet.az müsahibəni təqdim edir:

- Günay Malikqızı. Bu adı televiziyadan tanımayan tamaşaçı az tapılar. Həm də gülərüz xanım obrazınız var.

- Əslində, heç kəs 39 yaş vermir. Hətta, həyat yoldaşım deyir ki, rahat ol, o yaşı göstərmirsən.

- Əgər həyat yoldaşınız bunu deyirsə, bu cür iltifata ancaq məmnun olmaq olar. 39 yaşınıza qədər televiziya dönəminizdə də doğum günləriniz çox olub. Fərqi hiss edə bilirsinizmi?

- Əlbəttə, fərq özünü göstərir. Televiziyada işləməyə başlayanda 17 yaşım vardı. Bir var 17-18 yaşını qeyd edəsən, bir də var 39 yaşını. Fərq mütləq hiss olunur. Televiziyada çalışdığım illər çox gözəl illər olub. Əsas odur ki, geriyə baxanda heç nəyə görə peşman olmuram. Bu, məni çox sevindirir. Televiziyanı, medianı, söz adamlarını çox sevirəm.

- Mərhum prezident Heydər Əliyevin zamanında aktiv jurnalistlərdən olduğunu deyə bilərik. Xeyli səfərləri işıqlandırmısız. O illərin jurnalistikası sizə nə verdi?

- Bu, çox maraqlı sualdır. Məndən çox müsahibə alıblar, heç vaxt fəaliyyətimin Heydər Əliyevlə bağlı olan bölümünə dair heç nə soruşmayıblar. İndi jurnalistikada olmasam da, özümü jurnalist hesab edirəm. O zamanlar jurnalistika başqa cür idi. Qeyri-adi həyəcanı vardı. Bir dəfə 8 Mart Qadınlar günü ilə bağlı ümummilli liderin çıxışı olmalı idi. Elə alındı ki, biz ulu öndərlə üz-üzə gəldik. Sadəcə, həmin məqamda o, güldü. Heydər Əliyevi görəndən bir neçə gün sonra öz-özümə dedim ki, nə yaxşı o insanla üz-üzə gəldim. Qeyri-adi bir hiss idi. Doğrudan da, o günlərin jurnalistikasının xüsusi həyəcanı vardı. Həm də o dövr çox çətin və gərgin idi. İndi isə sabitlik hökm sürür. Sabaha ümid və inam var. 10 il öncəni planlaşdıra bilirik. Amma o vaxtlar belə şeylər yox idi. İş rejimimiz qaçaqaç üzərində qurulmuşdu. Hətta, vəziyyət o qədər gərgin idi ki, mühafizəçilərin nəzarəti altında evə gedirdik. Amma o illər çox mənalı illər idi. Deyə bilərəm ki, hər an jurnalistikaya qayıda bilərəm.

- Uzun illər Milli Məclisin xüsusi müxbiri kimi fəaliyyət göstərmisiz. Sizinlə eyni dövrü keçən həmkarlarınız o dövrün parlamentinin fərqli ab-havada olduğunu deyirlər. Deputatlar indiki kimi mətbuatdan və jurnalistlərdən qaçmırdı. Daha səmimi idilər. Siz necə düşünürsüz?

- Deyilənlərlə razıyam. O dövrün parlament jurnalistləri ilə deputatlar eyni zalda əyləşirdilər. Bu da deputatla jurnalistin bir-birinə inamının bariz nümunəsi idi. Özü də deputatlar jurnalistin müxalif olub-olmamasına fərq qoymurdular. Mediadan müxtəlif mövzularda yazan media nümayəndələri parlamentdə deputatlarla birgə olurdular. Elə məqamlar var ki, orada milli maraqlar hər şeydən üstündür. Təbii ki, jurnalist buna önəm verməlidir.

- Zəngin jurnalistika dövrü keçən gülərüz və aktiv xanım hazırda PR menecerliyini həyata keçirir. Jurnalist aktivliyi burda özünü necə göstərə bilir?

- Həmişə bir söz deyirəm. Jurnalistikada aktiv olanlar digər sahədə də bunu qoruyub saxlaya bilir. İnanmıram ki, jurnalistikanı sevən adam aktiv olmasın. Düşünürəm ki, sözü ucuzlaşdırmaq olmaz. Bəzən adi bazarlığa gedəndə məni səsimdən tanıyırlar. "Günay xanım, çoxdandır ki, efirdə görsənmirsiz?”-deyən tamaşaçının sözü mənim üçün illərin hədiyyəsidir. O zaman dünyanın xoşbəxti oluram. Düşünürəm ki, məni hələ də səsimdən tanıyırlar. Eyni zamanda, PR menecerliyi çox maraqlı sahədir və burda da çox aktiv olduğumu deyə bilərəm. Harada olmağımdan asılı olmayaraq, aktivlik həyat tərzimdir.

- Gülərüz mimikanız var. Sizə tamaşa edəndə sanki həyatda heç zaman çətinlik çəkməmisiniz kimi təəssürat yaranır.

- Hər zaman yazırlar ki, Günay xanım, hər zaman belə gülərüz qalın. Əslində, həyatın çətinliklərini görmüş insanam. 19 yaşımda atamı itirmişəm. Atam Malik Fərrux şair olub. "Karvan” qrupunun ifa etdiyi mahnıların mətnini atam yazıb. Atam neçə illər AzTV-də çalışmaqla yanaşı, həm də nəğməkar şair kimi tanınırdı. Təkcə atamı yox, həm də yaxın dostumu itirmişəm.

- İnsanı həyatda xoşbəxt edən bir çox şeylər var. Hətta, elə insanlar var ki, xatirələrlə yaşaya-yaşaya özünü dünyanın xoşbəxti sayır. Bəs Günay Malikqızını xoşbəxt edən nədir?

- Məni də xoşbəxt edən səbəblər var. Ailəm, dostlarım, yaxınlarımın yanımda olması mənə kifayət edir. Bir qızım var. Uzun illərdən sonra həyatımıza daxil olub. Yəni bizi xoşbəxt edən hallar mütləq var.

- Bir övladınızın olduğunu dediniz. Maraqlıdır, anasına doğum günü hədiyyəsi nə olub? Həmçinin, bu cür xanım hədiyyə məsələsində hansı qadağaları sevir?

- Ad günümün qəribə tarixçəsi var. İki gün qeyd edirəm. Əslində, iyunun 8-i anadan olmuşam. Amma evdə hər kəs- anam, bacılarım, həyat yoldaşım Bəhruz ayın 9-u qeyd edib. Həyatıma yeni daxil olan insanlar isə iyunun 8-i təbrik edir. Onların arasında qızım Zeynəb də var. O, həyatıma 10 ildir ki, daxil olub. Ona görə də dünəndən təbrik edib. Zeynəb rəsm çəkməyi sevdiyindən mənə maraqlı şəkil çəkib. Bu, mənim üçün əvəzolunmaz hədiyyədir. Hətta, yaxınlarımın mağazadan aldığı hədiyyəni qəbul etmirəm. Məsələn, hansısa ətiri özüm də ala bilərəm. Düşünürəm ki, onların hədiyyəsində bir zəhmət izi mütləq olmalıdır. Həmçinin, ən əsası bir yerdə sağlam həyat yaşayaq.




İmza:

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK