ANA SƏHİFƏ / YAZARLAR

ONUN NƏVƏLİ DÜNYASI

24542    |   2017-05-05 15:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Dünyada çox gözəl, şirin və bir-birini əvəz eləyə bilməyən qeyri-adi qüvvələr var. Və biz əvvəlcə düşünürük ki, ata-anadan şirin və doğma heç nə yoxdur. Elə ki, ailə qururuq övladımız olur, baxırıq ki, övladımız baldan da şirindir. Bal kimi şirin övladımızın şirinliyindən, gözəlliyindən, ətirli nəfəsindən doymuruq. Sonradan isə balalarımız ailə qurur, öz həyatlarını yaşayır və dünyaya nəvələr gəlir. Bax, bu nəvələr də balalardan da şirin olur. O qədər şirin ki, onun nazından, işvəsindən, dəcəlliyindən doymaq olmur…

Mən ötən əsrin 70-ci illərindən tanıdığım istedadlı yazıçı-pubulisit, jurnalist Nizami Rəhmanlının nəvə sevgisinə lap məəttəl qalmışam. Axı dedim, nəvə çox şirindir və bu şirinlik adamın damağından ömrü boyu getmir. Elələri var ki, gecələr yatanda da nəvəsiylə yatır və nəvəsi də başını onun sinəsinə qoyub babasının nağılına qulaq asır və bu nağıla qulaq asa-asa şirin yuxuya gedir. Dostum Nizami Rəhmanlı da nəvəsi Zeynəbi həddindən artıq çox istəyir. Onun dörd nəvəsi var. Amma deyəsən Zeynəb balaca olduğuna görə, o daha şirindir. Və bu şirinlik axırda «Sən mənimsən, Zeynəbim» şeirinin yazılmasına gətirib çıxarıb…

… İnsanı hər yaş dövründə yaşadan, onun qəlbində, ürəyində sabaha yaşama eşqini gücləndirən qeyri-adi anlar olur. O anlardan ən gözəli, ən yaddaqalanı nəvəli dünyadı. Yazıma heç də nəvələrlə başlamağımız təsadüfi deyil. Mənim də iki nəvəm var – Sədaqət və Tunar. Mən də onlarla nəfəs alıram. Heç oğluma, qızıma elə sevgi göstərməmişəm. Amma yaşımın bu vaxtında onları götürüb Bakının küçələrini ələk-vələk eləyirəm, Fəxri Xiyabana gedirəm, Şəhidlər Xiyabanını ziyarət eləyirik, ordan keçirik İçərişəhərə qalxırıq Qız qalasına. Və yenidən qayıdıb Qala qapısından çıxaraq köhnə kitab «pasajının» yanından «Tarqovu»lu küçəsiylə düz «Sahil» metrosuna qədər piyada gəzirik. Yorulmuram…

Mənə elə gəlir ki, istedadlı yazar Nizami Rəhmanlının elə qəlbinə, ürəyinə ilham verən də bu nəvələridi. Onun üç övladı da var. Allah hamısını saxlasın, canlarını sağ eləsin. Və nəvə əkdiyin ağacın meyvəsidir. Bunu mən demirəm. Bunu kimsə deyibsə, çox ağıllı adamdı…

Nizami müəllimlə ötən əsrin 70-ci illərində tanış olmuşam. Onda mən Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində oxuyurdum. Və tez-tez Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə gedirdik. Yazdığımız müxtəlif süjetləri redaksiyalara aparırdıq. Bəziləri bizə yuxarıdan aşağı baxsa da, amma sevgiylə, məhəbbətlə və diqqətlə yanaşanlar da vardı: Dəmir Gədəbəyli, Mürsəl Cavadov, Mailə Muradxanlı və Nizami Rəhmanlı. Bir gün məktublar şöbəsinə yolum düşdü və orda da Nizami müəllimlə tanış oldum. Sadə bir peşə adamından zarisovka yazmışdım. O yazıma gözə gəzdirdi və gördüm ki, nəsə razı qaldı. Sonra başını qaldırıb dedi ki, iki gündən sonra «Əlvan sətirlər»də yazın səslənəcək. Çox böyük həvəslə iki gündən sonra radionun yanını kəsdirdim və efirdə həmin yazım diktorun ifasında çox gözəl səsləndi. Uçmağa qanadım olmadı. Sabahı gün Nizami mülləllimin yanına gəldim və öz minnətdarlığımı bildirdim. O isə özünəməxsus bir təvazökarlıqla dedi:

- Biz də tələbə olmuşuq. Nə vaxt yazın oldu çəkinib eləmə, gətir ver mənə, efirə hazırlayacağam. Sənin kimi istedadlı tələbələrə həmişə «yaşıl işıqdı».

Həqiqətən də bizə həmin komitədə adını çəkdiyim və çəkmədiyim bəzi redaktorlar, yazarlar çox münbit şərait yaratmışdılar. Özü də süjetlərimizə yaxşı qonorar yazırdılar. Zarafat deyil, tələbə olasan, 70-80 manat hər ay qonorar alasan. Qonorar da o qədər şirin olurdu ki, heç xərcləməklə qurtarmırdı.

Nizami Rəhmanlı 1952-ci ilin mayın 5-də Dəvəçi rayonunun (indiki Şabran) Orta Əmirxanlı kəndində ziyalı ailəsində dünyaya gəlib. Atası Sədri kişi coğrafiya-biologiya müəllimi işləyib. Anası isə riyaziyyat müəllimi olub. Düz 27 il məktəb direktoru vəzifəsində çalışıb və həmişə də müxtəlif dövlət qurumlarının səmərəli fəaliyyətinə görə mükafatlarına layiq görülüb.

Təbii ki, belə bir ziyalı ailəsində Nizami ilk növbədə elmə, kitaba böyük həvəs göstərməli idi. Elə bu həvəs də onu zaman-zaman formalaşdırdı və Azərbaycan Dövlət Universitetinə gətirdi. Universiteti bitirib layiqli mövqe tutdu. İxtisasına uyğun müxtəlif kütləvi informasiya vasitələrində çalışıb. O mənim yadımda ən çox televiziya və radio əməkdaşı kimi qalıb. Əgər Nizami Rəhmanlının işlədiyi və çalışdığı mətbuat orqanlarının adını çəksək uzun bir siyahı alınar. O harda əlinə qələm alıbsa, orda da istedadı, müxtəlif janrlı yazılarıyla fərqlənib. Daha doğrusu, onu oxucuları tanıyıblar. İmzanı tanıtdırmaq, oxucuya sevdirmək hər jurnalistə nəsib olan dəyər deyil. Nizami Rəhmanlı yaşadığı ömrü çox şərəflə, zəhmətlə və əziyyətlə adlayıb. Ömrün hər anında, hər ilində, hər ayında onun alın tərinin, çəkdiyi zəhmətin izləri qalıb…

Bu istedadlı yazar müxtəlif mətbuat orqanlarında çalışmaqla yanaşı, kitab nəşrinə də xüsusi diqqət verib. Yəni adamın qəlbi, ürəyi dolu olanda istər-istəməz içindəki o alovu, odu, enerjini yazıya çevirərək oxucuya çatdırmaq istəyir. Və Nizami Rəhmanlının ən böyük zəhməti ondan ibarətdir ki, o yazdıqlarını həm də kitab şəklinə salmağı bacarıb. Onun nə az, nə çox indiyə kimi 15 kitabı işıq üzü görüb.

O mənə dostum Əbülfət Mədətoğlundan bir neçə kitab göndərib. Göndərdiyin kitabların hər birini vərəqlədim və hər birində istedadıl publisistin ürək çırpıntılarını, xalqa, millətə, vətənə olan sevgisini duydum. Mən bu sevgini onun qələm aldığı «Talelər çələngi, «Dolaşdım kəndi, şəhəri..», «Azərbaycan yurdum mənim», «Dünya bir pəncərədir», «Həqiqət yolu», «Tanınanlar, tanıdanlar», «Bu şəhərdə doğma kimsə var» kitablarında bir daha dərindən hiss etdim. Dərindən hiss etdim ki, Nizami Rəhmanlının çox böyük ürəyi, gözəl dil və üslubu var. Nəyi qələmə alırsa, orda hər şey özü kimi səmimidi. Bu gün isə biz dünyada səmimi və sədaqətli insanların qıtlığını çəkirik.

Nizami Rəhmanlı bir çox yazılarını və kitablarını qələmə almaq üçün Rusiyanın şəhərlərini gəzib dolaşıb. Qış günündə isə o yerlərə getmək, mənfi 40 dərəcə şaxtada həmyerlilərini tapmaq və yazı qələmə almaq məncə hər oğulun işi deyil. O çətinliyə, o zəhmətə ancaq bu cür ziyalılar, yazarlar dözə bilərlər. Özü də bayaq dediyim kimi, yazıların hamısı öz rəngarəngliyi və dil-üslub xüsusiyyətləri ilə oxucunu özünə çəkir. Bu isə yazarın ən gözəl xüsusiyyətlərindəndir.

Mən həmişə onu görəndə sanki yaxın bir doğmamla üzləşirəm. Çox vaxt mənə yeznə deyir. Amma onu da deyir ki, mən səni yeznə kimi çox istəmirəm. Səni qələmə aldığım səmimi yazılarına və ağayana hərəkətlərinə görə çox istəyirəm. O mənim Dəvəçidəki yaxın qohumlarımla, xüsusən də uzun müddət məhkəmə sistemində hakim işləmiş rəhmətlik Məmməd Kərimovla dostluq eləyib. Və həmişə də Nizami müəllim Rəhimli kəndindən, Məmməd Kərimovdan danışanda görürəm ki, gözləri dolur. Ən azından ona görə ki, Nizami Rəhmanlı heç vaxt çörək itirən, yaxşılıq unudan ziyalı deyil. O nəinki Məmməd Kərimovla çörək kəsib, həm də dostluq eləyib. Dostluq isə çox şey deyir…

Bu gün Nizami Rəhmanlının Ağacəfər Həsənli kimi çox təmiz və istedadlı dostu var. Ağacəfər elə-belə oğlan deyil. O çox istedadlı, səmimi bir yazardır. Vaqif Bəhmənlinin, Vaqif Bayatılı Odərin, Ramiz Rövşənin dostları da həmişə duru, saf adamlar olublar. Və mənə elə gəlir ki, əgər Nizami Rəhmanlı Ağacəfər Həsənli kimi bir duru ziyalıyla dostluq edirsə, daha başqa şey danışmağa ehtiyac qalmır…

O, yazır ki, hər gün 15-20 səhifə kitab oxuyuram. Mən bunun özüm də şahidi olmuşam. Nizami Rəhmanlı nəinki kitab oxuyur. O müxtəlif dövrü mətbuatı davamlı olaraq izləyir. Aqil Abbasın, Hidayət Elvüsalın, Ağacəfər Həsənlinin… digərlərinin qələmə aldığı hər bir bədii əsəri böyük sevgi və məhəbbətlə mütaliə eləyir…

Mayın 5-də Nizami Rəhmanlının 65 yaşı tamam olub. Bu yaş həm müdriklik yaşıdı, həm də ağsaqqallıq vaxtıdı. Mən onu tanıyandan həmişə Nizami Rəhmanlıda ağayanalıq, müdriklik və ağsaqqallıq görmüşəm. Görmüşəm ki, süfrəsinin başında əyləşənlər də, onunla söhbət eləyənlərdən ləyaqətli, saf və əxlaqlı ziyalılardı. Bu gözəl gündə bir daha Nizami qardaşımızı təbrik eləyirik və deyirik:

- Allah sənə can sağlığı versin! Və bir də arzularını, istəklərini çin eləsin! Nəvəli dünyan səni qocalmağa, yorulmağa qoymasın! Qələmin iti olsun, ürəyin isə bax beləcə cavan qalsın! Ürək cavan qalanda o heç vaxt qocalmaq və yorulmaq bilmir…




YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : GÖZ DƏYİB...
2012-11-27 : QAN DAVASI...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-06-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Zakir Fəxri səhər-səhər nəşriyyata gəlir. Hidayət müəllim:
- Ə, Zakir, deyəsən yenə axşamdan babat vurmusan, ayaqqabılarının birini qara, birini də ağ geyinmisən. Tez get evə ayaqqabılarını dəyiş.
Zakir Fəxri:
- Qağa, vallah, evdən çıxanda qonşum da dedi. Tez qayıtdım evə dəyişəm, gördüm ayə, evdəkilərin də biri qara, biri ağdı.




digər lətifələr
ARXİV
FACEBOOK