Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Qollarımdan öpüb təşəkkür edirəm" - MÜSAHİBƏ Adalet.az | "Qollarımdan öpüb təşəkkür edirəm" - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

"Qollarımdan öpüb təşəkkür edirəm" - MÜSAHİBƏ

72371    |   2017-05-02 21:54
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ədəbi mühitdə tanınmayan, lakin istedadlı gənclər var. Bu gənclərdən biri də Xəyalə Əliyevadır. Şeirləri ədəbi portallarda dərc olunub. Xəyalə Əliyevanın şeirlərində ayrılıq, hüzn duyulur. "Rahat olanda şeir yaza bilmirəm"-deyir Xəyalə xanım. 

Adalet.az Türkiyədə yaşayan yazar, tele-jurnalist Xəyalə Əliyeva ilə müsahibəni təqdim edir. Qeyd edək ki, Xəyalə Əliyevanın ilk müsahibəsidir.


-Özünüz haqda danışarsınız...

-Xəyalə Əliyeva. 31 yaşım var. Subayam. 7-8 ildi televizayada çalışıram. Aparıcı, redaktor, müxbir kimi fəaliyyət göstərmişəm. Qısa müddətdir ki, İstanbula köçmüşəm.


-Uşaqlığınıza səyahət etsəniz, sizi harda tapa bilərik?

–Uşaqlığım Yevlaxda keçib. Harda səmaya uzun-uzun baxan bir uşaq varsa o mənəm. Gecələr bağda oturub, ulduzları, təyyarələrin yanan sönən işıqlarını izlərdim. Bu mənim üçün meditasiya idi. Hüzür tapardım. Bir dəfə 8 yaşım olanda ulduzlara baxa-baxa küçəmizlə gedirdim. Ayağım ilişdi yıxıldım. Alnım çapıldı. O iz hələ də qalıb. Göylərin hədiyyəsidir - deyə hərdən sığal çəkib xatırlayıb gülümsəyirəm. Qəribədir ki, hündür mərtəbəli binaya qalxanda da yer məni çəkir. Atlamaq istəyirəm. Görünür, bu şiddətli arzu yerə çırpılıb təkrar səmaya qalxmaq istəyindən irəli gəlir.


-Nə vaxtdan şeir yazmağa başlamısınız?

-Yazmağa hamı kimi məktəb illərindən başlamışam. Amma kimsəyə göstərməmişəm, cırıb atmışam. Mətbuatda gedən şerləri isə 2009-cu ildən keçən ilədək yazmışam. 20-yə yaxın şerdir yəni elə də çox şerim yoxdu. Onlardan isə sadəcə beş altı şer dərc edilib. Üç hekayəm var bir romanım onları da dərc etdirməmişəm, bəlkə də bir-iki ilə ürəyim istəsə dərc etdirəcəm.


-Şeirlərinizin qırmızı xətti ayrılıq, hüzn qoxur... gileylənmə gedişimdən, bu gediş də gediş deyil, yüz illik bir tənhalıqdır, bizim tənhalığımız elə... İnsanlar sizdən ayrılır yoxsa siz insanlardan?

-Mən daxilən rahat olanda şer yazmıram. Ümumiyyətlə bizim xalq xoşbəxtliyini bölüşməkdə xəsisdir. Hamımız bədbəxtliyimizi bölüşməyə məqam axtarırıq. Xoşbəxt anlarımızda belə. Mən nə müqəddəsəm, nə də əvəz edilməz. Məndən də imtina etmək olar. Dəyər verdiyim insanlardan laqeydlik, xəyanət gördükdə asanlıqla imtina edirəm. Mənim qaydalarımda bir səhv iki düzü aparmır. Bütün düzlərin üzərindən xətt çəkir.


-Şeir mənə yastı təpələri xatırladır, nəsr isə dağın döşündə ora-bura qaçan vəhşi heyvanları. Sizin gözlərinizdə üfüqdə nə görünür?

-Yaxşı şer məni silkələyir. Güclü mətn darmadağın edir. Təbiət hadisəsi kimi qiymətləndirsək, nəsr yağışdı. Dərinliyinə damlayır. Şer isə göy qurşağıdır. Müthişdir, izləyərsən, təsirlənərsən, qısa sürər.


-Hansı nəqliyyatdan istifadə edirsiniz? Metro, avtobus, taksi?

-Bakıda yaşayanda, məhz ictimai nəqliyyatdan çox istifadə etməyim deyə evi işlədiyim tv-lərə yaxın tuturdum. Ayaqla gedilməyəcək məsafələrə isə "Baku Busla gedirdim. "Baku Busda özümü hansısa avropa ölkəsində hiss edirəm. Sürücülərin səviyyəsi sərnişinlərə də təsir edir. Digər avtobuslardan istifadə edəndə sürücülərlə dalaşıram. Dostlarım tənbeh edirlər ki, orda sənin kimi 15-20 sərnişin var, niyə onların səsi çıxmır amma sən emosioanal davranırsan. Telefon qulaqda, küçə söhbətləri edən, yüksək səslə danışan, güzgüdə Polad Aləmdar sayağı səni süzən, gediş haqqını ödəyəndə barmaqlarına şəhvətlə toxunan sürücü ilə dalaşmayım nə edim? Niyə mən onun küçə söhbətlərinə iyrənc hərəkətlərinə göz yummalıyamki? Bilirsiniz, mənim ən azından sürücüyə etiraz etməyə gücüm çatır. Gün ərzində 5-10 nəfər etik davranışlardan yoxsul kəslərə irad bildirsə etiraz etsə yaxşı olar.


-Qadını anlamaq yox, sevmək lazımdır. Ümumiyyətlə, kişilər niyə sizi çözməyə çalışırlar?

-Kişi qadını asanlıqla çözdüsə demək ki, o qadın maraqsız qadındı. Qadın hörümçək torunu xatırlatmalıdır. Kənardan sadə, yaxınlaşdıqca isə sirli görünməlidir. Qadın anlaşılmaq istər amma və lakin anlaşılsa belə bu dəfə də başqa bir şey istər. Bizim istəklərimiz sonsuzdur. Hərdən yaxşı kişilərə yazığım gəlir.


-Deyirlər, qadın şairlərimiz öz hislərini çılpaq şəkildə yaza bilmirlər..

-Şəhvəni hisslərin təsvirini nəzərdə tutursunuzsa qadınlar intim məsələləri bölüşmək istəmirlər. Mental dəyərlər onları bu çərçivəni aşmaqda mane olur. Mənə gəldik də isə nə yaşamışam onu da yazmışam.


-Sizin üçün nə vacibdir, şairin istedadımı, intellektimi?

-İstedadsız intellekt ağ-qara, boz çalarlarda kitab rəfidir. Sıxıcıdır. İstedad isə rəngarəng amma səliqəsiz kitab rəfidir. Səni cəzb edər toxunmaq, vərəqləmək istəyərsən. İstedad və intellekt hər ikisi olanda rəngarəng və əlifba sırası ilə səliqəylə düzülmüş kitab rəfidir. Bax bu zaman o rəfdə nə istədiyini bilirsən. Vaxt itirmədən götürüb oxuyursan.


-Şeiri xilas kimi görürsünüzmü?

-Dərin yaralarım var. Şeir, ağrıdan xilasdır. Lənətə gəlmiş diş ağrısı kimi bir şeydir. Yazmasam ağrı keçmir. Yazmaq morfimdir. Sağaltmır amma keyidir.


-Facebookda tez-tez öz fotolarınızı paylaşırsınız. Yəqin ki, təkliyinizi çox sevirsiniz…

- Azadlığımla evliyəm. 2012 ci ildən tək yaşayıram. Sabah oyananda özümlə salamlaşıram. Özümü əzizləyirəm. Xoş sözlər deyirəm. Daxili səsimi dinləyirəm. Özümlə söhbətim əla tutur. Bəzən danlayıram bəzən çiynimdən, qollarımdan öpüb təşəkkür edirəm. Bir kişi ilə ailə qurub bir damın altında yaşıya biləcəyim ağlıma da gəlmir. Təmizliyə düşkünəm.

Evə qonaq gələndə bir əşyanı götürüb bir yerə qoyanda və yaxud yemək çay içəndə ağızlarına diqqətlə baxıram ki, indi bir çörək qırıntısı bir çay damcısı harasa düşəcək. Qonağın getməyini gözləyirəm. Çıxan kimi başlayıram evi təmizləməyə. Yazıq kişinin gününü qara eliyərəm. Robort kimi dayanar.(gülür)


-Freydə görə xatirələr insana əzab verir. Xatirələrinizdən xilas olmaq istərdiniz?

- Yox. Heç vaxt. Xatirələrdən xilasın yeganə çıxış yolu intihardır. Hələ ki, ürəyim ölmək istəmir.


-Son olaraq, Türkiyəyə getdiniz. Getməyinizin səbəbi nə idi?

-Getmək lazım idi. Çalışdığım nəvacib məni qane etmirdi. Mən əməyimi o maaşa satmaq istəmədim. Və çıxıb gəldim.

Əslində ölkədən getməyi çoxdan planlaşdırmışdım. Keçən ilin oktyabrı Amerikaya getməliydim. Bir il müddətinə təxirə düşdü. Məqsəd getmək olduğu üçün bu dəfə marşurtu İstanbula dəyişdim. Bura da maraqlıdır. Burada uşaqlıqdan bu günə kimi mənimlə addımlayan fobiyamdan azad oldum. Qəbrstanlığa yalnız gedə bilmirdim. Ürpənirdim. İndi İstanbulda yaşadığım evlə qəbristanlıq arasında beş metr məsafə var. Pəncərəm məzarlara açılır. Səhərlər salamlaşıb, gecələr sağollaşıb yatıram. Qorxularımıza qalib gəlmək xoş hissdir. Ümid edirəm, Türkiyə təkcə bununla yadda qalmayacaq. Həm də işıqlı günlər görəcəm



İmza:Oğuz Ayvaz

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK