ANA SƏHİFƏ / MÜSAHİBƏ

Şəhriyar Məmmədyarov: "Nişanlanmağım karyerama təsir edəcək"

69228    |   2017-04-26 17:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Vüqar Həşimovun xatirəsinə həsr olunan və "Synergy Group” tərəfindən təşkil edilən "Shamkir Chess 2017” turnirində V tur başa çatıb. Yarışın lideri Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov hesabat turunda qara fiqurlarla Hindistan təmsilçisi Pentala Harikrişnayla heç-heçə oynayıb.

Partiyadan sonra Şəhriyar Məmmədyarov yarışın rəsmi saytına müsahibə verib.

Adalet.az həmin müsahibəni təqdim edir:

- V turda növbəti dəfə qara fiqurlarla qələbə qazanmağa yaxın oldun. Hindistan şahmatçısına qarşı partiyada qazanılan heç-heçəni ədalətli nəticə hesab edirsənmi?

- Hədəf yaxşı oyun göstərmək idi. Partiyanın əvvəlində böyük üstünlük qazandım. İstifadə etməyə cəhd etdim. Sadəcə, həlledici anda vacib gedişi görmədim. Ona görə üstünlük boşa çıxdı. Harikrişna mənim üçün uğursuz rəqibdir. Son illər ona qarşı oyunum alınmır. Bakı Şahmat Olimpiadasında məni məğlub etdi. Ötən il Şəmkirdə ona uduzmuşam. Buna görə də ehtiyatlı oynamağa çalışdım. Yüz faizli qələbə görünmürdü, amma üstünlük böyük idi.

- Ötənilki sonluğu yada salaq. Yarım xal yarışın sonunda həlledici ola bilər.

- Xal itkisi həmişə yaxşı hal deyil. Amma heç-heçəni xal itkisi hesab etmirəm. V turdan sonra çıxışımı normal hesab edirəm. İki dəfə qara fiqurlarla qələbə qazanmışam. Üç partiyada heç-heçə etmişəm. Ötən il pis başladım, amma turniri yaxşı bitirdim. Ümid edirəm, bu il də yaxşı sonluq izləyərik. Bu dəfə yaxşı başlamışam, istəyərdim pis sonluq olmasın. Maraqlı oyunlar hələ irəlidədir.

- İstirahət günündən sonra səni sabiq dünya çempionu Vladimir Kramniklə çətin oyun gözləyir. Kramnikə qarşı oyun heç vaxt asan olmur...

- Sizinlə razıyam. Kramnikə qarşı özü də qara fiqurlarla mübarizə aparmaq çətin olacaq. Kramnik dünyanın ən güclü şahmatçılarından biridir. Ümumiyyətlə, Şəmkirdə bir oyun oynamaq çox çətindir. Bir səhvə görə isə uduzmaq olar.

- Şəmkirdən sonra daha iki turnirdə iştirak edəcəksən. Belə gərgin qrafik səni yormayacaq?

- O barədə düşünmüşdüm. Şəmkirdən sonra birbaşa Soçiyə yollanıram. Orada komandalar arasında Rusiya çempionatı olacaq. Mən artıq "Sibir”klubuyla müqavilə imzalamışam. Vladimir Kramniklə eyni klubda yarışacayıq. Rusiya Liqası mayın 1-də başlayır. Ardınca mayın 11-də Moskvada FİDE-nin Qran-Pri turniri başlayır. Ardıcıl 3 yarışda iştirak etmək asan deyil. İndi görürəm ki, artıq yoruluram.

- Deməli, Avropa Kubokunda da sən "Sibir”in heyətində olacaqsan..

- Bu, belədir. Müqaviləyə əsasən, həm də Avropa Çempionlar Kubokunda bu komandanın şərəfini qoruyacağam. Güclü klubdan təklif gəldiyi üçün müsbət qarşıladım. Maraqlı rəqiblər olacaq.

- Azərbaycan Avropa Kubokunda olmayacaq? Yoxsa "Sibir”lə müqavilə imzalamaq əvvəldən planlaşdırılırdı?​

- Azərbaycan klubu bu yarışda olacaq. Sadəcə, "Sibir”güclü heyətə malik iddialı klubdur. Ona görə yox deyə bilməzdim. Avropa Kubokunda iddialı komandada oynamaq istəyirdim. Təəssüf ki, ölkəmizdə klublar arasında yarış yoxdur. Lakin Rusiya Liqasında mübarizə aparmaq maraqlıdır.

- Şəmkirə Rauf Məmmədovla birgə gəlmisən. O, sənə məşqçi kimi kömək edir. Bilmək istərdik komanda yoldaşın Rauf Məmmədovla işləmək çətindir? Şahmatçı, yoxsa məşqçi Rauf güclüdür?

- Raufla 2007-ci ildən işləyirəm. Sözsüz, şahmatçı Rauf daha güclüdür. Məşqçilik bir qədər fərqlidir. Şahmatçı kimi böyük potensiala malikdir. Məşqçilik onun üçün hələ yenilikdir. Yaxşı dostdur. Onunla istənilən yarışa rahat yollanıram.

- Adətən, şahmatçının şəxsi həyatı karyerasına təsir edir. Eşitdiyimizə görə nişanlanmısan. Şəxsi həyat oyununa təsir edir?

- (Gülür) Təsir edir. Ümid edirəm, yaxşı təsir edəcək. Birləşmiş Ərəb Əmirliklərində keçirilən FİDE Qran-Pri turnirində qalib gəldim. İndi Şəmkirdə uğur qazanmaq istəyirəm. Karyerama müsbət mənada təsir edəcəyinə inamım böyükdür.



İmza:

Rafiq Əliyev: “Mənim həyat mayakım o olub” – Müsahibə

ARİF PAŞA: “Əbülfəz Elçibəy şəxsən mənə demişdi ki...”

"Azərbaycanın belinin kəməri Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda qırılıb..."

Aqil Abbas: “İki aydır dədən səni görmür, iki ay da sən dədəni görmə” - MÜSAHİBƏ

Alqış HƏSƏNOĞLU: “BU OĞRULARI İDARƏÇİLİYƏ KİM SIRIYIB?”

Azərbaycanlı yazıçı: “Oğlum İtaliyada virusa yoluxdu” – Müsahibə

Rafiq Əliyev: “Mən Allahsız alim tanımıram” – Müsahibə

Akademik Rasim Əliquliyev: “Pandemiya nə qədər ölümlərə səbəb olsa da, bizi ayıltdı” - MÜSAHİBƏ

İmişlidən Xızıya onlayn dərs - MÜSAHİBƏ

Dərdlərə dərman, xəstəyə məcun ŞUŞA... 28 illik yuxu

“Ədəbiyyatı jurnalistikaya uduzdurmaqla məşğulam” - MÜSAHİBƏ

Azərbaycan Prezidenti İlham Əliyev: 9 May - bizim ümumi Böyük Qələbə günümüzdür

SON XƏBƏRLƏR
2020-05-29


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.23%)
Pullsuz (10.77%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK