hacklink Adalet.az | ÖZÜNÜ DƏYİŞDİRƏN TÜRKİYƏ Adalet.az | ÖZÜNÜ DƏYİŞDİRƏN TÜRKİYƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÖZÜNÜ DƏYİŞDİRƏN TÜRKİYƏ

28235    |   2017-04-21 18:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bir millət yoldan çıxmadığı müddətcə Allah onlara toxunmaz. Tanrı bir millətin fənalığını istədiyində daha ona mane oluna bilməz. Onlar üçün Allahdan savayı hami də tapılmaz”. "Rəd surəsi, 11-ci ayət".

Türkiyədə yeni bir dövr başlayır. Artıq referendumla parlamentar sistem tərk edildi, yerinə "cümhurbaşqanlığı" sistemi gətirildi. Türkiyədə yaşayan xalq sandıq başına gedərək bu haqda öz qərarını verdi. Qazanan tərəf "əvət"çilər oldu, ancaq "əvət" tərəfdarları əzici üstünlüklə qalib gəlmədi, "hayır"çılar da həzimətə uğramadı. Səslər bir-birinə çox yaxın olsa da, təqribən iki faizlə "əvət"çilər qazandı. Türkiyə və millətim adına Tanrı uğurlu eləsin.

Qloballaşan bu çağda Türkiyə özü üçün yaşamır, yaşaya da bilməz. Özəlliklə Türk Dünyasını fikirləşmədən siyasət yolu izləməyə çalışan Türkiyə ilk addımda uduzar. Bu faktı Anadoluda yaşayan xalqın hardasa 70 faizi dərk edir, bəlkə də daha artığı.

Artıq cümhurbaşqanı ölkədə ən çox səs yığan partiyanın rəhbəri olacaq, yəni bitərəf olmayacaq. O, "Hakimlər və Savçılar Ali Şurası"nın, "Ali Məhkəmə"nin, "Anayasa Məhkəməsi"nin üzvlərinin 95 faizini seçəcək, nazirləri, baş qərargah rəisini, MİT müstəşarını o təyin edəcək. Rektorlar universitetlərin müəllimləri tərəfindən yox, birbaşa cümhurbaşqanı tərəfindən seçiləcək. Cümhurbaşqanı istədiyi anda məclisi ləğv, ölkədə fövqəladə vəziyyət elan edə biləcək. Hər bir şey yalnızca cümhurbaşqanlığı stolunda əyləşən şəxsin əlində olacaq. Bu gün o stolda Cümhurbaşqanı Cənab Ərdoğan əyləşib, sabah-biri gün kim əyləşər onu Allah bilir, ancaq fakt budur ki, sistem xalqın səsiylə dəyişdi.

Mən də öncəki sistemdən məmnun deyildim, ancaq bütün salahiyyətlərin bir şəxsin əlinə verilməsi şəxsən məni nigaran edir. Osmanlı dövlətində padşahlığa layiq olmayan şahzadələrin hakimiyyət stoluna gətirilməsinin dövlətin tənəzzülünə səbəb olduğu məlumdur. Əlbəttə Türkiyə sultanlıqla idarə edilmir, ancaq atalar demişkən, süddən ağzımız yandığına görə qatığı üfürüb yemək istəyirəm.

Mənim sıravi bir vətəndaş olaraq yeganə arzum dövlətimin hər bir yüksək səviyyəli idarəçisinə nəzarət edən bir qurumun olmasıdır, eynilə ABŞ-da olan kimi. Bunu istəməyə bir vətəndaş olaraq mənim də hüququm çatır.

Türk tarixinin ən görkəmli və əfsanəvi xaqanı, türk dövlətçiliyinin banisi olan Oğuz Xaqan hər il keçirilən qurultaylarda qurultay üzvlərinin qarşısında hesabat verməli olurdu. Hətta onu qadınları qurultayda təmsilən edən həyat yoldaşı belə tənqid edə bilirdi. Biz min il yox, iki min il əvvəl bu cür bir demokratiya ilə idarə olunmuş bir millətin övladlarıyıq. Şanlı və şərəfli bir tariximiz var. Dünənə kimi Orta Çağın qaranlıq dünyasında yaşayan, İnqvizisiya məhkəməsinin əlində zar-zar əsən, indiyə qədər mədəniyyətin "m"-sından xəbəri olmayan xalqların elmə və texnologiya sahəsinə verdikləri önəm və müstəmləkəçilik siyasəti yeridərək əsrlər boyu gücsüz xalqların və dövlətlərin yeraltı, yerüstü sərvətlərini yağmalayıb varlanıb-hallanaraq bu gün durub xalqımızın verdiyi səsə qarşı nalayiq hərəkətlər etməsi, Türkiyəni bilmirəm nə zənn etməsi, şəxsən qanıma toxunur. Türkiyə artıq özəlliklə təlim-təhsildən başlayaraq özünü çağdaş anlamda irəliyə aparacaq addımları atmalıdır. Xüsusi ilə beyin köçünə mane olacaq tədbirləri görməlidir.

Tanrı, onun ordusu olan millətimin yardımçısı olsun, onun fikir və tarixi yürüş yolunu daim aydınlıq etsin..!

Seyfəddin Altaylı,


İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK