ANA SƏHİFƏ / YAZARLAR

AQİL ABBAS: Naxçıvanda! Mayın 5-də! Möhtəşəm futbol!

(Ramin Musayevə)

16662    |   2017-04-18 17:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevə təşəkkürlər edirik ki, futbol üzrə Azərbaycan Kubokunun final oyununu Naxçıvan şəhərinə salıb.

Ötən il final oyunu Qəbələdə keçirilmişdi. Həm möhtəşəm bir açılış izlədik, həm də gözəl bir oyun. Bəlkə də qalibin kim olması önəmli deyil. Əsas odur ki, futbol qalib gəlsin. Qəbələdə də futbol qalib gəldi. Qəbələ həmin gün gözəl bir gün yaşadı.

Naxçıvanda da gözəl bir gün yaşanacaq. Yəqin ki, yenə də möhtəşəm bir açılışın və gözəl bir oyunun şahidi olacağıq.

Final oyununun Naxçıvana salınması ilə bağlı sizi qınayanlar var. Haqsızdılar. Əvvəlla, öz komandalarının azarkeşləri dünyada və eləcə də Avropada bəzən 3-4 min kilometr yol qət edib öz doğma komandalarına dəstək vermək üçün gedirlər. Özü də minlərlə azarkeş. Burdan Naxçıvana isə 6-7 saatlıq yoldur, avtobuslar işləyir, təyyarələr də öz yerində. Hələ yol maşınlarını demirəm. Yəni könlü futbol istəyənin Naxçıvana getməsi Qazaxa getməsindən iki saatdan artıq vaxtını alacaq.

İkincisi, Naxçıvan əsrarəngiz bir diyardı. Futbolsevərlər həm də müqəddəs məkanları ziyarət edərlər, ruhları da bir təzələnər. Naxçıvan Nuhun ayağının dəydiyi torpaqdı, Nuhun yatdığı torpaqdı. Yəni peyğəmbər torpağıdı.

Üçüncüsü, Naxçıvanda futbola maraq da artar. Bəlkə bu final oyunundan sonra «Araz» (Naxçıvan) da fikrindən daşındı və yenidən Azərbaycan çempionatına qayıtdı. Naxçıvanda həmişə futbol olub, Əhməd Ələsgərovun «Araz»ının nailiyyətləri hələ də yadımızdan çıxmayıb. Naxçıvan iqtisadi və mədəni cəhətdən çox sürətlə inkişaf edir. İstərdik ki, bu iqtisadi və mədəni inkişafa futbolun da inkişafı əlavə olunsun.

Azərbaycanın iki möhtəşəm komandası – «Qarabağ» və «Qəbələ» Naxçıvana bir futbol həyəcanı yaşadacaq. Təbii ki, mən «Qarabağ»ı dəstəkləyirəm, amma hər iki komandaya uğurlar arzulayıram. Yuxarıda qeyd etdiyim kimi, kimin qalib gələcəyi önəmli deyil, əsas futbolun qalib gəlməsi önəmlidi.

Naxçıvanda da futbol qalib gələcək!

Təkcə «Qarabağ»ın və «Qəbələ»nin azarkeşlərini deyil, bütün futbolsevərləri Naxçıvanda stadionda görmək ümidi ilə!

İnşallah, Naxçıvanda görüşərik!




İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Real" PSJ-yə qalib gələcəkmi?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Günlərin bir günü dəlixanaya həkimlər gəlir. Dəlilərin qabağına boş boşqablar qoyulrar. Dəlilərin hamısı yalandan boşqabı gəmirir, amma dəlilərin biri isə heç nə etmədən durub baxırdı. Hamı elə bildi ki, bu ağıllanıb. Göndərirlər evə. Yolda soruşurlar ki, bəs sən niyə yemək yemədin?
Dəli cavabında:
- Soyumağını gözləyirdim.




digər lətifələr
ARXİV
FACEBOOK