viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | “ÜZÜMÜZ” – EFİRLƏRİMİZ Adalet.az | “ÜZÜMÜZ” – EFİRLƏRİMİZ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

“ÜZÜMÜZ” – EFİRLƏRİMİZ

Fəridə RƏHİMLİ

24921    |   2017-04-14 14:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Televiziyasının fəaliyyətinin iki mərhələsinin şahidi oldum: müstəqilliyə qədərki və sonrakı dövr. Bu heç kimə sirr deyil ki, müstəqilliyə hər mənada hazır olmayan millətlər bu nemətdən başlarını itirir, xaosa düşür. Televiziya və radiolarda da çoxları üçün bu, "göydəndüşmə azadlıq” intizamsızlığa, məsuliyyətsizliyə, hətta abırsızlığa, həyasızlığa, mədəniyyət ocaqlarında mədəniyyətsizliyə gətirib çıxardı. Bazar iqtisadiyyatı deyilən nəsnə də çox reytinq yığan yüngül, səviyyəsiz verilişlərin nümayişinə yaşıl işıq yandırdı. Yəni, maddiyyat ehtiyacı, hərisliyi mənəviyyatı, dəyərləri, adət-ənənələri kölgədə qoydu və bu, illərdi beləcə davam edir...

Televiziyamızda ilk veriliş günü ekrana, sonralar Azərbaycanın tanınmış sənətkarına çeviriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova çıxıb.

1956-cı ilin mayında isə ekranda ilk diktorlar göründülər. Onların arasında Tamara Gözəlova, Nailə Mehdibəyova, Sevda Qənizadə, Sara Manafova, Rəna Nəsirova, Rəşxan Aslanova, Sima Xasıyeva, Nizami Məmmədov var idi. Daha sonra televiziyada istedadlı diktorlar nəsli yetişdi: Roza Tağıyeva, Rafiq Hüseynov, Ofelya Sənani, Şərqiyyə Hüseynova, Sabir Ələsgərov, Hicran Hüseynov, Həqiqət Əsgərova, Natəvan Hacıyeva, Tamilla Ələkbərova, Davud Əhmədov, Gülşən Əkbərova, Nərgiz Cəlilova, Ülkər Quliyeva, Nailə İslamzadə, Aygül Qaradağlı, Dilarə Səlimova, Rafiq Haşımov... kimi ecazkar səsiylə, etik davranışı ilə, gözəl nitq qabiliyyəti ilə tamaşaçıda rəğbət hissi yaradan peşəkarlar.

Aparıcılar sanki kanalların sifətidir. Onlar telekanalların ictimaiyyət arasında nüfuzunu artıra da bilir, azalda da. Və onların efirdəki davranışı birbaşa həmin telekanalların mənafeyi ilə bağlı olan məsələdir.

Azərbaycan televiziya kanallarının əksəriyyəti müxtəlif telekommunikasiya peykləri vasitəsilə dünya auditoriyasına çıxır. Yəni, bir ölkənin tanınmasında, mədəniyyətinin, incəsənətinin, dilinin, adət-ənənələrinin tanıdılmasında televiziya böyük gücdür. Bəs bizim telekanallar bu gücdən lazımınca məsuliyyətlə istifadə edirlərmi? Təəssüf ki, bu gün bu suala hər kəs birmənalı olaraq "yox!” deyəcək, çünki, tv kanallarımızda vəziyyət heç də ürək açan deyil, hətta deyərdim ki, bərbaddır. Anlamaq olmur ki, bizim telekanalların efir mədəniyyəti niyə birdən-birə mənfiyə doğru bu qədər sürətlə dəyişdi. Efirdə jarqonla, dialektlə danışanlar, pul cıranlar, şpaqat açanlar, geyimlərini, dəbdəbəli həyatlarını nümayiş etdirənlər... ancaq istedaddan, aparıcılıq qabiliyyətindən, mədəniyyətindən xəbərsız insanların bu ölkəni təmsil etməsini, televiziya ekranlarımızın "üzü” olmasını kimlər istəyir, kimlər təşkil edir! Hər kəs də öz problemi azmış kimi, yorucu iş günündən sonra televiziya seyr etməklə rahatlamaq istəyərkən efirlərdə gördükləri ucuz, mənasız, bayağı ifadələrə də əsəbləşirlər. Çox az hallarda seyr etsəm də, əsəbləşmədən seyr etdiyim kanal demək olar ki, yoxdur. Söylədiyim halları aparıcı Zaur Kamalın istər televiziya, istərsə də radio "fəaliyyətində” açıq-aşkar görmək olur, həm də hər verilişində. Onun etik olmayan davranışlarını sadalamaqla bitməz. Bugünlərdə yenidən qabalığı ilə sosial şəbəkələrdə gündəmdədir. Verilişinə dəvət etdiyi Xatirə İslamı açıq-aşkar təhqir edərək sarımsaq yeyib verilişə gəlməsi ilə, guya zarafat edən Zaur Kamal əslində həm də öz etikasızlığını, mədəniyyətsizliyini, aparıcılıq işinə haqqı olmadığını sübut etdi. təbii ki, səhnə, efir bir mədəniyyət ocağıdır və oraya gələrkən də bunlar nəzərə alınmalıdır. Amma, aparıcı, ən az milliliyi, adət-ənənəni nəzərə alıb, kişi mənliyi ilə bir qadının xalqın qarşısında təhqir olunmasına yol verməməliydi.

Son vaxtlar televiziya verilişlərinin milli-mənəvi dəyərlərə uyğunluğu, ideya-bədii dəyəri, tərbiyəvi və anti-tərbiyəvi funksiyası haqqında müzakirələr çoxalıb. Yazdığım kimi, televiziyada vəziyyət elə dözülməz hala gəlib ki, tezliklə bir ölçü götürülməzsə, hazırda və gələcəkdə çox böyük fəsadlara səbəb ola biləcək. Hətta elə vəziyyət yaranıb ki, tək-tək sanballı verilişlərə rast gələndə inana bilmirsən. Bütün sahələrə həsr olunmuş verilişlər, istər mənəviyyat məsələsinə, istər məişət adət-ənənə məsələsinə həsr olunsun, hamısı şou xarakteri daşıyır. Ona görə də belə verilişlərdə aparıcı da, ortaya qoyulan mənəvi prinsiplər də gülüş hədəfinə çevirilir. Bu verilişləri hazırlayanların da, aparıcıların da bir məqsədləri var – tənqid, lap təhqir yoluyla populyarlaşmaq, gündəmdə olmaq.

Ən qorxulusu isə, gənclər və uşaqlar üçün efir vasitəsilə şüuraltına yeridilən mənfiliklərin qaçılmaz olmasıdır. Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, aparıcıların efirdəki davranışları Şurada diqqətlə izlənilir. Efir mədəniyyəti, aparıcılıq səviyyəsi aşağı olan aparıcılarla bağlı qərar qəbul ediləcək”.

Bu qərar çoxdan gözlənilir, vacibdir, ləngitməyə heç bir səbəb olmamalıdır.




İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK