ANA SƏHİFƏ / YAZARLAR

Leyla Əliyevanın “POEZİYA”SI

Kitab haqqında düşüncələrim

20132    |   2017-04-10 20:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bugünlərdə qəzetimizin təsisçisi, millət vəkili Aqil Abbas mənə bir kitab verdi. Təbii ki, Aqil müəllimin kitab təqdim etməsinin həmişə konkret bir məqamı, mənası olur. Əgər o kitabı təqdim edərkən "tanış ol" deyirsə, bunun mənası təkcə mənə məlumdu. Yox əgər "oxu" deyirsə, deməli, artıq bu kitabla həqiqətən ciddi maraqlanmaq lazımdı. Bax, elə indi barəsində yazmaq istədiyim kitabı da millət vəkilimiz mənə təqdim edərkən xüsusi bir şəkildə vurğuladı ki, götür bu kitabı oxu, maraqlı kitabdı. Elə həmin günün sonunda kitabı özümlə evə apardım. Açığını deyim ki, kitabın üz qabığı, tərtibatı məndə müəyyən qədər maraq hissi yaratmışdı. Çünki üz qabığındakı ürək şəkli elə işlənmişdi ki, ona hər mənada münasibət bildirmək, hər mənada ondan nə isə götürmək mümkün idi. Bu ürək canlı bir orqanizmi xatırladırdı adama. Sanki indicə danışacaqdı...

Evdə kitabı oxumağa başladım. Kitabın adı "Poeziya" idi. düzünü deyim ki, poeziya sözünü oxuyanda düşünmüşdü ki, bu bir almanaxdı. Yəqin ayrı-ayrı müəlliflərin ürəklə bağlı şeirləri toplanıbdı bu almanaxda. Ancaq kitabı oxuculara təqdim edən, yəni onu Azərbaycan dilinə çevirən Mahir Qabiloğlunun kitabdakı anatasiyasından bildim ki, sən demə, redaktoru Əkbər Qoşalı olan bu kitabın müəllifi Leyla Əliyevadır. Sadəcə tərcüməçi və redaktor "Adiloğlu" nəşriyyatında 200 səhifəlik bu kitabın dünyaya gəlişinə xeyir-dua veriblər. Yəni onların birgə əməyi nəticəsində "Poeziya" söz dünyamıza, oxucu arenamıza təşrif buyurub. Kitabın ilk şeirinin adı "Gedim bir az ağlayım"dı. Açığını deyim ki, bu addakı səmimiyyətlə yanaşı, bir yorğunluqdan, ağrıdan, ümidsizlikdən qurtulmağın, yüngülləşməyin çalarlarını dərhal özümə köçürdüm. Çünki Leyla xanım Əliyeva yazır ki:



Gedim bir az ağlayım,

elə-belə astaca.

Ürəyimi gizlədim

yastığımın altında.



Pəncərəni açaraq

kövrəlmiş ürəyimi

bəlkə həyətə atım?!


Həyatın ağuşuna...

Yox, yaxşısı budur ki,

gedim bir az ağlayım

elə-belə astaca.



Sizə təqdim etdiyim "Gedim bir az ağlayım" şeirinin 1-ci hissəsindəki mənzərəni, ovqatı yəqin ki, tuta bildiniz, yaşaya bildiniz. Məncə, bu səmimiyyət ürəyə yatandı, inandırıcıdı və həm də düşündürücüdü. Ona görə ki, insan məhz özüylə, düşüncələriylə baş-başa qalanda o sıxıntıdan qurtulmaq üçün elə bir küncdə də oturub ağlamaq istəyir heç bir bəhanəsiz. Elə bu şeirdə olduğu kimi.

Şeirin ardını oxuduqca isə artıq niyə ağlamaq istədiyini, niyə bu qədər qəribəliklər yaşadığını oxucu misraların təkcə düzümündən deyil, həm də fikir yükündən anlamağa başlayır. Aydın olur ki, bu ağlamağın əsas səbəbi ürəyin özüdü, öz halıdı, öz istəyidi. Özünün özünə təsəlli vermək niyyətidi, məqsədidi. Ona görə də şairə yazır ki:



Gecənin sükutunda

Ürəyimlə tənhayam.

Yağış yağır islanır

Çətir tutmuram ona.



Qoy incisin...

Nə qədər o

Oyun açıb başıma...



Kitabdakı şeirləri bir-bir oxuyuram və tam səmimi şəkildə etiraf edim ki, şeirlərin mövzusu hər gün vərəqlədiyim çoxlu sayda kitabların mövzularından fərqlənir. Burada daha çox yaşananlar, müşahidə olunanlar misralanıb şeirə çevrilibdi. Ən maraqlı bir məqam da odur ki, müəllif düşündüklərini heç bir boyasız, heç bir bədii sözün rəngləriylə cilalamadan sadə və oxucunun inana biləcəyi bir şəkildə qələmə alıbdı. Yəni şeiri oxuduqca adama elə gəlir ki, bütün bunlar onun ətrafında baş verənlərdi, onün gördükləridi. Məsələn, "Qu quşu" şeirinə diqqət yetirək.



Açıldı tək atəş,

Atıldı güllə,

Nazənin qu quşu

Çəkildi göyə...

Bir anda arzular

Göldə boğuldu.

Möcüzəyə inam

Ordaca öldü...



Ovçununsa üzünə

Bir saxta gülüş qondu...

Ürəyi od tanıdı,

Vicdanı əzab çəkdi...

Qondarma gülüş isə

Pərdələdi, gizlətdi

Başqa bir həyata

Nöqtə qoymaqla,

Guya həyatına

Həzz gətirmişdi...



Bu şeirin də sizə təqdim etdiyim hissəsində öncə söylədiyim fikirlərin rahatca şahidi olmaq mümkündü. Çünki ovçunun saxta gülüşü bu bir gerçəklikdi. Ona görə ki, ömrü bir andı. Ovdan sonra qanına qəltan etdiyin ovun həyatı mütləq vicdanında bir sızıltı yaradır. Axı, sən hansısa bir canlanın yaşama haqqını əlindən almısan. Müəllif Leyla Əliyeva da "Qu quşu" şeirində həmin fikirləri özünəməxsus bir şəkildə oxucuya çatdırır. Və sonda vurğulayır ki,



İnsanlar da qadirdir

bu həyatda çox şeyə.

Amma ki, güc tapmırlar,

Adi qu quşu kimi,

Sonalar sonasıtək,

Əbədiyyən sevməyə...



Barəsində fikirlərimi ifadə etməyə çalışdığım kitabdakı şeirlərdən biri də "Heç vaxt yalqız deyilsən" adlanır. Digər şeirlərində olduğu kimi müəllif bu şeirində də həyat cizgilərini qələmə alır və yazır ki:


Gecələr Günəş səndən

üz çevirib gedəndə,

ay da sənə naz satıb,

buludlarla üzünü

bağlayıb gizlədəndə...

köksündəcə qəlbinə

yol tapmağa çalışan

bir kədər duyacaqsan...

yalqız olmadığına

onda inanacaqsan...



Bəli, istənilən halda normal düşüncəyə, mühakiməyə malik olan hər kəs bilir ki, insan daha çox gecələr özünə çəkilir, gecələr özüylə baş-başa qalır. Ağrı-acı da, kədər də gecələr daha güclü olur. Sonda güclü tərəf özünü hiss etdirir, özünün varlığını ürəyi sancmaqla, ağılı məşğul etməklə nümayişkaranə bir şəkildə ortaya çıxarır.

Bax, elə bu şeirdə olduğu kimi artıq onda hiss edirsən ki, sən yalqız deyilsən. Sən tək deyilsən. Bu təkliyin ikinci tərəfi kədərdi, dərddi. Sənin özünün düşüncə, duyğu ortağındı. Ona görə də o təklikdən qurtulmağın, o təkliyə qalib gəlməyin yolu istər-istəməz adamı axtarışa, yaşamağa səsləyir. Elə həmin məqamda da ilk yada düşən Tanrı olur. şeirin müəllifi də oxucusuna məhz bunu xatırladır, bunu deyir və deyir ki:



Tutaq ki, tək-tənhasan,

bu kiçik planetdə -

Döngələr arasında,

Yolların tıxacında...



Lap bu fani dünyada

Tək olsan da, lap tənha...

Heç nədən hürküb qorxma..!

Çünki başının üstə,

Tanrı vardır, unutma!..



"Poeziya" kitabı barəsində qələmə aldığım bu kiçik, amma içimdən gələn düşüncələrimi sizinlə bölüşərkən bir daha vurğalamaq istəyirəm ki, Leyla İlham qızı Əliyevanın kitabında toplanmış şeirləri ustalıqla tərcümə edən Mahir Qabiloğlu müəllifin poetik dünyasını oxucuya sevdirə bilibdi. Bunu mən öz oxucu fikirlərimlə təsdiq edə bilərəm.




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK