Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | Baxmalı “Bəxtəvər” Adalet.az | Baxmalı “Bəxtəvər” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Baxmalı “Bəxtəvər”

27417    |   2017-03-31 18:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı ilə Təbriz arasında mədəniyyət körpüsü yaradan layihəni tamaşaçılar maraqla qarşıladılar

Martın son həftəsində Dövlət Musiqili Teatrına gələn tamaşaçıların arasında iranlı turistlərin çoxluq təşkil etməsi müşahidə olundu. Novruz tətilini keçirmək üçün Azərbaycanı seçən İran İslam Respublikası vətəndaşlarının məhz bu teatra axın etməsi səbəbsiz deyildi.

Mədəni turizmlə bağlı maraqlı və müştərək layihə

Azərbaycanda turizmin inkişaf etdirilməsinə böyük diqqət göstərilir. Bu sahədə atılan addımlar nəticəsində ölkəmizə gələn əcnəbilərin sayında da kəskin artım müşahidə olunur. İlin müxtəlif fəsillərində həm Bakıda, həm də ayrı-ayrı bölgələrimizdə dincələn xeyli sayda xarici turistə rast gəlmək mümkündür. Qonşumuz İran İslam Respublikasından gələn qonaqlar onların arasında üstünlük təşkil edir. Məhz bunu nəzərə alan Azərbaycan Dövlət Musiqili Teatrı mədəni turizmlə bağlı orijinal beynəlxalq layihə həyata keçirdi. Məlum olduğu kimi, mədəni turizm anlayışı ilk dəfə 1980-ci ildə Avropa Birliyinin mədəni kimliyi və mədəni mirası ortaya çıxarmaq üçün apardığı araşdırmalardan sonra meydana gəlib. Tarixi-mədəni turizm-təbii, tarixi-mədəni abidələr, teatr, muzey, xalqların həyatı, adət-ənənələri ilə tanış olmaq məqsədi ilə həyata keçirilən turizm fəaliyyətidir.

Son illərdəki təqdirəlayiq fəaliyyəti ilə diqqət çəkən, Azərbaycan teatrının inkişafına və incəsənətimizin təbliğinə töhfə verən Dövlət Musiqili Teatrı mədəni turizmlə bağlı bir ilkə imza atmağı bacardı. Teatrın iranlı həmkarları ilə birgə reallaşdırdığı beynəlxalq layihə böyük maraq doğurdu. Dövlət Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevin ideya müəllifliyi və bədii rəhbərliyi ilə hazırlanan "Bəxtəvər” layihəsi üçün qonşu İranda çalışan teatr xadimlərinin tərəfdaş seçilməsi və tamaşanın məhz Novruz bayramı ərəfəsində təqdim edilməsi heç də təsadüfi deyildi.

Yazının əvvəlində qeyd etdiyimiz kimi, son illər İrandan Azərbaycana gələn turistlərin sayında ciddi artım müşahidə edilir. İranlı qonaqların çoxu ortaq bayramlarımızdan sayılan Novruzda istirahətini ölkəmizdə, onun paytaxtı Bakıda keçirməyə üstünlük verir.

Məhz bunu nəzərə alan layihənin müəllifi və tamaşanın bədii rəhbəri Əliqismət Lalayev iranlı turistləri Dövlət Musiqili Teatrına cəlb etmək istəyib: "Rəsmi rəqəmlər də sübut edir ki, Novruz bayramı ilə bağlı tətil günlərindən qonşu İrandan ölkəmizə çoxlu sayda turist gəlir. Azərbaycanda mədəni turizmin inkişafına töhfə vermək, həmin turistləri teatrımızın tamaşaçısına çevirməklə mədəniyyətimizin, incəsənətimizin təbliğinə nail olmaq və iki qonşu dövlət arasında mədəni əlaqələri daha da gücləndirmək məqsədi ilə belə bir layihə həyata keçirmək istədik. İranda gülüş ustası kimi yetərincə populyarlıq qazanan Babək Nəhreyini bu layihəyə cəlb etməklə tamaşamıza iranlı turistlərin marağını daha da artırdıq. "Bəxtəvər”in biletləri həm Bakıda, həm də İranın ayrı-ayrı şəhərlərində satıldı və deyə bilərəm ki, qonşu ölkədən gələn turistlər bu müştərək layihəyə böyük maraq göstərdilər. Maddi məsələ öz yerində, bizi işin mənəvi tərəfi daha çox maraqlandırırdı, "Bəxtəvər” oynanılan günlərdə teatrımıza gələn iranlı turistlər dövlətimizin teatrlara göstərdiyi diqqət və qayğını əyani şəkildə gördülər, kollektivimizin yaradıcılıq imkanları ilə tanış oldular. Əminəm ki, onlar Bakıya növbəti səfərlərində təkcə Dövlət Musiqili Teatrının deyil, digər teatrlarımızın da tamaşalarına maraqla baxacaqlar”.

Ana, özün fikirləş, axı nə deyim sənə...

Tamaşanın özünə gəlincə, "Bəxtəvər” şousunun süjet xətti olduqca sadədir. Bəxtəvər evlənmək istəyir. Anası oğlunun sevdiyi qızın adını eşidəndə şoka düşür, çünki Bəxtəvərin istədiyi qız Şahın qızıdır. Şahın isə öz tələbi var, o, bir neçə ildir üzü heç gülməyən qızını elə bir oğlana ərə vermək istəyir ki... Bəxtəvər istəyinə çatmaq üçün bütün çətinliklərə dözür və sonda sevgisinə qovuşur.

Əsərin müəllifi və baş rolun ifaçısı Babək Nəhreyin, quruluşçu rejissoru, maraqlı yaradıcılıq işləri ilə İranda yaxşı tanınan Yaqub Sadıqcamalidir. İran İslam Respublikası Mədəniyyət Nazirliyinin Mərkəzi Teatrlar İdarəsinin məsul əməkdaşı Atabəy Nadiri isə bu layihənin qonşu ölkə tərəfindən əlaqələndiricisidir.

Onu da vurğulamaq yerinə düşər ki, tamaşada Bəxtəvər rolunu yaradan Babək Nəhreyin istedadlı aktyor olmaqla yanaşı həm də bacarıqlı teatr təşkilatçısıdı, Təbriz Teatrına rəhbərlik edir. O, eyni zamanda, İran İslam Respublikasının Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədridir.

Tamaşada rolları Əməkdar artistlər Nahidə Orucova, Əkbər Əlizadə, aktyorlardan Ülviyə Əliyeva, Möylə Mirzəliyev, Elxan İsmayılov, Ağaxan Şərifov ifa edirlər. Təbriz Teatrı isə bu layihədə aktyorlar Camal Sadıqnecad, Bəhmən Taqipur və Cavad Əkbəri ilə təmsil olunur.

Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır.

"Həm şadam, həm bəxtəvər”

İranın tanınmış komediya ustası Babək Nəhreyin bu layhidə təmsil olunduğuna görə özünü xoşbəxt sayır: "Şadam ki, belə bir möhtəşəm teatr binasında səhnəyə çıxdım. Azərbaycana gələn həmvətənlərim qarşısında Bakıda tamaşa oynamaq, onların alqışlarını eşitmək tamam fərqli bir hiss idi. Zaldakı azərbaycanlı qardaş və bacılarım da məni yaxşı qarşıladılar. Azərbaycanın istedadlı aktyoru Şövqi Hüseynovla görüşüb tanış oldum. İki qardaş və qonşu dövlət arasında mədəni körpü yatarmaq üçün bu çox lazımlı layihə oldu. Əliqismət Lalayevə təşəkkür edirəm, çünki bu layihədə onun böyük zəhməti var”.

"Bəxtəvər”i Bakıda izləyən iranlı tamaşaçılar da müştərək layihədən razı qaldıqlarını bildirdilər. Rza Cavadi fikirlərini belə ifadə etdi: "Babək Nəhreyini dönə-dönə izləmişəm, bu gün onu ilk dəfə Bakı səhnəsində gördüm. Musiqili Teatrın binası möhtəşmdir. Növbəti səfərimizdə bu teatrın başqa tamaşalarına baxmaq istəyərəm”.

Yaqub Süleymanzadə: "Ailəmlə birlikdə tətili Bakıda keçirdim, Babək Nəhreyinin burada çıxşı bizim üçün əsl bayram hədiyyəsi oldu. Azərbaycan aktyorlarının oynununa ilk dəfə idi ki, canlı baxırdıq, onlar bizim yaddaşımızda dərin iz buraxdılar”.

Dövlət Musiqili Teatrının bu müştərək beynəlxalq layihəsi uğrla qarşılandı. İki ölkə arasında mədəniyyət körpüsü yaradan bu tamaşanın ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür düşür.

Etibar CƏBRAYILOĞLU






İmza:

YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-12-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Neftçi"?

"Qarabağ" (79.38%)
"Neftçi" (20.62%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

- Ay Ənvər səni niyə əsgərliyə aparmadılar?
- Gözüm zəif görür, ona görə. Bax misal üçün sən o divara vurulmuş xırda mismarı görürsən?
- Hansı mismar?
- Bax o sarı divara vurulmuş mismar.
- Hardadı, mən görmürəm.
- Əşşi, yaxşı bax da. Düz bax görəcəksən .
- Hə,hə indi gördüm .
- Ay sağ ol. Amma mən o mismarı görmürəm.




digər lətifələr
ARXİV
FACEBOOK