Adalet.az | ÜRƏYİMİN HƏKİMİ Adalet.az | ÜRƏYİMİN HƏKİMİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ÜRƏYİMİN HƏKİMİ

Əbülfət MƏDƏTOĞLU

14088    |   2017-03-17 13:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Professor Mustafa Gökçəyə içdən gələn bir mesaj

Hər dəfə əlimi qələmə, vərəqə tərəf uzadanda ürəyim səksənir. Və elə həmin anda ürək mənə pıçıldayır ki, bugünkü duruma, bugünkü yaşama görə, borclu olduğum insanlar var. Təbii ki, burda söhbət mənəviyyatdan mənəvi olanı izah, şərh etməkdən gedir. Özü də elə bir səviyyədə ki, qarşı tərəf onu rahatlıqla qəbul etsin. Necə deyərlər, könül pıçıltım qarşı tərəfin könlündə bir layla kimi, bir dua kimi səslənsin…

Təbii ki, hər şey zamanında, yetişdiyi məqamda gözəl olur, təravətli olur. Görünür, həmin o səksənən ürəyimin pıçıltısının zamanı gəlib yetişib. Ona görə də mən hər şeyi yaddaşımda təzələyə-təzələyə başlayıram ürəyimin pıçıltısını sözlərə çevirməyə. Və istəyirəm ki, yazdıqlarımın səmimiyyəti də, gerçəkliyi də heç kimdə şübhə yeri qoymasın. Ən azından ona görə ki, həyatda olduğum son illərin bir təşəkkürü, bir minnətdarlığı məhz Mustafa hocanın payına düşür. O Mustafa hocanın ki, mən onu öncə internet səhifəsindən tanıdım, sonra canım qardaşım Əhməd bəy bizi bir-birimizlə tanış etdi. Özü də bu tanışlıq Türkiyədə, daha doğrusu, Trabzonda gerçəkləşdi. Və mən bu şəhərdəki ən mükəmməl, ən möhtəşəm xəstəxanaların birində Mustafa hocanın qəbuluna yazıldım…

Həmin gün əhvalım o qədər də yerində deyildi. Bunun da əsas səbəbi ilin ilk gününü, yəni doğum gününü evimdən, ailəmdən uzaqda qarşılamağım idi. Təbii ki, evin, ailənin təkidi, həm də Əhməd bəyin israrlı dəvətindən sonra Trabzona gedəsi oldum. Ürəyimi apardım Trabzonun məşhur ürək uzmanı olan Mustafa hocanın hüzuruna. Adətən xəstəlikdən danışmaq, xəstəlikdən yazmaq sevmədiyim, hətta qaçdığım mövzudu. Ancaq bu dəfə bilə-bilə yazıram. Ona görə ki, həqiqətən Trabzonu görməyə, gəzməyə nə qədər maraqlı olsam da, səfərimdə əsas məqsədim ürəyimi, ondan baş açan, ona təsir edib ömrünü uzada biləcək çox uzman, çox tanınmış professor Mustafa Gökçənin qəbulunda olmaq idi. Və bu işdə də şəraiti mənim üçün Əhməd bəy yaratmışdı. Elə xəstəxanaya da məni o aparmışdı. Çox möhtəşəm bir xəstəxana binasının dəhlizində növbəyə dayanmış xeyli insan vardı. Biz də növbə tutduq və dəhlizdə düzülmüş oturacaqların birində əyləşib növbəmizi gözlədik. İlk dəfə ölkədən xaricdə həkim qəbulunda olduğum üçün daxilən narahat idim. Üstəlik də bütün fikrim, diqqətim ətrafda dolaşan insanların, qəbuluna gəldiyim həkimlə bağlı etdikləri söhbətlərə yönəlmişdi. Demək olar ki, hamı Mustafa hocanı soruşur, Mustafa hocadan danışırdı. Türkiyənin müxtəlif bölgələrindən gələn insanlar ağızlarını açıb dillərinə gətirdikləri ilk söz və mənim yaddaşıma yazılan kəlmə «çox iyi, çox uzman bir doktor!» ifadəsi idi. Bu gün etiraf edim ki, məhz həmin o sözlər içimdə ümid yaradırdı, daxilimdəki sıxıntını azaldırdı. Elə bil o adamlar mənim qəribliyimi, narahatlığımı duymuşdular. Ona görə də ancaq ümidli sözlər danışırdılar, işıqlı sözlər dilə gətirirdilər. Və mən də yavaş-yavaş doktorumun məni xilas edəcəyinə, mənə yardım edəcəyinə daha çox inanmağa başlayırdım. Görünür, möcüzə yaradan Allahın mənim düşdüyüm halı, içində olduğum durumu qiymətləndirirdi və bu yolla da mənə təsəlli verirdi, ümid verirdi. İndi söyləyəcəyim fikir sizdə bəlkə də təbəssüm yaratdı. Amma inanın ki, çox gerçək bir fikirdi və mən onu nə vaxtdı yaddaşımda yaşadıram, ürəyimdə gəzdirirəm. Belə ki, professor Mustafa hocanın qəbulunda dayandığım zaman onun assisentlərindən biri xəstənin suallarını cavablandırarkən dedi ki, çox uzman bir doktor, ürəyin içini də görür!

Mən bu sözü eşidəndə şairliyim, jurnalistliyim başıma vurdu. Fikirləşdim ki, demək «batdım!». Mustafa hoca ürəyimin içini görsə, tay gərək ortalığa çıxmayam. Çünki bütün sirlərim, bütün gizli duyğularım və nəhayət, Allahımla, iç dünyamın sahibiylə etdiyim söhbətlər oxunacaq, görünəcək. Bax, bu qəribə, bir az zarafat kimi görünən fikirlərin içində olarkən məni içəriyə dəvət etdilər. Əhməd bəy də mənimlə birlikdə Mustafa hocanın otağına daxil oldu. Gördüyüm məqam, gördüyüm mənzərə ağlımda köklü bir dəyişiklik etdi. Çünki mən o qədər də böyük olmayan bu otaqda elə bir səliqə-səhman, elə bir ürəyi, ruhu rahatlayacaq mühit gördüm ki, inana bilmədim bu odaya xəstələrin daxil olub çıxmasına. Sanki burda nə xəstə, nə xəstəlik barədə söhbət belə getmir. Əksinə, aura o qədər rahatedicidi ki, xəstəlik, ağrı-acı adamın yadından çıxır. Digər tərəfdən də odanın sahibi, yəni Mustafa hoca o qədər gülərüz, o qədər istiqanlıdı ki, sanki min ildi bu insanı tanıyırsan, onunla təmasda olursan, söhbətləşirsən. Bax, belə bir auranın içərisində doktorun əlini mənə tərəf uzatması da məndə bir çaşqınlıq yaratdı. Çünki MDB məkanında, eləcə də bizim özümüzdə sayılan, seçilən həkimlərin ilk gördüyü xəstəyə əl uzatdığına təsadüf etməmişəm. Ona görə də bir az ehtiyatla Mustafa hocanın əlini sıxdım. O da doğma bir insan kimi halımı soruşdu, necə gəldiyim, yolda narahatlıq keçirib-keçirməməyimlə maraqlandı. Mən gözaltı Əhməd bəyə baxdım. O, gülümsəyirdi. Hiss etdim ki, barəmdə Mustafa hocaya o, məlumat verib. Və başladı həkim-xəstə söhbəti. Sual cavablar və sonra da müayinə…

Bəli, beləcə tanış oldum Mustafa hocayla. Onun otağında gördüyüm ürəklə bağlı şəkillərdən tutmuş kitablara qədər… Onun kompüterinin ekranındakı yazılara qədər… həmçinin müxtəlif elmi konfranslarda, tədbirlərdə, hətta əməliyyatlarda çəkilmiş şəkillərə qədər hər şey yazıldı yaddaşıma. Bu istiqanlı, səmimi, mehriban insanın davranışı, xəstəyə verdiyi sual, xəstəylə qurduğu dialoq o qədər canlı, o qədər orijinal bir formada yaranırdı ki, şəxsən mən vətənimdə, güvəndiyim və hər zaman köməyini hiss etdiyim kardioloq Rafiq Yusifovla (özü də artıq 30 ilə yaxındır – Ə.M.) yalnız bu cür doğmalıq yaşamışam. Deməli, işini bilən, işinin mahiyyətini bütün incəliklərinə qədər prosesə tətbiq etməyi bacaran insanlar harada, hansı millətdən olmasından asılı olmayaraq, həmişə ehtiram, hörmət qazanırlar, təşəkkürə layiq görülürlər. Artıq bir neçə ildir ki, mənim ürəyim Mustafa hocanın, bir növü nəzarəti altındadı, onun himayəsindədi. Onun məsləhətləri, onun xeyir-duası hələ ki, döyündürür ürəyi, hələ ki, ömrünə ömür calayır. Və mən də onun etdiyi əməliyyatı, yazdığı dava-dərmanı təbii ki, bir pasiyent olaraq dəyərləndirirəm. Anlayıram ki, bütün bunlar təkcə həkimin vəzifəsi, işi deyil. Bunlar həm də müalicə olunan bir xəstə kimi mənim də məsuliyyətimdi, mənim də tövsiyələrə əməl etmək borcumdur. Təbii ki, bacardığım qədər. Və bütün bu yazdıqlarımın bir məqamını yəqin ki, siz də unutmadınız. O da Mustafa hocanın ürəyimin içini görməsi ilə olan məqamdı. Məhz məni əməliyyat otağına aparanda da mən həmin məqamı ağlımdan çıxara bilməmişdim. Elə əməliyyatdan sonra özümə gələndə ilk yazdığım şeirlərdən biri həmin o ürəyin içiylə bağlı idi. Onda yazmışdım ki:


Ağız dolusu

təriflədilər

bir nəfəsə

təqdim etdilər

öz işində

uzmandı –

dedilər

mən də,

bütün eşidənlər də

inandıq…

bax onda

düşündüm

bu ki,

böyük loğmandı

deməli,

ürəyimin

içini görəcək!

məni

heç vaxt yaşamadığım

bir həyəcan

əsir aldı…

əlim

ürəyimin

üstündə qaldı

qorxdum ki,

Allahdan başqa

kimsənin

görmədiyi,

tanıyıb bilmədiyi

Səni

nəhayət ki,

o görəcək!

və məni

sevməyəni

ürəyimə ağrı sayacaq

hamı da

dərdimin

tapıldığına inanacaq…

amma

bu uzman,

bu loğman həkim

dörd tərəfdən baxıb

ürəyimin şəklini çəkib -

çıxa bilərsən! – deyib

başını buladı

və yerindən qalxdı…

köməkçi

növbədəki xəstəni çağırdı.

həkimin yazdığı

reseptdən isə

«dəli» sözü

üzümə baxırdı!


***

Gəzib dolaşdığım qədim türk şəhərində içimdə bir rahatlıq vardı. Elə bil ki, Şuşanı gəzirdim… elə bil ki, Xankəndidə dolaşırdım… elə bil ki, Laçına tərəf qalxırdım… elə bil İstisuyun Taxtasındaydım. Və bütün bunlar da mənə o qədər rahatlıq gətirmişdi ki, bir anlıq harda olduğumu unutmuşdum. Üstəlik də Mustafa hocanın ilk müdaxiləsindən, ilk ilaclarından sonra ürəyim də sözə baxan olmuşdu. Mən də bu ürəyin sözə baxanlığından istifadə edib ona bir hüzür bağışlamışdım. Yəni, icazə vermişdim ki, istədiyi kimi yaşasın o anları. İllərdən bəri arzuladığı gözəl anlardan biri ilə baş-başa qala bilsin… Üstündən neçə illər keçməsinə baxmayaraq, o anı, daha doğrusu, o anları xatırlayanda ürəyimin kiçik bir zaman kəsiyi içərisində necə rahatlandığını hiss edirəm. Deməli, diqqət, qayğı, səmimiyyət, eləcə də xəstə ilə onu rahatlaya biləcək şəkildə münasibət qurmaq özü də bir həkimlik, bir loğmanlıq imiş. Bu yerdə müdriklərin bir fikri yadıma düşür. Müdriklər söyləyirlər ki, həkim var sözlə, münasibətlə, inandırmaqla xəstəni müalicə edir, həkim də var qorxutmaqla, çəkindirməklə, təyziqlə xəstəni ayağa qaldırmaq istəyir. Birincilər istəyinə daha tez və həmişə çatır, ikincilər isə…

Bax, mən də doktor Mustafa hocanın odasından çıxandan sonra, özü də onun əlimi sıxaraq «hocam, şeirlərini yaz, qəzeteçiliyini elə, hər şey yaxşı olacaq» söyləməsi içimdəki inamı birə beş artırmışdı. Və mən də Allahıma da, dostum-qardaşım Əhməd bəyə də, eləcə də Trabzonda tanış olub dostlaşdığım, qardaşlaşdığım insanların hər birinə minnətdarlıq hissiylə bu şəhərin görməli, gəzməli yerlərini yaddaşıma köçürürdüm. Və yaddaşıma köçürdüklərimin içərisində bir şeir də var idi. O şeiri indi sizin üçün də yazıram. Və xatırladım ki, həmin şeiri özümə çox doğma bildiyim Universitet məhəlləsinin din adamı, caminin axundu İbrahim hocaya ünvanlamışdım. İbrahim hoca da məni şəhərin bir neçə saatlıq məsafəsində olan kəndinə qonaq aparanda sanki Qarabağa, öz kəndimizə gedən yolda idim.


Vadinin dərinliyində

az qala

dərənin tam dibində

ayaqlarını

dağ çayı,

saçını

buludlar öpən

bir kənd var…

çay kolları

fındıq ağacları,

bal kimi almaları,

bir də

torda

müsafirləri gözləyən

balıqları…

bu kəndin

sakini olan

adamları

mənə o qədər

doğma gəldi ki,

oyatdı içimi

hocam

İbrahim Məzlumu

ürəyimə sıxıb

öpdüm -

elə bu torpağı

öpdüyüm kimi!..


Hə, düşünürəm ki, indi içimdə bir rahatlıq var. Ən azından ona görə ki, ürəyimin mənəvi borcunu axır ki, kağıza köçürdüm. Düşünürəm ki, bu ömürdə mənəvi borcu gecikdirmək, ertələmək, yəni sabaha saxlamaq heç də doğru iş deyil. Ən azından ona görə ki, sabahın necə açılacağına heç kim qarant verə bilməz. Deməli, işi vaxtında görmək lazımdı. Mən isə gecikdim, çox gecikdim. Buna görə dəyərli doktorum, professor Mustafa Gökçədən üzr diləyirəm.




İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK