Adalet.az | DÜNYADAN HEÇ NƏ UMMAYAN ADAM Adalet.az | DÜNYADAN HEÇ NƏ UMMAYAN ADAM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

DÜNYADAN HEÇ NƏ UMMAYAN ADAM

Faiq QİSMƏTOĞLU

28527    |   2017-03-10 14:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

… Onda isti avqust günləri idi. Biz də Füzuli şəhərindəki «Araz» qəzeti redaksiyasında təcrübə keçirdik. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyanda mütləq bu mərhələni addamalıydıq. Yəni hər hansı redaksiyada təcrübədə olmalıydıq. I kursda olanda «Bakı və Baku» axşam qəzetlərində böyük ziyalı və müəllimimiz olmuş Nəsir İmamquliyevin yanında təcrübə keçmişdik. O da bizə müəlllim kimi bütün köməkliyini, qayğısını göstərmişdi və əməkdaşlara da tapşırıq vermişdi ki, gözləri bizim üstümüzdə olsun. Çox sağ olsunlar, hamısının nəzər-diqqəti bizdə oldu və biz tələbələr də az-çox təcrübədə olanda bu peşəkar jurnalistlərdən müəyyən yazı-pozu işlərini öyrənə bildik…

Axı, Füzulidən danışırdım. O Füzuli ki, 1976-cı ildə biz onun havasını udurduq, suyunu içirdik, çörəyini yeyirdik. «Araz» qəzetinin redaktoru Məcnun Namazəliyev bizim hər üçümüzü – Nizaməddin Rəfiyevi, Teyfur Mehdiyevi və bu sətirlərin müəllifini çox böyük sevgiylə qarşıladı. Sonra da qəzetin məsul katib, bizim yaxın qohum, daha doğrusu, yeznəmiz olan Əsgər Şıxəliyevi otağına çağırdı. Bizimlə tanış etdi və dedi ki, bu tələbələri sənə tapşırıram. Az-çox yazmağı bacarırlar. Amma burda da çox şey öyrənə bilərlər. Çalış maket işini də onlara öyrət. Əsgər müəllim çox səmimi, yumorlu və şirin bir insandı. O, özünəməxsus bir səmimiyyətlə dilləndi: «Vallah, quyuya su tökməklə quyu sulu olmaz. Gərək bunların qabında bir şey olsun ki, nəsə bizdən öyrənə bilsinlər».

… İsti avqust günlərində adamın nəfəsi tıncıxırdı. Bizim kəndlə Füzuli şəhərinin arası 50 km olardı. İsti havalarda Bəhmənlidə durmaq mümkün deyildi. Ona görə də bir balaca maddi durumu babat olan adamlar özlərini şəhər istiqamətinə verər, orda bulaq başında, meşələrdə yayın istisindən canlarını qurtarardılar. Biz də təcrübəyə gələndə «göydən od yağırdı». Amma elə ki, Füzuli şəhərinə gəldik, o dəqiqə hava sərinləşdi…

Əsgər Şıxəliyev bizim hər üçümüzə diqqətlə baxaraq dedi: «Yazılarınız xoşuma gəlib. Tək mənim deyil, Məcnun müəllimi, Kərəm müəllimi də qələmə aldığınız yazılar qane eləyib. Ona görə də bu gün günorta bizim qonağımızsınız. İstəyirik ki, bir tikə çörək kəsək və sizinlə bir qədər də yaxınlaşaq».

Günorta redaksiyanın qarşısındakı parkdakı yeməkxanaya üz tutduq. Biz ora çatana qədər xidmətçilər stolun üstünə bütün soyuq qəlyanaltıları düzmüşdülər. Bir az pendir-çörəkdən, pomidor-xiyardan yedik, sonra lülə və tikə kabablar gətirdilər. Yuxanın arasına qoyulmuş lülə və tikə kababların dadı bu gün də damağımızdan getməyib. Araq da gətirdilər. Düzdü, mən içmədim, amma o biri dostlarımız yaxşıca boğazlarını yaşladılar. Stolun arxasında əyləşmiş Əsgər Şıxəliyev və rəhmətlik Kərəm Hətəmov hər üçümüzün sağlığına badə də qaldırdılar. Dedilər ki, siz indi gəncsiniz, bizim də xeyli yaşımız var. Az-çox dünyanın hər üzünü görmüşük. Cavanlığın, gəncliyin qədrini bilin. Bir sözlə, həmin gün açılmış süfrə ömrümüz boyu yadımızda qaldı. Belə səmimiyyət, belə ürəkaçıqlığı hər yerdə olmur…

… Bəzən görürsən ki, bir istedadlı adamı hansısa tabeliyində olan müdir incidir, sıxır, ona min-bir əziyyət verir. Amma biz «Araz» qəzetində təcrübədə olanda o yaradıcı kollektivdən sadəlik, səmimiyyət, sevgi hiss elədik. Əksinə, bilmədiyimiz çox sirləri onlar bizə aşıladılar. Elə adamlar var ki, paxıldılar, bildiyini kiməsə öyrətmir. Ancaq Əsgər Şıxəliyev bizim hər üçümüzü hər gün mətbəəyə aparır, orda maketlə bağlı bilgilərini bizə çatdırırdı. Deyirdi ki, bu iş elə işdi ki, hər bir jurnalist bundan az-çox baş açmalıdı. Yəni Əsgər Şıxəliyev heç kimin eləmədiyi böyüklüyü, sevgini, sədaqəti bizdən heç vaxt əsirgəmədi.

… Günlərin bir günü də bir yazı qələmə almışdım. Əsgər müəllim baxdı, nəsə xoşu gəlmədi. Keçdi makinə otağına, özü bədahətən bir yazı qələmə aldı. O yazının da adı belə idi: «Ürək odur daim yana…» Səhər qəzeti alanda həmin yazının altında Əsgər müəllimin deyil, öz imzamı gördüm. Gördüm ki, Əsgər müəllim bir ustad, bir peşəkar kimi necə yazı yazmağı mənə öyrətdi. Təbii ki, biz də onların iradlarını, fikirlərini nəzərə almaqla zaman-zaman gəlib öz yolumuzu tapa bildik...

… Yazımın əvvəlində qeyd eləmişdim ki, Əsgər Şıxəliyev bizim yezənmizdi. Yəni mənim qohumum, can-ciyərim Qələmnaz xanımın həyat yoldaşıdır. Mən qəzetdə təcrübədə olanda bir neçə dəfə onun təkidlərindən sonra evlərinə getdim. Hər dəfə də o evə gedəndə Qələmnaz xanım məni elə mehribanlıqla, elə sevgiylə qarşılayırdı ki, sözün açığı bu səmimiyyətdən utanırdım. Hətta gecələr orda qalmağımı istəyirdilər. Amma buna heç cür razı olmurdum. Onsuz da Bəhmənlidən, eləcə də Yağlıvənddən bu evin qonaq-qarası çox olardı. Çünki şəhərə gedənlər ən çox onların qapısını açar və onlarda da gecələyərdilər. Qələmnaz xanımın bir dəfə bişirdiyi bozbaşın dadı bu gün də damağımda qalıb. Çox bozbaş yemişəm, ancaq elə dadlı bozbaş yeməmişdim. Bilmirəm, ət dadlıydı, yoxsa mənim qohumumun əlləri bərəkətliydi. Amma hər halda, Qələmnaz xanım çox gözəl insan, çox gözəl də qohumdu.

Tez-tez onlara zəng vururam. Çünki indi onlar Füzuli rayonunun Araz Yağlıvənd kəndində yaşayırlar. Hər dəfə də zəng vuranda elə telefonu mənim qohumumum Qələmnaz xanım açır: «Başaa dönüm, nə yaxşı zəng vurmusan? Balaların, yoldaşın, nəvələrin necədi? Qurban olum sənə, nolar bir dəfə də yolunu bir bizə sal! Bilirəm ki, əmini çox istəyirsən. Bu dəqiqə telefonu əminə verərəm səninlə danışar…»

Əsgər müəllim də özünəməxsus bir şirinliklə deyir: «Başaa dönüm, nə yaxşı zəng elədin. Bilirsən ki, səni çox istəyirəm. Amma insafın olsun, bir dəfə rayona gələndə yolunu bizdən sal! Bax, bu yaxınlarda 75 yaşım tamam olajax ha! Gəlsən çox sevinərik. Sən yaxşı kişinin oğlusan və heç vaxt bizi yaddan çıxarmazsan».

Əsgər Şıxəliyev 1942-ci il martın 22-də Füzuli rayonunun Araz Yağlıvənd kəndində anadan olub. Əsgər müəllim çox çətinliklər, çox sıxıntılar yaşayıb. Ancaq hamısını da öz zəhmətiylə, öz qüvvəsiylə arxada qoyub. Yəni həyatın sərt tufanı, şaxtası, qarı onu heç vaxt sarsıda bilməyib. İncəsənət İnstitutunu bitirib və bir müddət ixtisasına uyğun işdə çalışıb. Ondan sonra nə az, nə çox rayonda çıxan «Araz» qəzetində 8 il müxbir, məsul katib vəzifələrində işləyib. Özünün çox gözəl məqalələri, reportajları, müsahibələri, oçerkləri və felyetonlarıyla oxucuları sevindirib. Əsgər Şıxəliyevin «Araz» qəzetində hazırladığı «qoşa səhifələr» bu gün də mənim xatirimdədi. Həm yazının tərtibatı, həm də ki, bədii dəyəri o dövr üçün çox unikal hadisəydi. Üstəlik də Əsgər müəllim hər hansı yazını qələmə alarkən çox böyük sevgiylə, istəklə o yazını başa çatdırırdı. Yəni o yazını, o oçerki oxuyan adam mənən dincəlir iç dünyasına işıq, nur gələrdi…

Əsgər Şıxəliyev düz 50 il partiya, sovet, icra orqanlarında müxtəlif məsul vəzifələrdə çalışıb. O hansı vəzifəni daşıyıbsa, həmişə o vəzifəni yüksəkliyə qaldırıb. Bu da təsadüfi deyil. Çünki Əsgər Şıxəliyev çox böyük ziyalı, çox gözəl insan, çox da səmimi bir şəxsdir. Elə bir adam olmaz ki, Əsgər müəllim onun dilini tapa bilməsin və onunla «qurban olum», «başa dönümlə» danışmasın. Bu səmimiyyəti də Əsgər müəllimi böyük Füzuli camaatına sevdirib.

Əsgər müəllimin ən böyük var-dövləti onun el-oba arasında qazandığı nüfuzu, xətridir. Yəni Əsgər müəllim hansı məclisə, hansı xeyir-şərə getsə, çoxları ona hörməilə yanaşır, ayağa qalxır və öz isti münasibətini bildirir. Çünki Əsgər Şıxəliyev 50 il işlədiyi müddətdə başqaları kimi özünü vəzifədə dartmayıb. Kim onun yanına gedibsə ayağa qalxıb, ona köməklik göstərib, hər hansı çətinliyi varsa, qabağa düşərək o işi aşırıb…

«Böyük dayaq» filmindən maraqlı bir epizod yadıma düşür: Rüstəm kişi onunla qoz-qoz oynayan adamlara deyir ki, gəlin gedək camaatın içinə, görək kimin ayağına qalxırlar, kimə əl çalırlar, kimi də fitə basırlar. Əsl kişilər məclisə girəndə həmişə ona hörmətlə yanaşıblar. Vəzifəsi olan, pulu olan və camaatın ağır günündə heç kimə əl atmayan adamlar bu gün el-obaya, xeyir-şərə getməyə utanırlar. Çünki onlar vəzifədə olanda heç kimin yaralı barmağına bir sarğı vurmayıblar. Amma Əsgər Şıxəliyev kimi adamlar həmişə xalqın içində olduğuna görə və həmişə də ona hörmət bəsləyiblər.

… O, bu dünyadan heç nə ummayıb. Amma sadəcə olaraq, bu cür kişilərə vaxtında bir diqqət də göstərilməliydi. Heç olmasa qüsursuz və səmərəli fəaliyyətinə görə bir fəxri fərman verilsəydi dünya dağılmazdı ki?! Əsgər Şıxəliyevin heç belə mükafatlara ehtiyacı da yoxdur. Çünki Əsgər Şıxəliyev halal zəhmətə, alın tərinə güvənib və bu halallıq da onu zaman-zaman ucalığa yüksəldib. O ucalığa ki, heç də hər adam o zirvəyə gəlib çata bilmir…

Əsgər Şıxəliyevin martın 22-də 75 yaşı tamam olur. Belə baxanda heç bu o qədər də böyük yaş deyil. Amma Əsgər Şıxəliyev bu 75 yaşı çox şərəflə, namusla, qürurla yaşayıb. Ötən illərə görə heç vaxt peşmaqçılıq hissi keçirməyib. Çünki onun aydan arı, sudan duru dörd övladı, on nəvəsi var. İndi o, öz nəvəli dünyasını yaşayır. Deyir ki, şükür Allaha, yeməyə çörəyim, içməyə suyum var. Nəvələrimsə mənə günəş qədər işıq verir, həyatda yaşamaq eşqimi daha da gücləndirir. Mən bu dünyadan heç nə ummuram…




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-08-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Kürəkən qayınanasına sms yazır:
- Sizin istehsal etdiyiniz məhsul (qızını nəzərdə tutur) zaydır, heç bir işə yaramır. Nə yemək bişirə bilir, nə də paltar ütüləyir.
Qayınana cavab yazır:
- Məhsul neçə il bundan əvvəl satıldığına görə istehsalçı məsuliyyət daşımır.




digər lətifələr
ARXİV
FACEBOOK