ANA SƏHİFƏ / YAZARLAR

Xalid KAZIMLI: Nəsirov və Avakov

22317    |   2017-03-06 14:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bu adam Ukraynada böyük dövlət postuna təyin ediləndə, bu təyinatdan xəbər tutan hər bir azərbaycanlı sevinmiş, qürur duymuşdu.


Qürur duyanların 99,99 faizinin ona işi düşməyəcəkdi, basa-basa gedib Ukraynada iş-filan qurası deyildilər, amma bir azərbaycanlının uzaq ölkədə nazir postuna tən gələn vəzifəyə təyinatı xoş idi.


Onun ad-soyadı Roman Nəsirov, təyinat aldığı vəzifənin adı Dövlət Fiskal Xidməti idi.


Çoxumuz bəlkə də fiskal xidmətin nə olduğunu bilmirik. Fiskal xidmət pul-paralı işdir, bank məsələlərinə aid xidmətdir.
Hər halda, Roman Nəsirovun birdən-birə Ukrayna dövlətində mühüm vəzifə tutması xalqımızın intellektual potensialından xəbər verirdi.


Etiraf edək ki, Rusiya, Ukrayna, Belarus və başqa ölkələrdə azərbaycanlıların əsasən "bazar adamı”, "alverçi”, "dələduz” kimi tanınması, ad çıxarması hamımızı bezdirib.


Biz də istəyirik ki, qürbət ellərdə bizi təmsil edənlər siyasət, iri biznes, mədəniyyət, incəsənət və idman sahəsində parlaq sima olsunlar ki, hər yetən də tanımaza-bilməzə üstümüzə damğa vurmasın.


Bu baxımdan Roman Nəsirovun təyinatı ürəkaçan hadisə idi.


Üstəlik, Ukraynada ən mühüm nazirliklərdən biri olan Daxili İşlər Nazirliyinə milliyyətcə erməni olan Arsen Avakovun rəhbərlik etməsi fonunda bir azərbaycanlının da nazir olması balans yarada bilərdi ki, bu ölkədə olan soydaşlarımızın, diaspor təşkilatlarımızın fəaliyyəti daha da güclənsin.


Yüksək vəzifəyə təyinat aldıqdan sonra başına dəfələrlə qalmaqallı hadisələr (məsələn, Odessa qubernatoru Saakaşvili ilə savaş) gəlsə də, Avakov hələ vəzifədədir, Nəsirov isə ilk qalmaqalda yandı - adamı cinayət məsuliyyətinə cəlb ediblər, saxlanılmasına dair order verilib, özü isə infarkt diaqnozu ilə xəstəxanadadır.


Bundan daha pisi isə odur ki, Ukraynada yaşayan azərbaycanlıların böyük hissəsi Nəsirovu müdafiə etmir, ondan ötrü ayağa qalxmaq, mübarizə aparmaq fikrində deyil.


Bu yerdə kimsə deyə bilər: "Hə, bax, bu, əsl azərbaycanlılıqdır, bizə xas xüsusiyyətdir”.


Ancaq belə bir qənaət var ki, hamıdan əvvəl "əsl azərbaycanlılığ”ı elə Roman Nəsirovun özü edib. O, böyük dövlət vəzifəsinə təyinat alandan sonra bu ölkədə yaşayan azərbaycanlılarla əlaqəni kəsib, onların xeyir-şərinə yaramayıb, problemləri ilə maraqlanmayıb, hər hansı bir yardım göstərməyib. Ondan umacaq böyük imiş, amma "nə yatdı ki, nə yuxu görsün" və ya "hələ yerini isitməmişdi" prizmasından yanaşsaq,Nəsirov gözləntiləri doğrultmayıb.


Onun əksinə olaraq, Bakı ermənisi Avakov öz millətindən olanların hər işinə yaramağa çalışıb, erməniləri Ukraynanın hüquq-mühafizə orqanlarına, eləcə də özünün rəhbərlik etdiyi struktura yerləşdirməyə çalışaraq "əsl ermənilik” edib.
Nəticə göz qabağındadır: bu gün Ukraynada Avakov və ermənilər güclüdür, Nəsirov və azərbaycanlılar isə əl-qolu bağlı, zəif və parakəndə haldadır.


Nəsirova qarşı vəzifədən sui-istifadə ittihamı irəli sürülüb. Bakıda otura-otura biz yaxşı bilirik ki, Avakov öz vəzifəsindən daha çox sui-istifadə edib.


Ancaq onu da bilirik ki, Avakov vəzifəsindən sui-istifadə edərək millətinə, soydaşlarına gün ağlayarakən, onların işini irəli edərkən, belə bir rəy var ki, Nəsirov yalnız özünü, məhdud çevrəsini düşünüb.


İndi o, postunu da itirib, azadlığını da. Nəsirovdan vəzifədə olanda bir fayda görməyən azərbaycanlılar isə məlul-müşkül haldadırlar.


Hətta onu da istisna etmək olmaz ki, azərbaycanlı nazirin, yəni fiskal xidmət rəhbərinin başına gələn bu olayda erməni Avakovun və ya onun çevrəsində olanların barmağı var.


Ancaq bu durum da Nəsirovun azərbaycanlılar tərəfindən güclü şəkildə müdafiə olunmamasının kölgəsində qalır. Bu, o deməkdir ki, Nəsirov böyük vəzifə tutandan sonra hədəfə gəlib və onun zərərsizləşdirilmsi üçün kampaniya başladılıb.
Korrupsiya reytinqinə görə Avropada öncül yelərdən birini tutan Ukraynada bir azərbaycanlının bu iş üstündə ilişməsi gerçəkdən də təəssüf doğurur.

İsrarla bildirənlər də var ki, Roman Nəsirov günahsızdır və onun haqqnda deyilənlərin heç biri təsdiqlənməyəcək, son nəticədə, həm də tezliklə o, azadlığa buraxılacaq.


Daha böyük təəssüf isə azərbaycanlıların harda olurlarsa, olsunlar, mütləq sonu görünməyən intriqanın və qarşılıqlı bəyənməzliyin içində olmalarına düşür. Bir də vəzifəyə gedəndən sonra sürətlə dəyişmək məsələsi var - bu da köhnə mərəzdir.




İmza:

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-16
2018-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Əli Səmid girir mağazaya, satıcıya:
- Sizdə boks əlcəyi var?
Satıcı:
- Yox.
- Bəs üzgücülük üçün şapka?
- Yoxdu.
- Futbol topu necə?
- Qardaş, bura Şərab mağazasıdı, ancaq spirtli içkilərdi.
- Yaxşı, onda bir araq ver.
Əli Səmid əllərini göyə qaldırıb:
- Bax Allah da şahiddi ki, idmanla məşğul olmaq istəyirdim, genə alınmadı.




digər lətifələr
ARXİV
FACEBOOK