Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Meyitlərin qarnı yarılmış, gözləri çıxarılmışdı" – Cərrah Xocalı soyqırımından danışır Adalet.az | "Meyitlərin qarnı yarılmış, gözləri çıxarılmışdı" – Cərrah Xocalı soyqırımından danışır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

"Meyitlərin qarnı yarılmış, gözləri çıxarılmışdı" – Cərrah Xocalı soyqırımından danışır

67263    |   2017-02-22 16:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"…35 yaşında bir kişi vardı. Ağdama mərmi atanda ət zavodunun yanına düşmüşdü. Qəlpə 5 yaşlı uşağına dəyməsin deyə özünü övladının üstünə atmışdı. Atasının qanı uşağın üstünə tökülmüşdü. Uşaq xəstəxanada nə baş verdiyindən xəbərsiz idi, "Atam məni qana buladı” deyirdi. Halbuki atası öz canından keçib onu xilas etmişdi”.


1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri işğal edildi. Nəticədə günahsız insanlar vəhşicəsinə öldürüldü, evləri yandırıldı, insanların mal-mülkü talan edildi. Xocalının sağ qalan sakinləri Ağdama qaçdılar. Həmin o ağır günlərdə Ağdam xocalıların ümid qapısına çevrilmişdi.

Soyqırım günü bütün Ağdam ayağa qalxışdı, hamı erməni zülmündən qaçıb gələn insanlara kömək göstərirdi. Ağdam camaatı, könüllü özünümüdafiə dəstələri bir tərəfdən erməni vandallarına cavab verir, bir tərəfdən də yaralıları Ağdam xəstəxansına aparırdılar. O gün rayonda yaradılan xəstəxananın sayəsində Xocalı soyqırımının miqyasını nisbətən azaltmaq mümkün oldu. Döyüş bölgəsində yaralanan əsgərlərin, işgəncə verilən xocalıların müalicəsi zamanı həkimlərin üzərinə böyük məsuliyyət düşürdü.

O vaxt Ağdam rayon xəstəxanasında cərrah işləyən Sadiq Əzimov da digər həmkarları ilə birgə xocalıların xilasında gecə-gündüz bilmədən fədakarlıq göstərib.


Adalet.az Femida.az-a istiandən yüzlərlə yaralı xocalı sakinini ölümdən xilas edən Sadiq Əzimovla müsahibəni sizə təqdim edir.
Sadiq bəy Xocalı soyqırımı baş verən gün harada idiniz?

Fevralın 25-də axşama doğru ermənilər Xocalı atəşə tutulanda mən və digər həkim yoldaşlarım xəstəxanada idik. Həmin gün hava bərk şaxta idi, yollar buz bağlamışdı. Emənilərin hücumunu görən şəhər əhalisinin bir qismi Ağdam istiqamətində qaçmağa çalışırdı. Onların hansı istiqamətdən gələ biləcəklərini təxmin edən ağdamlılar Şelli kəndində xocalıları qarşılayıb maşınları ilə Ağdam mərkəzi xəstəxanasına gətirmişdilər. Faciəli gün idi. O gecənin dəhşətlərini gözlərimlə görmüşəm. Həmin günlərdə gecə-gündüz xocalılara, yaralı hərbiçilərimizə tibbi yardım göstərirdik. O gün həm həkimlik, həm də ümumən insanlıq borcumuzu yerinə yetirməyə çalışırdıq. Ağdam xəstəxanası terror və qırğın səhnəsinə çevrilmişdi. Cərrahiyyə otaqlarından inilti və fəryad səsləri eşidilirdi. O gün xəstəxanadakı səslər hələ də qulaqlarımdan getmir. Meyitlərin əksəriyyəti xüsusi amansızlıq, zorakılıq görmüşdü.

Xəstəxanaya gətirilən yaralılara hansı işgəncələr verilmişdi?

Axşam xəstəxanaya gətirilən yaralılar güllə yaraları almışdı. Səhərə yaxın gətirilən yaralılar isə fərdi şəkildə işgəncə görən xocalılar idi. Meyitlərin dərisi soyulmuş, bir nəfərin başı kəsilmişdi. Qarnı kəsilib bütün orqanaları çıxarılan meyitləri görmək olardı. Qulaqları kəsilənlər, gözləri çıxarılanlar da var idi. Xəstəxanaya gözləri çıxarılmış, bədəninin bir hissəsi kəsilmiş adamlar gətirirdilər. İşgəncə görənlərin çoxunu ölü halda gətirirdilər. Yaralıların bir çoxu güllə yarasından, qəlpə yaralarından, küt alətlə xəsarət yetirilərək öldürülmüşdü. Ölənləri Ağdam məscidinə göndərirdik.


Neçə yaralı qəbul etmişdiniz?

Dəqiq xatırlamıram, amma 500-dən çox insan yaralanmışdı ki, onların çoxu donvurma diaqnozu ilə xəstəxanaya gətirilmişdi. Axşamdan səhərə kimi əməliyyatdan çıxmamışdım. Bir yaralıdan sonra digər yaralını əməliyyat edirdim. Yaralı çox, yer isə az idi.

O günlərdə bir cərrah olaraq hansı çətinliklərlə üzləşmişdiniz?

Dərman təchizatında bəzi çatışmazlıqlar olsa da, xəstəxana döyüş şəraitinə uyğun olaraq var qüvvəsi ilə fəaliyyət göstərirdi. Yarlıların qidasını verməyə gücümüz çatmırdı. Ağdam camaatı onlara yemək gətirir, isti geyimlərlə təmin edirdilər. Qan verməyə də Ağdam camaatı könüllü olaraq gəlirdi.

Tarixdə görünməyən vəhşiliyi Xocalıda gördük

Hadisənin səhəri günü Ağdam Mərkəzi Xəstəxanası niyə başqa yerə köçürüldü?

Xocalı işğal olunduqdan sonra erməni silahlıları hərbi texnikanı Əsgəran yaxınlığında toplamışdılar. Ona görə də Ağdam Mərkəzi Xəstəxanası bölgədən uzaqlaşdırılıb dəmiryoluna - vaqonlara köçürüldü. Həmin gecə göstərdi ki, hospital yaradılmalıdır. Beləliklə həm də ilk hərbi-səhra hospitalı yaradılmış oldu. Elə faciədən iki gün sonra gecə ermənilər Ağdam xəstəxanasına raket zərbələri endirməyə başladılar. Mərmilər xəstəxanaya düşürdü. Bu vaxt Ağdam dəmiryoluna sanitar qatar gətirilmişdi. Xəstxanadakı yaralıları Ağdam əhalisinin köməkliyi ilə sanitar vaqonlara yerləşdirdik. Qatar vaqonunda yaradılmış müvəqqəti cərrahiyə otağında yaralıları xilas etmək üçün dayanmadan çalışırdıq. 4o illik həkimlik fəaliyyətim zamanı Xocalıdan gətirilən yaralı xəstələr kimi insanları görməmişəm. Tarixdə görünməyən vəhşiliyi Xocalıda gördük.


Qəlpə onun cinsiyyət orqanını tamamilə yox etmişdi

Unuda bilmədiyiniz yaralı oldumu?

Xocalıdan bir xəstə vardı, cavan oğlan idi. Qəlpə onun cinsiyyət orqanını tamamilə yox etmişdi. O yaralını heç vaxt unuda bilmirəm. Doğrudur, o yaşadı, amma sonrakı taleyi məni hər zaman düşündürdü.

Ümumiyyətlə, müharibə vaxtı çox yaralı xəstəxanaya gətirilib. Onların hər birisini acı xatirə kimi anıram. 35 yaşında biri kişi vardı. Ağdama mərmi atanda ət zavodunun yanına düşmüşdü. Qəlpə 5 yaşlı uşağına dəyməsin deyə özünü övladının üstünə atmışdı. Atasının qanı uşağın üstünə tökülmüşdü. Uşaq xəstəxanada nə baş verdiyindən xəbərsiz idi, "Atam məni qana buladı” deyirdi. Halbuki atası öz canından keçib onu xilas etmişdi.

Eyni hadisə çörək zavodunda da olmuşdu. Bilirsiniz ki, çörək zavodunda işçilərin çoxu qadın olur. Döyüşlər gedən vaxtda mərmi zavodun yaxınlığına düşmüşdü. Əli xəmirli qadınları hospitala gətirilmişdilər. Çörək müqəddəsdi, çörək bişirən insana dəyməzlər, amma ermənilər onların hamısını öldürmüşdü.


Görkəmli muğam ustası Şahmalı Kürdoğlu və oğlunun da ölümünü unuda bilmirəm. O, öz oğlu ilə həyətdə gəzdiyi yerdə mərmi düşdü ikisi də şəhid oldu. Qəlpə Şahmalı Kürdoğluna dəymişdi, hadisə yerində ölmüşdü. 12-13 yaşlı oğlunu xəstəxanaya gətirəndə ölmüşdü. Qəlpə üzünə dəyib uşağı tanınmaz hala salmışdı. Ölməsinə baxmayaraq üzündə elə cərrahiyə əməliyyatı aparmışdım ki, evə aparanda meyiti açıb baxanda anası pis olmasın, oğlunu tanıya bilsin.

İllər sonra bu hadisələri xatırlayanda hansı hisləri keçirirsiniz?

O gün bir yandan torpaq gedirdi, bir yandan insanlar ölürdü. Əbəttə ki, çox pis təsir edir. İndiki xəstəliyimi də Xocalı hadisələrindən sonra tapmışam. O yaralıları görəndə stress keçiridim. O hadisələr mənə həm mənəvi, həm də fiziki təsir edib.

AzTV yalan məlumat yaymışdı

Xocalı faciəsi ilə bağlı məlumatlar yetərincə işıqlandırılırdımı?

Xocalı dəhşətlərini görən bir şəxs kimi sizə bir əhvalatı danışmaq istəyirəm. Evə gəldim, neçə günün yorğunluğu da üzərimdə idi. Evdəkilər bir stəkan çay içməyimi istədilər, onlara "yox” deyə bilmədim. Elə oturmuşdum ki, bu vaxt televizorda eşitdiyim sözlər məni dəhşətə gətirdi. Nə baş verdiyini anlamağa çalışırdım, yerimdə donub qalmışdım. AzTV-də hadisə ilə bağlı rəsmi açıqlamada bildirilirdi ki, Xocalıda cəmi 2 nəfər həlak olub. Faciə ilə bağlı AzTV yalan məlumat yaymışdı. Halbuki, səhərə qədər onlarla ölü görmüşdüm, yaralı qəbul edib əməliyyat etmişdim. O xəbər məni çox sarsıtmışdı. Dövlət televiziyası iki nəfər azərbaycanlı öldürüldüyünü deyirdisə Xocalı soyqırımının işıqlandırılmasından söhbət gedə bilməzdi. Həmin gün nəyə görə evə gəldiyimi belə unudub, dərhal xəstəxanaya qayıtdım.

Ağdam Azərbaycan hakimiyyətinin vəzifələrini təkbaşına həyata keçirmək iqtidarında deyildi


Sizcə, günahkar kimdir?

O gecə hakimiyyət öz xalqını xilas edə bilmədi. Xocalıların qətlinə göz yumdu. Hadisə yerinə xəbəri eşidən Ağdamın könüllü - özünümüdafiə dəstələri gedə bildi. Allahverdi Bağırovun komandirlik etdiyi batalyon həlak olanların meyidlərinin döyüş meydanından çıxarılmasında, azərbaycanlı əsirləri erməni əsirləri ilə dəyişdirərək azad edilməsində böyük xidməti oldu. Ağdamdan Əsgərana hücum edən olsaydı, ermənilərin diqqətini yayındırmaq olardı. O gün Ağdam xocalıların ümid yerinə çevrilmişdi, hamı qan ağlayırdı. Ağdam Azərbaycan hakimiyyətinin vəzifələrini təkbaşına həyata keçirmək iqtidarında deyildi. Mərkəzi hakimiyyətin səhvi çox oldu.

Ümumiyyətlə milliyətcə erməni olan bir yaralını sağaltmısınız?

Xocalı faciəsindən əvvəl bir erməni sərhəddi keçmək istyəndəndə yaralanmışdı. Onu əməliyyat etmişdim.

Faciədən sonra ona yardım göstərdiyiniz üçün peşmançılıq hissi keçirdinizmi?

Qətiyyən yox. O da insandır. Həkim üçün millət anlayışı yoxdur. Bu, erməni də, farsa da, rusa da ola bilərədi…

Qeyd edək ki, müsahibimiz Xocalı soyqırımı zamanı keçirdiyi stressdən sonra nadir xəstəliklərdən olan parkinsona düçar olub.



İmza:

"Köhnə təfəkkürlə gələcəyə necə gedə bilərik?"

Deputat Cavanşir Paşazadə: “Bu müsəlmançılıq deyil, dərəbəylikdir” - MÜSAHİBƏ

Murad Arif: İlk dəfə söyüşləri orda eşitdim - MÜSAHİBƏ

Seyran Səxavət: “Dünya Allahın çin olmuş yuxusudur...“ - MÜSAHİBƏ

Necə sevmiyəsən belə klubu?! ... - Müsahibə

Rövnəq Abdullayev: "Şəhidlərimiz, qazilərimiz bizim başımızın tacıdır" - MÜSAHİBƏ

Alim Qasımov: "O olmasa, mən də Alim olmazdım" - MÜSAHİBƏ

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

"Müsavatı 3 adam böyütdü: İsa Qəmbər, Rauf Arifoğlu və Heydər Əliyev"

Adil Əliyev: “Etimad göstərilməyəcəksə, taleyimizlə barışacağıq” - MÜSAHİBƏ

Seyran Səxavət: “Həmsədrləri görəndə nənəmin “oynaşları”nı görürəm”

Qəşəm Nəcəfzadə: "Ramiz Rövşən gəncləri əzir, udur!" - MÜSAHİBƏ

SON XƏBƏRLƏR
2019-10-21
2019-10-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK