ANA SƏHİFƏ / YAZARLAR

Aqil ABBAS: ALLAHI QATİL EDƏNLƏR - XII (DAVAMI)

Detektiv roman

30431    |   2017-02-16 23:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

***

Telefondakı adam elə bağırdı ki, az qaldı qulağı tutulsun:

- Sən orda nə hoqqa çıxardırsan?

- Cənab prokuror, sizin tapşırığınızla cinayəti açmaq istəyirəm. Özü də deyəsən açmaq üzrəyəm.

- Nə cinayət işi? Sən orda camaatı üstümüzə qaldırmaqla məşğulsan. Sənin o kənddə nə itin azıb? Ölkədə elə bir təşkilat qalmayıb ki, sən orda olandan sonra teleqram vurmayalar. Eşitmişəm meyidi yenidən ekspertizadan keçirmək istəyirsən. Camaatın cavan oğlu ölüb, torpağı qurumayıb, sən də qəbri qazdırmaq istəyirsən.

- Cənab prokuror, əvvəla meyit yarılmadan basdırılıb. İkincisi də, mənim əlimdə xeyli dəlil var.

- Bilmirəm sənin əlində hansı dəlil var, amma onu bilirəm ki, öldürülənlərin qohum-əqrəbaları da səndən şikayət edirlər. Müsəlmançılıqda qəbri açmaq heç bilirsən nədi? Ölənlər məlum, öldürən məlum, day sən nə axtarırsan? Açıq işdir də!

- Cənab prokuror, məsələ sizin və hamının bildiyi kimi açıq deyil. Mən çox incələmişəm o əsgər qatil deyil, onu qatil ediblər.

- Ay müsəlman, ağzımda bir Quranlıq söz danışıram, sən də başlamısan qatildi, qatil deyil. İşi yekunlaşdır, qayıt geri.

- Cənab prokuror, sizin oğlunuz əsgər olub?

- Nədir ki?

- Soruşuram də! Bu mənim də, sizin də oğlunuzun başına gələ bilər.

- Bura bax, həddini aşma. Sənə əmr edirəm işi yekunlaşdır, dön geri.

Müstəntiq dediyindən geri çəkilmək fikrində deyildi:

- Cənab prokuror, çox xahiş edirəm, mənə bircə həftə vaxt verin, mən o komandiri qandallayım gətirim sizin hüzurunuza. Xalq də həqiqəti bilsin.

Prokuror istehza ilə soruşdu:

- Kim bilsin, dedin?

- Xalq.

Prokuroru təzədən od tutdu:

- Nə boş-boş danışırsan? Xalq kimdi? Mənə xalqın bilmək istədiyi həqiqət yox, rəhbərliyə sərf eləyən həqiqət lazımdı. Sən hələ bunu anlaya bilməmisənsə get bazarda kartof sat! - dedi və telefonun dəstəyini atdı.



***

Müstəntiqin kəndə qəfil gəlişi, xüsusi ilə də qəbir üstə getməsi, müəllimlərlə görüşməsi hamını çaş-baş salmışdı.

- Deyirlər uşağın günahı yoxuymuşg

- Yazığı o həddə çatdırıblarg

- Çox pis təhqir ediblərmişg

- Deyirlər, qəbri təzədən açacaqlar, yazıq uşağı qəbirdə də rahat yatmağa qoymurlar.

Yas mərasimindən sonra suyu sovulmuş dəyirmana dönmüş həyətə o qədər adam toplaşmışdı ki, oturmağa yer olmadığından çoxu ayaq üstə qalmışdı.

Həyətdə üç mərəkə vardı - kişilər Atanın, qadınlar Ananın, cavanlar isə Böyük Qardaşın başına yığılmışdı.

Ata yenə həmişəki soyuqqanlığını qoruyub saxlayırdı, deyilənlərə o qədər də müdaxilə eləmirdi.

- Müstəntiq nə deyirdi?

- Nə bilim vallah, nə isə deyirdi də.

- Doğrudan uşağın günahı yox imiş?

- Nə boş-boş danışırsınız, mənim oğlum öz əsgər qardaşlarını öldürüb.

- Bəs, müstəntiq deyirmiş ki...

- Bura baxın, sizə qurban olum, mənim nə çəkidiyimi heç Allah Allahlığıyla da bilmir. Qoyun dərdimi çəkim. Müstəntiq bunu deyib, onu deyibg Müstəntiq əgər mənimlə söhbət eləyibsə, elə söz deməyib. Müstəntiq sadəcə olaraq bu faciənin səbəblərini axtarır.

Qonşulardan birinin sözü aləmi bir-birinə qatdı:

- O düzdür ki, uşağın qəbrin açacaqlar?

Elə bil Ananın yarasına duz basdılar, çığırdı:

- O qəbrə əl uzadanın əlini kəsərəm! Mən hələ ölməmişəm!

Böyük Qardaş anasına yaxınlaşıb boynunu qucaqladı:

- Hirslənmə ay ana, sözdü də, kimsə deyib.

Ağbirçəklərdən biri yaylığının ucu ilə yaşarmış gözlərini sildi:

- Heç kim ona qatil deyə bilməz. Bax, bu qucağımda böyüyüb, qız kimi həyalıydı. Bu camaatın gözünün işığıydı.

Başqa bir qadın:

- Eşitdik ki, gələn müstəntiq də uşağın qatil olduğuna inanmır, sevindik, yığışıb gəldik. Camaat istəyir ki, uşağın qanı yerdə qalmasın.

Hadisədən sonra onlarla heç yovuşmaq istəməyən kənd camaatının bu canfəşanlığından elə də xoşlanmayan Ata kinayə ilə dedi:

- Sağ olun, ən ağır günlərimizdə bizi tək qoymamısız.

Camaat Atanın bu kinayəsini başa düşmədi.



***

Kriminalist dəfələrlə hadisə yerinə getmiş, izi tutub meşədən keçərək örüşə qədər qalxmışdı. Gedib- gəlməkdən az qala bu izi cığıra çevirmişdi. Və bu cığırda da hər ağacı, hər kolu, hər daşı tanıyırdı. Dəfələrlə bu cığırla gedirdi ki, bəlkə nəyi isə nəzərdən qaçırıb, nəyi isə görməyib. Amma nə illah edirdi, atdan o yana keçə bilmirdi, iz atda itirdi. Bu üzəngisiz, yəhərsiz atı kim minmişdi? Bunu bircə at və atı minən bilirdi. Atın dili yox idi soruşa, minən də ki...g Bir-iki dəfə atı sığallamışdı, at da məzlum-məzlum başını çevirib ona baxmışdı ki, məndən nə istəyirsən.

Hər dəfə də uşaq yüyürüb gəlmişdi və qorxa-qorxa demişdi:

- Əmi, atımızı aparacaqsız?

Gülümsəmişdi:

- Yox oğul, qorxma.

Bu kənddə uşaqdan böyüyə hamını birər-birər öyrənmişdi. Az qala kənddə hamı ilə söhbət eləmişdi, çoxlarını adı ilə tanıyır, camaat onunla köhnə tanış kimi görüşür, evə dəvət edirdi. O isə yalnız at sahibinin evinə dönər, bir stəkan çay içərdi.

Kələfin ucunu bu kənddə axtarır, nə qədər ələk-vələk edirdisə də, amma heç kimin nə Polkovniklə, nə də onun komandirlik etdiyi hərbi hissə ilə nə bir əlaqəsini tapa bilirdi, nə də o ata minəni görən bir nəfəri. Tam yəqin etmişdi ki, bu kənddən kiminsə Polkovniki öldürməsi mümkün deyil, kənddəki camaatın çoxunun hətta dağın o üzündə hərbi hissənin olduğundan da xəbəri yox idi.

Amma ona inanırdı ki, Polkovniki kim öldürmüşdüsə mütləq bu kəndlə bağlı adamdı, bu kəndi, bu ərazini yaxşı tanıyır.

Kriminalisti ən çox çətinə salan hadisə baş verən gün kəndə gəlib-gedənlərin kimliyini müəyyənləşdirmək idi. Həmin gün kənddə yas yeri olduğundan ətraf kəndlərdən, şəhərdən o qədər insan gəlib-getmişdi ki, onların siyahısını çıxarmaq qeyri-mümkün idi. Toya gələnləri öyrənmək asandı, siyahını götürürsən, vəssalam. Amma yasg

Kriminalist bunu da araşdırmağa çalışmışdı, amma əlinə bir tutalqa keçirə bilməmişdi.

Bütün ehtimalları boşa çıxmışdı, yalnız bircə ehtimaldan başqa - intiqam. Kriminalist gecə-gündüz bu ehtimalın üzərində baş sındırırdı: Polkovnikdən kim və niyə intiqam almalıydı?! Ortada intiqama əsas ola biləcək üç fakt vardı: intihar, ehtiyatsızlıqdan baş verən ölüm hadisəsi və bir də əsgərin yoldaşlarını və özünü güllələməsi.

İntihar hadisəsi ilə Polkovnikin qətli arasında elə bir ciddi əlaqə görmürdü. Əsgər sevdiyi qızın başqası ilə nişanlanması xəbərini eşidəndən sonra özünü qəribə aparırmış, içinə çəkilib hamıdan qaçırmış. Yoldaşları onu tək qalmağa qoymaq istəməsələr də sonda bacarmamışdılar. Komandirin diqqətsizliyi olsa da, bu ölümü onun ayağına yazmaq olmazdı. Əsgərin valideynləri də övladlarının ölümündə heç kimi günahkar bilməmişdilər.

Qalırdı ikinci və üçüncü ehtimal.

Ehtiyatsızlıqdan özünü öldürən əsgərin ailəsi hələ də şikayətçi idi. Oğullarının ölümündə komandirlərini, xüsusilə də Polkovniki təqsirli bilirdilər. Övladları dəfələrlə əsgər yoldaşları tərəfindən incidildiyini, komandirlərinin ona qarşı haqsızlıq etdiklərini məktubla atasına yazmışdı. Atası bir neçə dəfə hərbi hissəyə gəlib komandirlərlə görüşsə də xeyri olmamışdı. Axırıncı dəfə Polkovniklə görüşəndə aralarında söz davası düşmüş, Polkovnik də əsgərlərə onu hərbi hissədən bayıra atmalarını əmr eləmişdi. O da oğluna bir şey olarsa Polkovniki öldürəcəyi ilə hədələmişdi.

Hadisə baş verdikdən sonra çox ciddi təhqiqat aparılmışdı. Amma, həm şahidlərin ifadəsinə, həm də ekspertizanın rəyinə görə, əsgər silahını təmizləyərkən ehtiyatsızlıqdan əlində güllə açılıb qarnına dəymişdi. Hospitala çatdırsalar da, xilas etmək mümkün olmamışdı.

Amma əsgərin atası nə şahidlərə inanırdı, nə də ekspertizanın rəyinə, hələ də oğlunun ölümündə Polkovniki günahkar bilirdi və demək olar ki, az qala hər gün müxtəlif orqanlara özü məktub yazmaqdan yorulmasa da, həmin orqanlar ona eyni cavabları yazmaqdan nəinki yorulmuşdular, hətta bezmişdilər. Son zamanlar daha cavab da yazmırdılar. Qəzetlərə üz tutmuşdu, müxalif qəzetlər də yazmışdılar-yazmışdılar və onlar da yorulmuşdular. Yalnız hansısa bir hərbi hissədə xoşagəlməz hadisə olanda bir-iki cümlə ilə yada salırdılar.

Ən şübhəli və xoşagəlməz hadisə də o idi ki, Polkovnik qətlə yetirilən günün axşamı kənddə məclis qurub qohum-əqrəbasını, dost-tanışlarını başına yığıb yeyib-içmişdi. Oğlunun ölümündən sonra heç bir toya-şənliyə getməyən bu adamın belə bir məclis qurması şübhə doğurmaya bilməzdi.

Bir şübhəli cəhət də o idi ki, Polkovnikin qətlə yetirilməsini gecə televiziyada xəbərlərdə demişdilər. Bəs necə ola bilərdi ki, televiziyada verilən xəbərdən 2-3 saat əvvəl belə bir şadyanalıq təşkil etsin.

Və həmin məclisdə də:

- Allah qırx ili gözləmədi, cəzasını verdi! - deyə sevincini gizlədə bilməsin.

Bu xəbər Polkovnikin öldürülməsindən bir neçə saat sonra bu kəndə necə gəlib çata bilərdi, kim çatdıra bilərdi?



***

- Siz Polkovnik öldürülən gün saat iki-üç radələrində harda olmusunuz?

- Polkovnik kimdi?

- Sizin rəhmətlik oğlunuzun qulluq etdiyi hərbi hissənin komandiri.

- Polkovnikin öldürülməsi elə bir ciddi tarixi gün və ya tarixi hadisədir ki, yadımda saxlayım?

- Gəlin ciddi olaq.

- Mən ciddi deyirəm. Rəhmətlik Lenindən başqa tarixi şəxsiyyətlərin öldüyü günü yadımda saxlamıram. Tarixi şəxsiyyətlər bir yana, atamın-anamın öldüyü gün də yadımdan çıxıb.

- Yaxşı, mən həmin günü sizin yadınıza salıramg

- Bilmirəm, yəqin ki, kənddə olmuşam.

- Alibiniz var?

- Vallah, sir-sifətdən pis oğlana oxşamırsız, amma atanız yaşda olan bir adamla məzələnirsiz. Alibi nədi?

- Yəni həmin vaxt sizin kənddə olduğunuzu, kənddən kənara çıxmadığınızı təsdiq edəcək sübutunuz, şahidləriniz var?

- Dedim ki, həmin gün yadımda deyil. Əgər mənim yadımda deyilsə, nə bilim kənddə kimin yadında qalıb. Gərək ki, meşəyə odun gətirməyə getmişdim. Bizim kənddə qaz yoxdu, elə deyirlər çəkəcəyik, çəkmirlər, gərək indidən tədarük görək. Yaxşı olarkı camaatdan soruşasınız, yəqin ki hafizəsi məndən güclü olanlar bir söz deyə bilərlər.



(Ardı var )

Detekiv romanın əvvəlini BURADAN oxuya bilərsiniz


İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-05-26
2018-05-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Çempionlar Liqasının qalibi hansı komanda olacaq?

"Real" Madrid (53.33%)
"Liverpul" (46.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
İki qadın söhbət edir:
- Az, ərin sənə pul verir heç?
- Həə, əlbəttə, nə vaxt istəyirəm verir.
- Doğrudaaaan?! Necə alırsan ki? Deginən biz də alaq da, bizimki heç vermir.
- Atamın xarabasına gedərəm bir də geri dönmərəm - deyirəm.
- Aha, sonra?
- O da həmin dəqiqə çıxarıb yol pulu verir.




digər lətifələr
ARXİV
FACEBOOK