"Excelsior Hotel & Spa Baku"da Yeni il ərəfəsi moda yarmarkası keçiriləcək

96962    |   2016-11-17 11:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dekabrın 21-də "Excelsior Hotel & Spa Baku” otelinin, FMS Models model agentliyinin, "Baku Fashion Night” təşkilatının təşkilatçılığı və xanım Lyubov Qutorova-Poyrazın rəhbərliyi ilə Bakıda modapərəst qadınlar üçün moda layihəsi çərçivəsində Yeni il qabağı satış yarmarkası keçiriləcək. Yarmarkada Azərbaycan dizaynerlərinin kolleksiyaları nümayiş olunacaq və tədbirdə iştirak edən qonaqlar Yeni il qabağı qarderobları üçün hədiyyələr əldə edə biləcəklər.

Rahat geyinib-soyunma otaqlarının təşkil olunması hər bir modapərəst xanımın dizaynerlərdən istənilən bəyəndiyi obrazı geyinib baxmağa və almağa imkan verəcək. Tədbir Yeni il qabağı əhval ruhiyyəsində, maraqlı proqramla keçiriləcək və heç bir qonaq hədiyyəsiz qalmayacaq. Layihənin iştirakçıları - əməkdar mədəniyyət xadimi Fəxriyyə Xələfova, dizaynerlər Lalə Ağayeva, Gülüm Əsədullayeva, Günel Behbudova, Günay Quliyeva, Nərgiz Muxtarova brend "by NRGZ”, Sehri Rəhimova, Günay Mirzə, Yekaterina Eren, Liana Allahverdiyeva və başqalarıdır. Baku Fashion Night 2014-cü ildən başlayaraq ildə iki dəfə keçirilir.

Biletləri "Excelsior Hotel & Spa Baku” otelindən əldə etmək mümkündür. Əlaqə nömrəsi: (012) 496 80 00.




İmza:
SON XƏBƏRLƏR
2018-07-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK