ANA SƏHİFƏ / YAZARLAR

SON BAHAR

17964    |   2016-11-05 00:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Yolboyu ağacların dibindəki yaşıllığa baxıram. Son vaxtlar dəbdə olan qazon deyil. Münbit torpaqdan, ilıq havadan, öləziyən günəş işığından dirçəlib cücərən təbii otlardır. Cincilim, çayır, bağayarpağı, hətta arasında ilk baharın gəlişini müjdələyən sarı çiçəklərdən də açıb. Zümrüd rəngləri göz oxşayır, ruhu təzələyir. Amma bir zəif mehdən üşüyürlər, yarpaqları elə titrəşir ki...
Sevinclə, sürətlə boy atırlar. Öləziyən günəşin hərarətinin get-gedə artacağını zənn edirlər. Amma bilmirlər ki, bu günəşin son işıltılarıdı. Bir azdan başlarının üstünü qar, çovğun alacaq.
O qədər zərif, o qədər həssas və qara, çovğuna dirənəcək qədər də cəsur bir sevgi zənn edirlər, bu öləziyən günəşin sevgisini. Bilmirlər ki, onları bu ümidsiz sevgiylə aldadan Son Bahardı... son bahar. Son bahar günəşi işıldayar, amma istilik verməz.
Bu mənzərəni gec gələn sevgilərə bənzədirəm.
Bəzən gec gələn sevgilər olur, bəyan edilməsi, dilə gətirilməsi imkansız olan... Ürəyində özünə etirafı belə, qadağan olan sevgilər... Amma sevgi qadağalara, olmazlara boyun əyirmi ki?!. Ürəyi sevgi ilə döyünənlərin gücü qarşısında nə, kim dayana bilib ki, indiyə qədər? Gerçəkdən gücmü deyilir buna, intiharmı, hər şeyə - gələcək hər möhnətə, ittihama sinə gərmə bacarığımı? Başqalarının gözündə göründüyün "obrazı" həzm edə bilmək, qəbul etməkmi? İzah etməyə çalışıb, edə bilmədiyin, dəfələrcə nöqtə qoymaq istədiyin və bunu bacarmadığın, səninkinin hər kəsin sevgisindən fərqli olduğunu düşündüyün, hey ümidlə gözlədiyin, həyata tutunma, bağlanma səbəbin, ümidsiz sabaha ümidlə boylanmaqdır, ürəyi zaman-zaman sızladan acı bir həsrətdir, tez-tez yaşadığın peşmançılıqdır, özünü qınaqdır, gecikmiş qonaqdır, bir bədəndə ağlının qəbul etmədiyi, ürəyinin onsuz yaşaya bilmədiyi fəlakətdi, təlatümdü, ağılla ürəyin sonsuz mübarizəsidi, heç cür qarşısını ala bilmədiyin, kor-koranə güvəndiyin gözəllikdir və nəhayət, İlahinin bəxş edərək insanı sınağa çəkdiyi imtahandır son bahar sevgisi... Yoxsa, gizli axan göz yaşlarıdırmı sevgi deyilən, kimsəyə aça bilmədiyin sirrmi, ya bəlkə ətrafın, çevrənin, illərlə qazandığın sayqının, hörmətin - imicin müqabilində xəyanət etməyə hazır olduğun şirin dünyanmı? Həzinliyindən, günahsızlığından, huzurundan, zərifliyindən, təmizliyindən, təmənnasızlığından, içinə səpdiyi ilıq təbəssümdən, məmnunluqdan... imtina edə bilirsənmi, sırf səni tanıyanların tənəsini duymayasan deyə?.. Bu ürək nələri saxlamadı öz balaca "sirrlər dünyası"nda? Bu ürək azmı qarşı çıxmaq istədi ağıla, düşüncəyə, axan göz yaşlarına?..
Son bahar payız mövsümünün ilk baharı xatırladan bir dönəminə deyilir - Son bahar ilin son dəfə sevgi dolu gülümsəməsidir...
Son bahar daha çox göz yaşları ilə yadda qalır, məncə. Çünki son bahar dürüst bir aydır, ilk bahar kimi aldatmaz insanı - ona həyatın, yaşamın qaranlıq üzü olduğunu, saralıb-solmanı, çürüməyi, ayrılığı, hüznü, xiffəti anladır, göstərir. Buna görə ən sevdiyim fəsildir son bahar, göy gurultusuyla, şimşəyiylə, yağışıyla, hüznüylə. Hüzn isə insanın düşünə bilmə, ağlaya bilmə fürsətidir. Payız yağmurunun damlalarıyla bərabər insanın içində yığılan kədər də göz yaşıyla axır yavaş-yavaş... içində toplanmış qübarı, nisgili heç deyilsə, o anlıq silib aparmaq üçün...



YAZARIN ARXİVİ

2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (76.47%)
Yox (23.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK