Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hack forumu hacklink satışı Adalet.az | UNUDULAN ADAMIN ELEGİYASI Adalet.az | UNUDULAN ADAMIN ELEGİYASI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

UNUDULAN ADAMIN ELEGİYASI

Əbülfət MƏDƏTOĞLU

33499    |   2016-10-28 14:50
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tükənən gücün şəkli...

Adətən hər hansı bir yazını özümə, öz taleyimə, öz yaşamıma uyğun bir şəkildə qurmağa çalışıram. Necə deyərlər, istinad yeri özüm oluram ki, heç kim sözümdən inciməsin və yaxud yazdıqlarımı özünə götürməsin. Hətta bu üzdən dəfələrlə ən doğma adamlarla söz-söhbətim də olub. Özümdən iqtibas gətirdiyimi qəbul etmək istəməyiblər. Buna baxmayaraq, mən həmişə öz fikrimdə qalmışam və bilirəm ki, özümü nümunə göstərmək daha yaxşıdır, nəinki başqasını. Və bax, beləcə mən yazdığım bu yazıda siz hər birinizi görə biləcəksiniz. Təbii ki, mənim gözümdə, mənim özümdə...

Düşünürəm ki, insanın gücü təkcə onun fizioloji imkanlarından asılı deyil və yaxud da idmanla məşğul olub, hər gün ağırlıq qaldırıb yumruqlarını boks əlcəkləri ilə hara gəldi çırpmasından da keçmir. Yəni fiziki güc insanda istənilən ölçüdə ola bilər. Kimsə bir yumruğa öküzü də yerə yıxa bilər. Amma mənəvi güc tamam fərqlidi. Onu gözü quruyanda ağlamaqla, atılıb-düşməklə, yumruq çırpmaqla bərpa etmək olmur. O gücü özünə qaytarmağın bir yolu var, o da həmin o gücü səndən alanı, o gücün gözünü bağlayanı yenidən mənəvi dünyanın parametrlərinə uyğun gətirməkdir. Bir az da açıqlasam, yəni mənəvi gücünü sıfıra endirəni sən sıfırdan üzü yuxarı qaldırmağı bacarmalısan. Bunun üçün səni endirənin yanında olmalısan ki, onunla yenidən qalxasan. Təəssüf ki, bu da həmişə mümkün olmur. O məqama qədər ki, yol haçalanır. Biri əbədiyyətə, biri isə...

İkinci yol dediyim həmin o yenidən ayağa durmaqdı. Bu yolda xatirələr də köməyə çata bilər, özü-özünü təkrar-təkrar çözüb içindən hansısa bir qığılıcımı tapmaq da. Mənim üçün bu çözüm bitib-tükənmir. Mənim üçün o qığılcım axtarışı bütün ömrüm boyu alın yazım olub. Ona görə axtarışdan, xəyal qurmaqdan, xatirələri vərəqləməkdən heç vaxt bezməmişəm. Amma müəyyən anlarda sözün həqiqi mənasında sınmışam. Ona görə sınmışam ki, axtarışım, xatirələrim, xəyallarım kiməsə, lap elə tutaq sənin özünə qınaq yeri, gülünc yeri olubdur. Hətta odu söndürüb küllə oynamaq fikrini də mənim üçün tez-tez təkrar etmisən. Lakin nə imkan verməmisən, nə də mənə qoşulub odun niyə söndüyünü araşdırmaq səbəbini bilmək istəməmisən. Mən də özüm sınmağı qəbul edib sənin heç vaxt sınmağını istəmədiyimdən öz içimə sığınmışam və öz içimin səsini misralara çevirmişəm. Yazmışam ki:


Sən məni hamıdan çox

özünə yad bilirsən,

on illik ağac üçün

quru qanad bilirsən...


Olum, ya da ki ölüm

bir ölçünün içində...

iştirakın fərq etmir -

öləndə, ya üçümdə!..


Odur ki, bu karvanda

yorulmuş bir dəvə tək

burax məni səhrada -

de ki, get cəzanı çək!..


Bəli, bu bir həyat hekayəsi deyil. Bu əslində yaşananın misralarda ifadəsidir. O misralarda ki, onu hər kəs öz arşını ilə dəyərləndirə bilər və yaxud da bu misralar kiməsə nəyisə xatırladar. Məhz o xatırlama, qiymətvermə məqamında bir gerçək ortaya çıxar. O gerçək ki, sənə də, mənə də, elə hamımıza bir sual ünvanlayar:

- Görəsən Allahın yazdığını kim pozmaq istəyir? Görəsən halal haqqı kim arxa plana keçirir? Və ümumiyyətlə, yaşananları kimlər qaralamağa çalışır?

Hə, mən də elə bu sualların ətrafında öz günümün gerçək səhifələrini oxumaq istəyirəm, amma oxuya bilmirəm. Çünki oxumaq istəmədiklərim mənim arzulamadıqlarımdır. Mən onlar barəsində heç düşünməmişdim, heç xəyal da qurmamışdım. Bilmirəm, bu ağlıma gəlməyənlər başıma niyə gəldi. Və bir də onda gördüm ki:


Quruyan ağaca

baxan kimi

baxıram özümə

qollarım

düşüb yanıma

budaq kimi

əllərim əsir

saralan

yarpaq kimi

duyuram ki,

bu ağac

baxmağa utanır

üzümə...

amma

yaxasın açıb

son gücü ilə

torpaq kimi!..


Deməli, bu gerçəyin içində tükənən güc adamı həm də arxa plana keçirir. Və o tükənən güc səni, məni və daha kimləri unutdurmağa başlayır. Damla-damla, gilə-gilə əriyib sönən şamı gözünün önünə gətir. Onda nə dediyimi yəqin ki, hiss edəcəksən. Lap elə ola bilsin ki, görəcəksən, axı şam göz önündə əriyir...

Mən heç kimi yükləmək, heç kimə ağrı-acı gətirmək fikrində deyiləm. Və ümumiyyətlə, kiminsə mənim düşüncələrimi, istəklərimi öz düşüncələrinə çevirməsində israrlı deyiləm. Və hər kəsin də haqqını tanıyıram və qəbul edirəm. Amma mənə əzab verən, məni sıxan, məni az qala özünə üsyan etməyə vadar edən bircə məqam var ki, o da gerçəyin qəbul olunmamasıdır. Burda söhbət mənim düşündüyüm gerçəkdən getmir, sənin də, mənim də, hamımızın gördüyü gerçəkdən gedir. Bax, o gerçəyin içində gücümün tükənməyidi məni ağrıdan... Mən bunu həyatımın bir qara yazısı hesab edirəm. Daha doğrusu, qara rəngdə yazılmış yazısı. Və bilirəm ki, bu yazı heç kim tərəfindən oxunmayacaq və oxunması da gərək deyil. Amma bu yazıdan həm də ona görə incik düşürəm ki, bu bir növ unudulmaq simfoniyasının ilk ritmləridi. Bax, belə:


Qapı döyülmür,

zəng də yox

mesaj

qutusu da boş

fikir eləmə çox

bu da

alın yazısıdır

nə xoş gününə,

xoş -

unudulan adam!


Hə, mən bir unudulan adamın tükənən gücünün şəklini çəkmək istəyirəm, amma sözlə. Bütün işim-gücüm o gücün o unudulan adama qayıdacağına yönəlib. Amma deyirlər ki... Siz də düşünün, mən də, görək nə deyirlər?




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Arsenal"?

"Qarabağ" (79.8%)
"Arsenal" (20.2%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Faiq Qismətoğlu xəstəxanaya gəlir. Həkim:

- Özünüzlə yatacaq gətirmisiniz?

- Bəli.

- Sizə lazım olan bütün dava-dərmanları da gətirmisiniz?

- Bəli.

- Bəs, bu yanınızdakı ağ xalatlı kimdi?

- Bu da həkimdi. Dedim, birdən sizdə həkim də olmaz, özümlə gətirdim.





digər lətifələr
ARXİV
FACEBOOK