ANA SƏHİFƏ / YAZARLAR

İNANCIM

8696    |   2016-10-22 09:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Mən babam Peyğəmbərin ümmətini islah etmək üçün qiyama qalxdım!" İmam Hüseyn(ə)in sözləridir. Amma təəssüf ki, on dörd əsr keçsə də, ümməti islah etmək tam olaraq mümkün olmayıb. Sonuncu səmavi kitab olan Qurani-Kərimin və sonuncu peyğəmbər Hz.Məhəmməd(s.ə.s)-in göstərdiyi yolu, ümməti şaxələndirərək elə özlərinin də bu yolda azmalarına səbəb olurlar. Sünni-şiə ayrımçılığı, fərqli təriqətlər, məzhəblər, uydurulmuş hədislər, dini rəvayətlər bu yolu doğru getmək istəyənləri çaşdırmağa xidmət edir. Aşura - yəni, hicri təqvimin ilk ayı olan mühərrəm ayının 10-cu günü haqqında fərqli fikirlər mövcuddur. Aşura haqda mübahisələr əsrlərdir davam edir.
İslam inancında Aşurada - Məhərrəm ayının 10-da bir çox önəmli hadisələrin olduğuna inanılır:
H.Adəmin tövbəsinin qəbul olması, Hz. Nuhun tufandan qurtulması, (Nuh peyğəmbərin gəmisinin bu gündə tufandan qurtulub Cudi dağının təpəsinə endiyi bildirilir). Hz. Yunusun balığın qarnından çıxması, Hz. İbrahimin atəşdə yanmaması,
Hz. İdrisin göyə çıxarılması, Hz. Süleyman (ə.s.)-a səltənət verilməsi, Hz. Yaqubun oğlu Hz.Yusufa qovuşması, Hz.Yusufun quyudan çıxması, Hz. Əyyubun xəstəlikdən qurtulması, Hz. Musanın Qızıl dənizi keçməsi və firounun həlak olması, Hz. İsanın doğumu və ölümdən qurtulub, diri olarak göyə çıxarılması, Hz. Musa (ə.s.)-ın fironun şərindən qurtulması
Hz. İbrahim (ə.s.)-ın dünyaya gəlməsi və oddan qurtulması,
Hz.Hüseyn (ə.)-ın şəhid edilməsi Aşura günü oldu.
Qiyamətin qopmasının da aşura günü olması haqda fikirlər səslənir.
Aşura sözünün ərəb dilindən tərcüməsi də "onuncu gün" deməkdir. Hicri təqvimlə 61-ci ilin həmin günündə (miladi təqvimlə 680-ci ilin oktyabrı) Hz.Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə) öz yaxın qohumları və silahdaşları ilə Kərbəla səhrasında faciəli surətdə qətlə yetirilmişdir. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər. Məhərrəm və Səfər aylarını matəm ayları olaraq qəbul edirlər, iki ay boyunca toy və əyləncələr edilməz, bu günlərdə yas məclisləri qurulur, mərsiyələr oxunur, ehsan yeməkləri verilir. Bu ayda bir məsələyə diqqət yetirmək lazımdı. Mərsiyə və növhə deyib ağlamalar hər kəsin içindən gələn bir istək ola bilər, amma moizə və nəsihət vasitəsilə aşura ideyalarını insanlara başa salmaq daha vacibdir. Aşura şəhidlərinə yas saxlayan zaman bəzi dini və etik normaları diqqət mərkəzində tutmaq lazımdı. Hadisələri təhrif edən, İmam Hüseynin (ə) mübariz simasını zəlil və aciz formada təqdim edən, olmayan hadisələri bəzəyib göstərməyə çalışan moizələr söyləmək, mərsiyələr demək də dinə xidmət hesab oluna bilməz.
Müaviyə öz ölümündən bir qədər öncə oğlu Yezidi gələcək xəlifə kimi təsdiqlədi. Bu isə İslam dininin hələ tam oturuşmadığı bir dövrdə təhrif olaraq səltənət ideologiyasına çevirilməsi demək idi. Müsəlmanların yavaş-yavaş Peyğəmbərin(s) yolundan döndüyünü və İslamın aradan getdiyini görən İmam Hüseyn(ə) anlayırdı ki, onun kimi insanın qanı tökülməyincə müsəlman cəmiyyəti qəflət yuxusundan oyanmayacaq. Onlar Peyğəmbərin(s) vaxtı ilə 3 nəfərlə Məkkə müşriklərinə qarşı qiyamını unutmuş, mübarizədən əsas məqsədin qələbə deyil, mübarizənin özü olduğunu hələ də anlamamışdılar. Onların gözündə kiçik bir dəstənin zahiri qələbə çalmaması onların məğlubiyyəti idi. Ancaq İmam Hüseyn(ə) qanın qılınca qələbə çala biləcəyini sübuta yetirdi. O qadın və uşaq daxil olmaqla bütün yaxın adamları ilə Məkkəyə tərəf Həcc mərasiminə yola düşdü. Məkkədə müsəlmanların bütün vilayətlərdən bir araya gəldiyi zaman İmam(ə) onları qiyama səslədi və Həccini yarımçıq qoyub Kufəyə tərəf yola düşdü. İmam(ə) çox gözəl bilirdi ki, nə Məkkədə onun çağırışına cavab verəcəklər, nə də Kufə əhli ona dəstək verəcək. İmam(ə) müsəlman cəmiyyətinin mənəvi cəhətdən ölü və cansız bədən olduğunu anlayırdı. Kufəyə getdiyi arada bir çoxları İmama(ə) qoşulmaq istəyirdi ancaq İmam(ə) öz tərəfdarlarını seçirdi. Kərbəla hadisəsinin qəhrəmanlarının heç biri təsadüfi insan deyildi. Onlar dövrünün ziyalıları, öz sahələrində birinci, həyatda və işlərində böyük uğurlar əldə etmiş şəxsiyyətlər idi. Bir sözlə, İmam Hüseynin(ə) ətrafında bütün müsəlman cəmiyyətinin qaymağı yığışmışdı. Kufəlilər İmam Hüseynin(ə) elçisi Müslim ibn Əqili(r) şəhid etdikdən sonra Yezidə biyət etdilər. Bu da gözlənilən idi. Çünki, kufəlilər Həzrət Əli(ə) və İmam Həsənə(ə) də qarşı xəyanətlər etmişdilər. Onlar həmişə təhlükə ilə üzləşəndə Əhli-Beytə(ə) üz çevirirdilər. Bu xəyanətlərin kökündə qorxu durmurdu. Əməvilər onsuz da kufəlilərin malına və canına qəsd edirdilər. Malına və canına görə qorxan şəxslər əslində İmamlara(ə) dəstək verməli idilər. Çünki onlar əmin idilər ki, yalnız Əhli-Beytin(ə) hakimiyyəti altında onlar amanda qalacaqlar. Alimlərdən biri çox gözəl şəkildə kufəlilərin davranışını əsaslandırır. O deyir ki, kufəlilər iki seçim arasında idilər: İmam Hüseynə(ə) və ya Yezidə beyət. Yezidə beyət etməyib, İmam Hüseynə(ə) beyət edib və məğlub olacaqları təqdirdə onları ölüm gözləyirdi. İmama(ə) beyət etməyib Yezidə beyət edib və məğlub olacaqları təqdirdə onlardan heç kəs intiqam almayacaqdı. Çünki bu xüsusiyyət Əhli-Beyt(ə) əxlaqına ziddir. Onlar Əhli-Beytin(ə) kəramətinə arxayın olub Yezidə beyət etdilər.
Bundan xəbər tutan İmam Hüseyn(ə) Fərat çayının yaxınlığında yerləşən Kərbəla adlı bir çöldə düşərgə saldı. Bu zaman onun yanında 130-a yaxın insan var idi ki, onalrdan 72-si döyüşə hazır olan kişilər idi. İmam Hüseyn(ə) bu anda da düşmən qoşununa özünü tanıtdırır, heç olmasa bircə nəfəri də cahiliyyət və mənəviyyatsızlıq bataqlığından xilas etmək üçün çalışırdı. Döyüş günün axşamı isə İmam(ə) öz qoşununa müraciət edərək onlara şəhadət müjdəsini verdi. Səhər öləcəklərini yəqin bildikləri halda hər bir əsgərin üzündə sevinc təbəssümü var idi. Çünki sabah onlar haqq uğrunda döyüşəcək, haqq uğrunda şəhid olacaq və təkliyini bütün vücudları ilə dərk etdiyi Allaha qovuşacaqlar. Onlar Allahın təyin etdiyi imamın əmrinə tabe olub ona yardım edəcklər. İstər qalib olsunlar istərsə də məğlub. Elə onların qələbəsi də bunda idi. Hicri 61-ci ildə Məhərrəm ayının 10-u Aşura günü Yezidin göndərdiyi və kufəlilərdən ibarət 30 minlik ordu ilə 72 nəfərlik İmam Hüseyn(ə) qoşunu arasında döyüş baş verdi. Onlar hamısı şəhid edildi.
Bu hadisənin tarixdən silinməsi üçün kifayət qədər səy göstərilib, lakin bu, mümkün olmayıb. Bu faciəyə hər dəfə edilən hücumda onun yeni özəlliyi ortaya çıxıb. Əksəriyyət düşünür ki, 14 əsr əvvəl baş vermiş bir döyüş səhnəsi niyə yaddan çıxmır? Niyə hər il daha da təntənəli şəkildə yad edilir? Kərbəla hadisəsinə qiymət vermək və bu "niyə"lərin cavabını tapmaq üçün ən azı o dövrün ictimai-siyasi vəziyyəti ilə az da olsa, tanış olmalıyıq. İmam Hüseyn (ə) sonuncu peyğəmbər həzrət Məhəmmədin (s) nəvəsi və ədalət simvolu kimi tanınan imam Əlinin (ə) övladıdır. Onun Hz.İbrahim(ə) və İsmayıldan (ə) gələn soyu dünyada ən mötəbər və şərəfli soy hesab olunur. Əlbəttə, Aşura qiyamını yaddaşlara həkk edən səbəb bu deyil. Hər kəsin dərk etdiyi bir həqiqət var - xeyir və şər, haqq və batil. Bu savaş da batilin ən yüksək zirvədə dayandığı, haqqın ən aşağı həddə yuvarlandığı bir vaxtda baş verdi. İmam Hüseyn (ə) ilahi höccət olaraq, bəşəriyyətin mənəviyyatsızlıq bataqlığında məhv olmasında özünün də məsuliyyət daşıyacağını anlayaraq, zülmə qarşı qiyam etdi. Onun məqsədi Yezidi hakimiyyətdən kənarlaşdırıb şahlıq kürsüsündə oturmaq deyildi. Bunu tarix də sübut edir. Aşura qiyamının hər səhnəsi göstərir ki, burada ancaq və ancaq şəhadət olub. İmamın məqsədi Yezidin islam dininə aid olmadığını çatdırmaq idi və o, bunu çatdırdı".
Aşura günündə bəzi yerlərdə "Aşurə" adlı yemək bişirilir. Aşuranın Aşurə adlı yeməklə nə əlaqəsi var? Anadoluda çeşitli qidalardan bişirilən Aşure Nuh tufanı ilə bağlı bir rəvayətlə əlaqəli olduğu deyilir. Rivayətə görə gəmidəkilərin yeməkləri tufan müddətində qurtarmış, ərzaq çuvallarının dibində qalan az miqdardakı ərzaqların hamısını bir qazan içərisində birləşdirilərək yemək bişirilmişdi. Aşurənin Aşurayla əlaqəsi yalnız hadisələrin həmin gündə baş verməsidir. Həmçinin Musa peyğəmbərin firondan xilas günü olduğundan yəhudilər də bu günü bayram edirlər.
"Mən Hüseyndənəm, Hüseyn də məndəndir" deyən Hz. Peyğəmbərdən, - Hüseyn (ə) səndəndir, bunu anladıq, bəs - Mən Hüseyndənəm, nə deməkdir? - soruşublar səhabələr. Cavabında: Çünki mənim dinim Hüseynin şəhadəti ilə davam edəcək! - deyib.




YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-04-23
2018-04-22
2018-04-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
“Bavariya”, yoxsa "Real" Madrid?

“Bavariya” (46.15%)
"Real" Madrid (53.85%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qız falçının yanında:
- Məni iki oğlan istəyir, Tofiq və Tağı. Deyiniz görüm bunlardan hansının bəxti gətirəcəkdir?
Falçı kartları yayır:
- Tofiqin bəxtı gətirəcək, sən Tağıya ərə gedəcəksən...




digər lətifələr
ARXİV
FACEBOOK