nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Aqil Abbas: Bir daha deyirik: Yağışı Hacıbala Abutalıbov yağdırmamışdı! Adalet.az | Aqil Abbas: Bir daha deyirik: Yağışı Hacıbala Abutalıbov yağdırmamışdı! Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aqil Abbas: Bir daha deyirik: Yağışı Hacıbala Abutalıbov yağdırmamışdı!

52005    |   2016-10-20 20:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əslində bunlar adi yağış deyildi, bir təbii fəlakət idi. Və dünyanın ən sivil ölkələrində, ən inkişaf etmiş şəhərlərində belə yağış zamanı Bakıda yaşananlar yaşanır və hətta ondan da betər, ölüm-itim də olur. Yəni hələ ki təbiətlə mübarizə aparmaq insan gücü xaricindədi. Məsələn, Avropada bir vulkan püskürdü, 10-15 gün o boyda qitədə təyyarə uçuşları dayandırıldı. Və yaxud da Drezdendə yağış yağdı, dünyanın ən zəngin bir muzeyini su basdı. İstanbula bir az da yağsaydı şəhər sürüşüb gedib düşəcəkdi İzmirin yanına.

Sadəcə olaraq, insanın gücü ondadır ki, təbii fəlakəti əvvəlcə öyrənə bilir və hazırlıqlarını görür.

Bəli, Bakıya çox güclü yağış yağdı, bir təbiət hadisəsidi. Şəhərin bir hissəsi iflic vəziyyətinə düşdü. Bu iflic vəziyyətin yaranmasında günahkar olan səlahiyyətli təşkilatlar və onların rəhbərləri hamısı qaldı bir kənarda, hamı düşdü Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, professor Hacıbala Abutalıbovun üstünə. Sosial şəbəkələr, saytlar, qəzetlər sağdan-soldan, kim hardan gəldi ordan şəhər merini vurmağa başladı və hələ də vururlar.

Image result for hacı bala


Qaz yoxdu – günahkar Hacıbala Abutalıbovdu. Dostlar, Rövnəq Abdullayev məsləhət gördü də pəncərələrinizi möhkəm bağlayın, lazım gəlsə, lap hörün. İşıq yoxdu – günahkar Hacıbala Abutalıbovdu. Evlərdə istilik yoxdu – günahkar Hacıbala Abutalıbovdu. Tunelləri su basdı – günahkar Hacıbala Abutalıbovdu. Yağış bir az çox yağdı – günahkar Hacıbala Abutalıbovdu. Kanalizasiyalar işləmədi, yenə günahkar Hacıbala Abutalıbovdu.

Dostlar, bu məsələlərlə məşğul olan səlahiyyətli təşkilatlar hamısı Bakı Şəhər İcra Hakimiyyətinə tabe deyil, birbaşa Nazirlər Kabinetinə tabedi. Onlar göstərişi Nazirlər Kabinetindən alırlar, Hacıbala Abutalıbovdan yox.

Ya bu təşkilatların Bakı şəhərində fəaliyyət göstərən idarələri Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməlidir, ya da onların bir koordinasiya mərkəzi yaradılmalıdır. Bir dəfə küçəni qazıb su çəkirlər, ikinci dəfə həmin küçəni qazıb işıq çəkirlər, üçüncü dəfə həmin küçəni qazıb kanalizasiya çəkirlər, dördüncü dəfə yenə qazırlar ki, heç demə bu kanalizasiya boruları dardı və sair və ilaxır. Yazmışam, yenə yazıram, həmin təşkilatlar da iş görəndə iri-iri hərflərlə yazırlar ki: «Müvəqqəti narahatlığa görə Bakı Şəhər İcra Hakimiyyəti üzr istəyir». Üzr istəməli olanlar özləri yaxasını çəkir kənara.

Deyəcəksiniz ki, Hacıbala Abutalıbovu müdafiə edir. Bəli, müdafiə edirəm. 15-16 il bundan əvvəlki Bakını gözünüzün qabağına gətirin, Səməd Vurğun bağında hətta inək-qoyun otarırdılar. Şəhər nə gündəydi. Və bugünkü Bakıya baxın. Təbii ki, bu, Möhtərəm Prezidentimizin apardığı uğurlu siyasətin nəticəsidir, ölkəmizdə gedən iqtisadi inkişafın nəticəsidir. Amma Möhtərəm Prezidentin tapşırıqlarını, fərman və sərəncamlarını baxır kim necə yerinə yetirir. Təbii ki, layiqincə yerinə yetirməyənlər müəyyən vaxtdan sonra çöldə qalırlar. Amma kim layiqincə yerinə yetirirsə, Möhtərəm Prezident onu da qiymətləndirir.

Həmkarım Fazil Mustafa «Yeni Müsavat» qəzetində bu məsələlərlə bağlı, xüsusilə Hacıbala müəllimlə bağlı maraqlı bir açıqlama verib. Fikirlərimiz də təxminən üst-üstə düşür. Və Fazil Mustafa həmin açıqlamasında bildirir ki, iqtidarın ən işlək kadrlarından biri Hacıbala Abutalıbovdur.

Dostum Fazil Mustafa, belədi də, bizdə işləyəni söyürlər, işləməyənlə kimin nə işi?! Hacıbala müəllim də ona görə hədəfdi.




İmza:

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-04-02
2020-04-01


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK