Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Sındırılan bütövlük Adalet.az | Sındırılan bütövlük Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Sındırılan bütövlük

21597    |   2013-02-09 00:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O, hər evin sevimli qonağı idi. Hər gəncin ürəyində sabaha inamı, təpəri, gözəllərin sevgililərini bənzətdikləri yenilməz qəhrəman, məktəblilərin təsəvvüründəki elin azadlıq tərənnümçüsü Babək, haqq şairi Nəsimi, oğuz elinin qolubükülməz igidi Beyrəkg daha kimlər, kimlər...

Milli kinomuzun, milli mədəniyyətimizin inkişafında misilsiz əməyi, zəhməti olan, gənc yaşlarından xalqın sevgisini, filmlərimizdəki əvəzsiz xidməti sayəsində mənfi - müsbətliyindən asılı olmadan bütün obrazları müvəffəqiyyət qazanmış Rasim Balayev haqqında düşünürəm. Üzərindəki qara buludlar çəkildimi, bilmirəm...

Nədənsə insana sağlığında qiymət vermək kimi şakərimiz yoxdu. Tarixən bizdə yüksək rütbəlilərin sevdikləri qiymətləndirilib. İnsana sağlığıda qiymət vermək, onun təcrübəsindən istifadə etmək, bildiklərini yeni gələn nəslə aşılaması üçün şərait yaratmaq, qiymətli fikirlərini, müsahibələrini lentə almaq, şəxsi həyatı, nümunə ola biləcək davranışları haqda məlumatlandırılmaq varkən, bunları növbəti sabahlara saxlayaraq itirdiklərimizin fərqinə varmırıq...

Onun çəkildiyi filmləri hamı bəyənirdi. Aktyorluğu səsiylə həmahəng idi. Filmə baxarkən Babək, Nəsimi, yaxud Beyrəklə üzbəüz olurdun sanki. İnsanın ürəyini riqqətə gətirən səsi, diksiyası, üzünün, gözlərinin ifadəsi, çılğın monoloqları əvəzedilməz idi. Yazdıqlarımın keçmiş zamanla ifadə olunması onunla əlaqədardı ki, indi onu rolda yox, həyat reallığında çarpışan görürəm. Bu qədər xidmətləri olan sənətkarın - Babəkin xırdalıqların səviyyəsinə endirilməsinə təəssüf edirəm. Hətta onun bu olayda günahı olmuş olsaydı da belə, o xidmətlərinə görə bunu "görməmək" də olardı. Bu, dünyada qəbul olunmuş aksiomadır ki, məşhurların, istedadlıların kaprizləri olur və bu adi qarşılanır. Səhv etmirəmsə, xalq artistləri(miz deyə bilmirəm!) Faiq Ağayevin, Aygün Kazımovanın da bir vaxtlar "yayınma" faktları mediada hallandı. Özü də külli miqdarda. Amma bu qədər səs-küyə, narahatçılığa səbəb olmadı. Həm də axı Xalq artisti var, "xalq artisti" var...

Eşitdiyimə görə Rasim Balayev yeni filmə çəkilir. Son olaylar onun yaradıcılığına təsir edəcəkmi, bilmirəm. Amma nə olursa, olsun, o həmişə xalqın sevimlisi olub, yenə olacaq. Əsl xalq sevgisini qazananları heç bir vəchlə gözdən salmaq olmur. Zaman keçsə də, ictimai - siyasi vəziyyət, quruluşlar, baxışlar dəyişsə belə, Azərbaycan kinematoqrafiyasında Rasim Balayev fenomeni dəyişməz qalacaq. Yəqin ki, milli kinomuzda yeni babəklər, nəsimilər, beyrəklər yaradılmayacaq. Çünki indi çoxlarının xarici yazarların əsərlərini oxuduqları ilə fəxr etdikləri, yeri gəldi-gəlmədi onlardan misallar çəkib, ətrafdakıların gözünə soxmaq istədikləri kimi, teatrımız, kinomuz da dəxli oldu-olmadı xarici ssenaristlərin əsərlərinə müraciət etmələri ilə öyünürlər. Çox ehtiyacımız olan, indiki durumda özümüzün reallıqlarımızdan yazılan (əgər varsa!) əsərlər lentə alınsa, tamaşaya qoyulsa daha dəyərli, lazımlı olar və oxucu, tamaşaçı da nəyə baxdığını, niyə baxdığını dəqiqləşdirmiş olar. "Əvvəl evin içi, sonra çölü"- deyib atalar.

Keçmişi unudan onu yenidən yaşamağa məhkumdur - Amerika filosofu Corc Santayana deyib bunu. Bizsə ununda - unuda gedirik və ona görə də təkrar - təkrar yaşayırıq eyni müsibətləri. C.Santayananın vətəni kəşf olunanda bizim xalq yer üzündə minilliklərdi yaşayırdı. Amma indi onlar bizə ağsaqqallıq edirlər. Çünki onlar müsibətlərini təkrar yaşamayıblar bizim qədər. Dərs alıblar gördüklərindən, qiymətləndiriblər qiymətlilərini...

Elə Rasim Balayevin sənətinə, xidmətlərinə göz yummaq da unutqanlıqlarımızdan, mənəvi itkilərimizdən biridi...

Qulağıma Nəsiminin, Babəkin möhtəşəm, insanı qələbəyə ruhlandıran səsi gəlir:

Ey bülbüli - şeyda, nə giriftari - qəfəssən,

Sındır qəfəsi, tazə gülüstan tələb eylə!

... Bir gün azad yaşamaq...

Fəridə RƏHİMLİ

f_rehimli@rambler.ru



İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-10-14
2019-10-13
2019-10-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK