ANA SƏHİFƏ / YAZARLAR

YAĞIŞI HACIBALA ABUTALIBOV YAĞDIRMAMIŞDI

«ƏDALƏT»

115287    |   2016-09-29 14:19
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qəfil yağış elə qəfil it kimi bir şeydi, adamı nə vaxt tutacağı bilinməz. Bakıda möhkəm yağış yağdı, küçələri su basdı, böyük tıxaclar yarandı, xalq əziyyət çəkdi.

Son günlər İstanbulda, İzmirdə, Trabzonda güclü yağışlar yağmışdı və həyat donmuşdu. Hətta Trabzonda küçələrdə su o səviyyəyə qalxmışdı ki, bəzi adamlar məzələnmək üçün küçədəki sel-suda üzürdü. Eləcə də Avropanın ən inkişaf etmiş şəhərlərində də tez-tez belə hallar baş verir, həyat da donur. Ötən il Drezdenə necə bir yağış düşmüşdüsə dünyanın ən məşhur muzeyini də sel basmışdı, muzeyə çox böyük ziyan dəymişdi. Bu təbiət hadisəsidir və heç bir ölkə və ya şəhər bundan sığortalanmayıb.

Və Bakıya düşən yağışdan sonra baş verən olaylarda hamı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu günahlandırır. Bu yağışı Hacıbala Abutalıbov yağdırmamışdı. Məsələ ondadır ki, su və kanalizasiya təşkilatları Bakı Şəhər İcra Hakimiyyətinə tabe deyil. Bu təşkilatların rəhbərlərinin işlərini düzgün qura bilməməsini, məsuliyyətsizliyini Bakı Şəhər İcra Hakimiyyətinə və şəxsən icra hakimiyyətinin başçısı, professor Hacıbala Abutalıbovun ayağına yazmaq nə qədər ədalətlidir?!

Badamdar qəsəbəsində asfalt çəkilişi yenicə qurtarmışdı ki, başladılar qazmağa ki bəs kanalizasiya borularını yenidən dəyişməliyik. Çox gözəl. Qardaş, bunu əvvəlcədən edəydiniz də. Dövlətin bir belə pulunu niyə göyə sovurursunuz?

Nə isə qazdılar, camaat da uzun müddət əziyyət çəkdi palın-palçığın içində. Yollar qazıldığından maşınlar da işləmirdi. Nə isə, çəkdilər, qurtardılar, Bakı Şəhər İcra Hakimiyyəti yenidən asfaltlamağa başladı. Heç üstündən 20-25 gün keçməmiş yenidən başladılar qazmağa. Soruşdum, ay qardaşlar, indi niyə qazırsınız? Su xətlərini dəyişəcəyik, yeni su xətləri çəkəcəyik. Deyirəm, kanalizasiya çəkiləndə bunu edə bilməzdiniz? Deyir, onların öz işi, bizim öz işimiz. Yenə deyirəm, bu iki idarə birgə plan tutub birgə işləyə bilməz? Cavab: müəllim, mən briqadir adamam.

Nə isə, qazdılar, çəkdilər, yenə Bakı Şəhər İcra Hakimiyyəti küçəni abadlaşdırdı.

Badamdar qəsəbəsinin mərkəzi küçəsi çox gözəl abadlaşdırılmışdı, gözəl səkilər çəkilmişdi, Avropa standartlarına uyğun müasir işıq dirəkləri qoyulmuşdu. Qazıntı başladı, nə başladı. Bilmirəm indi kanalizasiya borularını dəyişirlər, yoxsa su xətlərini, iki aydı vur çatlasındı. Bəli, indi iş artıq sona yaxınlaşır, təzədən abadlıq işləri görülməlidir, bu yük də təbii ki, Bakı Şəhər İcra Hakimiyyətinin və eləcə də Səbayel Rayon İcra Hakimiyyətinin üstünə düşəcək.

Siz Allah, bir-iki il qazmayın. Nə isə..

Şəhərdə tez-tez divarlara vurulmuş belə bir elan oxuyuruq: «Müvəqqəti narahatlığa görə Bakı Şəhər İcra Hakimiyyəti üzr istəyir».

Niyə Bakı Şəhər İcra Hakimiyyəti? O müvəqqəti narahatlığı yaradan hansı təşkilatdısa özü üzr istəsin, biz də bilək ki, bizi narahat edən kimdi?





İmza:

YAZARIN ARXİVİ

Ücretsiz php script indir film izle hd film izle ikinci el eşya alanlar shell indir hacklink satışı
SON XƏBƏRLƏR
2018-11-12
13:27 TƏBRİK


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Gəlin günahkardır, yoxsa qaynana?

Gəlin (66.67%)
Qaynana (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Rəhmətlik Surxay Əlibəyli pul xərcləyən, yeyib-içən oğlan idi. Dost-tanışa qonaqlıq verəndən sonra çıxıb oturur taksiyə, evə getmək üçün.

Taksi sürücüsü soruşur:

- Brat, hara sürüm?

- Ağdama.

Sürücü:

- Brat, Ağdam var ki?

Surxay Əlibəyli:

- Qaqa, Ağdam yoxdusa, deməli, hər yer cəhənnəmdi, sür cəhənnəmə.




digər lətifələr
ARXİV
FACEBOOK