ANA SƏHİFƏ / YAZARLAR

ƏLİNCƏYƏ GEDƏN YOL - III yazı

Əbülfət MƏDƏTOĞLU

30935    |   2016-09-20 15:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Üçüncü yazı

Müqəddəs ocaqdan içimdəki qəribə duyğularla ayrılıram. Əslində mən buna ayrılmaq deməzdim. Çünki orada keçirdiyim hisslər, hətta orada içdiyim çayın özü belə, mənim üçün tamam başqa bir dünyanın nişanələri idi. O dünyanın adını bu günə qədər də tapa bilməmişəm. Heç, tapmağa da daha cəhd göstərmirəm. Çünki müqəddəsləri və müqəddəsliyi öz mərtəbəsində saxlamaq, üstəlik ona yalnız və yalnız iman gətirmək zənnimcə, daha doğru qərardı. Bax, elə bu məntiqlə də aldığım müxtəlif dərman bitkilərini özümlə götürüb maşina əyləşirəm. Sürücü mühərriki işə salır və magistrala doğru maşını istiqamətləndirir:

- Müəllim, indi yolumuz haradı?- deyə soruşur.

Mən içərisində olduğum duyğulardan ayrılmadan onu cavablandırıram.

- Əlincə qalasına!

Sanki cavabımı əvvəlcədən dəqiq bilən sürücü söylədiklərimə adi bir şəkildə yanaşaraq sözümün ardını tamamladı:

- Bəlkə əvvəl-əvvəl bir Nəiminin məqbərəsini ziyarət edək?

Onun söylədikləri dərhal diqqətimi çəkdi və bir az təəccüb qarışıq şəkildə suala sualla cavab verirəm.

- Onun məqbərəsi hardadı ki? Mənim bundan heç xəbərim yoxdu.

Sürücü gülümsəyir. Onun bu təbəssümündə bir qınaq da var. Haqlıdı. Ona görə başımı aşağı salıram və «dediyin kimi olsun» - söyləyib razılığımı bildirirəm. Amma görünür belə tez razılaşmağım sürücünün ürəyincə olmur. Ona görə də bircə kəlmə söyləyirəm:

- Baxarıq!

Maşın sürətlə irəliləyir. Biz bir-birindən abad kəndlərdən keçib gedirik. İnanın ki, hərdən mənə elə gəlir ki, bu mənzərə reallıq deyil. Eləcə rəssam işidi və yaxud hansısa bir maketlərdi gətirib yerləşdiriblər. Xüsusilə məktəblər, inzibati binalar. Mən Azərbaycanın əksər bölgələrində, hətta əksər kəndlərində də olmuşam. Amma Naxçıvanda, təhsil müəssisələrinə göstərilən diqqət və qayğını, tam səmimiyyətimlə etiraf edim ki, heç yerdə görməmişəm. Dərs ili ərəfəsində bu müqəddəs torpağı gəzib-dolaşarkən elə maraq xatirinə bir neçə məktəb binasının həyətinə daxil oldum. kənardan göz oxşayan səliqə-səhmanın içəridəki tamlığı məni heyrətə gətirdi. Sinif otaqları da, məktəb partasından tutmuş yazı taxtasına qədər hər şey müasir, hər şey yerində. Hələ həyətlərdəki adamın üzünə gülən yaşıllıq, gül-çiçək… Bütün bunları balalarımız üçün yaratmışdılar. Özü də böyük sevgiylə, böyük ürəklə. Hətta mən bir müqayisə aparmaq istədim. Kəndlərin böyük əksəriyyətində çox yüksək zövqlə tikilmiş əsl sənət nümunəsi olan məscidlər, minarələr var idi. Elə, məktəblər də onunla bərabər bir səviyyədə inşa olunmuşdu. Hətta kəndlərin birində düz yolun kənarında kitabxana var idi. Təəssüf ki, iş gününün sonu olduğundan mən bu yaraşıqlı binanının daxilini görə bilmədim. Amma onun xarici görkəmi öz-özlüyündə artıq hər şeyi deyirdi. Mən Əlincəyə doğru gedərkən keçdiyim kəndlərdən birində sürücüdən xahiş etdim ki, maşını əyləsin, marketdən su alaq. O da xahişimi nəzərə aldı. Mən birdən kəndin adı yazılmış lövhəni gördüm. Xatırladım ki, bu kənd, yəni Çeşməbasar Azərbaycanın Ağsaqqallar Şurasının sədri, çox hörmətli millət vəkilimiz Fəttah Heydərovun kəndidi. Bu kənddəki məktəb də, məscid də təkcə onların özlərinin yox, bütövlükdə Naxçıvanın, Azərbaycanın adına layiq bir səviyyədə idi. Deməli, torpağını, kəndini, yurd-yuvasını sevən hər kəs əgər içində bir vətəndaş yanğısı, çiynindəki yükün mahiyyətini qiymətləndirmək bacarığı varsa və hər kəs bu cür addımlar atarsa, onda Azərbaycan doğrudan-doğruya cənnət olar. Elə yeri gəlmişkən, bəlkə də xalq şairi Süleyman Rüstəm sağ olsaydı, mənim Naxçıvanda gördüklərimi seyr edib, yeni bir şeir də yazardı və o şeirin sonunda mütləq deyərdi ki:

- CƏNNƏTİN ÖZÜNÜ GÖRMƏK İSTƏYƏN NAXÇIVANA GƏLSİN!!!

Biz irəlilədikcə diqqətimi daha bir məqam özünə çəkir. O da yol kənarında salınmış bağlar, yaşıllıqlardı. Təbii ki, Azərbaycan yaşıllıqla zəngin bir məmləkətdi. Lakin Naxçıvanda iqlim şəraiti fərqli olduğundan burda ağsaqqallar, rəhbərlər, yəni bu yerin, bu torpağın dilini bilənlər yaşıllığı da ona uyğun şəkildə becərirlər, ərazisini artırırlar. Bunu elə-belə demirəm, gözlərimlə gördüm ki, Naxçıvanda yol kənarlarında Azərbaycanın bir çox bölgələrindən fərqli olaraq əsasən meyvə ağacları əkilib, meyvə bağları salınıb. Bu da həm yaşıllıq, gözəllik, həm oksigen, həm də meyvə bolluğu deməkdir. Mənim marağımı hiss edən sürücü həmin o əkilmiş iydə ağaclarından meyvə toplayan uşaqların yanında maşını saxladı. Düşdüm. Onlarla görüşdüm. Nə qədər diqqət yetirsəm də, o uşaqlardan hansısa birinin ağacın kiçik bir budağını qırdığını görmədim. Səliqəylə ciblərinə meyvə yığırdılar. Mən də onlara qoşuldum və Naxçıvanın doğrudan-doğruya ləziz nemətlərindən olan həmin o iydədən sürücünün verdiyi sellofan torbaya bir xeyli yığdım. Amma onu da etiraf edim ki, iydə yığmaqdan ləzzət alırdım. Amma uşaqların gözütoxluğu məni çəkindirdi. Yoxsa əlimdəki torbanı dolduracaqdım…

Bəli, biz irəliləyirik. Rahat yolumuz getdikcə üzü dağlara tərəf istiqamətlənir. Və bir azdan qarşıda maşın karvanı görürəm. Maşınlar yolun sağ tərəfində həm sırayla, həm də ordakı meydançada səliqəli bir şəkildə dayanıb. Xeyli adam var. Sürücüyə baxıram. O yenə özünə məxsus şəkildə:

- Əlincə muzeyidi. Qalaya gələnlər öncə bu muzeylə tanış olurlar. Sonra kimin dizində güc varsa, qalxır üzü qalaya tərəf…

Yenə açığını deyim ki, sürücünün bu şərti məndə bir balaca şübhə yeri yaratdı. Havanın temperaturunun 30 dərəcədən yuxarı olduğu bir vaxtda, necə deyərlər, günün duran çağında bu qədər adamın muzeyə gəlməsi, qalaya çıxması o qədər də inandırıcı görünmür. Necə deyərlər, səbrimi bir təhər cilovlayıb gözləyirəm. Görək sürücünün dediyi nə qədər həqiqətdi?..

Maşınlar dayandığı məkana çatırıq. Həqiqətən yolun sağında çox yaraşıqlı, müasir tələblərə cavab verən, üstəlik həm də Əlincə qalasının adına layiq ola biləcək muzey inşa olunub. Biz də muzeyə yaxınlaşırıq. Giriş qapısının önündə dayanmış xanım bizə:

- Xoş gəldiniz! - deyir. Yəqin siz də muzeyin içərisindəki qonaqlarla gəlmisiniz. Buyurun keçin!

Mən ona təşəkkür edib içəri keçirəm. Amma özümü də qınayıram ki, gərək Bakıdan gəldiyimi, muzeylə tanış olan qonaqlara aidiyyətim olmadığını söyləyəydim. Amma artıq gecdi. Muzeydən çıxanda səhvimi düzəldərəm… Muzeyin daxilində xeyli adam var. Bir nəfər, daha doğrusu, muzeyin əməkdaşı olan cavan bir oğlan qonalara bilgi verir. Yəni, muzeyin içərisində olan əşyalardan, onların tarixindən, harda, nə vaxt tapılmasından danışır. Doğrusu, mən bu əşyalarla bağlı müəyyən bilgiyə malikəm. Bunun da səbəbkarı xoş münasibətdə olduğum və uğurlarını izlədiyim arxeoloq Vəli Baxşəliyevdi. AMEA-nın müxbir üzvü olan Vəli Baxşəliyev Naxçıvan tarixinin, arxeologiyasının öyrənilməsi, araşdırılması istiqamətində xeyli işlər görüb və görməkdə də davam edir. Onun elmi araşdırmalarında bu muzeydə nümayiş etdirilən müəyyən əşyaların da adına rast gəlmişəm. Ona görə adını eşitdiklərimi indi görmək məndə əlavə bir xoş təəssürat yaradır. Amma bunu da mütləq yazmalıyam ki, muzeyin daxilindəki qonaqlar onların sırasına qatılmış, «çağırılmamış qonağa», yəni bizə qəribə bir nəzərlərlə baxırdılar.




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:
- Bu nədi? Sənə nə olub?
- Ana, hər gecə saat 2-də sinif yoldaşlarımdan birinin evinə zəng vurub soruşurdum: "Tapın görüm mən kiməm?"
- Nə olsun ki?
- Heeeç. Bu gün biri tapdı.




digər lətifələr
ARXİV
FACEBOOK