viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Şair olmaq istəmirdim" Adalet.az | "Şair olmaq istəmirdim" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Şair olmaq istəmirdim"

Camal Yusifzadə: "Əli Kərim mənim haqqımda fundamental ədəbi hökm verdi"

9893    |   2016-09-17 09:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Camal Yusifzadənin 75 yaşı tamam oldu. Camal müəllim bu illər ərzində ədəbi müzakirə və mübahisələrdən, rəsmi toplantılardan uzaq qaldıqca sözə, qələmə, yazı-pozuya bir az da yaxınlaşıb. "Lənkəran nəğməsi", "Atlılar, qanadlılar", "Ümiddən keçən yol", "Payızdan gələnlər", "Küləyi döymək olmaz", "Poeziya" kitabları dəbdəbəli təqdimat mərasimləri olmadan belə sıravi oxucuların da, iri kalibrli tənqidçilərin də diqqətini çəkib. "Dağlar arxasız olmur", "Səhər qatarı" kimi maraqlı pyesləri müxtəlif teatrların səhnəsində uğurla oynanılıb. Camal Yusifzadə ədəbiyyatımızda, elm və mədəniyyətimizdə müstəsna xidmətlər göstərən insanlar haqqında çəkilən sənədli filmlərə ssenarilər yazıb, dövlət televiziyasında redaktorluq etdiyi verilişlərin dəqiq sayını bilən isə çətin tapıla. Onun bu xidməti ayrıca bir yazının mövzusudu.
Amma bu müsahibədə yubilyarla şeir, poeziya barədə danışacağıq. Çünki Camal Yusifzadə hər şeydən öncə ondan əvvəl ədəbiyyata gələn görkəmli söz adamlarının da, yaşıdlarının da, bugünkü gənclərin də etiraf etdiyi kimi, öz dəsti-xətti, ədəbiyyatımızda yeri olan istedadlı şairdi.


- Avqustda, isti bir yay günündə dünyaya gəlmisiz. Şairin hansı fəsildə doğulmağının görən fərqi varmı?
- Bəzi sənədlərimdə doğum tarixi kimi nədənsə mart göstərilib, amma rəhmətlik anam deyirdi ki, müharibə başlayandan iki ay sonra dünyaya gəlmişəm. Məncə, şairin hansı fəsildə doğulmasının bir o qədər də əhəmiyyəti yoxdu, istedadının, poetik düşüncəsinin olması daha önəmli məsələdi. Bəzən belə hesab edirlər ki, fəsillər arasında payız şairlərin ruhuna, ovqatına daha yaxındı. Elə mən özüm də payızı çox sevirəm.
- Qədim Roma filosofları belə hesab edirdilər ki, natiqlər yetişir, şairlər isə doğulur. Bu məsələdə istisnalar varmı?
- Həyatda mütləq mənada heç nə yoxdu, ona görə də birmənalı hökm vermək bir qədər çətindi. Təbii ki, şairlik Allahın qanla, nəfəslə, genlə insana ötürdüyü bir istedaddı. Amma həmin insana bu bacarığını göstərmək üçün mühit də lazımdı. Mən özüm heç şair olmaq istəmirdim, belə bir istəyim də yox idi. Tarix fakültəsində təhsil alırdım, diplomat olmaq istəyirdim. Bakıda düşdüyüm ədəbi mühit məni şair elədi, ilk şeirimi yazanda 21 yaşım var idi. Bakıdakı qaynar ədəbi mühit biz gəncləri, tələbələri formalaşdırırdı. İndi internetin gördüyü işi o vaxt çayxanalar, burada aparılan müzakirələr, mübahisələr əvəz edirdi. Bizim nəsil dünya görüşünü təkcə bədii ədəbiyyatla məhdudlaşdırmırdı, kino, rəssamlıq, musiqi və incəsənətin digər sahələri ilə yaxından maraqlanırdı. Leqal, qeyri-leqal çap olunan yazıları, əsərləri tapıb oxuyurduq, dəqiq elmlər sahəsində çalışan alimlərlə söhbətləşir, onlardan öyrənirdik. "Gümüşü balıq" şeirim məhz belə söhbətlərin, görüşlərin təsirindən yaranıb. Fizikada enerjinin saxlanması qanunu var - enerji itmir, bir şəkildən başqasına keçir. Mən də yazmışdım ki, öləndən sonra xırdaca bir gümüşü balıq olmaq istəyirəm. Həmin şeirin ətrafında bir hay-küy yaratdılar ki, gəl görəsən. Yazıçılar Birliyində müzakirə apardılar, guya mən anti-sovet fikirləri yayıram. Düzdü, məni müdafiə edənlər də oldu, müzakirələrin sonunda dedilər ki, balıq olmaq istəyir, qoy gedib olsun.
- Böyük şairimiz Əli Kərim 1969-cu ildə sizin haqqınızda yazdığı "İntellekt və poeziya" məqaləsində elmə, savada, həyata dərin meylinizi xüsusi qeyd edib. Bu məqalədən sonra sizə münasibət çoxmu dəyişdi?
- Əli Kərim kimi şairin 23-24 yaşlı bir gənc haqqında belə məqalə yazması adi məsələ deyildi. Həmin məqalə ilə Əli Kərim sanki mənim barəmdə fundamental hökm verdi. Xalq şairi Rəsul Rza üzümü görmədən, özümü tanımadan da şeirlərim haqqında mətbuatda fikir bildirdi. Təbii ki, belə ustad şairlərin yaradıcılığım barədə yazdıqları təsirsiz ötüşmədi.
- Sizin və rəhmətlik Ələkbər Salahzadənin şeirlərini oxuyanda qəribə ruh oxşarlığı hiss edirəm...
- Ələkbərlə çox yaxın dost olmuşuq, ayrı-ayrı yerlərdə çalışsaq da müntəzəm görüşərdik. Sonra tale elə gətirdi ki, bir binada qonşu olduq, görüşlərimiz, söhbətlərimiz daha da intensivləşdi. Ədəbiyyata, poeziyaya, dünyaya baxışlarımızda üst-üstə düşən çoxlu məqamlar var idi. Bu da sözsüz ki, hər ikimizin şeirlərində özünü büruzə verirdi. Əslində, bundan təəccüblənmək lazım deyil. Dünya ədəbiyyatında bir-birindən təsirlənmək, bəhrələnməklə bağlı minlərlə nümunə gətirmək olar. Yaradıcı adam maraqlı fikri, poetik ifadəni kimdən eşitməlidi? Ətrafındakı qələm adamlarından, oturub-durduğu dostlarından. Bir dəfə Fikrət Qoca dedi ki, mən Camaldan çox şey öyrənmişəm. İndi bu o demək deyil ki, Fikrət Qocaya nəsə dərs keçmişəm, nəyi isə öyrətmişəm. Görünür hansısa bir misram, sözüm, fikrim onu cəlb edib və ondan bəhrələnməyə çalışıb.
- O gün sizinlə telefon danışığımızda elə başa düşdüm ki, uzun müddət çalışdığınız "Ədəbiyyat və incəsənət" qəzetinin indiki varisi "Ədəbiyyat qəzeti"ndən zəng gözləyirsiz. Belə zənglər tez-tezmi olur?
- İndi qəzetin təkcə adı yox, kollektivi də dəyişib. Bir vaxtlar çiyin-çiynə çalışdığım iş yoldaşlarımdan heç kim orda qalmayıb. Amma sağ olsunlar ki, yada salırlar. Baş redaktor Azər Turan tez-tez zəng edir, yeni şeirlərimi, yazılarımı gözlədiyini deyir. Azərin rəhmətlik atası İmamverdi Əbilovla dost olmuşam. Elə vaxtlar olub ki, ezamiyyətdən qayıdanda gecə saat 3-4-də İmamverdi müəllimin Neftçaladakı evinin qapısını döymüşəm, hər dəfə də məni xoş qarşılayıb. Azər onda hələ yeniyetmə idi, minnətdaram ki, bu münasibəti qoruyub saxlayıb. "Ədəbiyyat qəzeti" son illər maraqlı çıxır, istedadlı gənclərə geniş meydan verilir, dünya ədəbiyyatında baş verən yeni proseslər qəzetin səhifələrində yetərincə işıqlandırılır və bu məni bir oxucu, söz adamı kimi sevindirir.
- Yazıçılar Birliyindən necə, yubilyarı axtaran varmı?
- Yazıçılar Birliyindən nə xüsusi umacağım, nə də bir incikliyim olub. Nə vaxt getmişəmsə qurumun sədri, Xalq yazıçısı Anardan, birinci katib Fikrət Qocadan özümə qarşı xoş və məhrəm münasibət görmüşəm. Düzdür, heç vaxt orada kitablarımın təqdimat mərasimini keçirməmişəm, çünki mənim bu məsələyə, eləcə də yubileylərin bu cür keçirilməsinə münasibətim fərqli olub. 5-6 məhrəm adamla oturub yeni kitabı və ya yubileyi qeyd eləmək mənə görə daha səmimi alınır. Bəzilərinə bəlkə də qəribə görünə bilər, amma eyni dövrdə ədəbiyyata gəldiyim insanların əksəriyyətinə nəyin bahasına olursa olsun, tez-tez çap olunmaq, hər yerdə göz qabağında görünmək kimi hisslər yad idi. İsa İsmayılzadə, İsi Məlikzadə, Vaqif Səmədoğlu, Seyran Səxavət, bayaq adını çəkdiyimiz Ələkbər Salahzadə... Biz belə məsələlərdən həmişə uzaq olmuşuq.
- "Səhər qatarı", "Dağlar arxasız olmur" kimi maraqlı pyeslərin müəllifindən soruşsam ki, niyə yeni dram əsərləri yazmırsız, yəqin ki, səbəb kimi qonorar azlığını, sponsor qıtlığını göstərəcəksiz...
- Heç vaxt dramaturgiyadan uzaqda qalmamışam, bu gün də pyeslər yazıram. Çünki mənim fikrimcə, dramaturgiyanın hüdudları poeziyanın imkanlarından daha genişdi. Bəlkə də yeganə azərbaycanlı dramaturqam ki, SSRİ Mədəniyyət Nazirliyi pyesimi bütün ölkə boyu fəaliyyət göstərən teatrlarda oynanılması ilə bağlı tapşırıq verib. O zaman yazdığım "Vicdanın sıfır həddi" pyesi Moskvada böyük maraqla qarşılanmışdı. Böyük rus rejissoru Anatoli Efros pyesi özünün rəhbərlik etdiyi Maloy Bronnoy teatrında oynanılmasını istəyirdi. Tamaşaya həmin vaxt teatrda təcrübə keçən Cahangir Novruzov quruluş verməli idi. Lakin Efrosun vəfat etməsi və teatrda rəhbərliyin dəyişməsi üzündən əsər səhnəyə qoyulmadı.
"Meydan oyunları" pyesim neçə ildir ki, Akademik Milli Dram Teatrındadır. Rəhmətlik Yaşar Nuri bu əsərə quruluş vermək istəyirdi, sonra dedi ki, mürəkkəb əsərdir, gücüm çatmır. İndi bu teatra da yeni rəhbərlik gəlib, yaxın günlərdə Azər Paşa Nemətlə görüşüb, müzakirə aparacağıq. Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru Xəzər Gəncəli yenidən "Səhər qatarı" pyesimə quruluş verir, yeni mövsümdə premyerası olacaq.
Bayaq dediyim kimi, yeni pyeslər yazıram, amma ölkədə pyes dərc edən xüsusi bir jurnal yoxdu, sən deyən kimi, qonorar da az verirlər. Hansı teatra gedirsən sponsor tapmağı xahiş edirlər. İrəvan xanlığının süqutundan bəhs edən səhnə əsəri yazmağımı sifariş ediblər, lakin belə bir mürəkkəb mövzunun işlənməsi müqabilində o qədər az qonorar təklif olunur ki, imtina etməkdən başqa yol qalmır.
Qarabağ savaşından bəhs edən pyesi bitirmişəm. Mənim bu hadisələrə öz baxışım, yanaşmam var, Böyük Vətən savaşında çiyin-çiyinə vuruşan iki xalq dünyanın böyük güclərinin ssenariləri üzündən indi üz-üzə döyüşür.

- Yağış suvağını yuyur bu evin,
Külək şüşəsini döyür bu evin,
Sükut hay-küyünü qovur bu evin,
Zaman taxtasını oyur bu evin,
Ay qonşu, bu evin yiyəsi hanı?

Lənkərandakı evinizə gedəndə yenə bu hissləri keçirirsiz?
- Elə əbədi hisslər var ki, onlar heç vaxt insanı tərk etmir.
- 75 yaşa gəlib çatdınız, cavabını tapa bilmədiyiniz suallar çoxdu?
- Hələ çox sualın cavabı yoxdu. Kim deyə bilər ki, gələcəkdə bizi nə gözləyir? Ona görə də insan həmişə keçmişi ilə yaşayır. Çünki keçmişdəki hadisələr, hisslər çox tanışdı.

Mənim arzularım -
əbədi kölgəm;
Gah məndən arxada,
Gah məndən öndə.
Mənim arzularım əzabla olur;
Gah məndən arxada,
Gah məndən öndə.
Mənim arzularım
bu dünya qədər
köhnə bir kədər...



YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK