ANA SƏHİFƏ / YAZARLAR

Gəlmişəm yanında ağac olmağa

Hər şeydən önəmli diqqətdir

24668    |   2016-08-24 16:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Adətən özümə çəkilib özümlə danışmağı daha çox sevirəm. Ümumiyyətlə, tünlükdə özümə yer tapa bilmirəm. Təklik, tənhalıq mənə daha doğmadır. Və mən də öncə çalışmışam ki, doğma bildiklərimin, doğma olanların lap çox nazını çəkim, daha çox onların xidmətində dayanıb yanlarında olum. Bunun da bəhrəsi ürəyimin rahatlığı, sərbəst düşünməyim və bir də xəyallar dünyamın rəngarəngliyidir. Zənnimcə, dünyada bundan gözəl heç nə yoxdur…

Bəli, mən sözün içində olduğumdan onun müəyyən parametrlərini, müəyyən ölçülərini, hətta hansı not üzərində kökləndiyimi də az-çox bilirəm. Və bu bildiklərimə də söykənərək bəzən cəsarət edib söz haqqında söz də deməyə çalışıram. Bu necə alınır, oxucunu təmin edir, etmir bunu deyə bilmərəm. Amma bildiyim odur ki, mən doğrudan-doğruya, içimdən gələni, ürəyimin diktə etdiyini, duyğularımın pıçıltısını ünvanına söz dediyim sözə qoşuram. Ona görə də kimsədən çəkinməyim, daldalanmağım və yaxud da gözükölgəliyim yoxdur. Kifayət qədər əminəm ki, öz sözümü demişəm və deməkdə də davam edirəm. Necə deyərlər, qalanı anlamayanların boynuna. Bax, bu mənada həyatımın ən dramatik məqamlarında sığındığım tənhalığım, təkliyim məni müəyyən qədər ovudur. Həmin ovunmanın şah damarı isə məhz o diqqətdir. Yəni bir telefon zəngi, bir ismarıc və yaxud qarşılaşanda dilə gətirilən bir kəlmə söz mənim o kritik anlarımın qatılaşmış dumanını parçalayır, buludunu şimşək kimi vurub yarır. Və mən də bir yüngül nəfəs almaq imkanı qazanıram. Bax, elə həmin o yerdə, həmin o məqamda mənim Allaha etdiyim duanın, göylərə açılan əllərimin əks-sədası həm Allahın böyüklüyünü bir daha etiraf etmək, həm də o diqqət göstərənlərin qarşısında baş əyməyimdir. Bütün bunlar bir də mənim üçün yaşam göstəricisidir. Axı, diqqət həm də insanı yaşadır. Ona görə də mən bu avqustun qora bişirən vaxtı, günəşin torpağı qovurduğu bir məqamda belə özümü göyərən, tumurcuqlayan ağacla müqayisə edirəm. Çünki o ağacın dibinə bir ovuc suyu həmin o diqqət göstərənlər töküblər, onlar suvarıblar bu ağacı - yaşasın deyə, göyərsin deyə!

Həyatda elə anlar olur ki, özünün kimliyini müəyyənləşdirmək sualı ilə üz-üzə qalırsan. Düşünürsən ki, bu kimlik ümumiyyətlə kimlərəsə gərəkdirmi? Və yaxud da bu kimliyin yaşamı kimlərəsə problem yaratmır kı? Bu iki sual əslində elə bir məntiqə söykənir, o məntiq də insanın təkcə öz çevrəsində deyil, həm də cəmiyyətdə yerinin olub-olmamasından qaynaqlanır. Çox təəssüf ki, bəzən çevrəsində, hətta evinin içində yeri olmayanlar bəzən cəmiyyətdə yer sahibi olurlar və yaxud da əksinə. Bəzən də onların heç biri olmur. Məhz həmin o anda da insanın bu dünyaya yük olduğu ortaya çıxır. Zənnimcə, elə insanın faciəsi də onda başlayır. Axı, ətrafdakılara və dünyanın özünə yük olmaq diri ikən ölü olmağın göstəricisidir...

Deyəsən bir az uzaqdan başladım. Amma bu da səbəbsiz deyil. Mən yaşadıqlarımın anban söz sırasını göz önünə gətirəndə elə durumları xatırlayıram ki, onlar məni həqiqətən ağrıdır. Amma şükürlər etməyə də yer var. Elə o şükürlər məni ayaqda saxlayır. Çünki ölkə hüdudlarından üzü geri qayıdıb vətən sərhəddini keçəndə adam o qədər rahat olur ki, hətta cibdən "üzüqara" çıxan ələ görə də sıxılmırsan. Bilirsən ki, öz ünvanındasan, lap təhnəsini boş qoyub getdiyin evindəsən, dörd divarının arasındasan. Ona görə də toxtaqsan. Axı səni bu özülsüz, lakin özünə aid olan divarlar qardan, yağışdan, istidən, soyuqdan qoruyacaq ki, sən ayağa dura biləsən. Bax, mən də belə durumların mənəvi zərbələrini canımdan, qanımdan keçirdiyim anlarda əlimdən tutan, hayıma çatan söz olubdu. O söz ki, onlar həqiqətən mənə "bərk dayan!" deyibdi. Bax, elə bu misralar kimi:


Narahat ömrümə sığmayan ruha,

Qərib yolçu kimi məkan gəzirəm.

Mənə qoşulmağın, bəlkə, gərəksiz,

Möcüzə axtaran səyyaham, vallah,

Özümə qoşmağa insan gəzirəm.


Həyat elə bax budur. Mən də bu həyatın içində olduğumdan özümə qoşduğum, həm də elə özümün də qoşulduğum insan(+ların) mənə nə qədər əziz olduğunu dediyim həmin narahat və düşündürücü məqamlarda daha dərindən, daha köklü-köməcli anlayıram. Görürəm ki, məhz qoşulduğum və qoşduğum insanlar məni ayaqda saxlayır. Yəqin ki, mənim də onlara ayaqda qalmaq üçün bir iynə ucu boyda da olsa gərəkliyim var. Mən onu xidmət saymıram. O, Allahın boyuma biçdiyi missiyadı.

Söz adamının içində sözünün ifadəçisi olur. Yəni sənin düşündüklərini, sənin sözə çevirmək istədiklərini bir də görürsən ki, kimsə artıq içində sənə söyləyir və sən də içindən gələn o səsi, yəni əslində sözü əlinə götürdüyün qələmlə vərəqlərə köçürürsən. Və bir də baxıb görürsən ki, əməlli-başlı bir iş görmüsən. Elə bir iş ki, onun yaratdığı aura sənə rahatlıq verib. Özü də təkcə sənə yox, həm də o vərəqi oxuyanlara. Bax, bu mənada mən yenə qayıdıram sözün yanına. Özü də o sözün ki, onun mayası, şah damarı diqqətdir. Xüsusilə qürbətdə olanda bu diqqət adamın ürəyini də, ruhunu da çox səksəndirir, çox sevindirir, unudulmadığını sənə xatırladır. Mən hardasa oxumuşam ki, insan təkcə əzizlənəndə, cəzalandırılanda deyil, həm də adı hardasa yada düşəndə də ruhən səksənir, ruhən yaşadığın hiss edir. Yəni özü də bunu hansı ilahi gücün vasitəsilə qəbul edir. Lakin onu ifadə etmək, təqdimatını ortaya çıxarmaq mümkün deyil. Sadəcə, ən yaxşı halda deyirlər ki, "qulağım cingildəyir, kimsə sözümü danışır".

Bəli, mən bu yerdə qulağı cingildəyən adamlara da həsəd aparıram. Axı onların yaşadığı xatırlanır və məhz onda məni xatırlayanlara, məni xatırladanlara demək istəyirəm ki:


Durmusan əllinin astanasında,

Hələ qarşımızda bir ömür də var.

İlləri əl-ələ verib gəlmişik,

Əlini əlimdən çəkmə nə olar!


Nə yaşayırıq və necə yaşayırıq bu sualları müzakirəyə çıxarmıram. Çünki nə və necə yaşamaq həm Allahın yazısıdı, həm də insanın özünün qazancı. Necə deyərlər, hərəkətə bərəkət arzulanıbdı. Mən bütün yaşadıqlarımın bərəkətli məqamlarına şükür edərək bir gerçəyi də dilə gətirmək istəyirəm.

O da ummadığım, haqq etmədiyim, bəlkə də heç təsəvvürümə də gətirmədiyim məqamda, yerdə gördüyüm diqqət, hiss etdiyim qayğıdır. İnanın ki, bu gözlənilməz, amma son dərəcə şirin, son dərəcə dəyəri ölçüyə gəlməyən yanaşma, münasibət mənim üçün sabaha açılan ümid qapısı olubdur. Mən o qapıdan məhz həmin o gözləmədiyim, ummadığım diqqətin, qayğının əlindən, ətəyindən tutub keçmişəm. Elə ürəyimi götürüb getdiyim və bütün sıxıntılarını bu gün də özümlə gəzdirdiyim ürəyimin mənə verdiyi də budur. Mən bu ürəyin ona görə qulluğunda dayanmışam ki, o, sözlə nəfəs alır, sevgiylə döyünür. Bu sözün də, sevginin də ən böyük qayğıkeşi söz adamlarıdı. Həmin söz adamlarının sözlərinin cərgəsində yer tutmaq cəhdim alınıb-alınmayıb onu deyə bilmərəm, amma bildiym odur ki:


Gəlmişəm yanında sirdaş olmağa,

Dayanaq əl-ələ, budaq-budağa.

İçimi göynətdi çəkdiyim dərdlər,

Gəlmişəm yanında ağac olmağa.


Hə, bu yazını ona görə yazdım ki, mənə diqqət ayıranların qarşısında baş əydiyimi mən də diqqətə çatdırım. Və bir də ona görə yazdım ki, məhz harda olmağımdan asılı olmayaraq, məni öz diqqətləri ilə yaşadanlara Tanrı dualarını ürəyimdə həmişə pıçıldadığımı onlara eşitdirim və üstəlik onu da vurğulayım ki, böyük Allahımın bəndələrə ən böyük lütfü onların həyatda seçdikləri yarılarının həmişə yanlarında olması, həmişə əl-ələ tutub ömür yolunu qoşa addımlaması ən böyük mükafat olsun. Və mən də onların yanında göyərən bir ağac olum.

P.S. Yazıdakı şeirlərin müəllifi dəyərli Sona xanım Vəliyevadır.


Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-20
2018-01-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (75%)
Yox (25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK