Poeziya, Salam

ETİBAR CƏBRAYILOĞLU
39032 | 2016-08-12 14:05

Saatdayaxşı vaxt getdiyindən oturub saata baxan şairin 50 yaşı tamam oldu

Yaşlıədəbiyyat adamları onun adını israrla gənc şairlərin sırasında çəkirdilər.Cavanlar da onu öz sıralarında saxlayıb "qarşı səngərə” göndərmək fikrindədeyildilər. Amma indi hər iki tərəf çətin durumdadı, çünki ortada 50 rəqəmivar. Bu rəqəmin özü bir çox məsələlərə aydınlıq gətirəcək.

50yaşını bir neçə gün öncə qeyd edən Salam Sarvanın rəsmi tərcümeyi-halınıuzun-uzadı yazmağa ehtiyac görmürəm. Bütün məsələlərə orijinal yanaşması olanşair bir, iki sözlə vəziyyəti qısa anladıb:

Ad günü...

Şir bürcü, At ili, İt günü...

Həmişəözünü bir azca təzə, bir azca qədim sayan Salam 31 yaşı olanda keçirdiyihissləri belə ifadə eləmişdi:

Ad günüm... Bir il də ötdü,nə olsun?!

Bir azca təzəyəm, bir azcaqədim.

Ax, yığdım telefon nömrəsikimi

31 yaşı da "ora” düşmədim.

Tikanlarladolu dünyada şeir yazmağı gül bitirmək kimi bir iş hesab edən istedadlı şairSalam Sarvan poeziya ilə məşğul olduğuna görə "yuxarılardan” üzr də istəyib:

Sonuncu tikəmi böldüm səniynən,

sonuncu tikə tək özümü kəsdim.

Bağışla, başladım şeir yazmağa,

bağışla, İlahi, sözünü kəsdim.

SalamSarvanın başqa "günahları” da var. Yubiley günlərində bu məsələni çoxaçıb-ağartmasaq yaxşıdı. Onsuz da şair özü söhbətin nədən getdiyini yaxşıbilir. Hətta müsahibələrinin birində deyib ki, həyatda səhvlərim çox olub:"Bunlar həyatın gətirdiyi səhvlərdir. Ancaq məncə? böyük səhvlər eləməmişəm”.

Nəböyük iş olub axı,

axı suçum nədi mənim?!

İlahi, keç günahımdan,

günahım körpüdü mənim.

Şairömrü yaşamaq yəqin ki, həmişə çətin olub. Ətrafımızda baş verənləri fonundaindi necə asan olsun ki? Salam Sarvan söz, fikir adamlarının yaşantılarını təkcəşeirə köçürməyib, rəssam dəqiqliyi ilə tablosunu yaradıb məncə:

Yox e, mən sürdüyüm ömür, gündeyil,

baxma ki, bir azca uzunçəkdi bu.

Bir qoca, kor baxtın əlindəntutub,

yolun o üzünə keçirməkdi bu.

Eləilk şeirlərindən Salamın ədəbiyyat üçün, poeziya üçün doğulduğu sübut olundu. Onunşeirləri haqqında ziddiyyətli fikirlər, yanaşmalar olsa da, Salam Sarvanınədəbiyyatımızdakı yerini heç kim inkar edə bilmir.

Ürəyim qurumuş çay kimidincdi...

Yerin ortası da təklərəküncdü.

Sən qız xeylağısan, adınSevincdi,

sən kişi deyilsən, adın Dərddeyil.

O,ədəbiyyatla bağlı müzakirələrdə görünməsə də, rəsmi tədbirlərin yuxarı başındaoturmasa da həmişə diqqət mərkəzindədi.

Dayan, bir dəqiqə, bir "yox”de mənə,

hər gecə yuxuma girib yatanqız.

Adamı arxadan ötüb keçərlər,

ay məni qarşıdan gəlib ötənqız.

50yaşa qapı açan Salam Sarvan tamam fərqli ovqatda, başqa havadadı. Özünündediyinə görə, daha əvvəlki hiss və duyğularla yaza bilmir: "O intonasiya, oduyum, o əhval-ruhiyyə artıq yoxdu. O kitab bağlanıb. Həm də nə qədər boynumdanatmağa çalışsam da, o şeirlərimdə ədəbiyyat iddiası iştirak edirdi. Ancaq sonşeirlərimdə ədəbiyyat iddiası yoxdu. Bu şeirlər ədəbiyyat deyil. Taledi,insandı...”

Gecə ki, yuxuda axşamgörürsən,

səhər gündüz olur-yuxunçin çıxır.

Yatırsan ayılıb xoş gün görəsən,

ayılıb görürsən yenə günçıxıb.

Şairneçə ildir ki, bir istəyini reallaşdıra bilmir. Salam Sarvan poeziyasınayaxından bələd olanlara tanış hisslərdi:

Boğulmaq da olmur, dayazdıdünya...

Bu ömrün dibi var, dəniziyoxdu.

Durub tullanasan bir çəpərüstdən,

düşəndə görəsən - Yer üzüyoxdu.

SalamSarvan çoxdandır bir suala cavab axtarır. Bəlkə də tapıb, sadəcə, bizə deməkistəmir:

Gözləyən çaydı, dəryadı,

bir damcı sudu gəlməyən.

Min ildi qapım döyülür,

aç, gör kimdi bu GƏLMƏYƏN?

Busualın cavabını heç kimə, hətta ən sadiq oxucularına da demək istəmirsədeməsin. Şairi buna məcbur etməyin heç yeri yoxdu. 50 illik yubileyi qeydolunduğu günlərdə şairin xətrinə dəymək olmaz. Əvəzində Salam Sarvana təklifimvar:

Söndür ekranları, tabundan belə,

nə filmə, nə də ki, həyata baxaq.

Deyirsən saatda yaxşı vaxtgedir,

gəl gedək, oturub saatabaxaq.

Şair,necə təklifdi?



TƏQVİM / ARXİV