ANA SƏHİFƏ / YAZARLAR

Aqil Abbas: Darıxmayın, Qarabağ atları hələ şox finişləri fəth edəcək!

34890    |   2016-08-03 15:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qarabağ atları finişə 4 dəqiqə qalmış büdrədi. Eybi yox, hələ çox finişlər olacaq. Bizə o qədər sevinc bəxş edəcəklər. Düzdür, dilxorçuluq oldu, amma buna üzülmək lazım deyil. Bu futboldu, eləsi də var, beləsi də. Ötən mövsüm dünyanın bir nömrəli futbolçusu Messi gərək ki, 9 penalti qaçırmışdı. Onu nə güllələmədilər, nə komandadan qovmadılar, nə də maaşını kəsmədilər. Yenə də hamının sevimlisidi.

Əsas odur ki, «Qarabağ» gözəl bir oyun sərgilədi və bunu hamı deyir. Düzdür, mən izləyə bilmədim, çünki dəfələrlə demişəm, yenə deyirəm, mən «Qarabağ»ın və Türkiyənin milli komandasının oyunlarına artıq bir ildən çoxdur ki, baxa bilmirəm, həddindən artıq həyəcanlanıram və qorxuram. Və zarafatla onu da demişəm ki, Azərbaycan milli komandasının oyununa baxa bilirəm, niyə həyəcanlanım ki? Onsuz da bilirəm ki, uduzacaqlar.

Bir rus yazıçısının sözüdü deyəsən. Deyir ki, hamı üç şeyin professorudu: futbolun, kinonun və polisin. Şərhçilərimizin nəinki Qurban Qurbanova, Böyükağa Hacıyevə, hətta Maurinoya məsləhət vermələrini çox eşitmisiniz: bunu belə etməliydi, elə etdi, bu oyunçunu nahaq dəyişdi, gərək filankəsi öndə oynadardı və sair və ilaxır. Eləcə də rejissor gərək bunu belə çəkərdi, polis cinayəti bu cür açmalıydı və sair və ilaxır.

Vaqif Cavadovun «Qarabağ»da oynadığı vaxtlarıydı. Yığışmışdıq Şərəf tribunasına. Füzuli Cavadov da oturmuşdu yanımızda. O qədər Vaqif Cavadovun oyununu yorumladılar ki, axırda dözmədi durub yarımçıq getdi və gedəndə də dedi:

- Balam, burdakılar hamı futbol professorlarıdı ki?!

İndi xahiş edirəm «Viktoriya» ilə oyuna və eləcə də Qurban Qurbanovun məşqçiliyinə az professorluq edin. Buraxın bu işi mütəxəssislərin üzərinə: Böyükağa Hacıyevin, Ağasəlim Mircavadovun, Tahir Süleymanovun, Rüstəm Rəhimovun, Vaqif Sadıqovun qoy onlar Qurbanovla dərdləşsinlər, nəyi necə eləmək olar.

Vaxtilə dünya şahmatla yatıb-oyananda SSRİ-nin as şahmatçıları dünya çempionatı öncə finala çıxmış Sovet şahmatçısı ilə oturub oynayacaq oyunları müzakirə edirdilər, məsləhətləşirdilər. Əlbəttə ki son söz şahmat taxtasının arxasında oturanın idi.

Belə prinsipial oyunlarda da ola bilər ki, bizim as məşqçilərimiz də yığışıb bir yerdə rəqib komandanın oyunlarını ən xırda detallarına qədər təhlil edə bilərlər, məsləhətləşə bilərlər. Amma yenə son söz Qurban Qurbanovundu, Qriqorçukundu, Vəli Qasımovundu, Şahin Diniyevindi.

Mən bu yazını niyə yazdım? Əvvəla, «Qarabağ»ı gözəl oyun sərgilədiyinə görə alqışlayıram, məşqçini də, bütün komandanı da.

İkincisi, komanda udanda nənəm də qol götürüb oynayar, əsas odur ki, komanda uduzanda, büdrəyəndə ona dəstək olasan, ona arxa durasan, onu yenə alqışlayasan, ruh verəsən, ruhdan salmayasan.

Rəşad Sadıqovun bir sözü məni bir qədər kövrəltdi. Deyir ki, bundan sonra toparlanmaq çox çətindi. Çətin deyil, qardaş, elə qəşəng toparlanacaqsız. Çünki arxanızda sizi sevən milyonlarla insan var.

Yenə bu oyunda olduğu kimi, azarkeşləriniz sizi tək qoymayacaq, bu oyunda olduğu kimi stadionda boş yer qalmayacaq, bu oyunda olduğu kimi sizi alqışlayacaqlar. Beş-on nəfərin sözü də sizi incitməsin.

Vallah, onlar da sizləri sevirlər ey, amma yandıqlarından giley-güzar edirlər.

Azarkeşləri alqışlayıram və onlara təşəkkür edirəm, komandalarımızı sevək ki, onlar da bizi sevindirsinlər.

Ayın 2-də hamımız «Qarabağ»lı olduğumuz kimi, ayın 4-də də hamımız «Qəbələ»li olacağıq. «Qəbələ»yə qələbə arzulayıram. Kim bilir bəlkə Avroliqanın final oyununu «Qarabağ»la «Qəbələ» Bakı Olimpiya stadonunda oynayacaq.

P.S. Rəşad Sadıqovun bir məşhur sözü tez-tez yadıma düşür və ləzzət edir. Azərbaycan milli komandası yadımdan çıxıb, hansısa dünya lideri olan bir ölkənin komandası ilə oynayırdı, uduzdu. Həmin komandada da təxminən Messi, Ronaldo, Suarez, Məsud Özül kimi dünya ulduzu olan bir hücumçu da oynayırdı. Oyundan sonra hamı düşmüşdü Rəşad Sadıqovun üstünə ki sən onun qarşısını niyə ala bilmədin. Rəşad Sadıqov da çox tutarlı bir cavab vermişdi:

- Mən onun qabağını kəsə bilsəm, gedib «Barselona»da, «Milan»da oynayaram da, burda nə işim var?!



İmza:

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2017-02-27


VİDEO
ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
SORĞU
Manatı görən olubmu?

Hə (76.92%)
Yox (23.08%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Məktəbdə valideyn iclasıdır, 

Sinif rəhbəri: - Ötən iclasda qərara aldıq ki, sinifi təmir eləyək. Təmiri maliyyələşdirmək üçün namizədlər Toğrulun, Talehin, Günelin və Nəzrinin ataları idi. Qalib ən varlı ata - Talehin atası oldu. 

 Talehin atası təəccüblə: - Niyə mən? Nəzrinin atası millət vəkilidi, Toğrulun atası icra başçısıdı, Günelin atası isə üç zavodun yiyəsidi. Mən yazıq bazarda alver edirəm. 

 Sinif rəhbəri: - Orası elədi. Amma vergi bəyənnaməsinə görə, ən varlı adam siz çıxdınız.



digər lətifələr
ARXİV
FACEBOOK