ANA SƏHİFƏ / YAZARLAR

HƏLƏLİK SONUNCU BİR YAZI

Əvvəl "əlvida!" yazmaq istədim...

45106    |   2016-07-29 17:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Öncə, yazının adından başlayım. Yəqin ki, sizi təəccübləndirəcək. Ağlınızdan müxtəlif fiklər gəlib keçəcək və sonra da qəzeti büküb bir kənara atacaqsınız. Bütün bunlar təbii bir prosesdir. Necə deyərlər, qaçılmaz bir həqiqətdi. Amma bütün həqiqətlər də bir zərurətdən yaranır. Bu zərurət də mənə son bir həftədə bu yazını diktə etdi və mən ürəyimdə yazdığımı kağıza köçürmək qərarına gəldim. Düşündüm ki… həyatı bilmək olmur. Hər anın öz hökmü var, hər gecənin səhəri. Və mən də bu yazını bir son not kimi, son nəğmə kimi, son məktub kimi yazıram. İstəsəniz, vida məktubu da hesab edə bilərsiniz. Hər halda, içimdən keçənləri dedim, yazdım. Ona görə ki...

Bəli, həyat hər gün suallar doğurur. Və bu suallar da birbaşa sahibinə ünvanlanır. Mən də bir Allah bəndəsi kimi bu suallardan sığortalanmamışam. Sığortalanmaq da mümkün deyil. Yaşayırsansa, varsansa sualın cavabını verməlisən. Deməli, mənə ünvanlanan sualın biri də bir-iki gün sonra, yəni, yeni ayın ikinci günü üz tutacağım ünvanla bağlıdır. Belə ki, bir il öncə ürəyimi götürüb getdiyim müalicəxanaya yenə ürəyimi aparıram. Orda məni bir ürək doktoru gözləyir. Ona görə doktor yazıram ki, o həqiqətən ürəyin dilini bilir, ürəyin iç qatlarına nüfuz etməyi bacarır. Və onun təyinatı, verdiyi məsləhətlər ürəyimin bir il yaşamasına, duyğularıma, sevinc-kədərimə qucaq açmasına şərait yaradır. İndi o şərait məhdudlaşır, o dözüm azalır. Ağrılar güc gəlir, müqavimət göstərə bilmirəm. Açıq şəkildə duyuram ki, Mustafa hocanın yardımına ehtiyacım var. Ona görə də Allahın ətəyindən tutub ümid bağladığım, lap açıq desəm güvəndiyim Mustafa doktorun ziyarətinə tələsirəm. Bilmirəm, bu dəfə nə deyəcək, nəyi təqdir edib, nəyi irad tutacaq? Amma bütün bunlara baxmadan sonuncu ümidə doğru tələsirəm. Yol uzaq, maddi-mənəvi sıxıntılar yetərincə, həyat amansız, suallar çox, mən isə ürəyimdə bir iynə ucu ümid olan bir bəndə. Görək nə olacaq, nələr baş verəcək, zaman kimin xeyrinə işləyəcək?..

Hə, insan daxilən narahat olanda gözünə heç nə görünmür. Sadəcə, düşünmək, düşünmək, bir yol tapmaq və həm də özünü son məqama hazırlamaq istəyir. Şəxsən mən kiməsə maddi baxımdan borclu olduğumu ağlıma gətirə bilmirəm. Düşünürəm, düşünürəm və görürəm ki, bu baxımdan rahat ola bilərəm. Ancaq mənəvi borclar boynumdan çox-çox hündürdədi, əlimi uzatsam da çatmaz. Ona görə də son sualı, yəni haqq hesab məqamını ağlımdan çıxara bilmirəm və mənə elə gəlir ki, o sual amansız olacaq, guzəştsiz olacaq. Ona görə də gücüm misralara, daha doğrusu, özümü ifadəyə çatır və yazıram:

Mən

yır-yığış edirəm

öncə

qələm-dəftəri

sonra

edəcəyim zəngləri

gözümün

önünə gətirirəm...

ilk

və son dəfə

görüşdüyümüz yeri

sənə

ilk

və son dəfə

yazdığım şeiri

bir də

qoşa şəklimizi

masamın

üstündə görürəm

pəncərədən

ətrafa

sonra otağa baxıram

içimdə

bir ahla

bir də

bəndəsi olduğum

uca Allahla

özüm öz

əlimi sıxıram...

mən

bir az da

yaşamaq ümidilə

yola çıxıram -

orda

həkim gözləyir

burda

özüm özümü

ötürürəm...

sizə

çətin olsa da

rica edirəm

unudun

günahlarımı!..

***

Hə, nə vaxt ki, adamın içi və ətrafı bir-birinə qarşı olur, çəkişmələr baş verir, onda yaşamaq müəyyən mənada adama maraqlı gəlir. İstəyirsən ki, bütün çəkişmələrin, bütün bu mübarizənin sonunu, bəhrəsini görəsən, yekununa gedib çıxasan. Lakin bu istək bütün hallarda reallığa çevrilmir. Çünki bu bir tərəfin istəyidi. Qarşı tərəfin nə istədiyi, nə arzu etdiyi heç vaxt bəlli olmur. Əgər bəlli olsa, onda heç mübarizənin də, çəkişmənin də mahiyyəti olmaz. Necə deyərlər, sirli olanlar daha maraqlıdı. Və mən də düşünürəm ki, yaşadığım bu 57 ilin hansısa bir günü, hansısa bir saatı və yaxud da bircə anı mütləq yadda qalır. Ona görə ki, mən sözlə nəfəs almışam, sözlə yaşamışam, sözə inanmışam, sözə tapınmışam. Hətta mənə "dost", "qardaş" deyənlər də məni sözlə inandırab, sözlə aldadıb, sözlə yola veriblər. Amma heç vaxt sözdən küsməmişəm. Bilmişəm ki, inanmışam ki, nə qədər ki, söz mənim içimdədi, mən sözün əhatəsindəyəm, onda o söz məni bir mənzil başına aparıb çıxaracaq. Yorulsam, yarı yolda yıxılsam belə, o söz yarımçıq qalsa da, nəyisə ifadə edəcək, nəyisə anladacaq. Deməli, güvəndiyim söz elə mənim öz sözüm, öz güvəndiyim, öz ümid bağladığım varlıqdı. O, mənim üçün ən güclü, ən nüfuzlu bir ixtiyar sahibidi. Ondan böyük yalnız Allahdı. Və mən də həmin o böyüyün ətəyində olmaqla onun xidmətində durmuşam. Sözün qara fəhləsi kimi çalışmışam ki, bacardığım qədər nəyisə edim, nəyisə bir-birinin üstünə qoya bilim, nəyisə sıralayım, misralayım cümləyə çevirim.

Təbii ki, bu mənim istəyim olub. Amma istəyimin yazılı görüntüsü sizlərin qarşısında səhifələnib, vərəqlənib. Siz oxuyub qiymətinizi vermisiniz. İndi yenə bir növü son görüşün yazısı kimi bilgisayara diktə etdiyim bu sözlərin bütün görünən və görünməyən tərəflərini sizin üçün sərgiləyirəm. Düşünürəm ki:

Əynimə elə biçilib -

Rahatam onun içində...

Dərdimi də gizlədirəm -

Bu gen-bol donun içində!..

Öz-özümü ələmişəm

Ruhuma od bələmişəm...

Özümü hiss eləmişəm -

Əvvəldən sonun içində!..

Könlümü aşkarda sərdin

Alıbdı üstümü dərdin...

Mənim də büstümü dərdin -

Dərd ilə yonun içində!..

***

Dünyanın bu qarışıq durumunda hər kəsin daha qlobal problemlərin çözümü ilə məşğul olduğu bir anda mənim sözlə "oynamağım" yəqin ki, hər bir qara adamın əsəbinə toxunacaq. Düşünəcəklər ki, başına iş qəhətdi və yaxud da əlindən bir iş gəlmir, durub sözü sözə calaq edir. Amma inanın ki, bu iradlar məni iynə ucu boyda da olsa, narahat etmir. Öncə ona görə ki, mən dünya siyasətini həll etmək gücündə deyiləm. Hörmətli professorumuz Yaqub Məmmədov demişkən, "mən bu böyük uğurun kiçicik bir fiquruyam". Bu səbəbdən də o meydanda nə görünmürəm, nə də anılmıram. İkincisi, mənim orda görünməyim, anılmağım bir qeyri-adi gücün vasitəsilə baş tutsa belə, o heç nəyi dəyişməyəcək, heç nəyə təsir etməyəcək. Ona görə də mən özümü ilğımlarla aldatmağa öyrəşməmişəm. Mən arzu edilmədiyim bu ünvana heç vaxt üz tutmamışam. Görünməyimi istəyənlərin yanında olmuşam. Bax, bu iki səbəbdən sonra üçüncü bir səbəb də gəlir. O da budur ki, mən bacardığım işi görmüşəm, gücüm çatan yükdən yapışmışam. Elə indinin özündə də, yəni bu son yazını, təbii ki, "hələlik" başlıqlı "vida" ruhlu yazını diktə edəndə də bilirəm ki, nə istəyirəm, nəyi bilgisayara söyləyirəm. Çünki:

Mən

tökülən yarpaqlara

baxa-baxa

başlayıram

qopmağa -

içimdən

üzülən

hər yarpaqla

tükənən gücümdən

söhbət açmağa

özümlə

yır-yığışdan

köçümdən -

bütün bunlar da

məni

sual qarşısında aciz qoyan -

seçimdən...

***

Heyf, həyatın hər halı gözəldi... hər günü maraqlıdı... hər ili arzu ediləndi... Lakin heyf... Ona heyf ki, bu gözəl, bu maraqlı, bu arzu edilənlər bəzən ən şirin nöqtədə qırılır, sınır. Sən əlini toxundurmaq istəyəndə əlin yanına düşür, qolun qalxmır. Onda içində dediym o heyf, təəssüf səni özünə bükür, səni kəfəninə çevirir, ağappaq kəfənə. Bilirsiniz niyə ağappaq? Ona görə ki, sənin əlin ona toxunmadı. Sən onun bakirəliyinə xələl gətirə bilmədin. Və elə sən onu arzulaya-arzulaya qoyulmuş nöqtənin qarşısında bir yumuşaq desək, cəsədə çevrildin. Ruhun isə...

Hə, ruh mənim bildiyimə və inandığıma görə, insanın doğulduğu ocağı heç vaxt tərk etmir, həmin ocağın çevrəsində yaşayır. Sığındığı yer dünyaya gəldiyi ocaqdı. Bax, bu inancla da deyirəm və yazıram ki, həmin o nöqtənin önündə cəsədə çevriləndə bu, ilkinə - gəldiyi ünvana qayıdır. Deməli, o da kəfənə toxunmur. Hə, nə isə... Mən deyəsən bir az əmmaməçilik etdim. Amma inanın ki, bütün hallarda mənim bildiyim və inandığım gerçək mənim günümə düşsə də, mənim durumumu yaşasa da, mənə əzizdi, mənə doğmadı. Mən də bacardığım qədər, gücüm çatan səviyyədə bu doğmalığın pərvanəsiyəm, fırlanıram onun başına. İçimdəki əminlik mənə pıçıldayır ki, yolun doğrudu. Gördüyün iş ən azından savabdı. Deməli, bu mənə sözün verdiyi imkan, sözün açdığı meydandı. Mən də bu imkandan, bu meydandan əlimi qaşımın üstünə qoyub lap obrazlı desəm, əlimi gözlərimə günlük edib baxıram, özü də hər tərəfə - irəliyə də, geriyə də. Görürəm ki, hər yerdə sözümün tanıtdığı, sözümü özündə yaşadan sən varsan. Deməli, mən könüllü və həm də əminliklə deyə bilərəm:

Sənin

xoşbəxtliyin üçün

özümün

bədbəxtliyimə

könüllü

imza atdım

xəyalımda

xoşbəxt

bir qadının

mənə

uzaqdan baxan

obrazını yaratdım -

ilahi,

o necə də

gözəl gülürdü...

***

Yazının əvvəlində bir az obrazlı, bir az kövrək notlar üstündə fikrimi sizə çatdırmağa çalışdım. Bildirdim ki, qarşımda bir yolçuluq var. Ona görə də bu şənbə yazımı sizinlə, həm də ürəyimin nəqarəti "əlvida" olan "hələlik" yazısı ilə bölüşdüm. Bilmirəm, güvəndiyim, ilahi bərabərində tutduğum söz fikirlərimi çatdırmağa imkan verdi yoxsa yox, amma hər halda mən hər yerdə sözlə birlikdəyəm, söz olan yerdəyəm. Deməli, bu məntiqlə baxsam, həm də siz olan yerdəyəm. Çünki siz də sözün adamı, sözün ətrafı, sözün güvənc yerisiniz. Ona görə də arxayın bir şəkildə sözümü sizə əmanət edib gedirəm. Həyatdı, hər üzünü sınağı fərqli, hər anının zərbəsi daha təsirli, daha sərtdi. Bunu siz mənsiz də bilirsiniz. Yəni yazmağım, deməyim bəlkə də artıq çıxdı. Amma inanın ki, bu da içimdən gəldi. Və mən sözün, həm də ürəyimin quluyam, onların hökmündən çıxa bilmirəm. Əgər bir yanlışlığım oldusa, təkrara yer verdimsə, bağışlayın. Doğrudur, mən bir bəndlik şeirimdə nə vaxtsa yazmışam:

Daha təəsüf etməyə

Yerdə yoxdu səhifədə...

Bir də təəssüf düşmür

Hər biçimli səhvə də!

Nəhayət, nə yazdım, necə yazdım hamısı göz önündə. Elə bundan əvvəllərdə nə yazmışam, onlar da ortadadı. Bu gün isə mən yazımın yekununa gəlib çatıram və nədənsə yazının sonunda yenə dilimə "əlvida" demək gəldi. Bir anlıq duruxdum, düşündüm. Sonra "əlvida"nın üstündən xətt çəkdim. Bilmirəm buna haqqım çatdı, yoxsa yox. Amma əvəzində hələlik yazdım. Sonra ona da bir oxucu gözü ilə kənardan baxıb əlavə etdim:

- Hələlik, bir də xatırlayanlara "sağ olun!" deyirəm.




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK