hacklink Adalet.az | "Tənqidə qarşı təmkinliyəm" Adalet.az | "Tənqidə qarşı təmkinliyəm" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

"Tənqidə qarşı təmkinliyəm"

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova: "Tərifi hər kəsin eşitdiyi yerdə eşitmək əvəzsiz duyğudur"

12197    |   2016-07-22 18:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qəzetimiz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini daim diqqət mərkəzində saxlayır. Redaksiya əməkdaşları nazirliyin həyata keçirdiyi tədbirlər, bu mühüm dövlət orqanının gördüyü işlər, regionlardakı müəssisələrin uğurları barədə oxucularımıza ətraflı məlumat verməyə çalışırlar. Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bu işdə "Ədalət"çilərə yaxından kömək göstərir.

Dünən növbəti dəfə qeyd etdiyimiz Milli Mətbuat Günündə sevincimizi redaksiyamızın yaxın dostlarından sayılan bu xanımla bölüşmək istədik. İradə İbrahimovanı müsahib kimi seçməyimizin digər bir səbəbi də... Yaxşısı budur müsahibənin birinci sualını diqqətlə oxuyun...

- İradə xanım, Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Jurnalistlər Şəbəkəsi və "ACT Azərbaycan" Araşdırma Şirkətinin "Mətbuata xidmət edənlər" layihəsi əsasında keçirilən sorğuda dövlət qurumlarında çalışan mətbuat xidmətlərinin rəhbərləri arasında ən çox səs toplayaq nominasiyanın qalibi olmusunuz. Kollektivimiz adından təbriklərimizi qəbul edin. Ümumiyyətlə seçilmək, mükafat almaq, tərif eşitməklə aranız necədir?

- Təbriklərinizə görə sağ olun, minnətdaram. Tərifə gəlincə, onu kim xoşlamır ki? Əlbəttə mənə də tərif eşitmək xoşdur. Amma həmişə tərif gələndə, fərqi yoxdur, şəxsi-məişət məsələlərində, yaxud da ki, ictimai-sosial müstəvidə baş verən hərəkətlərdə, ədiblərdən oxuduğum bir fikri xatırlayıram: tərif yaxşıdır, onu hər kəsin eşitdiyi yerdə eşitmək isə əvəzsiz duyğudur, təmkinlilik odur ki, tənqidi də heç olmasa tərif qədər sona kimi eşitməyi bacarasan...

Gəlin məsələnin psixoloji və məncə, bəlkə də daha çox fəlsəfi tərəflərini qabartmayaq. Yəni mən ən sadə yanaşma ilə münasibət bildirmək istəyirəm. Məsələn, deyim ki, qadın üçün tərif eşitmək nədirsə, mükafat almaq, seçilmək də elə o qədərdir. Yenə deyirəm, seçilmək, mükafat qazanmaq çox xoşdur. Hamı kimi mənim də tərif eşitməklə aram yaxşıdır.

- İşiniz, daşıdığınız vəzifə elədir ki, bəzən tənqid də eşitməli olursunuz. Bəs tənqid olunanda hansı hisslər keçirirsiz?

- Təbii ki, tərif nə qədər xoşdursa, tənqid də bir o qədər acıdır və zənnimcə hər kəs üçün belədir. Yenə əvvəldə çatdırdığım fikri təkrarlamaq istəyirəm: tənqidi də tərif qədər sona kimi eşitməyi bacarmaq lazımdır. Düzdür, bu da xarakterlə, dünya görüşü ilə və məncə, digər psixoloji amillərlə bağlıdır. Amma hesab edirəm ki, tənqidi fikirləri dinləməyi və ondan nəticə çıxarmaq bacarığını hər kəs özünə aşılamalıdır. Məşhur bir ifadə də var ki, tənqid olmayan yerdə inkişaf da yoxdur. Odur ki, mən də çalışıram hər bir sahədə, o cümlədən də həm evdə, həm işdə iradları, təklifləri və tənqidləri təmkinlə qarşılayım...

- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin media ilə bağlı strategiyası necə qurulub?

- Yəqin ki, indiyə qədərki işimizlə öz strategiyamızı bəlli etmişik və davamlı olaraq media qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyətimizi davam etdiririk.

Konkret olaraq onu deyə bilərəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Əsasnaməsi çərçivəsində ekologiya sahəsində dövlət siyasətinin təbliği, ətraf mühitin mühafizə olunmasında və ekoloji maarifləndirmə işlərində ictimai rəyin formalaşdırılması, ictimai nəzarət mexanizmlərinin möhkəmlənməsi istiqamətlərində media qurumları ilə sıx işbirliyini təməl prinsiplər kimi qarşıya qoyub və buna uyğun olaraq KİV-lə əməkdaşlığa yüksək önəm verir. Eyni zamanda "Ədalət" qəzetində çalışan jurnalistlər də daxil olmaqla media nümayəndələrinə məlumdur ki, Nazirliyin rəhbərliyi şəxsən Kütləvi İnformasiya Vasitələrini davamlı olaraq izləyir.

Yeri gəlmişkən, mən də "Ədalət" qəzetinin rəhbərliyinə, redaksiyanın əməkdaşlarına Nazirliyimiz adından çox sağ olun deyirəm. Qəzetiniz bizim Nazirliyin gördüyü işlərə, göstərdiyimiz fəaliyyətin nəticələrinə həmişə obyektiv və yüksək qiymət verir. Ümid edirəm ki, qarşılıqlı əməkdaşlıq bundan sonra da davam edəcək. Nazirliyin Mətbuat xidmətinin rəhbəri kimi bu məsələdə öz köməyimi göstərməyə hazıram.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan dövlətinin rəhbərliyi tərəfindən qarşıya qoyduğu ölkənin ekoloji durumunun yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi yolunda həyata keçirdiyi dövlət siyasətinə dəstək verdiyinizə, göstərdiyiniz diqqətə görə bir daha minnətdarlığımı bildirirəm.

Verdiyiniz bu fürsətdən istifadə edərək bütün media nümayəndələrinin bayramını təbrik edirəm, işlərində müvəffəqiyyət arzulayıram.

- Bayaq qeyd etdiniz ki, nazir mətbuatı diqqətlə izləyir. Sirr deyilsə, sonuncu hansı yazı şəxsən nazirin diqqətini çəkib?

- Onu deyə bilərəm ki, Nazirliyə aidiyyəti olan bütün yazılar diqqət çəkir və qeyd etdiyim kimi daimi olaraq izlənilir. Hətta deyim ki, rəhbərliyimiz mətbuatda gedən digər mövzularda yazılan keyfiyyətli, professional səviyyəli məqalələrə də diqqət yetirir və belə sanballı yazıların müəlliflərinə təşəkkürlərini də çatdırır.

- Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətini işıqlandırmaq mətbuat nümayəndələrindən spesifik bilik və hazırlıq tələb edir. Bu gün Jurnalistlərin peşəkarlıq məsələləri sizi qane edirmi?

- Hər kəs tərəfindən qəbul olunmuş bir fikirdir və mən də təsdiq edirəm ki, bütün sahələrdə peşəkarlar və qeyri-peşəkarlar var. Amma məncə, jurnalistika az sayda sahələrdən biridir ki, orda dediyiniz keyfiyyətlər tez büruzə verilir. Yəqin bu da ictimaiyyətlə təmasların sıx olması ilə bağlıdır.

Təəssüf ki, bəzən peşəkar olmayanlar öz əlindəki media vasitəsini şəxsi və ucuz məqsədləri üçün istifadə edir, insanları təhqir etməklə, qara yaxmaqla ictimai fikirdə çaşqınlıq yaratmağa cəhd göstərirlər. Ona gərə də hesab edirəm ki, indiki yüksək rəqabət şəraitində davamlı işləyənlərin böyük əksəriyyəti peşəkarlardır. Bu sahədə qeyri-peşəkarlar işləsə də, bu keyfiyyətlərinə görə, artıq auditoriyaları o qədər də geniş deyil. Necə deyərlər, qeyri-peşəkar gəlir və gedir.

Ümumiyyətlə isə belə deyərdim ki, mənim fikrimə görə, indiki tanınmış bütün media qurumlarında peşəkarlar çalışır və onların sayəsində də ölkəmizdə mətbuat daha da inkişaf edir, möhkəmlənir.

- Qəzet və saytlarda şəkilinizi adaşınız müğənni İradə İbrahimova ilə səhv salmayıblar? Belə hal olanda bu yanlışlığa necə reaksiya verirsiniz?

- Bu illər ərzində belə hallar çox olub. Əlbəttə çalışmışam ki, təbəssümlə qarşılayım. Bir neçə dəfə öz telefon kitabçasında bizi səhv salan jurnalistlərdən də zəng olub və məndən şou aləmində baş verən hadisələrə münasibət bildirməmi istəyiblər. Sizə bir əhvalat danışım, bu yaxınlarda müxbirlərdən biri zəng edib elektron poçtuma suallar göndərdiyini dedi. Açıb oxuyanda başa düşdüm ki, siz deyən kimi, həmin jurnalist məni müğənni İradə İbrahimova ilə səhv salıb...

- Həyat yoldaşınız  peşəkar və tanınmış jurnalistdir. Evdə media ilə bağlı müzakirələr olurmu? Belə müzakirələrdə adətən yekun sözü kim deyir?

- Təbii ki, olur, deyərdim ki, hətta tez-tez. Və mən buna çox normal baxıram. Amma yekun sözün kimin tərəfindən deyilməsinə baxmayaraq, həmişə gərəkli məsələlərdə obyektiv ortaq nəticəyə gələ bilirik. Məncə ən önəmlisi də budur...


Etibar CƏBRAYILOĞLU




İmza:

YAZARIN ARXİVİ

2019-06-14 : Ziya
2019-02-09 : Alim-Maestro
2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2019-12-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!





digər lətifələr
ARXİV
FACEBOOK