Adalet.az | ŞAĞANDA BİR ÜNVAN VAR… Adalet.az | ŞAĞANDA BİR ÜNVAN VAR… Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

ŞAĞANDA BİR ÜNVAN VAR…

Ora getmək və həyata öz içindən baxmaq heç də asan deyil

35285    |   2016-07-15 16:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər insan ömründə mütləq bir qəribə məqam olur, bir qəribə an olur. Və bir də bu qəribəliyi ortaya çıxaran, ona doğru aparan bir səbəb olur. Mən bütün bu dediklərimi yaşadığım anın içindən çıxaraq ifadə edirəm və sizə inandırmaq istəyirəm ki, yaşadıqlarım o qədər də arzuolunan, o qədər də könül oxşayan və o qədər də duyğusal deyil. Yox, deyəsən səhv etdim. Bu gördüklərimdə bir iynə ucu boyda duyğusallıq var. O duyğusallıq da hər bir fərdin özündən qaynaqlanır. Yəni o məqama doğru gedən fərd, içində duyğusallıq yaşadırsa və yaxud o duyğusallıq onun içində bir alt qat kimi varsa, bax onda üzə çıxır və bundan da qoruna bilmir. Qorunmaq da mümkün deyil. Çünki Allah səpdiyi, Allahın əkdiyi hər nədisə, mütləq cücəriləcək. Çünki cücərilənin özü də Allahımızdı. Deməli, mən iki gün öncə həmin o dediklərimin aurasındaydım və həmin o dediklərim mənim üçün ömür kitabının, həyat yolunun elə bir xəttini, səhifəsini təşkil etdi ki, bunu ömrümün sonuna qədər unutmayacam. Etiraf edim ki, mən həmin o həyəcanı, o duyğusallığı Qarabağ savaşının müxtəlif zaman kəsiklərində - evim yananda, yurdum dağılanda, yuvam viran qalanda, ən əziz adamlarım düşmən gülləsinə tuş gələndə, terrorun qurbanı olanda - qismən yaşamışdım. Ona görə qismən deyirəm ki, bunları mənə düşmən yaşadırdı, bu yaraları mənə düşmən vururdu. Amma indi gördüklərim fələyin mənə və bütün insanlığa zərbəsidi, görküdü, göstərməyidi. Bəlkə də bu göstərmə insanları, təbii ki, yolunu çaşanları Allah yoluna qaytarmaq üçündü, insanlara kimliyini sübut etmək üçündü. Və yaxud da insanlara «bax, belə də ola bilərsən!» mesajıdı…

Bəli, mən inanın ki, bu yazını hardan başlamağa çətinlik çəkirəm. Yenə deyirəm, həmin gün 57 illik ömrümün ən acılı, ən ağrılı, ən düşündürücü və ən çox mühakimə edən günü kimi ömrümə yazıldı. O günün adını nə qədər fikirləşirəm, ifadə edə biləcək söz tapmıram. Ağlıma min cür variantlar gəlir. Amma heç biri günün ifadəsi deyil. Nə isə…

Bəli, ötən həftə dostlarla əyləşib həyat problemlərindən, yaşamdan, güzərandan söhbət edirdik. Söz sözü çəkdi, fikir fikirlə üst-üstə düşdü. Elə bil ki, həmin an Allah bu mövzunun səbəbkarlarının qəlbinə məhz həmin fikri göyərmək üçün səpdi. Və ilk olaraq Zahid müəllim dilləndi:

- Bəlkə gedək uşaqları ziyarət edək?

Elə bil Qabil müəllim də bu sözü gözləyirdi, bu sualın səslənməsinin intizarındaydı. Dərhal sualın cavabını dilə gətirdi:

- Mütləq gedək. Özü də həmişəkindən bir az da yüksək səviyyədə…

Söhbətin bu məqamında mən bir qələm adamı olaraq dərhal yaddaş kartını vərəqlədim. Və yadıma düşdü ki, dəyərli dostum Qabil Əsgərov ildə ən azı 5-6 dəfə paytaxtda yerləşən qocalar evlərinə, ruhi dispanserlərə, əlillər yaşayan mərkəzlərə, bir sözlə, ehtiyacı olan hər kəsə imkanı daxilində yardım göstərir, onun kifayət qədər böyük məbləğ təşkil edən bu yardımları barəsində özündən və ən yaxın dostlarından başqa kimsənin xəbəri olmur. Çünki Qabil müəllim bu diqqəti, bu yardımı reklam üçün etmir. Və birmənalı şəkildə də həmişə vurğulayr ki, maddi durumu imkan verən, ürəyində Allah xofu olan hər kəs öz soydaşına, öz həmvətəninə mütləq şəkildə əl uzatmalıdı. Özü də əl uzatdığı adamlara xoş olmaq üçün yox, reklam üçün yox, sadəcə öz vicdanının, öz ürəyinin rahat olması üçün. Yəni, gördüyün bu iş ancaq savab üçün edilməlidir, başqa heç nə! Əgər burda nəsə məramın, məqsədin, gözləntin varsa, deməli, həmin o işin savaba heç bir adiyyəti yoxdu…

Hə, ötən həftənin çay süfrəsi arxasındakı söhbəti elə yerindəcə konkretləşdirildi – hara gediləcək, nələr alınacaq və saat neçədə gediləcək. Hər şey dəqiqləşdi. Qabil müəllim ayrılanda ortalığa bir söz də dedi:

- Əbülfət, imkanın olsa, sən də bizimlə gəl.

Təbii ki, mən söhbətin əvvəlindən özümü o səfərə hazırlamışdım. Ona görə də sadəcə:

- Baş üstə! – dedim və biz ayrıldıq.

İki gün öncə biz artıq Bakının Şağan kəndindəydik. Soraqlayıb həmin ünvanı tapdıq. Bizi çox səmimi şəkildə qarşıladılar. Amma mən bu qapalı müəssisənin həyətinə daxil olan andan hiss etdim ki, burda başqa dünya var, burda başqa aləm yaşanır. Çünki həyət-bacanın özündə olan aura o qədər düşündürücü, o qədər hipnozedici idi ki, mən hara gəldiyimizin fərqinə artıq varmağa başlamışdım. Səliqə-səhman, abadlıq, əyləncə üçün yaradılmış şərait nə qədər xoş təsir bağışlayan fonda olsa da, amma bir, sükut qarışıq ağırlıq var idi. Mən bunun səbəbini həmin qapalı müəssisənin iç dünyasına daxil olandan sonra anladım. Gördüm ki…

Şağanda yerləşən bu qapalı müəssisənin rəhbəri Sevinc xanım Məlikovadı. Artıq 3 ildir ki, Sevinc xanım bu kollektivə rəhbərlik edir. Onun özünə ünvanladığım sualdan öyrəndim ki, Sevinc xanım uşaq həkimidi. Lakin 3 il bundan öncə ona etimad göstərib bu sahəyə rəhbərlik etməyi tapşırıblar. O da 88 nəfərdən ibarət olan kollektivlə birlikdə bu müəssisədə üç növbəli iş rejiminin bütün qaydalarını bərpa edib və əl-ələ verib burdakı bütün mühiti dəyişməyə çalışıbdı.

Etiraf edim ki, Sevinc xanım öz kollektivi ilə birlikdə burda çox uğurlu işlərə imza atıb. Həmin uğurlu işlər sırasında mənə ən çox təsir bağışlayanı bu fiziki və əqli cəhətdən zəif olan uşaqları onların öz dilində, öz üslubunda idarə etməkdir. Bunu Sevinc xanımla həmin uşaqların qarşılaşdığı məqamlarda daha çox hiss etdim, daha çox duydum. Gördüm ki, uşaqlar ona «mama» deyir. Və təsəvvür edin ki, müxtəlif yaş qrupunda olan bu uşaqların müraciəti, Sevinc xanımı görəndə üzlərinə təbəssüm qonması heç də kiçik məsələ deyil. Ən azından o uşaqlar xəstə olmalarına, şikəst olmalarına baxmayaraq, qorxu hissi yaşamırlar. Bax, buna görə daxilən bu xanımın əməyinə qəlbimdən bir təşəkkür gəlib keçdi. Üstəlik, onun özünün müşayiəti ilə demək olar ki, müəssisənin əksər hissəsini gəzib dolaşdıq, uşaqların əl işlərinə baxdıq…

Təsəvvür edin, yuvada göyərçin, yanında yumurtaları… ormanda ceyran, cüyür, yanında balası… Və yaxud müxtəlif parçalar üzərində muncuqlardan, rəngli saplardan hazırlanmış bir-birindən rəngarəng, bir-birindən göz oxşayan təsvirlər. Hətta az qala iki qarış boyu olan əllə toxunmuş xalça… və nələr, nələr. Hələ mən müxtəlif gülləri, ağacları demirəm. Bütün bunlar həmin müəssisədə, həmin kollektivin müəllim-tərbiyəçiləri, psixoloqları tərəfindən uşaqların əylənməsi üçün, məşğuliyyəti üçün edilmiş təşəbbüsün bəhrələridi. Sevinc xanım bildirdi ki, uşaqların qayğısına qalan müəsisənin əməkdaşları – müəllimlər, tərbiyəçilər, psixoloqlar onlara kağız üzərində müəyyən şəkillər çəkirlər. Sonra rəngləri, həmçinin rəngli karandaşları, flomastrları onlara verib rəngləmələrini, bəzəmələrini istəyirlər və onlar da həvəslə bu işi görürlər. Siz təsəvvür edin ki, müəssisədə çalışan və özü də işin böyük əksəriyyətini könüllü şəkildə görən Rauf adlı şəxs bu uşaqlara əmək təlimini mənimsədir. Onun iştirakıyla hazırlanan müxtəlif fiqurlar quş yuvalarından tutmuş kamançaya, tara qədər hər şey o qədər maraqlı, o qədər göz oxşayandı ki, ordan nəzərlərini ayıra bilmirsən. Bütün bunlar onu göstərir ki, bu qapalı müəssisə rəhbərliyin, kollektivin təkcə iş yeri deyil, bura həm də onlar üçün doğma, isti bir yuvadı. Və bu doğma, isti yuvaya onlar öz övladlarına aid olan diqqətin, məhəbbətin müəyyən hissəsini könüllü şəkildə aid edirlər.

Burada olarkən onu da öyrəndim ki, həmin qapalı müəssisə 2010-cü ilə qədər bir növü unudulmuş, gözdən, könüldən iraq olmuşdu. Lakin 2010-cu ildə millət vəkili, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, ölkənin birinci xanımı Mehriban Əliyeva buraya baş çəkdi. Onun gəlişindən sonra burada hər şey kökündən dəyişdi, hər şey yeniləndi, müasirləşdi, gözəlləşdi. Bundan sonra bu müəssisəyə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva, həmçinin professor Nərgiz xanım Paşayeva dəfələrlə baş çəkdilər. Onların hər gəlişi bu kollektiv üçün toy-bayrama çevrildi. Üstəlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində olan bu müəssisənin gündəmə gətirilməsi kollektiv üzvlərini də bir növü səfərbər etdi. Onların işlərinə, özlərinə qarşı məsuliyyətini artırdı. Bax, bütün bunlar da bugünkü duruma gətirib çıxardı.

Real şəraiti gözlərinlə görmək, bu şəraitin içərisinə daxil olmaq hər kəs kimi məndə də müəyyən təəssüratlar yaratdı. Və mən gördüm ki, bu uşaqlar özləri boyda problem olmaqla yanaşı, həm də özləri boyda bir dünyadılar. Çünki burada yaşayan 172 uşağın 160-ı demək olar ki, sutkanın bütün saatlarını məhz qapalı şəraitdə keçirir. Həmin o fərqli məqamlardan biri odur ki, bu uşaqların 26-sının ümumiyyətlə valideyni məlum deyil. Yəni onlar atılmış uşaqlardı. Cəm halında götürəndə o uşaqların yalnız 30 nəfərinin valideyni yalnız ara-sıra bu müəssisəyə baş çəkir, uşaqları ilə üzbəüz oturur. Bunun üçün müəssisədə şərait yaradılıb, onların qonaq otaqları var. Həmin otaqda hətta bu uşaqlara ad günləri də keçirilir… onlar üçün də şam yandırılır, tort alınır… Amma nəyi necə təqdim etsən də, necə bəzəsən də ailə axı, tamam fərqlidi. Axı, bu ailədə ana nəfəsi, ana əlinin ətri hopmuş yeməklərin çeşidi yoxdu. Üstəlik, bu müəssisədə mənim üçün ən üzücü məqam bu qədər uşağın bir damın altında yaşaması idi. Mən başa düşürəm, bu cür uşaqların hər biri üçün ayrıca nələrsə yaratmaq mümkün deyil. Bunlar cəmlənib bir mərkəzə yığılmalıdırlar. Amma inanın ki, bu qədər əqli və fiziki qüsurlu uşağı bir yerdə görmək və onlara qarşı laqeyd qalmaq… Mən bunun kimisə edəcəyinə inanmıram. Axı, əlinə mikrofon götürüb «bu torpağın, bu yurdun» sözləri ilə başlayıb, «can qardaşım, can bacım» mahnısı ilə başlayıb böyük şövqlə oxuyan Ədalətin və yaxud adını soruşmağa ürək etmədiyim nağara çalanın, bütün musiqilərdə ortalıqda rəqs edən əl boyda qızın günahı nədi ki, onlar bu həyatın bütün duyğusal gözəlliklərindən məhrum olublar? Bəlkə valideynlər, bəlkə təbiət, bəlkə cəmiyyət? Bilmirəm, amma mütləq günahkar var, başqa cür ola bilməz.

Bu müəssisədə olarkən onu da öyrəndim ki, qəbul 5 yaşından başlayır. Ona görə də uşaqlarla işləmək, onları idarə etmək çox çətindi. Bu çətinliyin öhdəsindən kollektiv gəlməyi bacarır. Eyni zamanda göstərilən diqqət və qayğılar da onlara yardımçı olur. Elə iş adamı Qabil Əsgərovun bu müəssisəyə baş çəkməsi söylədiyim fikrə bir sübutdu.

Mən görüş zamanı tez-tez Qabil müəllimə diqqət yetirirəm. Onun hər xırda məsələyə diqqət yetirməsi, müəssisənin ən incə problemlərinə qədər öyrənmək, xəbər tutmaq niyyəti çox mətləblərdən xəbər verirdi. Bu mətləblərin nədən ibarət olduğunu o özü kollektivin rəhbəri Sevinc xanımla söhbət zamanı açıqladı. Və çox böyük bir inamla bildirdi ki, sizin uşaqlara ən çox ehtiyac olan nədirsə, onlar barəsində mənə məlumt verin. Bundan sonra sizinlə daha sıx əlaqə saxlayacam. Çalışacam ki, bu uşaqların ehtiyac duyduğu nələrisə mən də alıb gətirim. Özü də bu, reklam üçün yox, sadəcə bir vətəndaş, Allah bəndəsi kimi mənim içimdən gəlib keçən hissdi.

Bax, bu cür söhbətin getdiyi bir məqamda uşaqlardan biri bizə yaxınlaşdı. Əl uzadıb bizimlə öpüşdü. Sonra diqqətlə üzümüzə baxdı və üzünü çevirib getdi. Mən onun hərəkətlərini izləyirdim. Həmin uşaq bizdən xeyli aralanıb uzaq bir küncdə dayandı və ordan bizi izləməyə başladı. Mən onun yanaqlarında göz yaşı gördüm. Amma bilmədim ki, o niyə ağlayırdı... Bax, bu yazını diktə etdiyim anda da həmin o uşaq gözümün önündədi. Nə qədər özümə təyziq edirəmsə də, onun ağlamasının səbəbini anlaya bilmirəm. Bizim yanımızda əyləşib «Şuşanın dağları» ansamblının ifasını heyranlıqla dinləyən və musiqidən daha çox ifaçıları tez-tez ayaqdan-başa acgözlüklə süzən 15-16 yaşlı qızın hərəkətləri də adamda çox kövrək, həm də nigarançılıq dolu hisslər oyadır. Bu hisslər şəxsən mənim ürəyimdən bir daş kimi asılıbdı. O daşın ağırlığı uzun müddət göynədəcək məni. Axı… Yenə həmin məqama qayıdıram. Əl boyda uşaqlar və onların qədəri??!! Bunlar çox düşündürücüdü...


Biz müəssisədən ayrılanda heç özümdə deyildim. Elə yol-yoldaşlığı etdiyim dostlarım da mənimlə eyni durumdaydılar. Hamımız şahidi olduğumuz bu real mənzərənin təsiri altındaydıq. İstər Zahid müəllim, istər Qabil müəllim, sürücü də gördükləri bu uşaqların barəsində düşünürdülər. Onların qədəri bizim hamımızı bir nöqtədə birləşdirmişdi. Xüsusilə, Qabil müəllim gördüklərindən çox mütəəssir olmuşdu. Mən onun səsinin titrədiyini ilk dəfə müəssisədə hiss etdim. İndi isə özü bunu etiraf etdi və dedi ki:

- Mənə çox təsir etdi. Hətta kövrəlib ağlamaqdan özümü güclə saxladım. Doğrudu, hər şey çox yüksək səviyyədə təşkil olunub. Yəni müəssisənin təmir səviyyəsi, iş şəraiti çox mükəmməldi. Amma uşaqların qədəri, taleyi məni sarsıtdı. Mütləq bura ilə əlaqə saxlayacam. Onların yardımçısı olmağa çalışacam…

Bəli, həmin gün Şağan kəndindəki əqli və fiziki qüsurlu uşaqların birləşdiyi, bir araya gəldiyi 1 saylı Sağlamlıq İmkanı Məhdud Uşaqlar üçün Sosial Xidmət Müəssisəsində çox kövrək, həyəcanlı, həm də düşündürücü bir zaman kəsiyi yaşadıq. O zaman kəsiyi bizim hər birimizin ömrünə öz izini, öz naxışını vurdu. Bu naxış həm də bir xatırlatma, bir göstərmə idi. Biz gördük ki, istənilən qüsurlarla da yaşamaq mümkündü. Təki diqqət olsun, qayğı olsun, şərait olsun. Çox şükürlər ki, bu qayğını, bu diqqəti həmin əqli və fiziki qüsurlu uşaqlardan əsirgəməyiblər – həm dövlətimiz, həm də cəmiyyətin xeyirxah insanları!..

Mən isə bir nüansı da dilə gətirmək istəyirəm. Həyat fəaliyyətinə bələd olduğum, ürəyinin pıçıltılarını zaman-zaman dinləmək, dəyər vermək fürsəti qazandığım Qabil Əsgərovun bu insanlıq addımı bir daha mənə onu göstərdi ki, həqiqətən də bu insan savab işlər üçün doğulub. O, bütöv çörəyini hər kəslə paylaşmağa həmişə hazır olub. Özü də heç bir məqsəd, heç bir məram güdmədən. Sadəcə, olanından, Allahın verdiyindən elə Allahın ehtiyac içində olan bəndələrinə əl tutmaq üçün, yardım etmək üçün o, bu addımları atıb və bu gün də atır. Allah savaba yazsın!


Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-08-18
2018-08-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Nəvə nənəsindən soruşur:
- Nənə, qanın dadı necə olur?
- Mən, nə bilim, ay bala?
- Bəs babam deyir ki, sən ömür boyu onun qanını içmisən.
- Babanın beyni yoxdu, boş-boş danışır.
- Bilirəm yoxdu, babam deyir ki, sən onun beynini də yemisən.




digər lətifələr
ARXİV
FACEBOOK