ANA SƏHİFƏ / YAZARLAR

YANVAR MƏNZƏRƏLƏRİ

Arxada qalan aya bir baxış

22729    |   2013-02-01 10:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zarafat-zarafat 2013-cü ilin bir ayını yola saldıq. Cəmi bir ay bundan öncə yeni il həvəsi ilə yaşayırdıq. Düşünürdük ki, 2013 özü ilə bizə daha böyük rahatlıq, daha yaxşı gün-güzəran, daha çox anlaşma gətirəcək. Görünür, tələsib. Tələsən də ki, məlumdu hara düşür?.. Təbii ki, radara yox...

Bəli, biz tələsdik, elə bizə də baxıb 2013-cü ilin birinci ayı da əməlli-başlı sürət götürdü. Nə təhər sürət götürdüsə, artıq bir ay arxada qalıb. İndi siz bu yazını yeni ayda, yəni fevralın 1-də oxuyursunuz. Elə mən də sizlə birlikdə fevralın 1-ini üzü geri, yəni yanvar ayına tərəf boylanıram. Etiraf edək ki, yanvar çox qəribə bir ay oldu. Bilmirəm sözün kökündəki "yan" işləri korladı, yoxsa hansısa  kənar barmaqlar... Amma hər nə oldusa, təkcə yanvara olmadı, elə bizə də oldu. Elə biz də "yan"varın odunda yandıq. Allah axırını xeyir eləsin, bu yanmaq məsələsi çox qəliz məsələdi. Məşhur "Bəyin oğurlanması" filmində deyildiyi kimi, "bu tərəfnən qulaq asıb, o tərəfnən oynamaq" mümkün deyil. İndi bütün tərəflər həm qulaq asmaq, həm də oynamaq istəyir. Bax elə mən də gəlirəm mətləb üstünə. Yəni həm sağdan, həm də soldan gördüklərimi, dinlədiklərimi fevralın 1-dən üzü yanvara tərəf baxıb həmin o bəlli mənzərəni göz önünə gətirirəm...

Bu ilin yanvar ayı ötən ilin yanvar ayından xeyli fərqləndi. Nə qar yağmadı paytaxta, yəni keçən ilki səviyyədə qar yağmadı, nə də şaxta olmadı. Amma bu il ötən ilki yanvardan fərqli olaraq daha qəliz məsələlər baş verdi ki, bu şaxtadan da, qardan da soyuq, sərt və bəzən də arzuolunmaz reaksiyalar qoydu ortaya. İndi mən deyim, siz də dinləyin. Daha doğrusu, oxuyun...

Deməli, yanvar ayında Xırdalan sakininin tək övladı "N" saylı hərbi hissədə müəmmalı şəkildə dünyasını dəyişib. Bu hadisə paytaxtda icazəsiz mitinq-aksiyaya səbəb oldu. Bunun ardınca paytaxta növbəti bir aksiya da keçirildi. Bunun da mövzusu İsmayıllı hadisələri oldu. O cümlədən ölkənin regionlarında da həmin İsmayıllı hadisəsi ilə bağlı müxalifətin verdiyi informasiyalara görə, insanların narazılığını ifadə edən, miqyas baxımından irili-xırdalı aksiyalar da keçirildi. Gəncədə 20 Yanvar anım mərasimi ilə bağlı  xırda bir olay da yaşandı. O cümlədən ölkənin şimalında, cənubunda, xüsusilə Lənkəran bölgəsində bəlli söz-söhbətlər ortaya çıxdı. Hətta yanvar ayı ilə bağlı, yəni İsmayıllının İvanovka kəndi ilə əlaqəli rus mətbuatı da palaz-palaz yazılar dərc etdi.

Bu, yanvar ayının necə deyərlər, dilxorçuluq doğuran mənzərəsi idi. Yəni  həm güc strukturlarına, həm hakim partiyaya, həm müxalifətə, həm də bütövlükdə cəmiyyətə məhz bu dilxorçuluq müəyyən gərginliklər yaşatdı. Bu yaşanan gərginliyin üstünə xalq yazıçı Əkrəm Əylislinin Moskvada nəşr olunmuş romanı da bir kasa yağ damızdırdı.

Bəli, yanvar ayının dilxor mənzərəsinin fonunda yaddaqalan uğurlu məqamlar da oldu. Öncə ölkə həyatında xüsusi yeri olan Nazirlər Kabinetinin iclasını xatırlayaq. Prezidentin sədrliyi ilə keçən bu iclasda iqtisadi durumumuza münasibət açıqlandı. İkinci önəmli məqam Davos görüşləridi ki, bunun barəsində artıq hər kəs bilir. Həmin iqtisadi forumun aprel toplantısı da Bakıda keçiriləcək. Üstəlik, yanvar ayında Azərbaycanın birinci xanımı Pakistan ictimaiyyətinin yektil rəyi ilə "İlin adamı" elan olundu...

Deməli, təkcə yanvar ayının bir-birindən fərqli mənzərələrini göz önünə gətirəndə, xüsusilə vahid türk ordusunun yaradılması barədə qərarının qəbul olunmasını yada salanda belə düşünmək olar ki, sürətlə başa çatan yanvar ayı tariximizdə də, yaddaşımızda da iz qoya bildi. Yəni yaşadığımız və artıq tarixə çevrilmiş 2012-ci ilin yanvar ayı əsəblərimizi tarıma çəkməklə yanaşı, bizi ara-sıra sevindirməyi də bacardı. Necə deyərlər, bu tarix dünya tarixinin bir səhifəsi olmaqla bizim üçün önəm kəsb etdi.

Bəli, yanvarın mənzərələri hər kəsin baxış bucağında bir cür görünsə də, ümumilikdə ortaq bir məqam var. O da ölkə ictimaiyyətinin fəallığı, ölkə iqtisadi durumunun stabilliyi və bir də hər kəsin içində olan özəl məninin ayaqda olmasıdır. Zənnimcə, biz öz mənimizi, öz mənliyimizi hər şeydən və hər kəsdən qorumaqla yanaşı, öz mənəviyyatımızı da nəyə isə hərisliyə qurban verməməliyik. Əks halda, özəl mənliklə özəl mənəviyyat üz-üzə gələcək və onda çart verən nələrisə bərpa etmək çətin olacaq.

Əbülfət MƏDƏTOĞLU

[email protected]


İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (25%)
İşdə (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qubadlıda Qaçay müəllim və Azad müəllim birinci katibə Qaz İdarəsinin müdiri rəhmətlik Tahir Verdiyevdən şikayət edirlər ki, əşi, bir ədəbiyyat müəllimini gətirib Qaz idarəsinə müdir qoymusunuz, bəs bizdən yuxarıda yaşayan Mirzəxanın evinə qazı yaxşı verir, bizə isə çox zəif gəlir.
Katib Tahir müəllimi çağırır, soruşur ki, bu nə məsələdi? Tahir müəllim:
- Yoldaş katib, qaz yüngül olduğuna görə həmişə yuxarı qalxır. Mirzəxanın evi yuxarıda olduğuna görə ona qaz çox gedir, aşağıda yaşayanlara az gedir. Amma,vallah, gecələr Qaçay müəllimlə Azad müəllimin evinə gələn şeylərin heç yüzdə biri yazıq Mirzəxanın evinə gəlmir.




digər lətifələr
ARXİV
FACEBOOK