ANA SƏHİFƏ / YAZARLAR

RUHUN BAXIŞLARI ALTINDA...

“Anama məktub”larla söhbət

36259    |   2016-06-10 14:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Birinci yazı


Adətən içimə hopan və anbaan da qanıma, iliyimə işləyən sözü, fikri, hadisəni, gördüyümü, eşitdiyimi, bir sözlə, rəngindən, çəkisindən, formasından asılı olmayan bir varlığı, bir mahiyəti yaşamaq, onu özündə daşımaq mənə çox baha başa gəlir. İnanın ki, bu dediklərimi qanımda, ruhumda, canımda hiss etdikcə mən də yavaş-yavaş özümdən xəbərsiz həmin o mənə hopana, məni öz aurasına alana köç edirəm. Necə deyərlər, dərzi kimi iynəmi sancmışam yaxama, səyyah kimi çantamı atmışam kürəyimə və çıxıb gedirəm. Heç kimə də heç nə demədən. Getdiyimi bir Allah bilir, bir də özüm. Özümdən də daha çox ruhum. Çünki məni getməyə vadar edən, necə deyərlər, yır-yığış hökmü verən Allah mənə ruh vasitəsiylə həmin o hökmü icra etmək şəraiti yaradır, imkanı verir...

Və beləcə, çıxıb gedirəm. Özü də bax burda mütləq deməliyəm ki, mən gedəndə necə deyərlər, ellikcə gedirəm, bütün dünyamı özümlə aparıram. O dünyamı ki, getdiyim yer qapısını o dünyanın üzünə açıbdı. Orda mən yad deyiləm... orda mən qonaq sayılmıram... və orda mənim öz işim var... Mən də sözün qara fəhləsi kimi qolumu çırmayıb orda qum ələyirəm... palçıq qarışdırıram... daş yonuram... divar hörürəm... Və bütün bunlar cümlələrə çevrilir. Bu, Çin səddinin divarı deyil. Bu, sözün divarıdı. Həmin divarın üstünə çıxmaq olmaz. Çünki söz Allahındı, yaradan Odur. O divardan sadəcə boylanmaq olar, əllərini qaşının üstünə qoyub boylanmaq, lap uzaqlara baxmaq olar... Orda nə görəcəksən, nə görünəcək, bu da başqa bir dünyanın sözüdü, dünyanın görüntüsüdü. Ona qədər isə...

Hə, bax indi mənə hopmuş, qanıma, iliyimə işləmiş yazının, daha doğrusu, məktubun vərəqlərini çevirirəm, say etibariylə cəmi beş məktubdu. Amma bu beş məktubun vərəqlərinin sayı bəlli olsa da, sözlərinin, cümlələrinin, nöqtə-vergülünün sayı bəlli deyil. Özünə əziyyət verib saymağa da ehtiyac yoxdu. Ona görə ki, o sözün hər biri bir andı... o sözün hər biri bir sevgi ifadəsidi... o sözün hər biri bir bağlantıdı... Və bu dediklərimi bir məxrəcdə toplayan isə Ruhdu! Özü də elə-belə ruh yox, ayaqlarının altı cənnət olan Ana Ruhudu! Deməli, o məktublardakı sözlər, işarələr iki dünyanın arasındakı körpüdü. Körpünün bir ucu burda, mənim, sənin, onun yaşadığı dünyada ikinci minilliyini aşıran Yer kürəsində, o biri ucu isə Tanrı dərgahında ayağının altında cənnət olan Ananın ruhundadı, onun nəfəsində, onun baxışlarında, onun təbəssümündə, onun çöhrəsində, onun zəhmətində, onun südündə, onun alicənablığında, onun evdarlığında, onun ailəcanlılığında, onun ağbirçəkliyindədi. İndi özünüz düşünün. Görün, bu beş məktubda nə qədər məqam var, nə qədər gözlə görünməyən, amma ruhun gedib gəldiyi yol var. Bu yol da elə-belə yol deyil. Bu yol, məktub sahibinin vurğuladığı olumdan ölümə olan yoldu... bu yol özündən özünə yoldu... bu yol övladdan anaya yoldu... bu yol oğuldan anaya yoldu... bu yol bu gündən həm dünənə, həm də sabaha yoldu... Deməli, bu yolda bir Zəmzəm şırıltısı, bu yolda bir layla səsi, bu yolda bir xeyir-dua çələngləri, bu yolda bir uğur diləyi, bu yolda bir "xoş gəldin" sədası müşayiətçidi. Çünki bu yolla keçib gedənlər öncə dediyim kimi, hara getdiklərini bilirlər. Və bu yolla kimin gəldiyindən də qarşılayanlar halidilər. Düşünməyin ki, bütün bunlar bir pafosdu, sözlərin bir-birinə calaq edilməsidi. Yox, əgər belə düşünsəniz yanılacaqsınız və sizin içinizdəki sevgi pardaqlanmayacaq, çiçək açmayacaq. Çünki siz onun üstünə şübhə toxumu səpirsiniz... onun üstünə qara kölgə salırsınız və unudursunuz ki, yerdən ruhun olduğu nöqtəyə qədər məsafəni inamsız keçmək olmaz. Özündən-özünə ümidsiz yola çıxmaq mümkün deyil. Deməli, hər iki halda siz yarımçıq, tamlığını itirmiş bir əşyaya, lap olsun bir canlıya çevrilə bilərsiniz. Bu da olsa-olsa həyatda bir say göstəricisi ola bilər. Necə deyərlər, Allahın sevdiyi, bəndənin görüşünə qollarını açdığı insanlardan yox, sadəcə, yer tutanlardan biri. Mən bunu kimsəyə arzu etmərəm. Axı, yaranan sevilməlidi. Çünki Yaradan onu məhz olumdan ölümə qədərki yolu sevgiylə, ümidlə keçib getmək üçün yaradıb. Və onun boynuna hamı kimi gərəkli olmaq, hamı üçün yaşamaq donu da biçibdi. Mən bu məqamda bir sözün də ilməsinə toxunmaq istəyirəm. O da həmin məktublarda vurğulanan ad məsələsidi. Əslində bu ad məsələsi o məktubların vərəqlərə köçürülməsinə təkan verən bir şərtdi.

Və məktubların müəllifi ilk sözünü məktubu oxuyanlara çatdırmaq üçün bir neçə səmtə əl atıb, diqqət yetirib. Onun biri də ad məsələsidi. Və bu məsələni çox sadə bir üsulla gətirib qoyub gözümüzün qarşısına. Sonra bəzilərimizin bildiyi, bəzilərimizin bilmədiyi bir işarəni, bir çınqını alışdırıb hərəkətə gətirib. Bu işarə, bu çınqı da "məktub" sözüdü. Məktubun mənası məhz burda açılıb. Axı, məktub insanın alın yazısıdı, qədəridi, onun həyatıdı, onun yaşamıdı və məktub həm də Uca Varlıq tərəfindən yazılır, bir də o Uca Varlığın yazdığını yer üzündəki bəndələr kağız-qələm vasitəsiylə bir-birlərinə çatdırırlar, bir-birlərinə ötürürlər. Yeddi nəsil ardıcıl olaraq bu məktublar vasitəsiylə bir-birində yaşayır, bir-birinə köç edir. Üstəlik, bu ad həm də sahibini göstərir, təqdim edir...

Bu yerdə "Məktub" müəllifinin bir fikriylə müəyyən qədər razılaşmıram. Çünki müəllif adın hər şeyi ifadə etdiyi kimi, bəzən uğursuz da olduğunu, yəni aid edilən fərdin o adı doğrultmadığını da vurğulayır və çox haqlı olaraq bunu şəraitlə də, mühitlə də, məkanla da bağlayır. Amma bir gerçək də var ki, o da atanın gözünü çıxarıb Koroğlu olmaq istəyidi. Axı, onda Koroğlu demirlər, kor kişinin oğlu deyirlər!!! Bax, bu mənada adın işığı, adın rəngi, adın tutumu həmişə sevinc gətirmir... həmişə adamın əlini Tanrı ətəyinə çatdırmır. Bütövlükdə isə həqiqətən ad çox böyük mənanı, çox böyük mətləbləri ifadə edir. Bu bir gerçəkdi!

Hə, mən beş məktubdan söz açdım və sözümün bir nöqtəsində ad məsələsini qabartdım. İndi də keçirəm bu məktubun, bu adın söykəndiyi, üz tutduğu, yol getdiyi mətləbə. O ünvana ki, onun həm ad kimi mənası, həm varlıq kimi mahiyyəti dünyanın bütün nöqtələrində, dünyanın bütün insanları üçün eyni və son dərəcə ləkə götürməyən, müqəddəsdən də müqəddəs bir varlığı təqdim edir. Bu da Anadır! Dinindən, irqindən, dilindən asılı olmayaraq, bütün insanlar üçün bu zərif məxluq müqəddəsdi, güclüdü, dözümlüdü, səmimidi, halaldı, pakdı, işıqdı, sirr yeridi, xilaskardı və toplum halında Mələkdi! Az-çox düşünmək, dərk etmək qabiliyyəti olan hər kəs bilir ki, anadan əziz, anadan müqəddəs və nəhayət, ana qədər də yanımlı, ana qədər də zəhmətkeş, ana qədər də cəfakeş ikinci bir varlıq yoxdur. Yeri gəlmişkən, biz doğulduğumuz məkana da Ana Vətən deyirik. Müəllif də bunu vurğulayıb. Çünki doğulduğumuz məkan bizə ana qədər əzizdi, doğmadı, bizi qoynunda bəsləyir, bizi ayaqda saxlayır, bizi yaşadır və sonda da bizi yenə qəbul edir. Yəni canımız, varlığımız olan ana ruhuyla bizi içində, dünyasında saxlayır. Bizi yaşadan və bizi ayaqda saxlayan Ana vətən isə sonda cismimizə sahib çıxır. Burda da biz olumdan ölümə, həm də ölümdən oluma bir yolçuluq etmiş oluruq!..

"Məktub"ları oxuyuram. Birinci məktubda mənim bir oxucu olaraq anladığım məqam övladın ana ilə, daha doğrusu, bu dünyanın insanının Tanrı dərgahında olan ana ruhuyla söhbətinin şahidi oluram. Amma məlumdu ki, ruhlar danışmır, ruhlar hiss etdirir. Müəllif də, yəni oğul da ana ilə, daha doğrusu, onun ruhu ilə hal-əhval tutur, danışır, sualların cavabını o danışığın içərisində oxucuya köçürür. Hiss edirsən ki, oğulun sualının cavabı qarşı tərəfdən növbəti sualda, növbəti cümlədə artıq verilir. Çünki o məktubu yazan məqamda oğul da bu dünyada olmur, oğul da məktubu ruhuyla yazır... ruhlar görüşür, ruhlar söhbət edir... Hətta mənim bir oxucu kimi çox yaxşı tanıdığım görkəmli yazıçı-publisist, sözün, jurnalistikanın mogikanlarından olan, möhürünü jurnalistikaya, publisistikaya əbədi həkk etmiş canlı klassikimiz Əli İldırımoğlunun məktubarxası obrazı da o ruhların söhbətinə elə qovuşdurulur, o söhbətlər də elə iştirak edir ki, bəzən mənə elə gəlir ki, Əli İldırımoğlu ruhuyla bu məktubun yazılma prosesini hətta, bu məktublaşmanı müşayiət edir. Və mən, inanın ki, tam səmimiyyətimlə deyirəm, məktubu oxuduqca elə hiss edirəm ki, dəyişən səhifələri mən çevirirəm, vərəqləri mən əvəzləyirəm bir-biriylə. Bu da elə-belə mənim müəllifə və yaxud digər oxuculara xoş gəlmək üçün dediyim söz deyil. Bu mənim də öz anama içimdə yazdığım, misralara çevirdiyim duyğuların başqa bir formasıdı, başqa bir şəkildə ifadəsidi. Axı, əvvəldə vurğulamışdım, dilindən, dinindən, irqindən asılı olmayaraq hər kəsin, yəni bütün insanların sevgisinin birləşdiyi ünvan Anadı! Məhz ona görə də Ana Tanrı dərgahında, Cənnət bağında yaşayır. İstəyir bir övlad anası olsun, istəyir on. Və yaxud da bəxtinə övlad düşməsin. Amma onların həyatdakı, cəmiyyətdəki qadın missiyaları təkcə övlad dünyaya gətirmək deyil axı. Onlar zəif və zərif cins olaraq əslində işıqdılar... əslində gücdülər... əslində ikinci tərəfi, yəni güclü cinsi idarə edirlər, ram edirlər, yönəldirlər. Bu, yaşama, inkişafa, formalaşmaya verilən təkandı, göstərilən xidmətdi. Deməli, bütün hallarda ana da, bacı da, qız övladı da o böyük sevginin daşıyıcısıdı.

"Məktub"ları oxuyuram. O məktublar bir analı dünyanın ayrı-ayrı anlarıdı. Qubadlıdan başlayıb, Naxçıvandan keçib, Ağdamdan ötüb Bakıya gəlib. Və bir də Bakıdan köçüb, Ağdamdan keçib, Naxçıvandan ötüb Qubadlıya qayıdıbdı. Yəqin bu yol sizə bir az qəribə gəldi. Amma yox, bu qəribə deyil, bu bir gerçəkdi. Axı yol olumdan ölümədi, ölümdən də oluma. Məktubun ünvanlandığı ana Qubadlıda doğulub, Qubadlıda sevib ailə qurub. Və sonra ömür-gün yoldaşıyla gəzib Naxçıvanı, Ağdamı, Bakını. Gəzib, keçib, köçüb gəldikcə də övladlarını, o cümlədən də məktubun müəllifini özü ilə gətirib - əvvəl qucağında... sonra əlindən tutub... sonra yanaşı addımlayıb... sonra da böyütdüyü ağacın əhatə dairəsində kitablara sığmayacaq anların məktuba çevrilməsinə səbəbkar olub. Yəni mahiyyətə çevrilibdi! Ona görə də o Ananın övladına, xüsusilə ailənin böyüyünə, yəni Əli İldırımoğluna olan bir qadın, bir ailə xanımı, bir ev təsərrüfatını idarə edən insan kimi obrazı çox bütövdü, kamildi. O anada iddia yoxdu! O anada sevgi var! O anada tələb yoxdu! O anada qayğı var! O anada hərislik yoxdu! O anada gözütoxluq var! O anada təkəbbür yoxdu! O anada hamilik var! O anada qamarlamaq, yığmaq, toplamaq yoxdu! O anada olanı paylaşmaq, bölüşmək, hamını yerli-yerində görmək ustalığı var! Elə bil ki, Allah onu bu dünyaya ehtiyacı olanın əlindən tutmaq, ac olanın süfrəsinə çörək qoymaq, yıxılanın qolundan tutub qaldırmaq, xəstənin dərmanını çatdırmaq, əzilənin haqqını qorumaq üçün göndərib. Elə bil ki, Allah o ananı qonşuları, qohumları, el-obanı bir-birinə bir az da doğmalaşdırmaq, bir az da mehriban etmək üçün göndərib. Elə bil ki, Allah o ananı şam kimi alışıb günəş kimi işıq saçmaq, ailəsinin, övladlarının, ətrafının dünyasını işığa qərq etmək üçün göndəribdi.

Bütün bunları mən o məktublardan oxudum, o məktublardan götürdüm. Elə birinci məktubda mən tam əmin oldum ki, ad məsələsi elə-belə deyilmiş. Çünki o ananın özü ruh şəklində övladında, doğmalarında, onu tanıyanlarda yaşadığı kimi, onun adı da övladının nəvəsində yaşayır. Ruh ölmədiyi kimi, ad da ölmür və...

Mən bu yazını elə burdaca yarımçıq saxlayıram. Çünki o biri məktubların hər birindəki oxşar məqamlardan başqa elə məqamlar da, elə nöqtələr də var ki, onu bir yazıda ifadə etmək, yəni içimə, canıma, qanıma hopanı təzədən qələmə, kağıza gətirmək çox çətindi. Adamın, yəni bu məqamda şəxsən mənim buna fiziki gücüm çatmır. Çünki başımın üstündəki o ruh, gözümün qarşısındakı qaçqın anam bomboz bozarmış saçlarıyla, qırışmış çöhrəsiylə və quyu dibinə düşmüş gözləriylə mənə baxır. Bu baxışların altında "Məktub"ları birnəfəsə öz bildiyim, duyduğum, anladığım kimi ifadə etmək çətindi. Yaman çətindi. Ona görə də bu yarımçıq yazının ardını gözləyin.

Əbülfət MƏDƏTOĞLU

[email protected]




İmza:

YAZARIN ARXİVİ

2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-10-19
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:
- Bu nədi? Sənə nə olub?
- Ana, hər gecə saat 2-də sinif yoldaşlarımdan birinin evinə zəng vurub soruşurdum: "Tapın görüm mən kiməm?"
- Nə olsun ki?
- Heeeç. Bu gün biri tapdı.




digər lətifələr
ARXİV
FACEBOOK