SON DƏQİQƏ:

"KiTAB OXUYANIN HƏMiŞƏ çÖRƏYi OLUR"

  27947   |  
Şriftin ölçüsü  
Azərbaycanda öz intellektinə və və cəmiyyətdəki mövqeyinə görə sayılan və dəyərləndirilən ziyalılardan biri də millət vəkili Aydın Mirzəzadədir. Bu günlərdə Aydın müəllimlə həmsöhbət olduq. Cəmiyyətdə baş verən hadisələr, dinimizə, dilimizə olan münasibətlər barədə fikir mübadiləsi etdik. Və bir də gördüm ki, bütün bu söhbətlər oxucu üçün də maraq doğuran, diqqət çəkəndir və tərəddüdsüz onu sizlərə də təqdim etməyi qərara aldım.
   
   - Aydın müəllim, gəlin etiraf edək ki, bu gün mənəviyyatımız SMS-lərdən asılı qalıb. İndi az qala hər şey, o cümlədən sevib ailə quracağın qızı da SMS-lə müəyyənləşdirməyə başlayıblar. Təbii ki, bu bir zarafatdır. Amma gözəllik müsabiqələrində də SMS-lər öz işini görür. Ancaq mənə elə gəlir ki, kiminsə həyatını xilas etmək, hansısa bir əsgərimizə, şəhid ailəsinə yardım göstərmək barədə SMS ehtiyacı olsa, ən çox beş-altı adamdan səs çıxar. Niyə belə olur?
   
   - Əbülfət müəllim, çox maraqlı bir məsələyə toxunursunuz. Mən də bu barədə çox düşünürəm. Etiraf edək ki, telekanallarımız şou-biznes xəstəliyinə tutulub. Təəssüf ki, bu virus da efir vasitəsilə cəmiyyətin bir hissəsinə təsir edir. Məsələn, mən oturub analiz edirəm ki, bu gün hansısa bir ulduz yarışmasında bir yerə beş min, on min namizəd ərizə verir. Bax, bunun ardınca da düşünürəm ki, görəsən, hansı ali məktəbin hansı yeri üçün bu qədər ərizə verən var? Təəssüf ki, bu suala cavab tapa bilmirəm. Düzdür, ola bilsin ki, buna lokal şəkildə də baxmaq olar. Lakin iş burasındadır ki, bu gün telekanallarda şou ulduzu olmaq təbliğ edilirsə, mühəndis, həkim, müəllim, aqronom, hərbçi olmaq təbliğ edilmir. Yaddan çıxırsa, deməli, cəmiyyətimiz müəyyən bir ağrılı dövrə qədəm qoyur. Əgər bizim hansısa bir ulduzun yeni maşın alması bir nömrəli mövzuya çevrilirsə, telekanalllarda, internet saytlarında yer tutursa, o biri tərəfdən bir alimimizin yeni ixtirası unudulursa, bu artıq yeni problemlərimizin olacağından xəbər verir. Kiminsə erotik bir şəkil görüntüsü qəzetlərin, ekranın baş xəbərinə çevrilir. Amma gənc bir alimin 25 yaşında elmi dərəcə alması, 30 yaşında Akademiyanın müxbir üzvü seçilməsi unudulur. Bu gün keçid dövründə olduğumuzdan müxtəlif sahələrdə müəyyən qarışıqlıqlar var. Biz bundan keçməliyik. O cümlədən telekanalların cəmiyyətə təsirindən də. İnanıram ki, nə vaxtsa cəmiyyət buna qarşı immunitet qazanacaq və biz efirdən, ekrandan ziyalı söhbətlərinin şahidi olacağıq. Bu nə qədər tez olarsa bir o qədər yaxşıdır. Mən etiraz etmirəm. Musiqidə də, mədəniyyətin digər sahələrində də ulduzlara ehtiyac var. Ancaq ondan çox-çox əvvəl yaxşı alimə, müəllimə, zabitə böyük ehtiyac var. Nəhayət, xalqın mənəvi dəyəri olan müdrikliyin, ziyalılığın təbliğinə böyük ehtityac var. Digər tərəfdən bir məsələni də deyim. Mən təəssüf edirəm ki, indi Azərbaycanda çoxuşaqlı ailələrin sayı minimuma enib. Bu gün çoxuşaqlı ailələrin təbliği ilə bağlı heç bir proqramımız yoxdur. Bir ailədən bir neçə alimin olması ilə bağlı heç bir proqramımız yoxdur. Ali məktəbi, aspiranturanı əla bitirən gənclərin qorunub saxlanmasına və istifadə olunması ətrafında ciddi fikirləşməliyik. Xaricdə haxırlıqlı mütəxəssislərin yetişməsi bizə böyük potensial verəcək. Bunlara münasibət bildirmək lazımdır, bu məsələləri araşdırmaq lazımdır. Elə etmək lazımdır ki, ilk növbədə insani dəyərlər, ölkəmizi inkişaf etdirəcək prioritetlərin təbliğinə daha çox yer ayırmalıyıq.
   
   - Biz eyni nəslin nümayəndələriyik. Yəqin xatırlayırsınız, bir vaxtlar metroda, ictimai nəqliyyatda kitab, qəzet oxuyan çoxlu sayda gənclərimiz vardı. Bu gün isə kitab, qəzet çoxdur, oxuyan isə təəssüf ki, az...
   
   - Bu təkcə Azərbaycanda deyil. Dünyanın bir çox ölkəsində belədir. Bunun bir səbəbi internetin çox sürətlə həyatımıza daxil olmasıdır. Lakin bilmək lazımdır ki, kitabı heç vaxt heç nə əvəz edə bilməz. Kitab hər bir xalqın ən qiymətli sərvətidir. Biz "Avesta"mızla, "Dədə Qorqud"umuzla, Nizaminin "Xəmsə"silə fəxr edirik. O cümlədən böyük mütəfəkkirlərimizin, söz-sənət adamlarımızın əsərləri ilə fəxr edirik. Bu baxımdan şəxsi tərbiyə də böyük önəm daşıyır. Ata əgər bu gün dəyərli bir kitab oxuyursa, istər-istəməz onun övlada təsiri olacaq. Bu gün də olmasa, beş ildən, on ildən sonra təsiri olacaq. Evdə ailənin böyüyü bir yazıçımızın, bir şairimizin əsərlərindən danışırsa, stolun üstündə Orxan Pamukun "Mənim adım Qırmızıdır" kitabını görürsə, müəyyən bir müddətdən sonra zənnimcə övladlar da ona müraciət edəcək. Odur ki, internet müəyyən informasiyalar daşıyıcısı olsa da dünyanın yaratdığı böyük kitabları, o cümlədən də bizim qiymətli kitablarımızı heç nə əvəz edə bilməz.
   
   - Mən bu mövzuda danışanda həmişə həmsöhbətlərim iqtisadiyyatı önə çəkirlər. Deyirlər ki, indi hamı çörəyi düşünür.
   
   - Bu yaxınlarda Rusiyada olmuşam. Oradan 10 kitab aldım. Rusiya dövlətinin tarixi, Yaponiya ilə bağlı, ingilis alimlərinin ermənilərlə bağlı kitabları, Konfutsinin əsərini və digər kitabları alıb gətirdim. Bir hissəsini iş yerimdəki kitabxanama qoymuşam, bir hissəsi evdədir. Oğlum da bu işdə mənə kömək etdi və hiss etdim ki, artıq mənəvi borcumdan müəyyən qədər çıxmışam. Çünki onda da kitaba müəyyən maraq yaratmışam. O ki qaldı kitab və çörək məsələsinə, bunları qarşı-qarşıya qoymaq düzgün deyil. Bunlar birlikdə olmalıdır. Həmişə çörəkli olmaq istəyirsənsə, mütləq kitab oxumalısan. Əgər kitaba bağlı adamsansa, inanıram ki, mütləq çörəyin də olacaq.
   
   - Aydın müəllim, bir vaxtlar rus dilinə qəribə bir maraqmı deyim, həvəsmi var idi. Özü də burda sünilik də hiss olunurdu. İndi də ingilis dilinə meyl artıb. Hamı istəyir ki, övladı mütləq ingilis dilini öyrənsin. Bunu necə dəyərləndirirsiniz?
   
   - Dil öyrənmək, dil bilmək heç də pis deyil. Hətta məşhur ifadə var:neçə dil bilirsənsə, o sayda da adamsan. Lakin burda bəhsə-bəhs, kor-koranəlik, öz dilinə laqeydlik, xor baxmaq halları olmamalıdır. Hər kəs birinci öz ana dilini sevməlidir, sonra həyatın tələbinə uyğun olaraq böyük dünyaya çıxmaq, informasiyalar əldə etmək üçün istədiyi dili də, o cümlədən ingilis dilini də öyrənməlidir. Yəni hər kəsin öz hüququdur. Burada zor tətbiqinə, eləcə də hardasa kiməsə yarınmaq, xoş getmək üçün canfəşanlıq etmək insanı müəyyən qədər yumşaq desək şikəst edə bilər. Nizaminin "Yarımçıq papaqçı" fikri yəqin ki, bu yerdə yaxşı bir misaldır. Nəticəni hər kəs özü çıxarmalıdır.
   
   - Bəs onda bir məqama da münasibətinizi bilmək istəyirəm.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK