Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşdü
Slovakiyanın Avropa İttifaqı işləri üzrə dövlət katibi Marek Estok Azərbaycana səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.
Adalet.az xəbər verir ki, Marek Estok bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, ötən ilin dekabrında Bratislavada baş tutan ilk görüşdən və konsulluq əməkdaşlığına dair Anlaşma Memorandumunun imzalanmasından sonra Bakıda keçirilən siyasi məsləhətləşmələr çərçivəsində Ceyhun Bayramovla məhsuldar müzakirələr aparılıb.
Dövlət katibi görüş zamanı Slovakiya-Azərbaycan Strateji Tərəfdaşlığının inkişafı və ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi istiqamətində ortaq öhdəliklərin müzakirə olunduğunu qeyd edib.
M.Estok vurğulayıb ki, tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin hazırlanması üzərində işləyirlər. Onun sözlərinə görə, nəqliyyat, biznes, innovativ həllər, enerji, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar mövcuddur.
Digər Xəbərlər
12 Iyun 2026 18:24
Netanyahu İlham Əliyevi TƏBRİK ETDİ
12 Iyun 2026 12:22
Prezident Administrasiyasında Qiyas Sadıqov ilə görüş keçirildi
12 Iyun 2026 11:44
Zahid Oruc: Qurtuluşdan Zəfərə gedən yol Azərbaycanın dövlətçilik tarixini dəyişdi
12 Iyun 2026 11:43


Bakı -°C

