"Burada həqiqət var, amma yarımçıq həqiqətdir" - Deputat
"Bu ilin yanvar-may aylarında iqtisadi artım tempi xeyli aşağı düşüb, artım olmayıb. Qeyri-neft sektorunda isə cəmi 0,4% artım olub, bunun adı resessiyadır. İzah olunur ki, bu, bir sıra sahələrdə investisiyaların təxirə salınması ilə bağlıdır. Belə çıxır ki, Azərbaycanda iqtisadi artımı dövlət investisiyalarının əsas səbəbi, dövlət ehtiyacıdır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “2025-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.
"Biz də hesab edirik ki, burada həqiqət var, amma yarımçıq həqiqətdir. Dövlət investisiyaları iqtisadi artıma təsir göstərir, amma o tək müəyyənedici 100% müəyyənedici amil deyil", - deyə deputat bildirib.
Digər Xəbərlər
22 Iyul 2026 10:06
Azərbaycanda bir sığorta agentinin lisenziyası ləğv edildi
22 Iyul 2026 09:39
“Azərbaycanın Almaniya üçün artan əhəmiyyəti də məhz bu kontekstdə qiymətləndirilməlidir”
20 Iyul 2026 23:15
Gürcüstan və Azərbaycan rəqəmsal icazələrin tətbiqinə başladı
20 Iyul 2026 12:50


Bakı -°C

