1000-ə yaxın saxta pul aşkar edilərək dövriyyədən çıxarılıb
2025-ci il ərzində Azərbaycan Mərkəzi Bankı (AMB) milli və xarici valyutada saxta və saxtakarlıq əlamətləri olan pul nişanlarını aşkar edərək dövriyyədən çıxarıb.
Adalet.az xəbər verir ki, qurumun illik idarəetmə hesabatına əsasən, il ərzində milli valyutada 440 ədəd (39 min manat) saxta pul nişanı müəyyən edilib. Xarici valyutada isə 550 ədəd saxtakarlıq əlaməti olan pul nişanı aşkarlanıb. Ümumilikdə 990 ədəd pul nişanı tədavüldən çıxarılaraq hüquq-mühafizə orqanlarına təqdim olunub.
Hesabata görə, əhalidə olan yararsız pul nişanlarının dəyişdirilməsi məqsədilə Bakı şəhərində və regionlarda fəaliyyət göstərən nağd pul ofisləri il boyu xidmət göstərib. İl ərzində vətəndaşlardan ümumilikdə 2,63 milyon manat dəyərində (43,6 min ədəd) pul nişanı qəbul edilərək yeniləri ilə əvəz edilib.
Eyni zamanda, il ərzində dövriyyədən 4,5 milyard manat məbləğində pul nişanı mədaxil edilib, 6,6 milyard manat isə məxaric olunub. Nəticədə tədavüldə nağd pul kütləsi 12,1% artaraq 19,6 milyard manata yüksəlib.
Qeyd edilib ki, 2025-ci ilin son iş gününə milli valyuta üzrə ehtiyatlar 7,1 milyard manat təşkil edib və bu göstərici iqtisadiyyatın nağd pul tələbatının qarşılanması baxımından yetərli hesab olunur.
Digər Xəbərlər
12 Iyun 2026 17:09
Nəcməddin Sadıkovla bağlı ŞOK SİRLƏR açıqlandı
12 Iyun 2026 16:25
Azərbaycanda bunu edənlər 5000 manat CƏRİMƏLƏNƏCƏK
12 Iyun 2026 16:07
31 əməkdaş intizam məsuliyyətinə cəlb edildi, 9 nəfər işdən çıxarıldı - TƏBİB
12 Iyun 2026 16:02
Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edib
12 Iyun 2026 15:48
"Böyük Qayıdış”: Səhiyyə Nazirliyinin mobil klinikası Şuşada - ağciyər xəstəlikləri erkən aşkarlanır
12 Iyun 2026 15:05
Məcburi köçkün statusu qanunvericilik çərçivəsində yenidən tənzimlənir
12 Iyun 2026 15:03
"Bəzi hallarda blogerlər gənc ailələri boşanmağa inandırırlar" - Deputat
12 Iyun 2026 14:29


Bakı -°C

