33 il sonra Kəlbəcərin ilk məzunu - FOTO
13 iyun ölkənin ümumtəhsil məktəblərində 11-ci sinfi bitirən şagirdlər üçün" Son zəng" çalınacaq. 33 illik fasilədən sonra Kəlbəcərin B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində cəmi 1 nəfər şagird məzun olacaq.
Adalet.az "Azərbaycan müəllimi"nə istinadən xəbər verir ki, ilk və tək məzun Nəzrin Atakişiyeva Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən Kəlbəcər rayonu Anar Əliyev adına 2 nömrəli tam orta ümumtəhsil məktəbində oxuyub. Hazırda azad olunmuş Kəlbəcərdə fəaliyyətə başlayan B.Cəfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbin 11-ci sinfini bitirir. Məzunumuz deyir ki, Kəlbəcərin ilk və tək məzunu olmaq onun üçün böyük qürur və məsuliyyətdir.
"Sinfin yeganə şagirdi olsam da özümü heç vaxt tək hiss etməmişəm. Müəllimlərin və məktəb kollektivinin sevgisi ilə əhatə olundum. Bu gün təkcə öz uğurumu deyil Kəlbəcərin dirçəlişini və gələcəyinə inamı da təmsil etdiyimi düşünürəm. İllər keçsə belə bu uğur və ad unudulmayacaq. Əslində, çox şanslıyam, Kəlbəcərin ilk məzunu kimi yaddaşlarda qalacağam. Səhər məktəbli adından, şagird adından ayrılıram".
Nəzrin cəmi 1 il burada təhsil alıb. Ancaq bu bu bir ildə doğma yurdda oxumağın dəyərini və vətən sevgisinin əsl mənasını yaşadığını bildirir.
Digər Xəbərlər
17 Iyul 2026 17:00
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır
17 Iyul 2026 16:48
II və III ixtisas qrupları üzrə - NƏTİCƏLƏR
17 Iyul 2026 10:46
“Övladlarınız sizə hər nə qədər bal topladıqlarını desələr belə...”
17 Iyul 2026 10:45
“Bir çox gənc kollec təhsilini universitetə keçid üçün vasitə kimi görür” - Ekspert
16 Iyul 2026 13:14
Bu məktəblərdə şagirdlər ali məktəbə hazırlanacaq - SİYAHI
14 Iyul 2026 17:02
MİQ üzrə test imtahanlarının ilk gününün nəticələri açıqlandı
13 Iyul 2026 21:14
DİM-dən beynəlxalq dil sertifikatları haqda iddialarla bağlı AÇIQLAMA
12 Iyul 2026 14:30


Bakı -°C

