Əraqçi: İran və ABŞ memorandumun imzalanmasına heç vaxt olmadığı qədər yaxındır
İran və ABŞ sazişin imzalanmasına heç vaxt olmadığı qədər yaxındır və bu, böyük ehtimalla İslamabadda baş tutacaq.
Adalet.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkəsində yazıb.
"Biz qarşılıqlı anlaşma memorandumunu imzalamağa heç vaxt olmadığı qədər yaxınıq və bunu İslamabadda etməyi planlaşdırırıq. Media onun yekun razılaşdırılmasına qədər məzmunu ilə bağlı spekulyasiyalardan çəkinməlidir", - İran diplomatiyasının rəhbəri qeyd edib.
Əraqçinin sözlərinə görə, bütün zəruri prosedurlar başa çatdıqdan sonra sənədin məzmunu barədə təfərrüatlar ictimaiyyətə təqdim olunacaq.
"Məsuliyyətli və şəffaf yanaşmamıza uyğun olaraq bütün detallar vaxtında ictimaiyyətin diqqətinə çatdırılacaq", - nazir vurğulayıb.
Digər Xəbərlər
12 Iyun 2026 20:00
“Zərbələrin intensivliyini artıracağıq” - Putin
12 Iyun 2026 19:52
Vens: Tehranla razılaşma İran aktivlərinin blokdan çıxarılmasını nəzərdə tutmur
12 Iyun 2026 19:31
Rusiya Ukraynanın itkilərini yenilədi
12 Iyun 2026 18:07


Bakı -°C

