adalet.az header logo
  • Bakı -°C
11 Iyun 2026 10:43
69
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu: ANLAŞILMAZLIQ

Sabahın xeyir şeir,

Sabahın xeyir qələm !

Bu yağışlı gecədə

Olmuşam bələm - bələm -

Fikirlərə...

 

Ulduz kölgə salmayıb

Ay xəyala dalmayıb...

Tay ümidim qalmayıb,

Bu yağışlı gecədə -

Zikirlərə...

 

Təklikdən sıxıldığım

Sirr deyil yıxıldığım...

Öpərək sığındığım ,

Bu yağışlı gecədə -

Şəkillərə...

 

Axşamın xeyir qələm

Axşamın xeyir şeir....

Bu açılan sabaha

Hər kəs istəyin deyir -

Bənd olma vəkillərə...