Narkotik qaçaqmalçılığı planı ifşa olundu
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.
Adalet.az xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat nəticəsində əvvəllər məhkum olunan 50 yaşlı Mətanət Qaffarova və sonuncu ilə birlikdə narkotiklərin dövriyyəsində əlbir olan 25 yaşlı Nurlan Gorodalov saxlanılıblar. Sonuncunun idarə etdiyi "Chevrolet" markalı avtomobildən tərkibi psixotrop maddələrlə zənginləşdirilən 72 kiloqrama yaxın marixuana və 5687 ədəd metadon həbi aşkar edilərək götürülüb. Saxlanılanların ölkəyə paraplan uçuş aparatı vasitəsilə qaçaqmalçılıq yolu ilə keçirilən narkotiklərin satışını təşkil etməyi planlaşdırdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
M.Qaffarova və N.Gorodalov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər
27 Iyul 2026 17:22
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
27 Iyul 2026 12:56
Laçında 1 ton 200 kq çətənə kolu məhv edildi
27 Iyul 2026 10:45
Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı
25 Iyul 2026 16:36
Polis axtarışda olan 106 nəfəri tutdu
22 Iyul 2026 18:00
Hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən gənc saxlanıldı - VİDEO
20 Iyul 2026 10:30
Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb
18 Iyul 2026 18:47
1 tondan çox çətənə kolu məhv edildi
16 Iyul 2026 18:10


Bakı -°C

